Iran
adlanan ölkənin Bakıdakı səfirliyinin son bəyanatlarına
münasibət
Ötən
həftənin son iki günündə iki dəfə Azərbaycanı
hədələyici bəyanatla çıxış edən İranın
Azərbaycandakı səfiri Əfşar Süleymani əsəblərini
cilovlaya bilmir. Onun və mənsub olduğu ölkəsinin ondan
əvvəlki səfirlərinin də ölkəmiz əleyhinə
buna bənzər bəyanatları çox olub, yəqin
nə qədər ki, qonşuluqumuzda bu millətlər
həbsxanası mövcuddur, bu cür sayıqlamalar bundan sonra da
olacaqdır.Lakin diqqəti çəkən məqam eyni hadisəyə
ardıcıl olaraq qarşı tərəfin münasibətini gözləmədən
iki dəfə reaksiya bildirilməsidir. Bu isə diplomatiyada
və dünya praktikasında bir qədər qəribə
hadisədir. Məsələyə Azərbaycan hakimiyyətinin
hansı reaksiyanı verəcəyi hakimiyyət mənsublarının
öz işidir. Amma bir vətəndaş kimi bu cür
məsələyə münasıbət bildirmək bizim də
vəzifəmizdir. Çünki milli haqlar uğrunda demokratik mübarizə
aparmaq hər bir kəsin haqqıdır. Regionda baş verən
hadisələrə biganə qalmaq isə onsuz da köməksiz
qalmış Güney Azərbaycan türklərinin faciəsinə
gətirib çıxara bilər. Hələliksə, bizim ən başlıca
vəzifəmiz ən azından
soydaşlarımızda milli şüurun oyanmasına yardımçı
ola bilməyimiz olmaqlalıdır.
İran
səfirinin bu bəyanatı isə regionda güc nümayiş
etdirməyə hazirlaşan qüvvələrin Azərbaycan kartından
istifadəsinin qarşısını almaq məqsədi daşımaqdan
başqa bir çey deyildir. Türkiyənin İraqda itirdikləri bizə
dərs olmalıdır. Amma yenə də bu bəyanata münasibət
bildırməyi özümə börc bilərək İran adlanan ölkənin
səfirinə bir sıra xatırlatmalarda bulunmaq
istəyindəyəm.Bəlkə də bəyanat müəllifinin
bir türk olması bizi daha çox narahat etməlidir. Bu cür
məsələyə biganə qalmanın fəsadları çox
ağır ola bilər.
Səfir
öz bəyanatında "Milli
mənsubiyyətini itirmiş bəzi şəxslər elə
bir "xəbis ağac" əkdilər ki, onun acı
meyvələri İran-Azərbaycan xalqlarının ağzına
acılıq gətirərək onları incitdi",- deyir.
Birincisi
bu ifadələr, diplomata yaraşmayan hədələyici
və təhqiredici ifadələrdir. Özünə hörmət
edən bir diplomat bu cür ifadələr işlətməməlidir.
Görünür İran adlanan ölkənin səfiri
diplomatik normaların nədən ibarət olduğunu ya
hələ öyrənməyib, ya da onun təmsil etdiyi ölkə
bu bəyanatla Azərbaycanda olan milli düşüncənin hansı
səviyyədə olduğunu bir daha imtahan etmək istəyir.
İkincisi,
milli məsubiyyətini görəsən, İran adlanan yerdə
yaşayan 35 milyonluq bir türk toplumun milli maraqları əleyhinə
çalışaraq özünü türk adlandıran bu və bunun kimi şəxslər
itirib, yoxsa ana vətənində siyasi və milli-mədəni
fəaliyyəti yasaq olunduğundan hakim molla rejiminin əlindən
canını qurtarıb, ölkəsini tərk etmək
məcburiyyətində qalaraq vətəninin və
millətinin problemlərini unutmadan onun uğrunda mübarizə
aparan güney azərbaycanlılarmı? Hələ mən uzun
illərdən bəri zindanlarda çürüyən digə milli
fəallarımızı demirəm.
Üçüncüsü,
görəsən aci meyvələr yetişdirən bu ağacı
kim əkib, Azərbaycan torpaqılrına təcavüz edən
erməniləri dəstəkləyən, onlara hər cür maddi,
hərbi, mənəvi yardım göstərməkdən həzz
alan fars şovinizmi, yoxsa bu əməlləri dilə
gətirən torpağı, varlığı,
mənəviyyəti işğal altında olan bir millətmi?
Milli qəhrəmanımız olan Babəkin doğum günündə
Bəzz qalasına toplaşan minlərcə soydaşımıza
olmazın divan tutman fars şovinizminin bu
hərəkətləri yəqin ki, xoş niyətdən
xəbər vermir.
Səfir
bildirir ki, İran
tərəfi "Şimali və Cənubi Azərbaycan"
kimi terminlərin istifadəsini mənasız hesab edir.
Cox
maraqlıdır. Çünki Şimali və Cənubi Azərbaycan
termini hələ ikiyə bölünmüş
bir vətən birləşməyincə öz mənasını
itirə bilməz, əksinə İran termini artıq çoxdan
oz mənasını itirmişdir. Bu ölkədə hakim şovinist
fars rejimi var və uzun illərdir, haqqı tapdalanan, milli varlığı
tanınmayan, dili yasaq edilmiş,
mədəniyyəti aşağılanan, yenicə dünyaya
gəlmiş körpələrinə öz istədikləri adları
qoya bilməyən, anaları zorla çarşablara büründürülmüş
Azərbaycan türkləri və eyni vəziyyətdə olan
digər millətlər var. Bəyəm ağayi səfir
bilmirmi ki, onun özünün və babalarının da doğulmuş
olduqları Azərbaycanın Güneyi və Quzeyi vardır? Dünyada
Koreyalılardan başqa Güneyi-Quzeyi birləşməmiş
tək bir toplum varsa, o da Azərbaycandır. Azərbaycanın
Quzeyində millət öz müstəqil dövlətini yaradıb
və indi də növbə Güneyindir. Hakim şovinist fars rejiminin
isə bu terminlərin istifadəsini mənasiz hesab etməyinin
əslində, bizim üçün hec bir mənası yoxdur. 70 milyon
əhalisi olan İran adlanan ölkənin cəmi 12 milyonunu təşkil
edən farsların bu ölkəyə rəhbərlik etməsi özü
bir məntiqsizlikdir.
Səfir
bəyanatında xidmət etdiyi rejimə xoş gəlsin deyə
dahi Nizamini və Şəhriyari fars şairləri adlandırmaqdan
belə çəkinmir. Tanış ifadələrdir, deyilmi?Budur
bizə dostluq, qardaşlıqdan dəm vuranların iç üzü.
Elə səfirin təmsil etdiyi ölkənin sevimlisi olan
mənfur ermənilər də Azərbaycanın və Türkün
mədəni varlığını özününkü sayır. Əslində,
əsrlər boyu bir şəxsiyyət yetişdirə
bilməyən bu millətlərin bundan başqa yolları da
yoxdur. Ona görə də bir erməninin və ya bir farsın
belə ifadələr işlətməsi bir qədər
də gözlənilməz deyil. Amma bəyəm bu
səfir bilmirmi ki, o özü ən azından bir türk olaraq dahi
Nizami Gəncəvi və Məhəmmədhüseyn Şəhriyarla
eyni millətə mənsubdur? Bu səfir cənabları, niyə
özünü bu qədər zorlayaraq öz dahilərini başqa
millətə mənsub etmək istəyir? Əgər Şəhriyar
farsdırsa onda niyə şerlərində bir
türk oğlu olduğundan qürur duyur, Azərbaycanı
tərənnüm edir, Bakını görmək eşqilə alışıb
yanır? Bütün dünya Nizamini və Şəhriyarı bir
Azərbaycan türkü kimi tanidiği halda niyə bu səfir
cənabları onları fars kimi təqdim edir? Bəlkə,
Nizaminin və Şəhriyarın həm də fars dilində
əsərlər yaratması səfiri çaşdırıb?
Belə olan halda İbn Sina
da ərəbcə yazdığı üçün ərəbdirmi?
Burada məşhur bir el
məsəli yada düşür, görəsən bu səfir
cənabları ayının qohumudur ya bizim? Burada da onun özünün
təbirincə desək, milli mənsubiyyətini itirmiş
şəxslər rolunun ifaçısı Əfşar Süleymani
özü deyilmi?
Ağayi
səfirə bu yerdə bildirmək istəyirəm ki,
vəzifəsindən asılı olmayaraq hec bir fars və ya
erməni heç bir zaman öz millətinin əleyhinə bu cür
hədyanlar danışmaz, öz millətinin varlığıni
danmaz, öz şairlərini və dahilərini başqa
millətinki hesab etməz. Hələ ki, mən heç yerdə
buna rast gəlməmişəm. Əslində başqa
millətin dahilərini özününkü kimi göstərməklə bu cılız
məxluqların nəyə nail olmaq istəkləri göz önündədir.
Yəqin Süleymani ağa da bunu bilməmiş deyil.
Yaxşı
olardı ki, fars dilində şerlər yazan Nizamilərdən
və Şəhriyarlardan millətlərimizin dostluğu naminə
istifadə olunaydı. Cünki Nizami də, Şəhriyar da fars
dilində şer yazmaqla əslində İrana gəlmə olan
və burada həmişə azlıq təşkil edən
farslara rəğbət göstərmiş, ehtiram qoymuş olublar.
Dostluq və qardaşlıq üçün gərək niyyət düz
olsun. Kimin niyyətinin düz olmaması isə burda göz qabağındadır.
Ona görə də Nizamilər və Şəhriyarlar yetişdirə
bilməyən farslar getsinlər öz Firdovsiləri ilə öyünsünlər.
O Firdovsi ilə ki, bütün farsların ən sevimli masaüstü kitabı
olan Şahnamə əsərində türk millətini, qadını,
ananı - köpəyə, itə bənzədir. Utanc
gətirən bir işdir deyilmi? Amma utanmaq üçün də adamda
vicdan olmalıdır. Bəlkə də fars şovinizmi elə
buna görə öz içərisində dünyəvi dahilər yetişdirə
bilmədiyi üçün bizim şairlərimizi özününküləşdirmək
xəyalına düşüb.
Səfirliyin
yaydığı adıgedən bəyanatlarda qurultaydakı
çıxışları "İrandakı etnik qruplardan birinə
- azərbaycanlılara" hörmətsizlik kimi
qiymətləndirilir.
Amma
məncə əksinə, bu cür çıxışlar nəinki Güney
Azərbaycan türklərinə hörmətsizlik kimi
dəyərləndirilməlidir, bəlkə də istiqlal mübarizəsi
aparan bir xalqın istəyini ifadə edən bu kimi
səsləndirmələr onlara yeni ruh verir, onları öz milli
haqları uğrunda mübarizələrinin uğurla aparılmasına
təkan verir.
Səfirlik
bəyan edir ki, azərbaycanlılar İran sivilizasiyasının
yaranmasında, İran dövlətinin formalaşmasında və
inkişafında böyük rol oynayıb.
Bəli
cənab səfir, burda mən Sizinlə tamamilə razıyam,
bu doqrudan da belədir. Amma İranın bir dövlət kimi formalaşmasında
böyuk rolu olmuş və min illər boyu İrana
rəhbərlik etmiş bu insanlara hakimiyyət əllərinə
keçən kimi şovinist fars rejimi necə qiymət verib? Seçkilər
zamani bu insanların ayaqlarına düçən şovinistlər
seckilərdən sonra verdikləri vədlərə xilaf çıxaraq
yenidən bu millətin milli və mədəni haqlarını
tapdalamaqda davam ediblər. Elə buna görə də millət
istiqlal istəyir və heç kimsə öz tərbiyəsiz
bəyanatları ilə və ya hər hansı bir güclə bu
milləti istiqlal yolundan döndərə bilməz. Bu millət
insan kimi yaşamaq, milli adət ənənəsinə uyğun
böyük türk millətinə layiq övladlar yetişdirmək, milli
bayramlarını sərbəstcə qeyd etmək, musiqi və
mədəniyyətini inkişaf etdirmək istəyir. Bu
istəyi onun əlindən fars şovinizmi alıbdır.
Millət yad qüvvələrə qarşı birləşmək
istəyir. Həm də bilirsinizmi bu birləşmək
istəyi nə zamandan yaranıb? Bu istək dünən və ya
bu gün yaranmayıb. Azərbaycan türkünün birləşmək
istəyi və mübarizəsi yadların
imza atdıqları Gülüstan və Turkməncay müqavilələrindən
dərhal sonra başlamışdır. Azərbaycanın
birləçməsi üçün Səttarxanlar, Bagırxanlar,
Məmmədəminlər, Pişəvərilər, Elçıbəylər
zaman-zaman mübarizə aparmışlar. Amma onların
hakimiyyətləri Sizin kimi sapı özümüzdən olan baltaların
xəyanəti nəticəsində uzun sürməmiş, devrilmişdir.
Mənim
söhbət etdiyim və bir çox hallarda həvəskar kimi
lentə aldığım yaşlı nəslin nümayəndələrindən
eşitdiyim bir sira həqiqətlər var.
Bu adamlar ömürlərinin ən şərəfli dövrünü
Seyid Cəfər Pişəvərinin bir illik hakimiyyəti
zamani yaşadıqlarını fəxrlə dilə
gətirirlər. Və mənim də həyatımım
ən şərəfli dövrü müstəqilliyimizlə başlamışdır.
Bəs
Siz nəylə fəxr edirsiniz Cənab Avşar
nəslindən olan Süleymani, millətinizə
xəyanətləmi?
Cənab
səfir! Siz İran adlanan ölkədə yaşayan Azərbaycan
türklərinin adından danışa bilməzsiniz. Buna sizin
mənəvi haqqınız yoxdur. Çünki Siz bu millətin yox,
hələ ki, fars şovinizminin qulluğundasız.
Tehranda,
Təbrizdə, Urmiyədə və digər bölgələrdə
milli şəxsiyyətlərimizin anma mərasimləri keçiriləndə,
milli faciələrimizin və ermənilər
tərəfindən törədilmiş Xocalı soyqırımının
ildönümünü qeyd etmək üçün bir yerə toplaşanda insanlara
divan tutan, onları zindanlara atarkən bu insanların sivilasiyanın
yaranmasında, dövlətin formalaşmasında və inkişafında
oynanmış böyük rolları niyə yada düşmür? Amma
İran dövləti hər il ermənilərə Qara
kilsə deyilən yerdə türklər əleyhinə
mitinqlər keçirməyə və xalqımızı
lənətləmələ geniş imkanlar yaradır, onlara
maddi və mənəvi dəstək verir.
Səfirliyin
bəyanatına görə, azərbaycanlılar İran dövlətində
yüksək post tutur, hakimiyyətin bütün səviyyələrində
təmsil olunurlar. Əgər bu yüksək postlarda çalışanlar
millətimizin xeyrinə deyil, zərərinə işləyirlərsə,
kimə lazımdır bu yüksək postlarda çalışan Sizin
kimi şəxslər? Sizin kimi yüksək vəzifəli şəxslər
əgər millətimizin problemləri ilə məşğul
olmur, əksinə bu postlardan fars şovinizminin əlində
daha iti bir alət kimi xalqımıza divan tutmaq üçün istifadə
olunursa, kimə lazımdır bu yüksək postlar? Deyin görək,
Sizin və yaxud da ən yüksək postlardan birində oturmuş
Xamneyinin bu millətə zərərinizdən başqa nə
faydanız var?
Utanmadan
bəyan edirsınız ki, üstəlik, İranda
azərbaycanca kitab və qezetlər nəşr olunur, teleyayım
həyata keçirilir.
Cənab
səfir! Özünüz deyin, azərbaycan dili kimi ortaya atdığınız
və molla rejimi tərəfindən əcaib bir formaya salınmış,
analarımızın, atalarımızın və uşaqlarımızın
belə başa düşə bilmədiyi bu molla dili nə
zamandan azərbaycanca
olubdur? Siz deyilsinizmi, normal Azərbaycan türkcəsində cap
olunan qazet və dərgiləri pantürkism təbliğatı adı
ilə bağlatdiran, onların rəhbərlərinə və
yazarlarına millətçi və pantürkist damğası vurub
həbsxanalarda divan tütan? Şurəvi və Türkiyəyi
dillər adlandırdığıniz
türk dilində yazan yazarların başına hansı
oyunlar gətirildiyini bir allah bilir. Yeri gəlmişkən,
hələ də sizin kimi milli
mənsubiyyətini itirmiş şəxslər Azərbaycanın
quzeyinin müstəqilliyini qəbul edə bilmədiyinizdən
Azərbaycan respublikasınını hələ də Şurəvi
adlandırırsınız.
Bəyanatlarınızdan
birində yazırsınız ki, "İranlı
azərbaycanlıların bir vətəni var: İran və bu
vətəndə müxtəlif etnik qruplar birləşib. Onları
birləşdirən isə İslam amilidir. Fars dili İranda
yaşayan bütün etnik qrupların sevimli dilidir".
Cənab
Süleymani! İndiki İran adlanan yer Azərbaycan türklərinin
vətənidir. Amma bu millət İranla və yaxud İran adı
ilə mübarizə aparmir. Onun mübarizəsi fars şovinizmi
ilədir. O fars şovinizmi ilə ki, sənin kimilərini
də özünə əsir edibdir. Əgər yaxşı anlasan
bilərsən ki, bu millətin mübarizəsi sənin
kimilərini bu əsarətdən qurtarmaq üçün, türkə
mənsub olan milli haqlarımızın əldə olunması
uğrundadır. Amma milli haqlarını əldə edə
bilməyən bir millətin müstəqillik uğrunda mübarizə
hüququ olduğunu da yəqin
bilməmış deyilsiz. Axi diplomatsiz. Diplomat belə şeyləri
bilməlidir. Bilmirsinizsə, xatırladım. İraninin da qoşulmuş
olduğu BMT qanunlarına əsasən hər bir millətin öz
müqəddəratını özünün həll etmək hüququ vardır.
Bu hüquq Güney Azərbaycan türklərinə də məxsusdur
və bu haqqı onun əlindən kimsə ala bilməz. Cabalarıniz
mənasızdır. Bu millət əz
vətənində istədiyi formada dövlətini yenidən
quracaqdır. Buna əmin ola bilərsiniz. Yaxşı olar ki,
bir türk olaraq Siz də fars şovinizminin caynağından canınızı
qurtarıb millətin yanında olasız.
Fars
dilinə gəlincə, bu dil millətimə yad dildir, bu
mənim millətimin sevimli dili ola bilməz. Hər kəsin öz
dili özünə şirindir. Yaqin ki, Güney Azərbaycanda
dillərdən düşməyən mənim dilim ölən
deyil, başqa dilə dönən deyil sözləri ilə ifa
olunan mahniları eşitməmiş olmazsız? Zorla sevgi olmaz.
İranda
yaşayan millətləri islam amilinin birləşdirməsi
isə gülünc bir düşüncədir. Çünki bu gün İranda
islamdan bəhrələnən yalnız fars şövinizmidir. Bu
fars şovinizmi Sizin kimi millətinə dönük insanları
əlində oyuncaq edərək və sizin kimilərdən
islam pərdəsi altında istifadə edərək öz
millətinə qarşı qoya bilir. Şovinist İran rejimi
islam pərdəsi altında millətləri farslaşdırmaq
siyasəti aparır. Buna qarşı olanlara isə divan tutur.
Bəyəm
Güney Azərbaycanda yaşayan millət görmürmü ki, Siz islama düşmən
olan ermənilərə və ruslara necə qulluq edirsiz? Gecə
-gündüz Azərbaycan ərazisindən
işğal olunmuş Qarabağ torpaqlarında
nəzarətsiz qalmış müsəlman məscidlərində
mal, heyvan saxlayan Ermənistana doğru silah və sursat dolu
gedən maşınlardan elə bilirsiniz millətin
xəbəri yoxdur? Bəyəm müsəlman torpaqları olan
Qarabağı işğal etmiş Ermənistana Güney
Azərbaycan ərazisindən cəkilən qaz kəmərinin
hara getdiyini millət görmürmü? Bəyanatınızda
dəfələrlə vurğuladığıniz mehriban
dostluq və qardaşlıq budurmu? Doğrudanmı inanırsınız
ki, millət onun vergiləri
hesabına Ermənistana çəkilən bu qaz kəmərinin
nəqlinə imkan verəcəkdir? İranda yaşayan
Azərbaycan türklərinin vergiləri hesabına çəkilən
bu kəmər vasitəsi ilə Ermənistana verəcəyiniz
qaz millətin cibindən çıxarılıb ermənilərə
havayı verilir. Qazın dünya bazarındakı qiyməti 300
dollar olduğu halda siz xalqın malını ermənilərə
gözdən pərdə asmaq üçün cəmi 15 dollara satmaq
istəyirsiz. Ona görə də millətin öz malına sahib çıxmaq
haqqı vardır və darıxmayın, bu millət öz malına
sahib çıxacaqdır.
Və
nəhayət, bəyanatınızdakı hədələyici
məqam qurultaydakı bəzi "antiiran" çıxışları
Azərbaycanın ərazi bütövlüyünə təhlükə kimi
qiymətləndirmək olar. "Belə ki, bu cür çıxışlar
Azərbaycanın ərazi bütövlüyünün qorunması üçün
İranın böyük potensial imkanlarından istifadə imkanlarını
azaldır".
Cənab
səfir! Təmsil etdiyiniz ölkə Azərbaycanın ərazi bütövlüyünü
sözdə tanısa da əməldə heç bir zaman tanımayıb.
Azərbaycanın müstəqilliyini və suverenliyini İran heç
bir vaxt sinirə bilmir. Bu gün Azərbaycanda demokratiyanın inkişafına
da İran bacardıqca islam amillərindən istifadə
etməklə maneçilik törətməyə çalışır.
Elə məhz bu amilə görə də, İran Ermənistana
hər cür yardım edir, islam torpaqlarını işğal altında
saxlayan Ermənistanı hərbi və iqtisadi
cəhətdən gücləndirir.
Dəfələrlə
quru, hava və dəniz sərhədlərimiz İran adlanan ölkə
tərəfindən pozulubdur. Xəzərin statusu ilə bağlı
onsuz da məlum olan sərhədlərin guya
müəyənləşməsi məsələsini ortaya
atıb həmişə cığal rolunu oynamısız. Deyə
bilərsiniz ki, Azərbaycanın ərazi bütövlüyü tanınmasaydı
Azərbaycan respublikasının Bakı şəhərində
səfirlik açmazdınız. Sizin Bakıda açmış olduğunuz
bu səfirlik əslində səfirlik kimi fəaliyyət göstərmir.
Bu Azərbaycan respublikasına qarşı bir casusluq və
təxribat mənbəyidir. Burada ölkəmiz əleyhinə yüzlərcə
casus və təxribatçı fəaliyyət göstərir. Həmçinin
səfirlik tərəfindən idarə olunan yüzlərcə
casus islama rəğbəti olan Azərbaycan əhalisi arasında
məscidlərdə farsçılığı təbliğ
etməkdədirlər. Molla paltarı geymiş bu adamlar əslində
İranın kəşfiyyat orqanlarının gizlin əməkdaşlarıdırlar.
Bu şəxslər hər an Azərbaycan əleyhinə
təxribat törətməyə hazırdırlar. Məhz
elə buna arxayın olduğunuza görə də bəyanatıniızda
bizə xox gəlmək istəyirsiz. Xeyriyyə
cəmiyyətləri adı ilə fəaliyyət göstərən
təşkilatların da nə ilə məşğul
olmaları kimsəyə məlum olmasa da İranın özünə
yaxçı məlumdur.
Sonda
bunları xatırlatmaq
istərdim. İnsan haqları heç bir ölkənin daxili işi
sayıla bilməz. Güney Azərbaycan türklərinin insan haqları
və vicdan azadlıqları ilə bağlı apardıqları
mübarizədə bütün dünya ölkələri kimi bu gün türk dünyasının
aparıcı ölkələri olan Türkiyə və Azərbaycan
dövlətləri və ictimaiyyəti onlara bütün
vasitələrlə dəstək olmalıdırlar. Bu mübarizədə
Güney Azərbaycan türklərinin fars şovinizmi ilə mübarizəsinə
biganə qalmaqa kimsənin haqqı yoxdur.
Teymur
Eminbəyli
teymureminbeyli@yahoo.com