Gəlin Səhvlərimizi təkrar etməyək !

 

Hər ay bir bahana ilə, söz azadlığı və demokrası adila, acı qələmlər işə düşür. Zahirdə tənqid və şəxslərin görüşlərinə münasibətdir, amma batində ürək bulandıran davranışlardır ki öz özlərini rüsvay edir!

Bir ağıllı tənqidçi sözünü “Ağaye X sakit olun” (xəfələn) kəlməsi ilə başlar?! Demokratiyanın hansı əsli bunu qeyd edir? Hər kəs özünə nə qədər  haqq  bilirsə o qədərdə müxalifinə haqq ayırmalıdır.  

 

Heç kim Güney Azərbaycanın seçilmiş vəzir- vəkili dəyir amma hər bir Azərbaycanlı seçilmədən milli hərəkətin fəal üzvi ola bilər və müxtəlif sahələrdə fərdi və cəmi işləri görə bilər. Hamimiz yaxşı bilirik ki Dr. Nəzmi bəy tək başına Ana Yurdu TV sini yalnız Azərbaycan eşqinə bərpa etmişdi. Şəxsi mənafe arada olsaydı, bu 27 ildə bizimdə 27 Kanal (24 saatliq TVlərimiz olardı.

 

Milli hərəkətdə fikir ayrılıqları təbiidir. Amma fikir alış verişində çirkin lüğət və kələmlərdən istifadə edən bir kəs yalnız öz şəxsiyyətinin əşaqa olduğunu nümayişə qoyur. ( İstər tənqidi duz olsun ya qələt.)

 

Əlbət də, bu utandırıcı davranış və yazı birinci dəyir və sonuncu da olmayacaqdır. Amma sayt məsulları       öz saytlarının qaydaları əsasında bu çirkin ədəbiyyatın qarşısını almalıdırlar.

 

Bunu unutmamalıyıq ki Güney Azərbaycan milli hərəkətində, müxtəlif təşkilatlara və şəxsiyyətlərə ehtiyacımız vardı. Silahlı əsgərdən tutub, siyası diplomata qədər. Milli hərəkətimiz həssas bir mərhələdədir, bu gün hər milli fəal öz biliminə, ləyaqətinə və imkanına qədər milli vəzifəsini yerinə yetirməlidir. Bu damqalar və itihamlar milli fəallar aramızda nifaq salır və düşməni sevindirir.

 

 Əzizim, beş barmaq bir dəyir.  Hər kəs öz imkanına qədər milli burcunu yerinə yetirməlidir. İş bacarmayanlar iş görənləri təşviq etməlidirlər, maddi və mənəvi yardım etməlidirlər, həsadət əvəzinə , sağlam rəqabət  etməlidirlər.

 

İki ay öncə Şəms Təbriz saytına yazdım “ gəlin səhvlərimizi düzəldək” tənqid  və söz azadlığı və demokrasi adila (və ittila Rəsani adila) küçə bazar ədəbiyyatına yol verməyək. Amma elə bir ki məni yaxşı başa düşməyiblər və Fars dilində, türki xoruz  döyüşdürmədən ləzzət aparırlar! Allah o Ələm.

 

Ayıq Ellər  

Apr 19, 2006