“Azərbaycan Öyrənci Günü”

 

Dəyərli Azərbaycan Türk Gənçliyi;

1374 günəş ili( 1995) Tehranda oturan bəzi şovinist quvvələrin başçılıq və göstərişi ilə yayılan anti-  Türk, anti- Azərbaycan  elamiyəsinin sancılarını unutmaq mümkün deyil. Ancaq həmin ilin ordibeheşt ayının 19-da  öncə Təbriz biliyurdunun aslan biləkli, qaplan ürəkli tələbələrinin mərdanə dirənişi və ondan ilham alaraq bütün Azərbaycan Türk tələbələrinin müxtəlif şəhərlərdəki etkin etiraz və təzahüratıda unutlmaz milli dirçəliş günüdür.

19 ordibeheşt “ Azərbaycan Türk Öyrəncilər Günü “ vəya sadəcə “ Azərbaycan Öyrəncilər Günü” kimi milli hərəkətimizin xatirəsində kəsinləşməsi gələcəyin iri addımlarının başlangıcı sayılmaqdadır.  Bütün millətimizi özəlliklə öyrənci və tələbələrimizi bugün münasibəti ilə təbrik edir və bu ağır şəraitdə hər il bu gündə onların şahlanışını arzu edirəm.

22  xurdad 1325 ( 1946) günü Güney Azərbaycanda milli biliyurdun açılması üçün verilən fərman şübhəsizki, elmi gün və bayram kimi xatirələrimizdə yer tutmaqdadır. Bu günün                “ Azərbaycan Biliyurdlular Günü “ kimi edilən təklifi yerində, uygun və dəyərli bir fikir olaraq qəbul etməmək mümkün deyil. Əminəmki bugündə müxtəlif biliyurdlarda Azərbaycanlı tələbə , ustad , alim və araşdırıçılarımızın iştiraki ilə hazırlanacaq böyük elmi konfranslar, çıxış, məruzə və toplantılar  Azərbaycan Türk millətinə dəyərli töhfələr təqdim edəcəkdir.

1374-ün 19 ordibeheştindəki Təbrizdə tələbələrin əzəmətli yüksəlişinə görə ele o günlər yazıb- yaratdığım “ Qoca Təbriz “ şerindən bezi tikələri  təqdim edirəm. Əmin və arxayınamki, milli hərəkətimizin ümid qanağı olan gənçlərimiz bundan sonra hər il o günün qeyd edilməsnə cani- gönüllə çalışacaqdır.

Böyük Rəsuloğlu : 18 ordibeheşt 1385-( 8 may 2006)

................................................................................

 

 

                                       “ Qoca Təbriz “

sənə şükr olsun ilahi məni təbrizli yaratdın

                                biləyim güclü yaratdın

niyə şükr eyləmiyim - Təbrizi qeyrətli yaratdın,

 papağın əyri qoy oğlum

                                  genə düşman qabağında

                                   uca   Ərkin    qalasında

                                   qoca  Türkün ocağında

                                   o süküt qan  çanağında

elə üsyanı   qopartdın -  belə  tufanı  yaratdın,

                                    *****

o Səhəndin viqarı sənlə viqardır  qoca Təbriz

buna şahid Savalan zirvəsidir, ay yücə Təbriz

başımı eyləmisən sən uca Təbriz,

sən əzəldən yaranıbsan olan aslan yatağı

dədə qorqud sayağı

özü məzlum , ama məzlum dayağı,

                                     *****

Bakı səndən alacaqdır nəfəsi

iki qardaş  qıracaqdır  qəfəsi

Rəsuloğlu  ucalandır  bu səsi

“yaşasın Türklüyümün  ərgənəsi,

  yaşasın Türkçülüyün dəbdəbəsi,

  yaşasın  millətimin   ən - ənəsi, “

                                      ******

ölmüyeydim barı Təbrizliləri şad göreydim

Bakının nəğmələrin təbrizlən yar göreydim

ürəyin pasdan arınmış,

səni ulduzla aya tay göreydim

səni azad  göreydim  -  səni abad göreydim

səni azad  göreydim  -  səni abad gıreydim,

 

1995 - Bakı

***************************************