İRAN SƏFİRLİYİNİN QARŞISINDA KEÇİRİLƏN PİKET İŞTİRAKÇILARI ÖLKƏNİN AZƏRBAYCANLIƏHALİSİNƏ QARŞI REPRESSİYALARA SON QOYULMASINI TƏLƏB EDİR

 

 

 

BAKI/24.05.06/TURAN: Bu gün Gənc Türklər təşkilatı İran səfirliyinin qarşısında piket keçirib. Piketdə ölkənin azərbaycanlı əhalisinə qarşı repressiyalara son qoyulması tələb olunub. Piketçilər Tehran rejimini pisləyən plakatlar qaldırıb, Cənubi Azərbaycanda milli-azadlıq hərəkatını dəstəkləyən şüarlar səsləndirib.
Polis aksiya iştirakçılarından ikisini saxlayıb. Piketçilər aksiyanın qətnaməsini oxuyub. Səfirlik işçiləri qətnaməni qəbul etməyib.
Sənəddə dünyanın aparıcı dövlətləri və dünya ictimaiyyəti bu qəddarlığa biganə qalmamağa çağırır. Qeyd olunur ki, Avropa, ABŞ və başqa türkdilli ölkələr İrana qarşı sanksiyalar tətbiq etsin, cinayətkarlar tutulub beynəlxalq məhkəməyə verilsin, rəsmi Tehran azərbaycanlılardan üzr istəsin və s. -03C-