(BİOQRAFİ)
|
şəkli yükləyin |
şəkli yükləyin |
Munis
Şərifov, kamança və çəqanə ifaçısı:
Mən 24 aprel 1962-ci ildə
Azərbaycanın Ağdaş rayonunun Ərəbocağı
kəndində muəllim ailəsində anadan olmuşam.
Mənim Ağdaş musiqi məktəbində ilk kamança müəllimlərim
Şahid Abdullayev və Şahin İbrahimov olmuşdur. Ağdaş
musiqi məktəbini bitirdikdən sonra Asəf Zeynallı adına
Musiqi Texnikomuna daxil olmuş və həmin təhsil ocağında
professor Şəfiqə Eyvazova və professor Rafiq İmraninin
sinfində oxumuşam. Asəf Zeynallı adına musiqi
texnikomunu bitirdikdən sonra Üzeyir Hacıbəyov adina
Azərbaycan Dövlət Konservatoriyasina (indiki Baki Musiqi Akademiyası)
daxil olmuşam.
Mən 1982-ci ilde,
görkəmli xanəndə, Azərbaycan Respublikasının
Xalq Artisti İslam Rzayevin rəhbərlik etdiyi instrumental
ansamblda solist və müşayətçi, birinci kamança ifaçısı
kimi peşəkar karyerama başlamışam. O vaxtdan bəri
Azərbaycanın bütün televiziya və radio kanalları ilə
sıx əməkdaşlıq edirəm. 1986-cı ildən
1990-cı ilə qədər Azərbaycan Dövlət Konsert
Birliyində solist və müşayətçi kamança ifaçısı
vəzifəsində çalışmışam. 1985-ci ildə
Moskva şəhərində keçirilən Gənclərin və
Tələbələrin 12-ci Beynəlxalq Festivalının
dimlomçusu olmuşam. 1990-cı ildən bu günə qədər
Bakı Musiqi Akademiyasında və Azərbaycan Milli
Konservatoriyasında kamança tədrisi üzrə müəllim
vəzifəsində çalışır və həmçinin
Azərbaycan Respublikasının Xalq Artisti, professor Arif Babayevin
muğam sinfində müşayətçi konsertmeyster işləyirəm.
Həmçinin, Bakı Musiqi Akademiyasında qədim milli musiqi
alətlərinin bərpası və təkmilləşdirilməsi
elmi laboratoriyasında elmi işçi kimi fəaliyyət göstərirəm.
1993-1995-ci
illər ərzində İranın Tehran Musiqi və
Mədəniyyət Mərkəzində kamança müəllimi kimi
fəaliyyət göstərmiş, həmçinin həmin müddətdə
Tehran Radio və Televiziyasının musiqi proqramları ilə
əməkdaşlıq etmişəm. Bununla yanaşı
İranın bir çox şəhərlərində solo
konsertlərlə çıxış etmiş və məhz
Azərbaycan milli musiqisini və milli alətimiz olan kamançanı
təbliğ etmişəm. Həmin
müddətdə Tehranda 2 solo albomum işıq üzü görmüşdür.
Qeyd
edim ki, 1997, 2003 və 2004-cü illərdə Bakı şəhərində
mənim solo ifamda audio kasset, CD və video kassetlər buraxılmışdır.
Sənətşünaslıq
namizədi, dosent Məcnun Kərimov və mən 1996-cı ildə
qədim milli musiqi alətlərindən ibarət ansambl yaratdıq.
Sonra həmin ansambla Azərbaycan Musiqi Mədəniyyəti Dövlət
Muzeyinin tərkibində Qədim Milli Musiqi Alətləri Dövlət
Ansamblı statusu verildi. Mən hal-hazırda həmin ansamblın
konsertmeystri, solisti, aranjimançısı və müşayətçisiyəm.
Bu ansamblda mən, Azərbaycanın qədim milli musiqi aləti
olan çaqanədə ifa edirəm. Mən çəqanə
alətinin dünyada yeganə ifaçısıyam.
2000-ci
ildə Şotlandiyanın Edinburq şəhərində keçirilən
Simli və Kamanlı Musiqi Alətləri üzrə
Beynəlxalq Simpoziumda kamançanın və çəqanənin ifa
imkanlarını nümayiş etdirmişəm. 2002-ci ildə
həmçinin Qazaxıstanın Alma-Atı şəhərində
qazak xalqının böyük musiqiçisi Bolat Sarıbayevin şərəfinə
təşkil olunan Müasir Etnoorqanologiya Üzrə Beynəlxalq Elmi
Konfransda çəqanə alətini nümayiş və təbliğ
etmişəm.
2002-ci
ildə UNESCO-nun dəvəti ilə Fransada Qədim Milli Musiqi
Alətləri Dövlət Ansamblı ilə festival və
konsertlərdə çıxış etmişəm.
2004-cü
ildə ABŞ-ın İndiana Universiteti və Azərbaycan
Amerika Mədəniyyət və Təhsil Fondu
tərəfindən təşkil olunmuş Beynəlxalq
Simpoziumda iştirak etmiş və İndiana Universiteti, Viskonsin
Universiteti və Ohayo Dövlət Universitetində usta-sinifləri
(master-klass) dərsləri vermiş və solo konsertlərlə
çıxış etmişəm. İndiana Universitetinin Fəxri
Professoru adına layiq görülmüşəm. Həmçinin ABŞ-ın
Bloominqton şəhərindəki, professor Şahyar Daneşgarın
rəhbərlik etdiyi İpək Yolu Ansamblının
tərkibində ABŞ-nın bir çox şəhərlərində
çıxış edərək, Azərbaycanın milli musiqisini
və milli alətimiz olan kamançanı yüksək səviyyədə
nümayiş və təbliğ etmişəm.
2005-ci
ildə Tacikistanın Düşənbə şəhərində
təşkil edilmiş Sedaye Delho (Ürəklərin Səsi)
Beynalxalq Festivalda iştirak etmişəm. Həmin ildə
İslam Ölkələri Konfransı Təşkilatının Türkiyənin
İstanbul şəhərində təşkil etdiyi
Beynəlxalq Festivalda iştirak etmişəm.
Azərbaycan milli musiqisi, həmçinin Qərb və Şərq musiqilərini ifa edərək bir çox dünya ölkələrinə konsert səfərlərinə çıxmışam: ABŞ, Kanada, İngiltərə, İrlandiya, Şotlandiya, Almaniya, Fransa, İsveçrə, Çexiya, Rusiya, Ukrayna, Qazaxıstan, Özbəkistan, Tacikistan, Gürcüstan, Türkiyə, İran, Hindistan, Şri-Lanka, BƏƏ və s.
munissharifov@yahoo.com Cell: 0099455 778 21 15