Güney
Azərbaycan hara doğru gedir?
Nə tür qurtulacayıq?
Məmməd
Riza Aqapur
Güney
Azərbaycan hara doğru gedir? Nə tür qurtulacayıq? Özgürlük
diyə, bağımsızlık istiyərək , milli
hərəkatın bağımın yabancı əllərə
vermədən nəcür onların dəstəkin qazana
biləriq? Bunlara tay neçə sorğuda ola bilsin ki, hər bi
Azərbaycan Türkün məfkürəsində yer açsın. Bunlar bu
günün gərkli olan sorğuları. Millətimiz dərin bir
yuxudan ayılıb, hər kəsin gözündə bir parlaqlıq,
üzlərində kəndinə güvən gözə çarpır.
Milli hərəkatın bəlirgin özəlliyi nədir diyə
soran olursa dərhal verəcəyim yanıt və yaxud açıqlama
budur: Millətimiz bəlirli bir
necəliqlərə varkən (ona baxmayaraq) ortam milli istək
ama çeşitli amacın əsaslarına
söykənərək bir araya gəlməsi və yapıt yapması
milli hərəkatın özəlliyin daşır. Bu demək kütlə
və toplumun əsasi mahiyətləri ortaq milli təriflər
üzərində yekünləşib, bir axış və yaxud oyanışa(ardıca
dirənişə) nədən olub. İnsanlar ömürlərinin
bir çoxun müəyyən bir quruplarda sürüllər. Zamanında özəl
nədənlər, məsəla bir ailə kimi, bir
qəsəbə yaxud şəhərdaş kimi, bir toplumsal ya
ekonomik və ya ulusal qurup kimi bir-birilə ilgidədilər. Bu
ilgi bilərək və
hətta bir zamanlar bilməyərək yaranma həllin tapır.
Özəl istəklər və baxışlar, özəl yapıt
və çabalar, özəl mənfətlər, özəl əldə
edişlər və ən önəmlisi özəl bədiiyat(
soy,dil, vətən) insanın
quruplaşma təməlində ən böyük hadisə və
rolu oynayır. İnsansəl
qurupların araşdırma imkanına layıq bulunan Toplum
Bilimləri bu haqda hər qurupa istənilən və
gərəkli tərifi verərək, bu qurupların
bilimsəl və akademik səviyədə hallanmasında
və onun əsasların incəliyən bir elmi əbzar kimi, dünyanın
hər bir yerində önəmin bəlirlətib. Toplum
Bilimləri nədir? Bu təbii olaraq hər bir maraqlı
məfkürəni özünə cumudub, fikirdən artıq, düçüncə
sisteminə çevrilə bilər. Bu gün Güney Azərbaycanda üz
verən olaylar (amac çeşitliyi səbəbindən) dərin
və iti baxış bu zaviyədən mənimsəyib,
gərəkli olan taktik ve estratejiya realliğın gözləyir.
Bu aydıncasına
bəlirlidir. Nətür qurtulmaq və hançı yoldan əsas amacımızı
əldə edə bilərik? Çeşitli estratejyalar məşqimiz
olaraq, nətür ortaq amaca doğru yönələcəyik?
Bu durumdan millətçə qurtulacayıq. Ama nətür
qurtulacayıq? Bunları yaxşı düşünmək lazım
və də öncə durumumuzu çox yaxşı qavramalıyız.
Xəstəlik nə qədər dehşətli olursa olsun,
təşxis edəməzsək çarəsini nətür düşünə
biliriz? Bir laf vardır bu ki, Pərşəmbənin gəlişi
Çərşənbədən bəlli olur. Mən bu sözə bir şey artırım.
Əyər dünyanın hər tərəfini yaxşı tanırsaq
və matematik(hesablama) bilirsək, yada qafamız matematik kimi çalışırsa,
o zaman Pərşəmbənin gəlişini Çərşnbədən
deyil, bir öncəki Çərşənbədən təxmin
etməyə başlayarıq. Yuxarıda gətirdiyim sözlər
matematikin rolun günlər gəlişində canladaraq, düşüncə
sistemin məhz sadə bir gəlişdə anlatır. Güneyin
gəlişin və qurtuluş formasının türüdə
təxmin edilə bilər. Da burda matematik dəyil ki, rol ifaçısına
dəstək verir ya tür göstərərk, gəlişin
təxmin vursun. Burda qafamız matematik kimi çalışmasın
desək, ancaq güclü bir toplumsal bigilərə yaraqlansın,
sonra elmi təxminlərin ortaya çıxmasın düşünürəm.
Elə həmən bu təxminat, ortaq amac və esteratejiya önündə
dayanan çeşitliyin yerin birliklə dəyişə bilər. O
üzdən öncə Toplum Bilimləri nə dəyil tərifin
bilib sonra nə olmasın bilməliyik. Toplum Bilimləri bilimin
bir bölməsi olaraq, toplumsal(ictimai) fəlsəfə dəyil.
Toplum Bilimləri dəyərlərin nizamı dəyil ki,
insanlara desin bu gün nə tür toparlanıb
ya xud davaranış türün yamsıladsın.
Toplum Bilim əsasları demək insanların, nədən bir
toplumda eyniləşmələrin, eyni zamanda
bilib-bilmədən amaclaşmanın, birləşmənin
həyatı proseslərin, araşdırıb və açıqlayan
bir elmdir. Təbii olaraq sonuclar toplumların çeşitliyinə
bənzər, çeşit formada bəlirlənir. Bəzəndə
görünür ki, bir sıra təşkilatlarımız kütlənin
bir bölməsilə düzgün davranış və ardıcıl
formalaşmasında, duyğu gücün yardımı ilə,
hətta qiassız önər
və fikir ortaya qoyur. Ama bu duyğu və düşüncə
dəyil ki, ən əsasi rolu oynayır. Bir uzman poletikacı
ya xud təşkilat gərəkən bunu diqqətinə alsın
ki, 1946.cı ildən bəri millətimiz atdım-atdım
qaranlığa doğru yönəlirdi. Gedərək hər bir
milli-siasi çaba süküta və yoxluğa sarı gedirdi.
Son
10 ildə Dr. Mahmıd Əli Çöhrəqani bəyin istartilə
donmüş bir əhvaldan yeni bir ruh özünə qazanan millətçi
təfəkkürlər bala-bala baş qaldırmaya başladılar.O günlərdən bu günə dək, millətimiz
atdım-atdım, oyana-oyana, aynı zamanda şaştıra-şaştıra
bu günlərə qədər gəlindi. Son olaylar isə, işin
son pərdələri kimi göründü. Ama bu o demək dəyil ki,
davşan yuxusu bizi aparsın. Hərəkət indi öncədən
fərqli və hər zamandan hızlı önə gedir.Bu
hərəkətin gələcəyi bəllidir. Qurtulacayıq,
ama nətürlü qurtulacayıq? Bu gün hara getməyi, hançı
yollarla təşkilatlar diyə təklif etməliyik? Düzgün
sonuc harda yatıb? Qurtuluş Güclü tədbir və
bilimlərdən asılımı yoxsa şans və
taledən? Nə yapaq ki, yanılmayaq? Məncə bir azda olursa
toplumsal bilimlərdən yaraqlana bilsək, millətimizin ruhiyatın
zamanın gərəkilə ölçə bilsək, yanılmanıq.
Güneydə çox acıqlı günlər geçir. Vahim və təin
edici bir durumdayız və bu həyati durumun bir görünənləri
var, birdə görünməyən daha qorxunculu nuqtələri var.
Özəllikcə, biz onlar üzərində dururuz. Çünkü, o görünənləri
hazırlayan o görünməyən vahim durumlardır. Bunları
sadəcə Toplum Bilimlərin yardımı ilə çözdürmək
mümkün. Siasi bilimlə yanaşı toplum bilim bizi məqsədə
çatdıra bilər. Güney Azərbaycan hara gedir diyə, hara
getməsin indidən təxmin vurmaq imkanı var. Bu təxminat
əyərsə yanlış ölçülürsə, hara getmək
bəlirlidir. Məncə tam təşkilatlar bu gün gündəlik
planlarında Toplum Bilimlərindən faydalanıb, milli
hərəkətin üçüncü və demək son fazına hazırlıqlar
yapmalıdılar.Bu arada Toplum bilimlərin oynadığı
həyati rolu əsla onutmayalım.