Şkəncə altında Televizyon musahibələri !

 

Qəhrəman Azərbaycan Türk milletinin daxidəki fəllarının muqaviməti günü – gündən artmaqdadır. Şovinizmi dizə çökdürən millətimizin əzəməti qarşısında əyilməmək mümkün deyildir. Yetərki məntiqi və mərdanə dirənişimiz dəvam edərkən bölücü , ayrımcı , təxribatçı davranışlara yol vermədən irəli addımlıyalım.

Günüy Azərbaycandan neçə gündür bir çox mübarizimiz şəxsimlə elaqə saxlyaraq aşağıdakı 3 maddəni millətimizin qulağlına  çatdırmağımı xahiş etmişlər.

1-     İstər zindanlarda şkəncə altında inliyənlər istərsədə biz zindan xaricində her dəqiqə tutulmağı gözlüyənlər, şərəfli Turk millətinə elam edirikki, bizləri tikə- tikə doğrasalarda  “Azərbaycan Milli Hərəkatının” əleyhinə bir kəlimə danışmıyacayıq. Biz tutuduğumuz müqəddəs yolu dəvam edərək bütün hallarda  milli haqlarımızı sinə gərərək istiyəcəyik. Bizlərdən televizyonlarda bir müsahibə yayılırsa qetiyən o biz deyilik. Dərman yedirdib ağlımızı başımızdan çıxara bilərlər, amma arxayınıqki, boyuk millətimiz bu saxtakarlıqlara inanmıyacaqdır. 

2-     Şəhidlərimizin 40-ni Babək qalası qurultayında  geçirərək onların yolunu sonuna qədər dəvam etdirəcəyimizə söz veririk.

3-     Dünən alınana xəbərə görə Əhmədi Nəjad gizlincə Təbrizə gəlib və “ Təbriz şəhəri təhlükəsizlik şurasi” ilə toplantı geçirdib. O bu toplantıda deyibki, “ bunlar bizə bir şapaplaq ( silli ) vurdular. Bu məsələni asdı- kəsdi ilə yatırtmaq mümkün deyil, siyasi davranmaq lazimdir. Basqımızı ( fişarımızı) artırarsaq bu səfər arxamızdan bir təpik vura bilərlər”.

Məzlum amma məğrur millətimizə uğurlar arzulayır , gənclərimizə tanrıdan quvvət , zindandakılara dözüm və qollarındaki zəncirlərin qırılmasın diləyirəm.

 

 Böyük Rəsuloglu- 06.06.06