Güntay
Ozan
kimliyi üzərinə fəlsəfi-tarixi təhlil
I
bölüm
Yazılı
tarixin yanı sıra, bir də yazılmayan, yalnız sezgi (təşxis)
ilə bilinən tarix mövcuddur. Bu tarix sadə xalq kütlələrinin
olaylara münasibəti şəklində ortaya çıxar. Sezgi
ilə bilinər, çünkü bu tarixin möhtəvası milli
dəyərlərin bir çox dallarına səpələnmiş
olur. Bu tarix məfhumunu oluşduran faktoru öz-özündə
dinamik olan şüur kimi də anlamaq mümkündür. Hansısa bir
saz havasında, türküdə və ya xalq mahnısında,
bir rəqs türündə və bu kimi kültür şifrələrində
tarixi hadisələrin dərinliyinə enmək üçün
gərəkən bilgiləri əldə etmək müyəssərdir.
Bunun oluşum nədəni isə öz-özünə dinamik olan
şüurdur. Böyük türk filosofu Uzluq Farabi bu öz-özünə
dinamik olan əqli və duyğusal qüvvəyə fəal ağıl
adını verir. Fəal ağılın fəaliyət
sahəsi çox genişdir. Necə ki, Farabinin öz şəxsiyəti
timsalında fəal ağılın
fəaliyətləri musiqi sahəsindən tutmuş siyasi,
fəlsəfi, fiqhi, hüquqi sahələri içinə almışdır.
Fəal şüurun, ya da öz-özünə dinamik olan şüurun
fəaliyət sahəsi tarix boyu bir yönü ilə görünür,
digər yönü ilə sezgi planında oluşa gəlmişdir.
Sezgi planında davam edən fəal zəkanın ortaya qoyduğu
dəyərlər ən çox sənət adamları
tərəfindən duyular, duyurular, ən çox da sənət türlərinə
yüklənər. Sənət türlərinə yüklənərək
çağdan çağa ötürülən bu hadisə sezgi ilə də
anlaşılar. Fəal zəka, ya da fəal ruh
deyə biləcəyimiz dinamizmin məsdəri daha çox
bilincaltı(şüuraltı)dır . Hər hansı bir
hadisəyə göstərilən təpkilərin bütününü
anlamaq üçün, sadəcə şüurlu münasibəti deyil, bütün
refleksləri, özəlliklə bilincaltı konusunu ələ
almaq lazımdır. Bilincaltının özünəməxsus
reaksion şəkli mövcuddur. Heç bir hadisə milli və
fərdi bilincaltının təpkisindən, münasibətindən
kənarda qalmaz, qala bilməz. İctimai bir hadisənin bütün yönünü
anlamaq, araşdırmaq üçün, o olayla bağlı şüuraltının
bəkləyiş pozisyonunu və bu bəkləntinin
təpkilərini qavramaq, bu bəklənti üzərinə
təhlillər yapmaq lazım. Kollektiv şüuraltının
gələcəklə ilgili olaraq özünəməxsus planları
və təpki sistemi olur. Sistem deyirəm, çünkü şüuraltı
sövqi-təbii olaraq hər hansı olaya sistematik biçimdə
təpki göstərər; ya özümsər, ya da rədd edər.
Bəzən kollektiv şüuraltından qaynaqlanan bu təpki
etik, epik və estetik tərzdə təzahür edər.
Bəzən də dramatik şəkildə. Psikoloq həkim
Karl Qustav Yung, Kollektiv bilincaltı, fərdin bilincaltında
yer alan soydan gələn bir şeydir. Bilincaltı
gələcəyi təyin etmək amacı ilə sürəkli
şəkildə vasitələr hazırlar, - deyir. Alim,
hər kəsin varlığında bir şəkildə
yerləşmiş olan əski xəyallara, əski
məfhumlara arxetip adını verməkdədir. Kollektiv
xatirələrin, təcrübələrin ən dərin
yerlərindən gələn bu rəmzlər olaylarla ilgili
otomatik olaraq reflekslər ortaya qoyar. Örnəyin, bir
fərdin milliyəti, milli kimliyi təhqir olunduğunda, o
fərd, sadəcə özünün deyil, özündə, özünün dərin
ruhi qatlarında da bir dəyərlər sisteminin aşağılandığını
hiss edər. Onun bu təhqirə olan münasibəti bir fərdi
təpki olmaqdan çıxıb, fərd timsalında kollektiv
təpki şəklini alır. Fərd təpki göstərərkən
belə, özünün yalnız olmadığını hiss edər.
Öz ruhunda tarixdən və soydan gələn şifrələrin
deşifrə olduğunu anlar. Adam öz içində, zahirən tanımadığı,
lakin ruhunda barınan mücərrəd surətlərin onu
təpki göstərməyə təhrik etməsini hiss edər.
Bu da fərdin özəl bilincaltında yerləşmiş olan
milli, ya da kollektiv bilincaltıdır. Öz fərdi bilincaltında
bu arxetipləri daşımayan insanlar ya doğuşdan
xəstədirlər, ya da bəlli sosial hadisələr qarşısında
soysuzlaşmış, arxetipsizləşmışlər. Günümüzdə
sıx-sıx tələffüz edilən assimilasion hadisəsinin
əsas hədəflərindən biri də soysuzlaşdırmaqdan,
arxetipsizləşdirməkdən və tarixi
xatirələrindən təcrid edilmiş insan türü yaratmaqdan
ibarətdir, çünkü bu növ insan türünü çox rahatlıqla
istənilən istiqamətə yönləndirmək mümkündür. Qırqız-türk
yazarı Çingiz Aytmatov ünlü Əsrə bərabər gün
romanında bu soysuzlaşdırma hadisəsini manqurtlaşdırma
sözü ilə ifadə etməkdədir.
Şüuraltının
dirəniş şəkli də daha güclü tərzdə üzə
çıxar. Bəzən şüur planında tam soysuzlaşmış,
əşyaya dönüşmüş, dönüşdürülmüş bir
fərdin şüuraltındaki həyatı onun yenidən dirilişinə,
soyuna dönüşünə imkan sağlar. Buna ruhi diriliş də
deyə bilərik, yəni görünürlükdə hər şeyin, bütün
mənəvi dəyərlərin məhv olduğu bir ortamda,
fərdin görünməyən qatlarındaki oyanış yeni
və özgün (əsil) bir kimliyin, şəxsiyətin oluşuna
zəmin yaradır. Bunu Mevlana Cəlal-əddin Rumi
Məsnəvi əsərində bu şəkildə
anladar:
Özündən,
soyundan uzaq olan kəs
Bir
gün özgünlüyə göstərir həvəs.
Bilim
adamlarının təsbitinə görə, kollektiv bilincaltının
cinsiyəti olmaz. O, sadəcə kollektivin insan məfhumunu içərər.
Orada qadın-kişi fərqliliyi söz konusu deyildir. Bu üzdən
də fərdi şüuraltında yerləşən kollektiv
şüuraltı olaylara münasibətdə cinsiyətin yazqısını
nəzərə alaraq təpki göstərməz.
Məqalənin axışı içərisində mövzunu daha aydın
şəkildə anlatmaq üçün bu kollektiv şüuraltı
qavramı yerinə, milli şüuraltı anlayışını
istifadə etmək daha doğru olar deyə düşünürəm.
Milli şüuraltı, yəni millətin ortaq keçmişindən
qaynaqlanan və hər kəsin miqdarına görə, fərdi
şüuraltında yerləşən, olaylara sövqi-təbii biçimdə
təpkilər, münasibətlər oyadan arxetiplər.
Arxetiplər millətin milli sənətlərini ifadə
edən, əsrdən əsrə daşıyan bəzi şəxsiyətlərinin
timsalında daha dəyişik və aktif surətdə
təzahür edər. Çünkü bu şəxslər özümsədikləri
sənət sirlərini sürəkli olaraq daşıdıqları
üçün fəal zəka bunlarda daha oyanıq olur.
Kollektiv
şüuraltının fərdin şüuraltındaki planlayıcı
və təpki rolunu ən açıq şəkildə Şəhriyarın
yaradıcılığında görmək olar. Şəhriyarın
bir çox sənət əsəri var, lakin Heydərbabaya salam
poeması fərqlilik ifadə edər. Bu əsərdə bütün
Azərbaycan türklüyünün əski xatirələri sənət
dili ilə estetizə edilmişdir. Hər kəs kəndi yaşamından
böyük bir parçanı bu əsərdə görməkdədir. Bunun
nədəni nə? O zaman Azərbaycanda türk kimliyinə
uyqulanan insanlıq dışı rəftar bu kimliyin
tarixdən silinməsinə gətirib çıxarmaq üzrə idi.
Kollektiv bilincaltı Şəhriyarın istedadına sığınaraq
dirənişə keçmişdi və bu dirəniş dünyanın
şah əsərini yaratdı. Çox ağır yasaqlara rəğmən
bu əsər bütün Azərbaycanı və Türk Dünyasını
qısa bir sürə içində sardı. Əsərin bu qədər
sürətli şəkildə özümsənməsinin səbəbi
hər kəsin milli bilincaltında yerləşən ortaq
tarixi bəllək (yaddaş) idi. Bu poema özümsəndikcə,
fərdlərin bilincaltındaki ehtiyaclar təmin olunurdu.
Bilincaltının qavrayıcılıq imkanları bilincin ötəsindədir.
Şəhriyarın şah əsəri Azərbaycanda fars yönətimi
tərəfindən yaradılmış sosio-psikolojik
gərginliyə bir növ cavab olaraq ortaya çıxmışdı.
Eyni zamanda türkcənin qurtuluşu müjdələnmişdir. Bir
şəkildə milli ruh Heydərbabaya salamda özünün
seyrinə dalmış, özünü türk ulusuna göstərmişdir.
Şəhriyar, fars ədəbi mühitində o zaman sayğın
bir şəxsiyət ikən, fasrca yazmanın təqdir gördüyü,
türkcə yazmanın sakıncalı (qadağalı) olduğu
bir dönəmdə nədən türkcə yazma ehtiyacını
hiss etmişdi? Bu sualın da cavabı bəlli: milli şüuraltından
yoğrulan güc Şəhriyarın şəxsiyətində
mərkəzləşıb, özünü ifadə etmək istəmişdi.
Şəhriyar görəvləndirilmişdi, yazmaya bilməzdi.
Başqa
bir örnək də bu şəkildə sunmaq mümkün. Ozan türk
tarixində, türk kültüründə ortaq bəlləyin (yaddaşın)
qoruyucusu, gəliştiricisi kimi mövcud olmuşdur. Bu
nədənlə də ozan və ozançılıq istisnasız
olaraq tarixi hadisələrə öz münasibətini musiqi ya da söz
şəklində bildirmişdir. Sadəcə, ozan, toplumun daha
dərin qatlarında yaşadığı, siyasi olayların içində
görünmədiyi üçün kənardan-kənara öz münasibətini
toplumun içində cərəyan edən olaylara bildirmişdir.
Ozanların ortaya qoyduğu bu təpki bəzən ozan ədəbiyatının
hansısa bir növündə (gəraylı, qoşma,
dodaqdəyməz), bir saz havasında gerçəkləşmişdir.
Bu gün saz sənətində mövcud olan 72 havanın
hər biri istər mikromühitdə, istərsə də makromühitdə
ictimai hadisələrə göstərilən münasibətlərin
örnəyidir. Olaylara təpki musiqi və sözün vəhdəti
ilə bir yerdə gerçəkləşmişdir. Bu gerçəkləşimi
anlamanın yolu isə sezgidir (təşxisdir).Yəni hər
hansı nəqli tarixi oxuyub bilmək kimi, saz havalarında barınan
tarixi də bilmək olmaz. Ozan kimliyində saxlanmış
tarixi bilmək üçün bu sənətlə bilgi və
mənəviyat planında irtibat qurmaq lazımdır. Oradaki bir
çox sözlər bəzi tarixi olayların mahiyətini öyrənmə
açısından açar rolunu oynarlar. Bu açarla tarixi
hadisələrin mahiyətini bilmək, bir çox gizlərin (sirlərin)
qapısını açmaq mümkündür.
Bu
girişdən sonra Aəzbaycan-türk kimliyində ozan,
ozançılıq məfhumlarının milli şüuraltı
ilə ilişkilərini araşdıralım.
***
Ozanın
maddi həhatı xalq tərəfindən təmin olduğu
üçün hər zaman ümum-xalq ehtiyacının məntiqi əsasında
olaylara münasibət göstərmişdir. Yəni ozan öz həyatının
maddı ehtiyaclarını sənətini xalqa həsr
edərək təmin etmişdir. Ozanın insan olaraq dirilik
və yaşam səbəbi xalqın mutluluğu olmuşdur. Örnəyin,
xalq rifah içində yaşar, qızlar tez ərə gedər, oğlanlar
tez evlənərsə, ozanın da həyati ehtiyacları bu
mutluluğu öz sənəti ilə paylaşıb, paylaşdıraraq
təmin edilir. Bu, sadəcə olayın maddı
tərəfidir, yəni ozan pul qarşılığı
toyları, şənlikləri yola salır. Ancaq maddi
tərəfi olmayan heç bir mənəvi hadisə düşünülmədiyi
kimi, maddədən mənaya doğru bir irəliləyişi
təqib edəcəyik. Ozan, sadəcə fərd deyildir, milli
şüuraltının ən dinamik, fəal daşıyıcısı
olaraq, həm də bir tarixdir, milli-tarixi insan tipidir.
Sənəti etibarı ilə də fəal zəkanın
həm düşüncə, həm də özəlliklə duyğu
planında daşıyıcısıdır. Ozan
sənətində bəzən uluların gördüyü yuxular da
yozulur, bu üzdən də ozançılıq millətin sadəcə
maddi plandaki tarixini sənət dili ilə yansıtmaz, həm
də ərdəmli insanların yuxu dünyasındaki olayları
da musiqi və şeirlə hörgü biçimində ifadə edər.
Uluların gördüyü yuxu əslində millətin öz
gələcəyi, hədəfləri, təhlükələri,
mutluluğu və acıları ilə bağlantılı
tərzdə ortaya çıxar. Bəzən də ozan öz yuxusunu,
öz xəyyallarını millətin gələcəyinə bağlayaraq
anladar. Koroğlunun
Əzəlindən
mən bilirdim işimi
Yatmış
idi, oyaq gördüm düşümü (düş-röya, yuxu)
söylədiyi
kimi. Ya da Dədə Qorqudun həm keçmişi bilən, həm
də gələcəkləilgili mötəbər bilgilər
verən bir bilgə olduğu kimi.
Milli
həyatın öz istiqamətində doğru-dürüst yürüdüyü
ortamda ozanların bəstələdiyi havalar mutluluğu çağrışdırırkən,
milli həyat faciəyə tərəf sürükləndiyi zaman,
ozanların bu uğursuz gedişi şeir və saz havaları
ilə anlatmalarına tanıq oluruq. Hər iki halda milli şüuraltının
fəal daşıyıcısı olan ozanların
təpkiləri kəsinliklə ortaya qoyulur. Ozan sənətində
dialektik səyyaliyətə (enişli-yoxuşlu
hərəkətə) öz mahiyətini itirmədən tarix boyu
davam etmişdir. Tarixdə bir çox dinlər, hadisələr
dəyişir, lakin ozan sənəti dəyişməz bir
qanunilik əsasında dəyişənlərə, gəlişənlərə
münasibət göstərir. Çünkü hər mütləq xasiyətə
sahib olan fitrət dəyişməzdir. İfadə və söyləm
şəkli deyişsə də, bu sənətin olaylara, oluşanlara
münasibəti dəyişməyən mütləq doğruluğun
(həqiqətin) prinsipi ilə ortaya çıxar. Bilindiyi kimi
ozanların çoxunun bəzən yazıb-oxumaları da olmamışdır.
Bu üzdən də yazılı olayların ozan bilgilərinə
təsiri yox kimi görünməkdədir. Ana dilində milli
fitrət ozanın dili ilə danışmışdır. Örnəyin,
türk milli kimliyi bir həqiqətdir, mütləqdir və ozan
sənətinin də qaynağı bu mütləq olana dayanmaqdadır.
Bu nədənlə də uzun tarixi hadisələr seyrində
bir yönü ilə gizlin olan (bəzi ozan sirləri ustaddan şagirdə
eyitim sürəsində ötürülür) ozan sənəti o dəyişməyənlə
bir yerdə oldu, onun istəyini haykırdı. Bu konunu burda
durdurub, ozan kimliyi üzərinə tarixi incələmədən
sonra yenə də mövzuya dönəlim.
***
Rəsmi olmayan Türk tarixinin hansı mərhələsi
incələnirsə, kəsinliklə orada ozan kimliyi və kültürü
ilə rastlanacağıq. Rəsmi tariximizi din mərkəzli
istila işğal etdiyi üçün orada milli kimliyin daşıyıcılarından
söhbət getməz. Osmanlı üzərinə bir sürü kitablar
yazılmış, lakin bu kitablarda Osmanlıların asıb öldürdüyü
Pirsultan Abdalların adı keçməz. Ya da
Səfəvilərin bu sənətə qarşı saldırısından
rəsmi tarix söz etməz. Ozan sənətinin öz əsrarəngiz
tarixi var, bu əsrarəngizlikdə (sirdoluluqda) bir çox olayların
kodları da barınmaqdadır. Ozan sənəti öz tarixi
təkamülündə 4 mərhələ keçmişdir. Bunlardan
bəziləri eyni zamanda bir yerdə yaşamış,
tələffüz edilmışlər. 4 mərhələ bu şəkildə
təsbit edilmişdir: Şaman, Yanşaq, Ozan, Aşıq.
Şamanlıq mərhələsi hələ də
bəzi müsəlman olmayan türk boylarında yaşamaqdadır. (Finlərin
milli mitolojisi olan Kalavela əsərində də şaman
sözü və fəaliyəti keçməkdədir). Ozançılıq
bütün tarixi mərhələlərində vücud tərcihini
mərifət tərcihindən üstün tutmuşdur. Ozan
sənətində vücud mərifətə fəda edilməmişdir.
İslamı mərifət kimi qəbul edən Türk siyasi tarixi
öyləsinə bu qəbullənmə içinə özünü həbs
etmişdir ki, öz vücudu (varlığı) unudulmuşdur. Oysa
Ozan sənəti rastlandığı və özümsəmək
istədiyi mərifət türlərində əriməmişdir.
Bəzən islami istibdadın amansızlığı üzündən
bu sənət özünü qoruya bilmək üçün Əli,
Həsən, Hüseyn, qırxlar kimi ərəb
tarixinin macəralarını anladan sözləri tərkibinə
almışdır. Lakin bu, ozan sənətinin öz
mehvərindən çıxmasına səbəb olmamışdır.
Milli-tarixi hissiyatın, təcrübələrin, mənəvi
dəyərlərin birikim mərkəzi olan ozan sənəti
istər dini, istərsə də qeyri-dini olsun özünü heç bir
ideolojinin içinə həbs etməmişdir. Ancaq bunun tərsinə
olaraq bir çox Türk-islam imperatorluqları özlərini din qaranlığına
həbs edərək, bu həbsxanada boğulub öldülər. Cümhuriyət
aydını Cəmil Meriç Bir mədəniyətin eşiyində
adlı əsərində Osmanlı
özünü dinin qaranlığına öyləsinə həbs etdi ki,
boğulub öldü,- yazır. Ozançılıq isə mahiyəti
etibarı ilə heç bir dini diktatorluğun, qeyri-insani
gələnəyin, qadın haqlarını sevməz olan görüşlərin
istilasına girmədiyi üçün tarixdəki rolunu davam
etməkdədir.
Ozan, günümüzdə aşıq olaraq da tələffüz
edilməkdədir. Aşıq sözünün ərəbcə olduğunu
söyləməkdədirlər. Lakin bu söz quruluş etibarı
ilə Türkcə söz olmalıdır. Türk dilində felin
əmr formasına q və ya ıq əkləri (şəkilçiləri,
pəsvəndləri) artırılaraq yeni isim düzəldilir.
Məsələn, qaşımaq məsdərinin əmr
şəkli belədir: qaşı + q = qaşıq. Tanımaq: tanı
+ q = tanıq. Qatmaq: qat + ıq = qatıq. Dəlməl:
dəl + ik = dəlik. Dolaşmaq: dolaş + ıq = dolaşıq).
Türkcənin eyni bu qanununa uyğun olaraq aşmaq
məsdərinin əmr şəkli aş olur. Aş
əmrinə ıq əki artırıldığında
aşıq sözü düzəlir. Türkcə anlamında aşıq
yəni maddi sınırı aşmış və məna sınırına
qovuşan sənət adamı anlamında olsa gərək. Türkcənin
bu məntiqindən yola çıxaraq aşıq sözünün Türkcə
olduğunu söyləmək mümkün. Digər tərəfdən,
aşıq tarixi mərhələ olaraq ozandan sonra
gəlir. Yəni ozançılığın aşılıb
və başqa bir mərhələyə girməsi mənasında
da ola bilər.
Ozan
ədəbiyatında təsəvvüfi utopiyalardan, fərdi,
cəmiyətdən təcrid edib tənbəl
həyata sövq edən, yalnızlıqda zikr edib Allaha qovuşma
kimi uyduruqlardan əsər yoxdur. Ozan sənəti xalqla
təmasda gəlişir. Ozan və dastanların
qəhrəmanları xalqın içindəki olayların,
mutluluqların, acıların ortamında yetişirlər. Aşıq
ədəbiyatının yaşanılır eşqi, gerçək
həyatı tərənnümü baxımında Batının (Qərbin)
modern şeirinə bənzərliyi söz konusudur. Daima ozan kimliyi
və onun yaratdığı əsərlər bir yönü ilə
sekular düşüncəyə açıq olmuşdur. Aşıq
şeiri və ozan dünyagörüşü yaşayışı o dünya
şərtlərinə görə deyil, bu dünya planlarına görə
düzənləməyə çalışar. Özəlliklə
dastanlarda bu şəkildədir. Dastanlardaki hadisələrin axışı
içində doğruluq və ərənlik kimi insani xüsusiyətləri
bu dünyaya aidetmə, bu dünyaya gərəkən məfhumlar kimi
gerçəkləşdirmə təlaşı vardır. O dünya
xürafatı bilgisizlərə, cahil və tənbəllərə,
həyatdan bağlarını qoparmış, yaradıcılıqdan
mhrum olan dinçilərə məxsusdur. Dastanlarda olayların axışı
fərqli psikolojik ortamlar ortaya qoyar. Bu psikolojik ortamlara tam uyğun
olan saz havaları ilə mövcud durum, söz və musiqi ilə
anladılır. Bu nədənlə də ustad ozanlar olayların
psikolojik mahiyətini düzgün təsbit etmək zorundadır. Ozan
ədəbiyatında gerçək bilginin tək qaynağı
həyatdır, metafizik deyildir. Görülən röyalar,
gələcəkdən xəbər vermələr kimi
hadisələrin hamısı həyatın sirli özəlliyidir.
***
Ozan
sənəti, Türk millətinin tarixindəki gəlişmələri
milli zəmində bir keyfiyət çatısı altında
yozumlamağa, milli hədəfə görə təhlil etməyə
çalışmışdır. Bütün kəmiyət planındaki
olayları sazla və sözlə estetizə edərək
keyfiyət prinsipinə tabe tutmuş, böyləcə də
millətin bütün qatmanlarına qazandırmışdır. Ozan
sənətinin türk tarixinə münasibəti incələndikdə
bir gerçək (lik) ortaya çıxır. Üst düzey siyasi yönətimlərin
ümmətçi davranışları bu sənət
tərəfindən kəsinliklə qəbul edilməmişdir.
Bu qəbuledilməzlik isə sənət dili ilə ifadə
edilmişdir. Yəni, özəlliklə Türk-islam tarixini saran
və ortaq məxrəcini tapmayan təzadlar ozan sənətində
öz ortaq məxrəcini bulmuşdur. Böyük Əmir Teymurun qurduğu
dövlətlərin dönəmləri istisna olmaqla Türk-islam
tarixinin Türk kimliyinə islam adı altında təhqiramiz
baxması ozan sənəti tərəfindən şiddətlə
qınanmışdır. Saz havalarının bir çoxu türk-islam
tarixindəki bu təzadların ortadan qaldırılışı
üçün bəstələnmişdir. Dönəmlərin sosial
psikolojisi və tərs gedişat melodiya və sözlə ya
təqdir edilmiş, ya da şiddətlə eleştirilmişdir
(tənqid edilmişdir). Bu baxımdan Azərbaycanda yayğın
olan bəzi saz havaları səciyəvi özəllik daşımaqdadır.
Ruhani-İrfani, Baş sarıtel, Dilqəmi,
Yanıq kərəm, İrəvan çuxuru,
Baş müxəmməs, Orta müxəmməs, Şirvan
gəraylısı, Dübeyti kimi havalar daha çox katarsisi, iç
dünyanın arınmasını, daxili yüksəlişi, əxlaqi
dəyərləri konu almaqda ikən, Osmanlı divanı,
Döşəmə Koroğlu, Paşaköçdü, Qaraçı,
Dəli Koroğlu, Cəngi Koroğlu, Qəhrəmani,
Koroğlu müxəmməsi, Misri kimi havalar ictimai-tarixi
hadisələri mövzu olaraq ələ almışdır. Saz
havalarında mövcud olan bəzi havalar keçmiş tarixi dönəmlərin
sosial-milli istəklərini, amaclarını öz yapısında
barındıraraq günümüzə ulaşdırmışdır.
Örnək olaraq Osmanlı divanını ələ alalım.
XIII əsrin sonu, XIV əsrin əvvəlləri türk tarixi
üçün önəmli bir mərhələdir. Səlcuqlu dövləti
devrilmiş və türk siyasi tarixi boşluq içinə girmişdir.
Böylə kritik bir dönəmdə Ərtoğrul bəyin oğlu
Osman bəy, Türk millətini dövlət çatısı altında
birləşdirmək üçün səfərbər edir. Osman
bəyin şəxsiyətinin cazibəsi türk ulusunu bütünü
ilə etkilədiyi üçün, ozan sənəti də Osman bəyin
çalışmalarına öz xeyir-duasını verəcəkdir.
Osman bəyin nəcib və cazibəli şəxsiyəti
səbəbi ilə ona Osmancıq da deyirdilər. Buradaki cıq
əki Osman bəyin dövlət adamlığı
sifətindən başqa onun nə qədər incə davranışlı,
əxlaqı məziyətlərinin yüksək olduğunu göstərməkdədir.
Osmancıq tələffüzü, Osman bəyin türk ulusu
tərəfindən nə qədər sevgi ilə qarşılandığını
göstərməkdədir.
Osmanlı dövlətinin quruluşu türk tarixində çox önəmli
və dəyərli bir hadisədir. Şübhəsiz ki, böylə
bir hadisəyə ozan sənəti laqeyd qala bilməzdi. Osmanlı
dövlətinin tarix səhnəsinə çıxmasını ozan
sənəti bir neçə saz havası ilə övəcəkdi.
Onlardan ən önəmlisi Osmanlı divanı havasıdır.
XIV əsrin əvvəllərində Türk millətinin içində
çağlayan həyəcan və fütuhat psikolojisi ən anlaşılır
şəkildə Osmanlı divanında öz əksini tapmışdır.
Öz nəfsində dövlətçilik idealını və dövlət
qurma iradəsini daşıyan türk millətinin böyümə
arzuları Osmanlı divanı havasına yansımışdır.
Türk millətinin bağrından qopup və böyük bir missionu öz
üzərinə götürən Osman bəy, ozan sənətinin düşlədiyi
ideal türk insan tipi kimi tarixə qədəm qoymuşdur. Osman
bəyin iqtidarından başlayaraq, ümmətçilik dövrünə
qədər onun varisləri, ozan sənəti
tərəfindən təqdir edilmişdir. Osmanlı dövləti
ümmətçilik aşamasına girdikdən və öz soyunu aşağılamağa
başladıqdan sonra ozan sənəti açıqca Osmanlı
ilə savaşa başlamışdır.
Türk tarixinin əcayibliklərindən birisi də budur ki,
türklər min müsibətlə dövləti qurduqdan sonra onu başqa
etnoslara qapdırmışlar. Osmanlı dövləti yunan, serb,
arnavut hərəmxana qadınlarından törəyən qrupun
əlinə keçdikdən, türk dili yönətimdən uzaqlaşdırıldıqdan
sonra ozan sənəti, Osmanlının bu tutumunu ortadan qaldırmaq
amacı ilə Koroğlu dastanını yaratmışdır.
Osmanlıya alternativ mitolojik qəhrəman olan Koroğlunun,
demək olar ki, bütün savaşları Osmanlıya qarşıdır.
Babi-aliyə (Osmanlı sarayı) və Ali-qapuya (Səfəvi
sarayı) alternativ məkan kimi rəmzləşdirilən Çənlibeldə
bütün yasalar türkcə və hakim olan biricik dil də türk
dilidir. Harada zülm altında inləyən bir türk varsa, özünü
Çənlibelə çatdıraraq azad həyatını həm
qazanır, həm də azadlıq uğruna savaşçı olur.
Çənlibeldə dini qanunlar keçərli deyildir, insan ağlının
məhsulu olan insani qanunlar keçərlidir. Qadınlar çarşaf
örtməyə, qaranlıqlara batmağa zorlanmır. Orada qadın
haqları savunulur və qadın-kişi eşitliyi mövcuddur. Bu
dəyərlərin qorunması üçün isə qadınlar da Çenlibelin
dəliləri ilə bir yerdə, gərəkdiyində, düşmənlə
savaşırlar. Əslində burada düşmən də özgə
deyildir. Düşmən ya Osmanlıdır, ya da Səfəvi.
Onların düşmən oluşlarının səbəbi
isə öz soylarına dönük çıxmaları, öz kimliklərini
sevməmələridir. Çənlibel, Türk milli ruhunun
mərkəzi olan xəyali bir məkan kimi rəmzləşdirilmişdir.
Osmanlı ümmətçiliyi Pirsultan Abdal kimi ozan sənətinin söz
ustalarını öldürdükcə ozanlar xəyal aləmində
Osmanlıdan intiqam alır və Koroğlunu intiqam
səfərləri üçün Osmanlı paşalarını öldürməyə
göndərir. Osmanlı yönətimində kimliyi aşağılanan
türk xanımlar və bəylər isə Çənlibelə sığınır,
Koroğlunun yanında Osmanlıya qarşı savaşırlar.
Ozan sənətinin Səfəvi cəhalətinə,
Səfəvilərin türk millətinə etdiyi zülmə qarşı
da mübarizəsi həm gerçək tarixdə, həm də dastan
şəklində olmuşdur. Səfəvi dövlətinin quruluşunda
daha çox Osmanlının ətraki bi idrak adlandırdığı
qızılbaşlığın rolu olmuşdur. Qızılbaşlığın
doğuşu və siyasi mübarizəyə qatılışı
Anadoludaki sosial-politik olayların nəticəsidir. Onun
Azərbaycanla ilişkisini sadəcə Şeyx Cüneydin və
Şeyx Heydərin Ərdəbilli olması ilə bağlayırlar.
İsmayılın qardaşı Şeyx Əlini də
nəzərə alsaq, İsmayıl dönəmində artıq dördüncü
nəsl olaraq onlar Ərdəbildən ayrılmışdılar.
Səfəvi dövlətini quranlar da təmiz türklər olmuşdur.
Ancaq Səfəvi dövlətinin quruluşu ilə eyni zamanda Türk
Dünyasının həm coğrafi irtibat, həm
də mənəvi ilişkilər baxımından parçalanma sürəci
başlayacaqdı. Sadəcə Türklük deyil, islamiyət də
bütünlüyünü itirəcəkdir. Türküstandan,
Azərbaycandan Anadoluya və tərsinə olan insan axınlıarı
və mənəvi münasibətləri fars milliyətçiliyi
mərkəzli şiə-islam anlayışı durduracaqdı.
Nəticə etibarı ilə də farsların Səfəvi dövlətinin
quruluşu ilə eyni zamanda yüksəliş dönəmləri başlayacaqdı.
Şah İsmayılın farslaşdırma siyasəti
sadəcə Şahnaməni öz fikir kitabı
olaraq seçib, evladlarına Şahnamə qaynaqlı adlar
verməklə sınırlanmayacaqdı. Şah İsmayıl
başına tac qoyduqdan sonra Lalalıq kurulunu qaldırmış
və yerinə Vəkili nəfsi hümayun gətirilmişdi.
Şah İsmayıl dövlətin quruluşundan 6 il sonra 1508-ci
ildə Şamlu Hüseyn beyi lalalıq görəvindən almış
və yerinə bir fars oturtdu. Bu tarixdən etibarən fars ünsürü
ortaya girmiş, quruluşunda heç bir qatqıları olmayan
aristokratik ailələr, ortodoks şiə üləma aracılığı
ilə gələnəksəl rollarını oynamağa başlamşılar.
Yönətimə qatılacaq və sonra kəndi inanc, dil, kültür
və deneyimləri ilə ələ keçirəcəklərdi...
Qızılbaş bəylərin etkisini azaltmağa yönəlik
Şah İsmayılın bu davranışı bir İran dövləti
yaratmağa yönələn ilk bəlirtilər idi. 1508 - 1524
illəri arasında 5 şah vəkili fars bir-birini izlədi.
İsmayıl, şah vəkilini qızılbaş ordusunun başkomutanı
əmir-ül üməranın səlahiyətinə eşit qılmışdı.
Şah İsmayılın bu davranışına etiraz olaraq qızılbaşlar
5 vəkildən üçünü öldürdülər. (YOL dərgisi,
№ 19, İsmail Kaygusuz
Aleviliğin kizilbaş siyasi hareketi ve Şah İsmail.
Ankara, Hüseyin Gazi derneği yayınları). Şah İsmayılın
Mehdi olması ilə bağlı bir sürü təbliğat
edilmiş və onun heç bir zaman yenilməyəcəyi vurğulanmışdı.
Lakin Sultan Səlim onu məğlub edib tac-taxtını İstanbula
apardıqdan sonra bu inanc da ortadan qalxdı.
Siyası
adı qızılbaş olan Anadolu ələvilərinin fiqh,
dini hüquq kitabları olmadığı üçün şiə fiqhi
və hüquq anlayışı türklərin qurduğu imperatorluğu
ələ keçirib və farslara təslim etdi. Daha sonra Böyük
Nadir Şah səfəvizmin gətirdi bu fəlakəti
(sinəzənlik, zəncirzənlik, məhərrəmlik
oyunbazlığı və s.) ortadan qaldırmaq istəsə
də, müvəffəq ola bilmədi və şiə terorizmi
Nadir Şaha qəsd etdi.
Xalqı təmsil edən ozan sənətinin
səfəvizmlə qarşı-qarşıya gəldiyini bir
neçə örnəklərdə müşahidə etmək mümkündür.
Lakin ən açıq örnək Aşıq Abbas Tufarqanlının
Şah Abbas Səfəviyə qarşı qətiyətli mübarizəsidir.
Xalqın Səfəvi kimliyinə qarşı nifrəti Aşıq
Abbas Tufarqanlının timsalında ortaya çıxar. Bu tarixi gerçək
hadisəni dastanlaşdıran ozan sənəti bir daha göstərmişdir
ki, millətin yazqısı ilə irtibatda olan olaylara münasibətsiz
qalmamışdır.
Hadisə bu şəkildə baş vermişdir: Şah
Abbas, İsfahana daşınırkən köçü seyr edən
Tufarqanlı Abbasın arvadı Gülgəz xanıma gözu sataşar,
dünya gözəli olan Gülgəz xanımdan xoşlanar və onu
zorla İsfahana aparıb özünə arvad etmək istər. Gülgəzi
şahın əmri ilə aparırlar. Aşıq Abbas
Tufarqanlının mübarizəsi bundan sonra başlar. Bu
ədalətsizliyə qarşı və öz halal arvadını
əldə etmək üçün heç nədən çəkinmədən
İsfahana yola düşər. İsfahanda Tufarqanlı Aşıq
Abbası tutuqlayıb bir quyuda zindana salırlar. Bu
hadisədən xəbərdar olan Gülgəz bir neçə
kənizlə bir yerdə gəlib quyunun başından,
dərinlərdə olan Aşıq Abbas Tufarqanlını görmək
istər, lakin quyu çox dərindir və heç bir şey görünmür.
Gülgəz kiçik bir daş atar quyuya ki, gəldiyini bildirmiş
olsun. Bunu hiss edən Tufarqanlı Abbas bu ünlü qoşmasını
o qaranlıq quyuda söylər:
Yaşa,
sevdicəyim, yaşa
Yazılanlar
gələr başa
Bir
yandan özün bas daşa
Bir
yandan el car eyləsin.
Həm
də quyuda həbs olunmasına baxmayaraq hədəfindən
də vaz keçməyəcini ordaca vurğular, ilqarından dönəni
Tanrıya həvalə edər:
Abbas
ağlar zarı-zarı
Getməz
könlünün qübarı
İlqarından
dönən yarı
Tanrı
tez bazar eyləsin.
Burada
anası da Mazəndəranlı fars olan Şah Abbas, türk düşməni
olan bir yabancı, Gülgəz, fars mahalına daşınan
Azərbaycanın cəvahiri, Tufarqanlı Aşıq Abbas
isə Azərbaycan-türk kimliyinin və zənginliyinin qoruyucusu
kimi ortaya çıxmaqdadır. Tufarqanlı Abbas özəl və
milli həyatındaki bütün bu fəlakətlərə rəğmən,
tarixi bir insan tipi kimi böyük səbr və təmkinlə öz mübarizəsini
yalnız maddi planda deyil, əxlaq və mənəviyat planında
da sürdürməkdədir. Şübhəsiz ki, başkəndin
Təbrizdən İsfahana daşınması Osmanlının
Təbrizə girməsi üzündən deyildi. Bu hadisə Çaldıran
savaşından sonra baş vermişdi. Şah Abbas zamanında
fars dili və fars gizlin planı yönətimi ələ keçirmiş,
qızılbaşlıq da ləğv edilmişdir. Ozanlıq,
sənət olaraq daima türk kimliyini təmsil etmişdir.
Tufarqanlı Abbasın İsfahanda həbs edilməsi türk
dilinə, kimliyinə tətbiq edilən zorakılıq kimi görünməkdədir.
Bütün bu söylənənlərdən yola çıxaraq, islam
sonrası türk tarixində iki şəxsiyət tipi ilə qarşılaşılır:
haramlığın, zülmün, yalanın, çirkinliyin, əxlaqsızlığın
təmsilçisi olan din xadimləri müctəhidlər və halallığın,
ədalətin, doğruluğun, gözəlliyin, əxlaqın
təmsilçisi olan sənət adamları ozanlar. Bu iki zidd
qavramlar bugün Molla və Aşıq şəklində
tələffüz edilməkdədir.
Finlandiya
05.03.06