Azərbaycanda
bahar bayramı ;
Azərbaycanın
muxtəlif bölgələrində çeşitli adlarla
səslənən bahar bayramı ölkəmizin hər
tərəfində bir az fərqli olsada ümumi qaydalar üzərində
qurulmuş bir bayramdır. Hələ dilimizə bu
qədər Fars sözü girmədən öncə ona il bayramı,
yaz bayramı və bahar bayramı diyərdilər.
Ancaq novruz adinda bir bayram mən eşitməmişdim. Bu
söz bəzi oxumuşların vəya özünü bilici göstərmək
istəyənlərin tərifindən ilin ilk günü kimi
tərif edilərdi. Bunun yanında quzey Azərbacanda özəlliklə
Bakıda novruz sözu daha çox işlənməkdədir.
Bahar Bayramını uzun illərdən sonra özəlliklə
uşaqlıq və cavanlıgımda Təbriz və ətrafi
habelə Urmu və ətrafında gördüklərim və
ailəmizin geçirdiyi mərasimlərdən xatırliyacagıma
görə xətalarım olursa islah edilməsin bütün
Azərbaycan aşıqlərindən xahiş edirəm. Özəlliklə
dilçi və folklorşunas olmadıgıma göre yazı uslubu
və metodologi yanlışlıqlarımı vətən eşqində
çırpınan ürəyimdən axan qızıl qana bulaşmış
həsrət ahlarına bagışlanmasını
təmənni edərdim. Umid edirəmki, bugün ərsiyə
gəlmiş dəyərli yazıçılarımız özəlliklə
yaşlı nəslimiz milli varlıgımızın qorunub
saxlanılmasında əllərindən gələni əsirgəmiyəcəklər.
Bəlkə
gənçliyimin oglan çagında ( 13- 18 ) Urmuda yaşayıb oradakı
yüksək səviyəli insaniyət
və mədəniyətdən yadımda qalan gözəl
xatirələr, bəlkədə Urmunun gözəl
təbiəti- verimli topragı- bol suyu və gülər üzlü
xalqının təsiri, yada bugünə qədər başına
gəlmiş bəlaların tikrarından olan nigarançılığımdırki,
həməşə beynimdə, dəvamlı ürəyimdədir.
Ona görədə oradan başlamagı sanki bir vəzifə sayıram.
Bayrama
dörd həftə qalmış çərşəmbə axşamından
başlanan şənliklər gənç oglanlanların tonqal qalıyaraq
alovlandırması ile başlar . Bu iş bayram öncəsi çərşəmbə
axşamına qədər olan ot, su, torpaq və od adlanan günlərdə
dəvam edər. Qızlı oglanlı tonqalın ətrafında
toplaşaraq oxuyub,oynarlar və odun üstündən atılaraq özəlliklə
qızlar diyər atıl matıl çərşənbə -
baxtım açıl çərşənbə( bunu sudan da atılaraq
söylərlər). Bu mərasim axır çərşəmbə günü
ən yüksək səviyədə geçirilər . O günü daha böyük
tonqal qalanar , daha çox insan toplaşar, daha yaşlı insanlar
hətta aqsaqqallarda şənliyə qoşularlar, toy çalınar
calman gedilər. Fış-fışalar atılar,tüfənglər
şaqqıldar od qalaqları uca damlarda da yandırılar, bütün
millət əlində olan bütün imkanlardan istifadə
edərək şənliyə şən qatmaga çalışar.
O gecə isə özünə məxsus törənlərlə
evlərin daxilində və eşikdə millət od çərçəmbə
mərasimlərim yerinə yetirərək bayram gününə hazırlanar.
Göz qaraldıqdan sonra hərkəs öz evinə gedər, çərşəmbə
süfrəsinin başında əyləşilər. Ananın
həftələr boyu zəhmət çəkib pişirib- düşürdüyü
milli yeməklərlə, bag-baxcanın pozuldugu zamandan saxlanılan
milaq qoz və atanın alib gətirdiyi şirniyatla
bəzənmiş süfrə nemətlərindən faydalanılar.
Urmuda bayrama bir ay qalandan xanımlar qolların çırmalıyaraq
hazırlıga başlar. Urmu nemətlərindən olan doşab,
qoz və buna bənzər məhsullardan istifadə
edərək sucuq sərərlər. Hər
məhəllədə neçə ailə toplaşıb bugda gövərdərlər,
bayrama neçə gün qalmış onu əzib suyun çıxararaq asdıqları
böyük tiyanlarda səməni pişirərlər. Səməni
pişirmə mərasimi özü- Özlüyüdə dəyərli bir
mədəniyətdir. Tiyanın altı 3-4 gün sönməməli
və bütün bu müddətdə onu uzun çömçələrlə qarışdırmalı
olduqlarına görə özəlliklə gecələr xanımlar
onun başına toplaşıb bəlli şeirlər oxuyub, özəl
havalar oynarlar. Sucuq sərmə ondan asan bir iş deyildir, oda özlərinin
hazırladıqları nişasta, paizda bagda pişirilmiş doşab
və çırpılıb gətirilmiş qozun qarışımından
hazırlanar. Günlər boyu özəl yerdə özəl
təxtələr üstünə sərilmiş təmiz süfrəlrin
üstündə yatırdılar, dəfələrlə çevrilər,
özünə gəldiyi zaman yıgılıb qazanlara toplanar. Artırmalıyamki,
Urmu şəhərində yaşayan və kökü Urmulu olan bütün
ailələrin ətraf kəndlərdə uzum bagları olardı.
Ona görədə yuxarıda adını çəkdiyim milli
yeməklər vəya pış-pışa neyqazanı asıb
bidmişq aragı çəkmək vəya paizda nanə-
şahistərəm və başqa
insan saglamlıgına faydali olan otların aragının
çəkilməsi kəndlərdə oldugu kimi şəhərlərdə
də yayqın idi. Bu işlərin çoxunun qadın və kişi
işbirliyinə ehtyaci olduguna görə ailədə çox yaxın
ilişgiləri görmək mümkünydü. Özəlliklə kənd
həyatında qadınların böyuk rolu olardı. Ev və eşik
işləri qadın vı kişi arasında bərabər
planlaşdırılardı. Hankı yerin bugda, haranın
tutun- bostan yeralma əkilməsi vəya ailə həyatının
başqa probləmləri ailədə müzakirə olub
nəticəyə baglanardı. Qadınlar əkin yerlərində
özəlliklə uzum baglarında çalışdıqları kimi
kişilərdə evdəki muxtəlif işlərdə iştirak
ederdilər. Qdın anadır, ana bütün
çətinliklərə dözər, taki ailə dagılmasın
uşaqlar xoşbaxt olsun fəlsəfəsinə görə,
bəlkədə qədim Türk ənənələrinə
uyaraq qadınların
ailədəki rolu hemeşe birinciydi. Bayram törənlərində
də qadınların böyük rolu inkar edilməzdir. Ona görədə
bıllı-bıllı mərasimində , ərlik qız olan
evlərdə ,təzə tanışdıgı sevgilisinə
çərşəmbə yemişi və bayramlıq baglamağa
icazə yetgisi ancaq anadaydı.
Bıllı-
bıllı sallamaq mərasimindən danışmaq
istərkən ulu Şəhriyarın ay nə gözəl
qaydadı şal sallamaq- bəy şalına bayramlıgın
baglamaq misralarını xatırlamadan geçmək dogru deyildir.
Demək, o bölgədə və bütün Azerbaycanda bu dəb varmış
və bugündə dəvam edir. Axır çərşəmbə
gecəsi gənc oglan uşaqları şamların yeyib-
Yeməmiş , dəsmallarına və ya börklərinə ip-
qayış vəya bir şal baglıyaraq damlara çıxarlar
və desmal sallarlar. Evin üstündə baca varsa oradan , yoxsa
pəncərənin qabagından şallar sallanar və hər
ev öz imkanları daxilində ona çəp-çərə baglar.
Gənclər qozları toplar, sabahından başlıyaraq
bayramdan bir neçə gün gedincə cəviz oynarlar. Boyanmış
yumurtaları topluyaraq o günlər yumurta döyüşdürərlərki,
onun özünün qaydaları var. Pulları topluyaraq o günlərdə
rəsm olan muxtəlif aşıq oyunları , duvara vurdu, bajor
və ona bənziyən oyunlar oynarlar. Aşıqların
bəzən alçı və tovxan tərəfləri sürtülər,
onun cik vəya bök durdugu zaman bir şey qazanmaz, ancaq omba
durdugunda bütün oyunu udar. Aşıq heç zaman iki ayaq üstündə
durmaz, bəlkə ona görədirki,
o duruşun özəl adı yoxdur.
Bıllı-
bıllı gecəsi ən duygulu anlar qız öz nişanlısının
dəsmalına bagladıgı bayramlıq anlarıdır.
Desmali vəya börkü öncədən tanıyan qız ananın
emri ilə ona çərşəmbə yemişi baglar. Ancaq ananın
görməməsi şərti ilə özünündə hazırladıgı
bayramlıgı baglar, baxmıyaraqkı bayramlıqlar əsasən
bayram günündəki görüşlərdə verilər.
O
gecə bütün ailələrdə yaxşı və müsbət
sözlər danışılmalıdır, çünki gənc oglan
və qızların açar salmaları hər qapının arxasında
ola bilər. Açar salanın eşitdyi sözlərin keyfiyətinə
görə onun gələcək şansının necəliyi
məlum olar inancındadırlar.
Bayram
günü hər kəs təzə paltarların geyib, öncə
erefata gedərlər və geçmişlərinin
məzari başında halva
paylayıb fatihə oxurlar. Sonra bir-
birinin görüşlərinə gedərək bayramların
təbrik edərlər. Bu görüşlərdə öncəlik
yasli olan ailələr və həmçinin aqqsaqqallar və
qədim zaman kəndin ərbabı vəya xanı olardı. O
günü il təhvil olanda kəndin vəya məhəllənin toyçusu
dam üstə cıxar və böyük toyu gümbüldadar, çox çəkməzki
cavanlar toplaşıb oynamaga başlarlar.
Yuxarıda
da qeyd etdiyim kimi bir tərəfdə yumurta döyüşdürərlər,
bir tərəfdə top oynarlar, bir tərəfdə
təzə oyunumun əl şəqqisi diyərək
pil-dəstə oynarlar , ancaq böyüklər daha ziyadə
evlərdə görüşə
oturarlar vəya görüşə gederlər.
O
günü bütün ailə üzvləri bir birinə bayramlıq
verər, görüşə gələnlərində çoxu özəlliklə
yaxın qohumlar uşaqlara bayramlıq verməyi unutmaz.
Fikrimcə
bu bayramın ən gözəl insani dəyəri küsülülərin
barışmasıdır. Umumiyətlə küsülü olanlarin özləri
görüşüb barışarlar, yada görüşə getdikləri
evdə bir- birlərin görub barışarlar. probləm çox böyük
olursa aqsaqqallar qolların çırmalayıb bu işi yerinə
yetirərlər, gənclər arasındakı küsülülər
isə öz dostlarının planlaşdırdıgı və
hazərladıgı görüştə güya təsadüfi bir-
birlərin görüb görüşüb barışarlar, yoxsa yoldaşlarının
xahişi ilə əl sıxışarlar. Bütün çabalar
insanların barışması və yeni ilə küsülü
girməməsi üçün yerinə yetirilər və başarılıda
olar.
Bayram
günü aralarında şikayət olan çoxlu ailələr barışar,
polis, Jandarma və ya edliyədəki agır şəraitdən
can qurtarar.
Bəzi
fərqliliklər olsada bütöv Azərbaycanda demək olarki, bahar
bayramı eyni qaydalarla geçər. Baxmıyaraqki şimali
Azərbaycanla Güney arasında uzun müddət ayrılıq olmuşdur
və özəlliklə İstalin diktatörlüyü bir
tərəfdən milli günlərimizi unutdurmaga çalışırkən
bir tərəfdəndə türklük şuurumuzu əzməyə
çalışmışdır Quzeydə geçirilən bahar
bayramı törənləri güneydəki ilə çoxda
fərqlənmir. Bakıda qaldığım on il müddətində
bunu dərinliklərinə qədər hiss etsəmdə
Quzeydəki bəzi şənliklərin Güneydə də
geçirilməsi arzularıma daxildir. Şübhə yoxdurki
cənubda da əskidən qalmış dəyərli münasibətlərin
şumala daşınması kültürümüzün genişlənməsi
üçün zəruridir. Bakıda geçirilən bayram törənlərinin
zirvəsində bayram günü şəhərin mərkəzi
və başqa yerlərindəki, çal-çagır programıdır.
Bakı merinin böyük diqqət və zəhmətlə hazırladıgı
bu şənlikdə bütün sənətçilər iştirak
edər və bir qayda olaraq dövlət başçısı şəhərin
mərkəzi və içəri şəhərdə gəzintiyə
çıxar, xalqla bayramlaşar, gəlin kimi bəzənmiş
bahar qızı ilə rastlaşar. Bahar qızını şəhərin
bir çox yerində görmək, xalqla bayramlaşmağını
və bəzən gənçlərlə ən-ənəvi
yumurta döyüşdüməsini görmək mümkündür.
Şumalda
da güneydə olduğu kimi zəhmətkeş qadınlarımız
günlər öncədən bayrama hazırliq görər və dadı
damağımdan getmiyən məşhur şəkərbura
bol- bol pişər. Gənçlər qapların arxasına bayramlıq
almağa gələr, insanlar bir- birinin görüşünə
gedərək bayramlaşar.
Təbriz
və ətraf kəndlərində
bəzi özünə xas törənlər olsada umumi gedişat çoxda
fərqlənməz.
Təbrizdə
tonqal qalayıb od yandırmaq Urmu qədər əzəmətli
olmasada axir çərşənbə günü tərəqqə atmaq
və fışfışa fırlatmaq bütün şiddəti
ilə dəvam edər. Dəqiq xatirimdədirki o günlər özəl
saxsı torpağından düzəlmiş, içinə gügürd
və barıt doldurulmuş üskük boyda bir patlayan satılardı.
O ayaq altında patlayıb ses verdiyi kimi gənçlərin özünün
simdən düzəltdiyi bir alətə yerləşdirib , uzağa
fırladılardı , yerə düşündə alovla birlikdə
şaqqıldardı.
Təbrizin
ətraf kəndlərində çərşənbə axşamı
şal sallama və od yandırma mərasimi yerinə yetirildiyi
kimi o günü nişanlı qızlara bayram payı aparılar. Özəlliklə
Səhənd dagının ətəklərində yerləşən
qarlı-boranlı və soyuq havalı kəndlərdə nişanlı
qız bey şalına qışda muxtəlif rəngli
iplərdən toxudugu corabın baglar.
Təbrizdə
çərşənbəlik deyilən bu pay daha önəmli və
daha qaydalı biçimdə tənzimlənər. O gün nişanlı
qızın gözü qapıda olduğuna görə maddi durumundan asılı
olmuyaraq bütün nişanli
ailələr qız evinə çərşənbəlik göndərər.
Maddi imkani olanlar bir , bəzən daha çox xonça bəziyib hazırlayaraq
ona az yaşlı bir oğlan uşağı qoşaraq qız
evinə yollarlar. Özəl bir formada taxtadan düzəldilmiş bu
xonçalarda umumiyətlə bulutla şirniyat, özəlliklə
Təbrizdə çox məşhur olan qurabiyə , nişanlı
qıza donluk- ayaq qabı və çadiralıq, qaynanaya donluk,
qaynataya ayaq qabı, baldızlara çadıraliq və qayınlara
köynək vəya köynəklik aparılar. Maddi imkani olmuyan
ailələrdə isə məjmei deyilən mis qablarda
vəya daha kiçik sinilərdə aparılar, amma mütləq aparılar.
Təbrizdə mütəlif formada çərşənbə yemişi
hazırlanar və tükanlarda satılar, ən yaxşısı
məmülən Emir bazarının dalında olar. Ancaq
cuvanəzənlikdə taninmış olan Təbriz qadınlarının
çoxu bunu özləri hazırlar. Kişmiş, xurma, basdiq, qoz,
badam və buna bənzər yiyəcəklərdən düzəldilmiş
çərşənbə yemişi ancaq o gün üçündür, bayram gününə
isə özəl şirniyat pişər.
Təbrizdə
o gecə ümumən balq plov yeyilər, şamdan sonra yemiş
məjmeisi gələr, uşaqlara pay verilər, böyüklər
dəcindən faydalanar. O gecə açar salmaq böyük bir zevqlə
geçirilər, beləki bəxt astanasındakı qızlar
ayaqlarının altına bir açar qoyaraq evdeki danışıqlara
qulaq asarlar. Ona görədirki, o gecə hamı gözəl sözlərdən
danışar, toydan -bayramdan diyər və qapının arxasındakını
öz arzılarına çatdırmaq üçün əlindən
gələni edər.
Bayram
gününə hazırlıq günlər öncə ev- eşiyin yuğulub
təmizlənmısi ilə başlar, bayram şirnisin çoxları
bazardan alsada qədim ailələr onu evdə pişirərlər.
Badam içini dibək- dəstədə
əzərək narinlədəndən sonra məxsus un, nişasta,
bal vəya şəkərlə, sarı yağ və gülab qatılmış
su ilə yogurub kiçik dairə şəklində tavada yumuşaqcasına
qovrulmuş qurabiyə , lövzi və baqlava adlandırılan
bayram şirniləri günlər öncə hazırlanar. Qədim
onun yumuşaq qalması üçün mis qazanlara yığılaraq
evlərdə özəl formada tikilmiş dilablarda uşaqların
gözündən ıraq saxlanılardı
və bayram günü döşənərək
görüşə gələnlərə təqdim edilərdi.
Əlbəttəki uşaqlarda ondan öz nəsibini alardı.
Bayram
süfrəsi evdən- evə , ailədən -ailəyə
fərqli bəzənmiş olsada bu bayrama çox böyük əhəmiyət
verən və bütün qaydaların titizliklə yerinə
yetirməyə can atan anamın süfrəsin, sikkə-
səməni- sarımsaq- su- çiraq- ayna və quran
bəzərdi. İl deyişdiyi an istisnasız olaraq bütün ailə
üzvləri o günə qədər geyilməmiş təzə
paltarların giyərək süfrənin başında olmaliydı.
İl deyişən kimi hamı bir-birinə bayramı
təbrik diyərdi, böyüklər uşaqlara təzə pul
vəya sikkə bayramlıq verərdi, cavanlar boyanmış
yumurtaları götürüb , döyüşdürmək üçün küçəyə
çıxardı. Kənd yerlərində o gün çeşitli
oyunlar yanında at çapdırmaq və dovşan ovuna çıxmaq
özəlliklə Təbrizə dərs oxumaq üçün getmiş
və bayramda ailələrinin yanına gəlmiş cavanlar
üçün unudulmaz xatirələr olurdu. Ən maraglısı o
kəndlərdə top Ərəbi deyilən bir oyun
oynanardıki, daha ziyadə Amerikalıların bugün oynadigi
əl futbalına bənzərdi. Bayram günü o kəndlərdə
küsülülərin barışması qədər gözəl və
dəyərli qayda milli kültür ölçüsündə tayı tapılmıyan
qaydadır.
Bayramlaşmaq
hələdə uzun müddət dəvam edər , kişilər
ilk günlərdə görüşlərin başa çatdırsalarda qadınlar
onu sürdürər. Ətraf kəndlərdə bir misal var ,
diyərlərki, qadınlar arpa biçiminə qədər
bayram görüşünə gedərlər.
Böyük
Rəsuloglu 05.01.2006