Murtəza Mütəhhəri

Çevirən: Güntay

”Babək”in  adı*

 

İslamiyətə düşmənçilik etmiş, müsəlmanlarla savaşmaqdan başqa heç bir fəziləti olmayan birisnin adını evladımıza qoysaq, məsələn evladımıza ”Babək” adını versək, sabah uşaq böyüdüyündə baxacaq görəcək ki, dostlarının adı həsən, hüseyn, əli, abbas və murtəza ikən, onun adı ”babək”dir. O zaman çocuq da deyəcək ki, baxım görüm mənim adaşım olan bu babək kim olmuş. Babəkin sorağına getdikdə isə görəcək ki, bu adamın həyatında insani baxımdan, cinayətdən, islamla savaşmaqdan başqa heç bir şey olmamışdır.

Babəkin haqqında söylənən təriflərin hamısı yalandır. Babəkin ərəblərlə savaşdığını deyləyirlər. Nə zaman Babək ərəblərlə savaşmış? Babək ərəblərlə deyil, iranlılarla savaşırdı. Babəki iranlılar öldürdü və onunla savaşda 250.000 iranlı öldü. Ərəblər o zaman kiçik bir irq idi və ərəblərin sayı çox az idi. Babəklə savaşan ordunun komutanı Əfşin adın da bir iranlı idi. Əfşinin əsgərləri də tamamən iranlı idi.Gedin tarixi diqqqətlə oxuyun! Görəcəksiniz ki, Babəklə savaşan ordunun bütün şüarları irancadır. Bütün adlar iranidir. Babklə savaşan iranlıların, ”kafir öldürən” adında gürzləri var idir.

Ərəb məsələsi ortada yox idi, Babək islam və müsliminlə savaşırdı. Mötəsəm xəlifə idi, lakin Babək, Mötəsəmlə savaşmırdı. Əgər iranlılar Babəki İslam düşməni bir ünsür olaraq tanımasaydılar, Mötəsəmin yanında yer alaraq Babəklə savaşmazdılar. İranlılar Mötəsəmə nifrət edirdilər, lakin Mötəsəmə nifrət hesabına gəlib Babək kimi bir zındığı təyid etmək istəmirdilər. O zaman inranlılar düşünürdülər ki, əgər Babək və Mötəsəm arasında birini tərcih etmək lazımsa, Mötəsəm Babəkdən daha yaxşı və tərcih olunasıdır.

                 Uşaq böyüdükcə, adının Babək olduğunu görür və istər-istəməz onda öz adaşına bir sempati və hörmət oyanmağa başlayır. Nə qədər bu şəkildə nümunələrdə görülmüşdür ki, belə adlar çocuqları inhirafa, pis yola sürükləmişdir. İslam zarafat filan qəbul etməz, onun şüarlarını və sınırlarını qorumalıyıq. Ancaq əgər İslamı qorumaq kimi bir istəyimiz yoxdursa, o, başqa məsələ. Mən o insanlara xitab edirəm ki, müsəlmandırlar, lakin qəflət və bilməzlik üzündən belə işlər görür, evladlarına ”Babək” kimi sevimsiz ad qoyurlar. Bu qafillər oyanmalıdırlar. Ancaq əgər birisi müsəlman deyil və islamla düşmən isə, bizim belələri ilə bağlı olaraq, başqa sözümüz və məntiqimiz var.



* . İslam inqilabının ideoloqlarından birisi olan Murtəza Mütəhhərinin Babək Xürrəmdinlə əlaqəli bu dəyərləndirməsi Müttəhhərinin “Panezdəh qoftar- Onbeş söyləm” adlı kitabından alınmışdır. Hər il Babək qalasına yürüş zamanı bu məqalə İranın rəsmi bir neçə qəzetində çap olunar. Tərcüməsini etdiyim bu məqalə isə Rejimin ideolojisini təbliğ edən “Meysaq” qəzetindən alınmışdır: Meysaq, şənbə 14 ordibeheşt 1381 sayı 111 s.3