AZƏRBAYCAN
MİLLƏTİN ZƏİF DİASPORU VAR
Elnur Seyidov (Hollandiya)
Hər yurtdaş, DIASPORA deyincə doğma ana
vətən torpaqlarından kənar ölkələrdə yaşayan
azərbaycanlıların vətən yolunda
fəaliyyətlərini düşünür. Dünya Azərbaycanlılarının
II Qurultayı ərəfəsində movzu aktualaşarkən,
təbii olaraq, azərbaycanlıların diaspora
fəaliyyəti geniş analiz obyekti olmalıdı. Üstəlik
xaricdəki həmvətənlərimizin şəraitını
düzgün qiymətləndirib və dövlətmizin qarşılıq
diqqətini lazım olan və əsas rol oynuyan faktorlara yönətməliyiq.
Cənab Prezident İlham Əliyevin 8 fevral
2006-cı il tarixlı sərəncamına əsas olaraq martın
16-da Bakıda Dünya Azərbaycanlılarının II Qurultayı
keçiriləcək. Məlum olduğu kimi qurultayın əsas
tədaruk işləri Xarici Ölkələrdə Yaşayan
Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinə
(XÖYAİDK) verilib. Marağ doğurdan məqam budur ki son 4 il
ərzində diaspor quruculuğu sahəsində heç bir mühüm
nailiyyət qazanmıyan XÖYAİDK, görəsən
gələcəkdə hansı keyfiyyətlərinə görə
fərqlənəcək.
Mətbuatda yayılan məlumatlara görə,
qurultaya xarici ölkələrdə yaşayan Azərbaycan diaspor
təşkilatlarından 600 nəfər, əlavə isə
350 nəfər xarici qonaq və Azərbaycanın daxilindən
isə qurultaya 650 nəfər nümayəndə qatılacaq.
Demək ən azı 2 milyon dollar bu qurultayın
həzinəsi olacak, amma diaspor təşkilatlarının bu
qurultaydan sözün həqiqi mənasında nə qazandığı
yayılan proqramdan habelə aydın deyil. Halbukı 2 milyon
dollar ila dünyanın güc mərkəzlərindən sayılan
London, Paris, Brusel və Vaşinqton da 3 nəfərlik diaspora
ofislərini ən yüksək səviyədə iki il idarə
etmək olardı. Bu ofislər mühüm siyasi və ictimai
mərkəzlərdə ölkəmiz haqqında
həqiqətlərin çatdırılması məqsədilə
diaspora adına layıq işler irəli sürərdi. Yəhudi,
Erməni, Kürd və
digər güclü diaspora təşkilatlarına bənzər
eləcədə bizimdə keyfiyyətli lobbiçilik
fəalliyyətimiz olardı və düşmənlərimizə qarşı mübarizənin miqyasını
genişləndirərdiq. Siyasi dəhlizlər və icmalarda bizimdə haq səsimiz sədalanardı və düşmənlərimiz bizə meydan oxumazdı. Aydındır ki XÖYAİDK hazırda diaspor sahəsində dövlət və
millət qarşısında öhdəlik götürüb,
lakin Komitənin fəaliyyəti təəssüflə
keyfiyyətsiz və heçdə
profesonal olmayıb. Məhz
o səbəbdən
və Komitə öz illik dövlət büdcəsinin təmini üçün, istər istəməz XÖYAİDK
hər bir addımını böyüdüb əhəmiyyətini
artırır. Həqiqət budur ki Azərbaycan millətin
lobbiçilik qüvvəsi lazım olan yerdə yoxdur və ona görədə heç
bir mühüm nailiyyət qazanmayıb. Nəticə olaraq, Avropalı
və Amerikalı siyasi və ictimai mərkəzlərdə
Azərbaycanın işqal
olmuş torpaqlarından ciddi şəkildə müdafiə strukturu
yoxdur. Türk diaspora isə kifayyət qədər öz
problemləri ilə məşğuldular və bundan artıq onlardan
yardım gözləməkdə real ola bilməz. Onunla belə, XÖYAİDK
diaspora siyasətinə yenidən
baxarkən həqiqi lobbiçilik işləri ilə meşğul olmalıdı və hər fəaliyyətlərini isə alınan nəticəsi ilə qiymətləndirməldi. Bundan başqa variant yoxdu və hər bir əhəmiyyətsiz fəaliyyətidə böyüklətməkdə lazım deyil. Başqa sözlə desək diasporanın inkişafı istiqamətdə XÖYAİDK-in
fəaliyyəti çox zəif olub və eyni halda bu
vəziyyətə nəzarət edici bir
orqanda ölkədə olmayıb.
XÖYAİDK belə bir fikirdədir ki güya İlk
Qurultaydan keçən dövr ərzində Azərbaycan diasporu çox sürətli
inkişaf edib. Avropa Azərbaycanlıları Konqresinin, Türkiyə
Azərbaycan Dərnəkləri Federasiyasının və
Kanada Azərbaycan Dərnəkləri Federasiyasının yaradılmasını
da məsəl olaraq qeyd edir. Lakin, həqiqət bu sözlərdən
çox uzaqdır. Berlin şəhərin
Hilton hotelində 1 milyon dollar həzinəsi ilə yaranan Avropa
Azərbaycanlılar Konqresi bu tarixə kimi nəinki bir
nailiyyət qazanmayıb heç, əksinə,
heç bir fəaliyyət göstərmeyib. Ayıb olmasa suruşulmalıdı ki bu işə səbəb
kimdir? Buna bənzər, XÖYAİDK-dan soruşulmalıdı
ki Kanada Azərbaycan Dərnəklər Federasiyasının
quru adından başqa hansı diaspora
fəalliyyətinə sevinməliyiq? Əkbər bəyin yeqanə
şəxsi
təşəbbüs ilə fəaliyyətləri necə
dəyərləndirirsiz?
XÖYAİDK sözlərinə görə, 40-dan çox
ölkədən Azərbaycan diasporunun inkişafında
xidmətləri olmuş, milli maraqlarımızın qorunması
işində fəal iştirak etmiş ayrı-ayrı şəxslər,
siyasi xadimlər, parlament və hökumət üzvləri, tanınmış
alimlər və ziyalılardan ibarət 300-ə yaxın şəxs
Qurultaya qonaq kimi dəvət olunub. Ayıb olmasa soruşmaq olar
ki konkret bu 300-ə yaxın şəxslərin
fəaliyyəti nədən ibarət olub və nədən bu
fəaliyyətlər xaricdə müşahidə olunmur? Soruşmaq
olarmı ki bəzi əhəmiyyətsiz fəaliyyətlərin böyüklətməsində
kimlər maraqlıdır? Çünki
hamı yaxçı bilir ki, biz haqlı olaraq və böyük həzinə lobbiçilik işləri yolda sərf edərək
beynəlxalq miqyasda informasiya mübarizəsində
ermənilərə uduzuruq. Kifayət
qədər mühüm nailiyyət qazana bilmədiyimizin əsas səbəbi yəqin ki XÖYAİDK-in bacarsız olduğundan aslıdır.
Son olaraq, Azərbaycan dövləti əsas məsuliyyət daşıdığı
üçün diaspora siyasətinə
yenidən
baxmalıdır. Tanrı cənab Prezident İlham Əliyevin
ömrünü uzaldıb və ona imkan yaratsın ki ləyaqtəsiz
məmurları öz ətrafindan uzaqlaşdırsın.