Mahmud Əhmədinijat-in nazirlər kabinet siyahısı üzrə siyasi proqnos


Dr. Manaf Sababi


 

İranın yeni prezidenti Mahmud Əhmədinijat öz nazirlər siyahısını irəli sürdüyü halda artıq heç kimə sirr qalmır ki, İranda gözlənilən siyasi xəttin kursu hankı cəhətə yönəlir. Əlbəttə siyahının tərkibi kimsiyə sürpriz olmamalidi, çünki son prezident seçkisi əslində belə varyantın iqtidara gəlməsinə imkan vermişdi. Amma, bu dərəcədə əmniyyət və təhlükəlik əsasında olan kabinetin zərurəti daha yersiz hesab etmək ola bilər, çünki onsuzda Milli Məclis, ədliyə və prezident strukturləri konservativ qüvvələrin, Əli Xamənei başda olaraq, kontrol altına keçmişdi. Onunla belə, adına layıq rejimdaxili bir platform ki, Əli Xamənei-ə orda rəqib yaransın vəya onun monopol və avtoritar statusuna təhlükə törətsin qalmamışdı. 

 

Son 10 ildə İranda siyasi xəttin kursu, ümumiyyətlə, rejimdaxili 3 qüvvənin alış veriş məhsulu olub.

1. Vilayəte Fəqih (Əli Xamənei). Nüfuz altında olan təşkilatlar: o cümlədən İnqilab Keşikçiləri (PASDAR), dövlət radiyo-TV və ədliyə strukturu (Qəzayiyə qüvvəsi)

2. Prezident aparatı

3. Milli Məclis

 

Siyasi xəttin kursu bu 3 qüvvədə yerləşən kadrların mənafesını (şəxsi ya ideolojik) nəzərdə alaraq hər zaman formalaşıb. Bəzən siyasi çəkmə-çəkişlər bir qrupun ləhinə vəya əleyhinə tamam olsada, nəhayyət heç bir qüvvə tək başına İranda siyasi xəttin kursunu təin etmək imkanına malık olmayıb. Elə ona görədə nə düzgün şəkildə islahat gedirdi və nədə Wəhabi/Taliban hükumətinə bənzər mükəmil şəriyə hakimiyyəti İranda yer ala bilirdi.  

 

Indi isə hər üç qüvvə demək olar ki Əli Xamənei-nin şəxsi kontrol altına gedib. Burada mübhəm məqam bundan ibarətdir ki Xamənei öz gücünü və nüfuzunu möhkəmləşdirmək üçün yoxsa şəriyə hakimiyyətini tam əsil mənanda İranda icra üçün son manovrları planlaşdırmışdı. Əlavə olaraq, o iki özünəməxsüs varıyantların kənarında başqa senariyo bu ola bilər ki Xamənei Vilayəte Fəqih vəzifəsinə leqitim qazansın diyə Wəhabi/Taliban siyasətinə bənzər bir siyasi kurs seçsin. O zaman iqtidardaxili müxalif (Rəfsəncani-Xatəmi-Kərrubi) blokini siyasi səhnədən tam uzaxlaşdırmaq imkanı olmıyacaq. Nəhayət isə iqtisadi-siyasi mərkəzlərdə onlara zəif rollar nəzərdə alaraq o blokin rizayyəti də cəlb olunacak. Yeri gəlmişkən qeyd etmək lazımdır ki iqtidara mənsub aılələr arasında böyük sərmayələr üzrə davamlı rəqabət gedib və özəliklə Rəfsəncani (Əhmədinijat-in rəqibi) aıləsi bu sahədə kifayyət qədər zəfərli olmuşdi.

 

Nazirlər Siyahıdən məlum olduğu kimi 8 nazir milli təhlükəsizlik (ETTELAAT) vəya İnqilab Keşikçilər (PASDAR) kadrlarından olub. Xamənei-nin planlarinda hankı amaclar yerləşdiyinə baxmıyaraq, İran bir qeyri demokratik ölkə olduğu halda 3 nazir hər zaman mühum vəzifə daşeyib:

 

Daxili işlər naziri - reqiyonal siyasi nümayəndələri (ustandarlari) təin edir

İnformasiya və milli təhlükəsizlik (ETTELAAT) naziri - operativt əmniyyət mesulu

Maarif (Irşad) naziri - mətbuat və siyasi-ictimai mərkəzlərin çərçüvəsini formalaşdirir.

 

Məlum olduğu kimi bu üç əsasi vəzifələrə kandid verilən şəxslər,1- Mustafa Purməhəmmədi: Daxili işlər 2- Qulamhüseyn Möhsünü-Ejei: ETTELAAT

3- Məhəmmədhüseyn Səffar-Hərəndi: Irşad

hər üçü də Xamənei blokina vəfadar və əmniyyət baxımından ən qədar şəxslər seçilib. Bunlar ”Həqani Məktəb” üzvləri olaraq sivil bir ölkənin yox bəlkə Wəhabi/Taliban baxışına bənzər militar xaraktərli şəriyə hakimiyyətin tərəfdarıdılar. Militar ideolojisina malık nazirlərin kənarında isə Milli Məclisdə yerləşən nümayəndərlərin də böyük hissəsi həmən ideolojinin siyasi platformasindan istifadə edərək məclisə seçilib. O isə, hazırda ölkə rəsmi müharibədə olmasada, yarısı militarism idealistlərindən təşkil olan dövlət nədənsə müharibə tədaruku görür. Belə ki Xamənei və onun ətrafındakı aktörlər öz planlarına naıl olmaq üçün hərbi və əmniyyətli bir şərait ölkədə hazırlayır və məncə planların məzmunu yaxın zamanda (6-12 ay içində) daha açık şəkildə aydın olacak. Wəhabi/Taliban siyasətinə bənzər siyasi kurs yoxsa Xamənei simasında təsbit olunmuş dikatorloq siyasi kurs?

 

Ilk varıyant amac olarsa, möhkəm halda qadın və mətbuat hüquqları daha bügündən çox məhdud olmaq niyyəti ilə aksiyalar başlanmalıdı. Ona görə payız ərəfəsində bir sira ağıla siğimiyan qeyri insanı qanunların Milli Məclisdən təsdiqlənməsini gözləməliyiq. Növbəti hücum isə yəqin ki milli insan haqları üzrə fəallara, külturəl mərkəzlərə və islahhat tərəfdarlarına yönəlinəcək. Xatırlamaq lazımdır ki hazırda indiki vəziyyətdə bu quruplara olan təzyiqlər və basqılar Wəhabi/Taliban xaraktəri daşımır.

 

Burada maraq doğurdan, məncə, Vilayəte Fəqih-in şəxsi psikolojik durumu olacak, çünki ”Həqani Məktəb-in” əsas xətti rəhbər tərəfindən formalaşır və ona görə də dövlət hər zaman Xamənei-nin istəkləri ilə siyasi kursunu tənzimliyəcək. Başqa sözlə belə demək olar ki qarşıdan gələn şəraitdə ancaq Vilayəte Fəqih-in imkanı vardı ki kütlə ilə hərbi şəriyətçilər arasında balans yaratsın. Xamənei movcud hakım vəziyyətdən razi qalarsa bundan əlavə basqılara zərurət duymiyacak.

 

Son olaraq qeyd etmək lazımdır ki, İranda siyasi inkişafa yaxın zamanda təsir edən faktları da o cümlədən Amerika-nin movzeyi, beynalxalq insitutların münasibəti və milli hərəkətlərin güclənməsini də nəzərdən çixartmamalıyıq.