
Bayramınız
mübarək
Əziz
soydaşlar, dəyərli Azərbaycan vətəndaşları
!
Bu
ilki bayramı Bakı-da geçirilən ikinci dünya Azərbaycanlıları
qurultayı sevinci ilə yanaşı təəssuflə Günüy
Azərbaycanda millətimiz, özəlliklə genclərimiz
amansız basqırın altında
qeyd etmək məcburiyıtində qalmışdır.
Azərbaycan
Türk milləti tarix boyu və bütün hallarda bu oğuz bayramını
yüksək təntənə, dəyərli ənənə,
şövkət və coşqu ilə geçirdiyi kimi bu ildə, Günydə
qarşısına tikilən maniələri paiz xəzəli
kimi ayaqlayıb- əzərək özünə layıq biçimdə
qeyd etməkdədir. Əziz millətimizin bu gözəl bayramını
bütün soydaşlarıma təbrik diyərək onlara azadlıq,
şən yaşayış, gözəllik, bolluq və çalışmalarında
uğurlar diləyirəm.
Gönül
istərdiki, elimizin qədim qaydası olan bütün ailələr,
ailə başçıları ilə birlikdə bayram süfrəsinin
ətrafında oturaraq bir birlərini təbrik etsinlər.
Amma nə yazıqki, bugün cavanlarımızın bir qismi kor
şovinist quvvəler tərəfindən yaxalanıb, bayramı
zindanda geçirmək zorunda qalmışlar.
Bu
vəsilə ilə bütün bu dəyərli qardşlarım
və istekli balalarımı o cümlədən əzizlər,
Hidayət bəy Zakiri, Cavad bəy Abbası,
Məhəmməd bəy Fərşi, Aqazadə bəy Harayı,
İbrahim bəy Müini, Məhəmməd Huseyn bəy Oxtayı,
Həsən bəy Ehsanı, Əmir bəy Ələvi,
Məhərrəm bəy Xoşnami, Əyyub bəy
Rəzəvi, Əbülfəzl bəy Fəthi, Keivan bey Neimi,Yaşar
bəy Məqami İslami və adlarını xatırlıyamadığım
dostların əllərini sıxaraq qucaq dolu sevgi saygı
və hörmətlə bayramlarını qutlayıram. Emin və
arxayınamki, sizlərin qəhrəmancasına dirənişiz
zindanbanların üzünü qaraldaraq millətimizi aqgünə çıxaracaqdır.
Makı, Urmu, Təbriz və özəlliklə son günlərdə
xiyavdakı yüksəliş açıqca göstərirki,
millətimizin azadlığa qovuşmasına, qollarızdakı
zəncirlərin açılmasına çox qalmamışdır. Bu
yüksəliş, dirəniş və dirçəlişin
zirvəsinin Babek qalası yürüyüşündə gərçəkləşəcəyi
inkar edilməzdir. Gənclərimiz öncül plan kimi saygın
təkliflərlə göstərdiki, bu basgı, asdı-
kəsdi və hədəqorxu siyasəti onların polad iradısini
qıramadığı kimi hərəkət
dairələrinidə genişləndirmişdir. Bu məntiqi hücum
siyasəti bütün gücü ilə dəvam etməlidir.
Xalqıımızın
bu təmiz ürəkli, pak və millət yolunda hər şeylərindən
geçən cavanlarının həyatlarını içi boş
ittihamlarla təxrib edən şovinist manyaqlara hayqırıram.
Haq və ədalət yolunda demokratik mubarizə aparan bu
milləti bu qədər sıxışdırıb təngişdirmeyin.
Ömrünüzün sonunda özünüzü bu batlaqdan qurtarmağa chalışın,
yoxsa xalqın ədalət divanı tanrının mizan-
tərəzisinin bir parçasıdır.
Gecə
yarısı Azərbaycanlı ailələrin evlərinə hücum
edərək, onları qorxudaraq , gəncləri ittilaat
idarəsində sorgu sulala çəkən yüzbaşı Paşa
Paşai kimi sapı özümüzdən olan baltalara vəya möhtərəm
ruhani Əzimi Qədimini edam hökmü ilə hədəliyən
qazi Fərşi kimilərə bir oyanış qamçısı
vurmaq istəyirəm. Millətin qucağı ən əmniyətli
qoltuqdur, gec olmadan Azərbaycanla barışın, millətlə
qucaqlaşın, qara ləkələri özüzün və
ailəzin anlından silin. Bu ən doğru yoldur.
Bir
daha bütün millətin bayramını təbrik edir, hamıya
əsənliklər arzulayıram.
Yaşasın
Azərbaycan, Tanrı Türkü qorusun.
Böyük
Rəsuloğlu 18.03.06