Göran Persson
Stockholm
İsveçin möhtərəm Baş Naziri
2006-02-07
Ermənistan prezidenti Robert Köçəryanın
İsveçə səfəri ilə əlaqədar, aşağıdakı
məqamlara diqqətinizi cəlb etmək istərdik.
Ermənistandan olan qonaq prezident, müharibəcinayətkarıdır.
O, Azərbaycan ərazisi olan Dağlıq-Qarabağın işqal
edilməsində, yerli əhalinin sürgün edilməsində
və onların soyqırım və kütləvi qətlama
məruz qoyulmasında iştirak edibdir. Onun Ermənistanda
hakimiyyətə gəlməsi belə, siyasi qətllər
və siyasətçilərə qarşı sui-qəsdlərlə,
o cümlədən parlamentə hücum ilə olubdur hansı ki
orada parlament spikeri və bir sıra digər deputatlar öldürüldü.
1988-ci ildə başlayan Qarabağ münaqişəsi
zamanı Azərbaycan Respublikasına qarşı Ermənistanın
ərazi iddiaları və münaqişənin silahlı müstəvi
alması nəticəsində, 1989-cu ilin iyul ayında
Ermənistan hakimiyyəti Naxçıvana qarşı iqtisadi qadağa
qoydu.
1992-94-cü illərdə münaqişə,
Ermənistan tərəfindən hücummüharibəsinə çevrilərək,
bugün olduğu kimi Azərbaycan Respublikasının ərazisinin
20%-nin, erməni silahlı qüvvələri tərəfindən
işqal olunması ilə nəticələnibdir.
Müharibə əsnasında Ermənistan, işqal
etdiyi ərazilərdə yerli əhalini soyqırıma
məruz qoydu hansı ki, bir milyondan artıq insanı öz
yurdundan sürgün düşməsinə məcbur etdi. Hal-hazırda
qonağınız olan prezident, şəxsən, yer ilə
yeksan edilən Xocalı şəhərində kütləvi
qətlamları həyata keçirən silahlı qüvvələrə
komandanlıq edibdir.
60 000-ə yaxın azərbaycanlı Qarabağı,
700 000-dən artıq insan isə 1993-cü ildə Qarabağ
ətrafinda yerli əhalisi ancaq azərbaycanli olan əraziləri
tərk etməyə məcbur ediliblər. Hələ də
həmin insanlar öz vətənlərində qaçqın kimi son
dərəcə ağır şəraitdə yaşayırlar.
1987-89 illərarası Ermənistandan qaçmağa məcbur
edilən 200 000 azərbaycanlını da əlavə
edərsək, Azərbaycan, faiz nisbəti ilə dünyada ən
çox qaçqını olan ölkədir ölkə əhalisinin
təqribən 13%-i. Hal-hazırda tam yeni bir nəsil, qaçqın
düşərgələrində böyüyüb başa çatmaqdadır.
Azərbaycan torpaqlarının, birbaşa
erməni dövləti tərəfindən işqal edilməsi artıq
sübut olunmuş faktdır. İnsan haqqları üzrə çalışan
mötəbər təşkilatlardan olan Human Right Watch, 1994-də
yazır ki, as matter of law Armenian troop involvement in Azerbaijan
makes Armenian the party to the conflict as makes the war an international armed
conflict between Armenia and Azerbaijan.
BMT Təhlükəsizlik Şurası, özünün 822,
852, 874 və 884 nömrəli qətnamələrində
Azərbaycanın ərazi bütövlüyünü müdafiə
edərək, ərazilərin işqal olunmasında tətbiq
olunan zorakılığı pisləyərək, Azərbaycan
torpaqlarının zəbt olunmasını məhkum etmişdir.
Azərbaycan dövləti dəfələrcə,
Dağlıq-Qarabağda yaşayan, milli azlıq olan
ermənilərə Azərbaycan daxilində ən yüksək
dərəcədə müxtariyyat sözü vermişdir. Münaqişəyə
belə bir həll-yolu, beynəlxalq ictimaiyyat
tərəfindən də dəstəklənmişdir. ATƏT-in
aliiclasında (1996, Lissabon) 55 üzv ölkədən 54-ü, o cümlədə
İsveç, münaqişənin bu yol ilə həll olunmasına öz
müsbət səsini vermişdi. Yalnız Ermənistanın
səsi mənfi olmuşdu.
Ona görə də biz xatırlatmaq istəyirik ki,
İsveç dövləti, AB, ATƏT və BMT-də, eyni zamanda
Ermənistanla qarşılıqlı münasibətlərdə,
Ermənistandan, Azərbaycan ərazilərini işqal etməyə
son qoyması, qaçqınların öz yurdlarına qayıtmasına
şərait yaradılmasına tələb etməli
və eyni zamanda Dağlıq-Qarabağ münaqişəsinin sülh
yolu ilə həll olunmasına çalışmalıdır.
Biz bilirik ki, Siz, demokratiya, insan haqqları və
dünyada sülhün tərəfdarısınız. Məhz ona görə
də Sizden rica edirik ki, müharibəcinayətkarı olan
Ermənistan prezidenti ilə görüşünüz əsnasında
Azərbaycan və Ermənistan xalqlarının dinc yanaşı
yaşama haqqlarını müdafiə edəsiniz.
Münaqişənin sülh yolu ilə həll olunması
cəhdlərində Azərbaycanın, beynəlxalq ictimaiyyatın
xüsusilə İsveçin köməyinə ehtiyacı var. Əks
halda bölgə, nifrətlə dolu qaynar qazana çevrilə
bilər hansı ki viranedici fəlakətlə
nəticələnə bilər.
Biz ümid edirik ki, Siz, insan və ümumxalq haqqlarını,
qatil və canilərin maraqlarından üstün tutacaqsınız.
Səmimi salamlarla,
Əli Mollazadə

Robert
Köçəryan, Azərbaycan
xalqının Dağlıq-Qarabağda kütləvi qətlam
olunmasında iştirak etmişdir.
