
Güntay
Araz
Elsəs
Haykıran
ozan sənəti
II
bölüm
Hər
şey yox edildiyində özünədönmə istəyi ortaya çıxar,
özü olmaq istər. Özəlliklə insani
dəyərlərlə bağlantılı olaraq bu, bir
qanunilik ifadə edər. Mücərrəd insani varlığın
təzahür şəkli olan milli kimlik yoxedilmə təhdidi
ilə rastlandığında, dirəniş
kəndiliyindən doğar. Özün mahiyətini daha
dərindən anlama zərurəti yaranar. Milli həyat duyğusu
daha da şiddətli biçimdə təzahür edər. Milli kimliyin
tarixi bünyəsində mövcud olan sənət türləri bu baxımdan
öncüllük ifadə edər. Milli sənət növləri güclü
insanların timsalında birbaşa millətin ruhuna xitab
edərək, yenidən dirçəlişi, ruhi yüksəlişi,
ruhi dirilişi haykırar. Tarixin böhranlı dönəmlərində
əzilən milli duyğuların özünü toparlayıb epik görünümdə
ortaya çıxmasına tanıq olmaqdayıq. Hər şey öz vücudu
haqqında bilgi sahibi olduğu zamandan etibarən mənəvi
gerçəklik kimi mövcudluğunu duyurar bir ulus sənətçi
timsalında öz kimliyinin tarixi-coğrafi həcmi, boyutu haqqında
bilgi sahibi olar. Öz dəyərlərinin mənəvi-estetik yönü
haqqında düşünər. Bunun açıq örnəyini gənc
ozanın sənət dünyasında görə bilirik.
Araz Elsəs Azərbaycan mədəniyətində
sadəcə bir olqu (fenomen) deyildir, həm də bir döngədir,
yəni sənət dünyasına onun girişi və tanınması
ilə ozançılıq sənəti özünü yenidən tanımaq,
tanımlamaq zorunda qalmışdır. Ozan sənətində
birikən tarixi-mənəvi dəyərlərimiz haqqında
bilgimiz vardır. Ozan sənəti kəndlərdə, toylarda,
şənliklərdə insanları eyitib, bilgilənib, milli
varlığın canlı durmasına yardımçı olmuş.
Elsəs örnəyində isə ozançılıq doğruluq dünyasına
sığınaraq, cəhalətə və düşmənə
qarşı açıqca savaş elan etmişdir. Ozan
sənətinin daha çox şəhər dışında
gəlişdiyini bilməkdəyik, bunun da heç bir başa qaxılacaq,
ozan snətinin qüsuru kimi görüləcək tərəfi yoxdur.
Ancaq gec-tez ozançılıq, şəhər kimliyi ilə
də tanış olmaq zorunda idi. Şəhər həyat
tərzinə keçişdə Elsəs ortaya çıxdı. O, ozan
sənətini həm şəhər həyatına daşıdı,
həm də modern biçimsəllik və mahiyət olaraq nə
varsa, bu sənətin bünyəsinə yüklədi.
Araz, çağdaşlığı da ozan sənətinə
daşıyaraq, dəyişən zövq anlayışına uyğun
şəkildə milli sənətimiz bir sıçrayış
gerçəkləşdirmişdir. Elsəsin sənəti,
sadəcə bir əyləndirmə aracı deyildir, əylənmənin
yanı sıra eyləm (milli hədəf uğruna
fəaliyət) də söz konusudur. O, dinləyicini böyük
bir missionun şəxsiyəti etməni də
hədəfləmişdir.
Soyuq savaşdan sonra Güney Azərbaycanda böyük bir
hərəkətliliyə tanıq olduq. Bu
hərəkətliliyin həyəcana gəlməsində, özəlliklə
duyğu planında enerji birikdirməsində Elsəsin ən böyük
rolu olmuşdur. Millətin bütün qatmanları (təbəqələri)
Araz Elsəsin sənətini sonsuz bir ləzzətlə, zövqlə
mənimsəmişdir. Nədən belə olmuşdur?
Sadəcə soyuq savaş dönəmində deyil, keçən yüz
illərdə də həyat üzərinə çökən din
diktatorluğu insanların zövq və həyat duyğularını
susdurmuşdur. Araz Elsəsin ifa tərzi, şamansayağı
hərəkətləri, iç dünyanın ən dərin qatlarına
təsir edən səsi, çağdaş insan tipinin
tərbiyəsinə yardım etmişdir. Azərbaycan-türk
mədəniyətində tamamıyla yeni bir yol olaraq
bilinən Araz Elsəsin sənəti hansı
ailəyə girmiş, hansı qulağa çatmışsa,
kəsinliklə və kəsinliklə vardığı
vicdanları oyatmış, onlara zövq yaşatmaqla
bərabər, o vicdanlarda sual yaratmışdır. İnsan
zəkasını hərəkətə keçirən, alışılmış
cəhalətə şübhə yaradan hər bir sual yüksələn
bayraqdır. Bu üzdən də Araz sənətinin vardığı
könüllərdə və şüurlarda mütləqa milli bayraq yüksəlmişdir.
Onun səsi, sazı, yaraşıqlı görkəmi, haykırışları,
hamısı bir yerdə əl-ələ verib türkün
qəlbində ulu milli bayraq yüksəltmişdir.
Araz Elsəs, keçən əsrin əvvəllərində
istiqlal məfkurəsini daşıdıqları üçün öldürülən
şəxsiyətlərimizin intiqamını sənəti
ilə almışdır, almaqdadır. Almas İldırımın
şeirlərini o etkiləyici gözəl və güclü səsi
ilə haykırdığında çoxlarının göz yaşları
selə dönüb axmışdır. Bu üzdən Elsəs milli
istiqlalımızın uğruna canlarını fəda
edən şəhidlərimizin intiqamını alan böyük
səs adamıdır. Sazım dəli, özüm dəli haykıran
ozanın sazının və boğazının tellərində
21 Azər, 20 yanvar şəhidlərinin ağrıları
elə açıq şəkildə hiss olunmaqdadır ki, Arazı
dinlərkən hər bir şəhidin ölüm ağrılarını
içimizdə duyuruq sanki. Onun şərqilərində o ağrılar,
sadəcə eşidilmir, həm də gözlə görünür. Əlbəttə,
mən bu acılardan söhbət açarkən Elsəsin
sənətinin mərsiyə olduğunu söyləmək fikrində
deyiləm. Kəsinliklə belə deyildir. Milli amac uğruna
canlarını fəda edən insanların əbədi olaraq
bu millətin ulu dədələri, anaları olacaqdır.
Demək istədiyim budur ki, onların qurtuluş uğruna qaldırdığı
bayrağı Elsəs öz əlinə almışdır. O
bayraq, Arazın sənəti vasitəsi ilə hər an
qəlbimizdə ehtizazla dalğalanmaqdadır. Bəzən
yurdumuzun, millətimizin belə sevimsiz duruma düşməsi
ilə bağlı özümüzü, tariximizi suçlu görürük və doğru
da görürük. Elsəs sənəti dinləyiciyə suçluluq duyğusunu
aşılayır və Suçunu
ortadan, tarixdən qaldır! -- deyə bağırır. Suçu
silmənin bir yolu var, o da milli amac uğruna hər kəsin öz
miqyasına görə fəaliyətdə bulunmasıdır. Suçluluğun
bilincinə varıldığı zamandan etibarən qurtuluş
və suçlardan arınma sürəci başlar.
Araz Elsəs hava çalmır. Bu, kəsinliklə aşıq
havalarının dışlanması, cılız görülməsi
anlamında deyildir. Evrənsəl (cahanşümul)
dəyərlərin milli musiqi alətində ifadə edilişi
milli sənətimizin böyüməsi və içəriciliyi baxımından
bənzərsiz bir hadisədir. Elsəsin sənəti, dinləyicinin
ruhuna, duyğularına evrəninsəl gözəllikləri milli
biçimdə yerləşdirir.
Yüz illər boyunca din diktatorluğu altında
nəfəs ala bilməyən musiqi sənətimiz Araz
Elsəslə ilk kəz olaraq bu qədər geniş miqyasda
sekularizmə sövq edilmişdir. Həyatdan qopuq, həyəcansız,
sosial həyatın dışında bir həyat şəklini
təlqin edən mərsiyə, ağlaşma və aşağılanma
psikolojisinə qarşı Elsəsin sənəti açıq
şəkildə mübarizəyə başlamışdır.
Din diktatorluğu və kontrolu altında ortaya çıxan tək
tür musiqi depressiona uğramış tarix yaratmışdır.
Yaşamaq, sadəcə maddə olaraq var olmaq deyil, yaşamaq,
gərəklilik duyğusudur. Gərəklilik duygusundan
məhrum olan insan ət yığınından ibarət bir
məxluqdur. Gərəkliliyin miqyası nədir?
Gərəklilik, mərsiyə janrı musiqilərin
təlqin etdiyi kimi o dünya, ölmüş insanlar
və Allah üçündür, yoxsa bu dünyada yaşayan və
həyatdan zövq almaq onun haqqı olan insanlar üçündür? Yüz
illər boyunca (insan qəlbindən ayri düşmüş) Allah
üçün yaşamaq, o dünyada cənnətə getmək uğruna
bu dünyadaki davranışlara diqqət etmək psikolojisi Şərq
musiqisini həyatdan qopuq, sanki səktəyə uğramış
(infarkt keçirmiş) bir duruma gətirmişdir. Elsəs, bu
dünyanın sonsuz imkanlarından milli əxlaq məntiqi sınırları
içində ləzzət almağı musiqimizə gətirmişdir.
Arazın musiqisindən ləzzət aldıqca milliləşən,
insaniləşən və aktivləşən insana dönüşürük.
Dinləyici, Elsəsi dinlərkən özünü insan kimi yenidən
kəşf edir, susdurulmuş duyğuları həyəcana
gəlir və gərəklilik duyğusunun şüuruna varır.
Sarsılmış, dinçi və yabancı basqılar üzündən
sarsıtılmış, həyat duyğusu söndürülmüş,
xəstə insan halına gətirilmiş, xəstəliyə
məhkum edilmiş insan Elsəsi dinlərkən, sankı
həyat eksirini taparcasına hərəkətə gəlir.
Araz sənətinin dinləyicisi, bütün tənbəllikləri,
saxta və yabancı duyğuları bir yana ataraq, öz gözündə
böyüyən, özünə dəyər verən, öz dəyərində
millətini kəşf edən mübariz insana çevrilir. Onun
gərəklilik duyğusu da bu mərhələdən
etibarən başlayır.
Araz
Elsəs, varlığa, həyata həyəcanla sarılmanı
dinləyəcəsənə müjdələməkdədir.
İnsan özünü qul sandığı andan etibarən, artıq
o, insanlığını itirmişdir. İnsan, Allahın da
qulu deyildir. Dinlərin insanı Allah qulu olaraq kölələşdirməsini
Batı uzun zamandır Dur! demişdir. Bizdə isə Araz
Elsəs öz sənəti ilə bu gedişata Dur!,
Dəf ol! demişdir. Bu səbəbdən də ilk
kəz olaraq, sekular duyğular Azərbaycanda bu
qədər geniş biçimdə sənətə,
sənətdən də topluma yansımağa başlamışdır.
Nədir sekularizm? Allah yerinə insan öz ağlını
və idrakını qoyduğu zaman o sekular sürəcə sövq
edilir. Dinçiliyin təlqin etdiyi, ölülərdən yardım umma
yerinə, keçmişə elmi bir yanaşma ilə bərabər
gələcək yönümlü həyat həyəcanını
paylaşmaq, təvəkkül zehniyətini buraxıb və
öz işini insanın özü görməsi sekular
məfkurənin özəlliyidir. Sosial eyləmləri,
tərəqqi planlarını oluşduran Allah deyildir, insandır.
İnsan öz zəkasını kullandığı zaman o dünyada
və`d edilən bütün nemətləri bu dünyada qura bilir. Ozan
Elsəsin də sənəti insanların təfəkkürünə
bu məfhumu yerləşdirməyə çalışmaqdadır.
07.02.06