Və
Hüvəl əziz
Əziz
dostum həzrət-i höccət- ül İslam vəl-müslimin Əbdüləziz
Əzimi Qədim cənabları
Səlam-un
əleykum!
“Rəcəb”
ayı girməmişdən, şanlı məşrutənin
fərmanı sadir (e`lan) olan günün il dönümündə zindana aparıldın.
İndi isə ay yarıdan ötüb sən hələ buraxılmayıbsan.
Ay yarıdan ötüb və e´tikafın ilk günündən başlanan
aclıq e´tisabını (aclıq
aksiyasını) hələ sındırmayıbsan. Bilirəm
bu rəhmət ayında dustaqxananın yalqızlığında
ürəyin Tanrı yuvasıdır və sən onunla qonuşursan.
Bilirəm acsan! Gözlərin qaralır. Susuzsan və başın
gicəlir. Bilirəm yuxusuzsan hövsələn dağılır.
Deyirlər ac adamın yuxusu da gəlməz!
Dostum!
Bunları
çox İslama qısnama! Bunlar İslamı istədikləri
kimi düşünürlər; ana yasanı yazıb yadırğadıqları
kimi. Bunları yazdıqları 15-ci əslə (maddəyə)
də qısnama. Yasa nə, yarasa nə! Yarasa təkcə
yasaqlıq yarada bilər. Bunlar sənin sözlərinə qulaq
asası deyillər, necə ki öz sözlərinin üstündə durası.
Əziz
Dostum Əbdüləziz!
Haq
sözlərini söyləməkdə kimsədən qorxmayırsan,
çünkü bilirsən sənin Tanrın “Əziz”dir isə- ki
əzizdir “Vəllahü əziz-ün züntiqam” (Tanrı əziz
və intiqam alandır.Ali imran-4) – qoymaz səni zəlil olasan.
Bunlar sevmədikləri sənin haq sözlərini və düz işlərini
suç sanıb və özlərinə yaraşıqlı damğalarla
səni dustaq etmişlər. Suçsuz Yusifi zindandan qurtaran Allah
səni yaddan çıxarmaz və ismət köynəyinin cırılması
ilə səni təbriyə edib (sənə bəraət
qazandırıb), öz əli ilə səni bu sıxıntıdan
qurtarar. Və onların suçluluqların buyunlarına qoyar
və sənin öcünü alar.
Əzimi
bey!
Bunlar
təhkkümləri ilə səni məhkəməyə
aparacaqlar və qara qan daman qələmlərinin ucu ilə
Azərbaycanın acınmış yaralarının başın
açıb daha da acışdıracaqlar. Bir daha eksik hökmləri
ilə sənin başını daha da ucaldacaqlar və öz abırlarını
aparmaqdan savayı heç nə yapamayacaqlar. Ondadır ki,
Azərbaycan xalqının savalan kimi ucalmış başından
ürəyinin qaynar qəzəbi coşacaq və vulkan kimi baş
açıb onları yandıracaq.
Dustaq
dostum!
Bunlar
sənin dustaq olmağından da qorxudadılar. Çünkü bunlar
yalnız bir şiri yox, bir kişini yox, ürəyi haq sevər
və dili haq söylər bir ruhanini dustaq etmişlər və
onun azad olub olmamasında da qalıblar. Çünkü özgür igid zindanda
da kimsəyə qulluq etməz və heç bir eskigə eyilməz.
Bu durumda düzünə baxsaq
onlar sənin əsirindilər. Bu fərqlə ki sənin əsirlərin
toxdurlar, ama sən ac. Demək bu da “İslam-i nabi
Məhəmmədi”nin gözəl hökmlərindən birisidir ki,
keçirilir. Beləliklə bəllidir ki, üzü qaralıq kimə
qalacaqdır. Bəli, bəllidir. Bunlar Azərbaycanın
təkcə canını yox, bütün insanlığı zindana
salıblar. Ancaq dostum, döz görək bunlar bıçağı sümükdən
sonra hara dayandıracaqlar və yatmış Aslanı,
Azərbaycanı necə oyadacaqlar!
Böyük
Allahın amanında. Düalarında məni unutma.
16
rəcəb-ül mərcəb
Qum
elmiyə hövzəsi
Kiçik
qardaşın: Fətullah Zövqi
و
هو العزیز!
عزیز
دوستوم؛ حضرت
حجتالاسلام
و المسلمین
عبدالعزیز
عظیمی قدیم
جنابلاری (زید
عزّه)
سلام
علیکم!
«رجب»
آیی گیرمهمیشدن،
شانلی
مشروطیتین
فرمانی صادر
اولان گونون
ایلدؤنومونده
زیندانا
آپاریلدین
ایندی ایسه آی
یاریدان
اؤتوب سن هله
بوراخیلماییبسان.
آی یاریدان
اؤتوب و
اعتکافین
ایلک گونوندن
باشلانان
اعتصابینی
هله
سیندیرماییبسان،
بیلیرهم بو
رحمت آییندا
دوستاغین
یالقیزلیغیندا
اورهیین
تانری یوواسیدیر
و سن اونونلا
قونوشورسان.
بیلیرهم آجسان!
گؤزلرین
قارالیر،
سووسوزسان
باشین گیجهلیر،
بیلیرهم
یوخوسوزسان
حوصلهن
داغیلیر،
دئییرلر آج
آدامین
یوخوسودا
گلمز!
دوستوم!
بونلاری چوخ
ایسلاما
قیسناما!
بونلار
ایسلامی
ایستهدیکلری
کیمی
دوشونورلر؛
آنا یاسانی
یازیب
یادیرغالادیغلاری
کیمی. بونلاری
چوخ
یازدیقلاری
اونبئشینجی
اصلهده
قیسناما یاسا
نه یاراسا نه!
یاراسا تکجه
یاساغلیق
یارادا بیلهر،
بونلار سنین
سؤزلرینه
قولاغ آساسی
دئیللر نئجه
کی اؤز
سؤزلرینین
اوستونده
دوراسی.
عزیز
دوستوم
عبدالعزیز!
حاق سؤزلرینی
سؤیلهمهکده
کیمسهدن
قورخماییرسان
نئیه کی
بیلیرسن،
سنین تانرین «عزیز»دیر
ایسه ـ کی
عزیزدیر «وَاللّهُ
عَزِيزٌ ذُو
انتِقَامٍ» (آل
عمران / 4) -
قویاماز سنی
ذلیل اولاسان.
بونلار سئومهدیکلری
سنین حاق
سؤزلرینی و
دوز ایشلرینی
سوچ سانیب و
اؤزلرینه
یاراشیقلی
دامغالارلا
سنی دوستاغا
سالیبلار.
سوچسوز
یوسیفی
زینداندان
قورتاران
آللاه سنی
یاددان
چیخارماز و
عصمت کؤینهگینین
گئریدن
جیریلماسیلا
سنی تبرئه
ائدیب، اؤز
الیلیه سنی بو
سیخینتیدان
قورتارار و
اونلارین
سوچلولوغلارین
بویونلارینا
قویار و سنین
اؤجونو آلار.
عظیمی
بهی! بونلار
تحکملاریلا
سنی محکمهیه
آپاراجاغلار
و قاراقان
دامان قلملرینین
اوجویلا
آذربایجانین
آجینمیش
یارالارینین
باشین آچیب
داها
آجیشدیراجاغلار
و بیر داها
اسگیک حؤکملریله
سنین باشینی
داها
اوجالداجاغلار
و آبیرلارین
آپارماقدان
ساوای هئچ نه
یاپانمایاجاغلار!
اوندادیر کی
آذربایجان
خالقینین
ساوالان کیمی
اوجالمیش
باشیندان
اورهیینین
قاینار غضبی
جوشاجاق و
وولکان کیمی
باش آچیب
اونلاری
یاندیراجاق!
دوستاغلی
دوستوم!
بونلار سنین
دوستاغدا
اولماغینداندا
قورخودادیلار
نئیه کی
بونلار
یالنیز بیر
شیری یوخ، بیر
کیشینی یوخ،
کی بیر اورهیی
حق سئوهر و
دیلی حق سؤیلر
روحانینی
دوستاغا
سالیبلار و
اونون آزاد
اولوب
اولماماسیندادا
قالیبلار؛
نئیه کی
اوزگور ایگید
دوستاغدادا
کیمسهیه
قوللوغ ائتمهز
و هئچ بیر
اسگیگه
اییلمهز. بو
دورومدا
دوزونه
باخساق
اونلار سنین
اسیریندیلر.
بو فرقله کی
سنین
اسیرلرین
توخدولار آما
سن آج! دئمک
بودا «اسلام
ناب محمدی»نین
گؤزهل حؤکملریندن
بیریسیدیر
کی کئچیریلیر!
بئلهلیکله
بللیدیر کی
اوزو قارالیق
کیمه
قالاجاغدیر.
بلی، بللیدیر!
بونلار تکجه
آذربایجانین
جانین یوخ،
بوتون
انسانلیغی
دوستاغا آلیبلار؛
آنجاق دوستوم!
دؤز گؤرهک
بونلار
پیچاغی سوموکدن
سونرا هارایا
دایاندیراجاغلار
و یاتمیش
آسلانی،
آذربایجانی
نئجه
اویاندیراجاغلار!
بؤیوک
آللاهین
آمانیندا،
دوعالاریندا
اونوتما منی!
16
رجبالمرجب 1426
قومون
علمیه حوزهسی
کیچیک قارداشین؛ فتحالله ذوقی