28 May 2006 Mainz-Almaniya

Mitingi

 

28 Mayda Almaniyanin Mainz şehərində Frankfurt Azərbaycan-Alman Kültür ocaği- ve Mainz Azərbaycan Alman dostlug cəmiyyəti birgə çoxsayli Miting təşkil etmişdir.

Mitingdə gündəlik məsələlər-28 May Azərbaycan Cumhuriyyətinin guruluş günü və Güney Azərbaycanda son günlər millətimizə garşi Iran rejiminin törətdiyi cinayətlərdən danişilmişdir.

 

Çixişçilar 28 May Azərbaycanin istiqlal günü ile əlagedar danişmagla yanaşi hazirda Güney Azərbaycanda baş verən hadisələrdən behs edərək ,haqlarini dinc yolla tələb edən soydaşlarimiza şovinist Iran rejiminin tutduğu divandan ,Iran adlanan ölkədə milletimizə garşi törədilən cinayətlərdən danişaraq bütöv Azərbaycani və Türk dünyasini feallaşmağa cağirdi. Eyni zamanda çixiş edənlər Güney Azərbaycanda Iran ordusunda və Polisində çalişan soydaşlarimiza da fars şovinistlərinin hiylələrinə uyaraq xalqimiza silah çevirməməyə və Azərbaycan Milli hərəkatına qoşulmağa çağırdı.

Mitingin sonunda miting iştirakçıları aşağıdakı tələblərlə bəyanat verdi:

 

1)Iran şovinist rejimi haqlarını tələb edən Güneydeki Türk millətinə qarşı törətdiyi cinayətlərə son versin!

2)Türk millətini tehqir edənlər və millətə qarşi qətilyamlara tapşiriq verənlər dərhal cinayət məsuliyyətinə cəlb olunsunlar!

3)Ganunsuz olaraq həbs edilənlər en qisa zamanda azad edilməli!

4) Beynəlxalq birliklər,Insan haqlari təşkilatları gecikmədən Iranda törədilən ağir cinayətlərə qiymət verərək Iran rejiminin bu cinayətkar əməlinə davam etməsinin qarşısını almalı!

5)Avropada və bütün dünyada yaşayan Türk milleti, Türk təşkılatları Iran rejiminin oradkı Türk millətinə qarşı apardığı bu mənfur siyasətə qarşı Beynəlxalq təşkilatların önündə kütləvi aksiyalara başlamalı.

 

Frankfurt . Almaniya