Sarı
Gəlin
Yer-göy
bu cinayətə tanıq! (Xocalı
soyqırımı)
Zaman... 20-ci əsir!!
tarix sanki sönməkdə!
gündüzlər gecəyə dönmüş
hər yer zülmət...
hardadır ruhu oxşayan günəş?!
mədəniyyətlər çatışır
mədəniyyət?!!
bir millət ölümə məhkum!
hər tərəf alov, toz-duman...
bədənlər köz alıb tutuşur!
havada
ət qoxusu!!
görəsən hansi ürək, hansi bədən yanmaqda?!
nəfəs kəsir fəğan səsi, çığlıqlar
aman allah! ... fəryada çatan niyə yoxdur??
canlar ayaqlar altında
varlıq, yoxluq məzarında gömülür
zorla!...
günahsız...xəbərsiz!!
gözü kor daşnaklar
insanlığı heç bilməyən... insan donunda
gizlənən canavarlar...
o
qorxunc qah-qahası qulaqlarda
vicdansızlıq ap-açıq meydanda
üzür düşmən öz şərəfsizliyində...
imansızlıq,
qəddarlıq dərsi verir sheytana!!
ölüm bayquşu iyildəyir
havadan qan qoxusu gəlir!
səslər boğulmuş boğazlarda...
əllər buz bağlamış... ayaqlar zəncirdə...
körpələr ac!
uşaqlar ağlar... çırpınır qorxudan o məsum
ürəkləri...
qadınlar inləyir...sızlayır...
kimsə qan içində " yaşasın vətən
deyir "
"erməniyə lənət
olsun" bağırır can verərkən...
hava soyuq...
canlar sıcaq
mavi amma ayaz qaranlıq bürümüş yeri-göyü
yer-göy bu cinayətə tanıq!
hani o yam-yaşıl zəmilər, tarlalar??
hər
qarış torpaq qıp-qırmızı al rəngə boyanmış!
qapımızdakı, əlimizlə bəslədiyimiz
o nankor köpək yenə də hürməkdə!!
bir millət qurban edir...
inancı
bayrağı
ölkəsi uğrunda
öz canını...qanını...malını...bütün
varləğını...
Bu inanc sönülməzki!
bir kərə ucalan bayraq bir daha enməzki!
bir dəfə tökülən qan heç zaman silinməzki!
Savaş sırası kimdədir??
Ana vətənin gözü kimin yolunu gözləyir??
Sıra bizdədir... Ana vətən bizi gözləyir...
Azadlıq bayrağını biz dalğalandırmalıyıq
yox edilən varlığı biz yenidən yaşatmalıyıq
özgürlüyü əbədi naxış kimi vətənin
bəzəkli səmasına toxumalıyıq
haydi... qeyrətli əllər düyünlənsin bir-birinə...
Sarı
Gəlin( Pəri )-23 Fevral 2006