Unudulmuş Qarabağ savaşı
Artıq
on səkkiz ildir ki, Qarabağda Azərbaycan və Ermənistan
arasında savaş gedir. Yaxlaşıq iyirmi faiz Azərbaycan
torpaqlarının ermənilər tərəfindən işğal
edilməsi çox dağıntılar törətmişdir. Bir
milyondan artıq Azərbaycanlı öz ev-eşiyindən
didərgin düşmüş, otuz mindən çox insansa həyatını
itirmişdir. Erməni işğalı səbəbinə bu gün
Azərbaycan dünyanın ən çox qaçqını olan ölkə
durumuna düşmüşdür. Savaşın başlamasından on
səkkiz il keçsə də, hələ də bu insanlar dözülməz
qaçqın düşərgələrində yaşayırlar. Qaçqın
düşərgələrində sanitariya durumu yetərsizdir,
tibbi yardım və maarif isə az qala yox
dərəcəsindədir. Bu düşərgələrdə evə
qayıtmağı gözləyən bütöv bir nəslin ömrü
hədər olub.
Qafqazın bu ən dağıdıcı savaşına
və Azərbaycan qaçqınlarının faciəli taleyinə
dünya göz yumur ki, bu da adamın ürəyini sızladır və
adamı sinirləndirir. Az qala iki onillikdir ki, savaş gedir
və hələ də çözüm yoxdur. Halbuki Qarabağ savaşı
ilə ortaya çıxan bu bəşəri fəlakət yalnız
Azərbaycanlılara yox, bütövlükdə, insan haqlarını müdafiə
edənlərin hamısına aid bir sorundur.
İsveç xalqı və İsveç höküməti öz təsanüdçü
gələnəyi və humanist dünyabaxışı
səbəbinə həmişə başqa ölkələrdəki
savaş qurbanları ilə həmrəy olmuşdur. Arzum budur
ki, İsveç Azərbaycan qaçqınlarını da müdafiə
edib uluslararası ilişgilər alanında bu unudulmuş
Qarabağ sorununu yenidən gündəliyə gətirsin və qaçqınların
öz evlərinə qayıtmaq uğrundakı haqlı mübarizələrini
dəstəkləməklə toqquşmanın
sağlam çözümünə çalışsın.
Nərgiz
Nedai
Azərbaycan
Gənclər Federasyonu İsveç
