Güntay
Finlandiya-Azərbaycan
Finlərin
millətləşməsi
XX
əsr böyük tatar-türk tarixçisi, etnoloğu Lev Gumilev`in Etnogenezis
və yer üzü biosferi əsərini Ankarada
oxuduğum zaman kitabdan belə bir cümlə not dəftərimə
yazmışdım: R. Gross: Bugünkü islam ölkələri
Avropa ölkələrinin XIV əsrdəki yaşındadır.
Skandinaviya ölkələri XXI əsrə aiddir. Bu elmi
təsbit XX əsrin ortalarında edilmişdir. Kitabı
oxuduğum zaman not aldığım
cümlənin ifadə etdiyi mənanı anlaya bilməmişdim.
Elə oldu ki, yazqım məni Skandinaviya ölkələrinin
birinə, Finlandiyaya gətirdi. Bu ölkədə yaşayıb,
kültürü, insan və heyvan haqları, tarixi və milli
dəyərləri ilə
M.F.Axundov
və A.Kivi
Rusiyanın
Qafqaz valisi Vorontsov, M.F. Axundzadənin türkcə yazmasını
təşviq edir, yazdığı dram əsərlərinin
Tiflisdə səhnələşməsi üçün hər türlü
maddi yardım göstərirdi. Bu üzdən də islam şərqində
batısayağı ilk dram əsəri Azərbaycanda yazıldı.
1870-ci illərdən etibarən Azərbaycanda milli dildə yazıb-yaratma
zərurəti ortaya çıxır. Eyni tarixdə, Axundovun
Azəbaycanda başlatdığı milli dildə yazma
gələnəyini Finlandiyada da Aleksis Kivi adında bir
fin aydını başladar. Lakin Axundovun yazdıqlarını
barmaqsayı adamlardan başqa kimsə oxumaz. Ərəb
tarixinin mahiyətini bilmədən sürülər şəklində
camilərdə özünü al qanına qəltan edib, zincir vuran,
sinəzənlik edən kalabalığın kitab oxuma kültürünə
ehtiyacı yox idi. Müsəlman adamın kitab oxumaq kültürü olmaz,
onun kitabı yalnız və yalnız Qurandır. Müsəlmana
görə, bütün sirlər Qurandadır, ancaq onu da oxumaz. Türk müsəlman
heç oxumaz, oxuya bilməz, çünkü oxuya bilməsi üçün tamamən
ərəbləşməsi lazımdır. Necə ki, Farabinin,
İbni-Sinanın, Biruninin heç birinin türkçə bir əsəri
yoxdur. Oxuya bilənlər ərəbləşmişlər.
Onların ərəbcə yazmalarına bugünkü dinçi irtica bu
şəkildə bəraət qazandırar: o zamanki elm dili
ərəbcə imiş! Türk-islam dövlətləri elə bu
səbəbdən, yəni Quranı oxuya bilmək üçün türkləri
ərəbləşdirmək çabasında olmuş, ancaq türklərin
köçəri həyat şərtləri buna imkan verməmişdir.
Osman oğullarının əsarətində yaşayan türklüyün
də ətraki bi idrak (idraksız türklər) adlanmasının
da səbəbi bu olsa gərək. Türk kimliyinin ərəbləşib
tarixdən silinməyişinin nədəni köçəri həyat
şəkli olmuşdur. 1000 illik türk-islam tarixi olaraq bilinən
qaranlıq çağın milli-siyasi dəyərləri bir Göytürklər
dönəmindəki milli dəyərlərə eşit deyildir. Türk-islam
sultanlarının Ey islam ümməti
xitab etməsinin tam
tərsinə olaraq, Göytürk xaqanları Ey türk budunu
şəklində xitab etmişlər. Həm Finlandiya, həm
də Türkiyə milli həyata başladıqları zaman bir heçlik
mərhələsindən başlamışdılar. Osmanlıdan
Türkiyəyə heç bir milli miras qalmamışdı.
Finlandiyanın
oyanış devrində isə fərqli sosial ortam ortaya çıxar.
Aleksis Kivinin ana dilində yazdığı ilk
fincə roman o zamanki şərtlər içində yayğın
şəkildə oxunar. Evlərdə qonum-qonşu bir yerə
yığılıb Aleksis Kivinin romanını və
fin dilinə tərcümə edilmiş digər kitabları
oxuyarmışlar. Millətin oyanışı kitaba olan
sayqısı ilə eyni zamanda başlar. Bir şəkildə
kitablaşma sürəci olaraq da bunu adlandırmaq mümkün. Kitablaşma,
ulusal duyğuların, düşlərin, düşüncələrin
sistematik olquya dönüşməsi deməkdir. Ulusal
məfkurənin oyanışı və irəliyə doğru
sıçrayışı kitablaşma sürəci ilə eyni
zamanda başlar. Burada M.F. Axundov haqqında uzun-uzadı yazmaq
fikrim yoxdur. Az-çox onun haqqında bilməkdəyik. Milli varlığımızı,
kimliyimizi modern anlamda onaran Axundovdur. Sadəcə Axundovun
Azərbaycan ədəbiyatı Vaqiflə başlayır
kimi təsbitinin doğru olmadığını da etiraf
etmək lazımdır. Onun türk ədəbiyatı haqqında
geniş bilgisi yox idi, o günkü şərtlər, imkanlar
nəzərə alındığında ola bilməsi mümkün
də deyildi. Aşıq Qurbani ilə Vaqifin yaradıcılıqları
həm üslub, həm də içərik olaraq bir-birinə
bənzəməkdədir. Vaqif kimi yazıb-yaradan şairlər
daha öncələr də Azərbaycanda mövcud olmuşdur. Ancaq
Axundovun müsəlman dünyası cəhalətinin qorxunc qaranlığında
sekular düşüncəni yaymağa çalışması gerçəkdən
də böyük fədakarlıq və cəsarət örnəyidir.
Yalnız o zaman Rusiyanın hərbi iradəsi də müctəhidlərin,
ayətullahların, mollaların Axundov kimi aydınları öldürmə
fətvalarını durdurmaqda idi. Bu yazımda finlərin
millətləşmə dalğasını başladan bir yazar
haqqında bilgi vermək istəyirəm.
Aleksis
Kivi
Fin
ədəbiyatı təqribən 1830-cu ildən etibarən
ortaya çıxmışdır. Bu illərdə daha çox dini
ədəbiyatın milli dildə yaranmasına şahid olmaqdayıq.
1808-1809-cu illər İsveç-Rusiya savaşı nəticəsində
Finlandiya muxtar bir ölkə şəklində Rusiyaya ilhaq olunur.
O zamandan etibarən də milli meyllər güclənməyə
başlar. Bu milli meyli bu şəkildə
dəyərləndirmək mümkündür: Biz isveçli deyilik, rus da
ola bilmərik, fin olmaq zorundayıq, olmalıyıq.
1835-ci ildə isveçli Elias Lönnrot adında bir
həkim finlərin milli kimliklərinin oyanışı üçün
önəmli bir təkan verir. Fin kəndlilərinin və ozanlarının
əzbər bildiyi Kalevala adında lirik, epik
mitolojini kitablaşdırıb, kitab şəklində nəşr
etdirir. Kalevala finlərin özünə güvəni sağlar, fin
dilinin ədəbiləşməsinə yardımçı olur.
Bugün də gəlişmiş fin dilinin ana qaynağı
Kalevaladır. Bu eposdaki insan adları Finlandiyanın
millətləşmə sürəcində yenidən gündəmə
gəlir və daha çox bu qaynaqdan istifadə edərək çocuqlara
ad qoyulur. Milli yüksəliş və ruhi diriliş sürəcində
Kalevala öncül rol oynar. Fin milli ruhundan qaynaqlanıb və yüz
illər boyunca ortaq kollektiv tarixi xatirələri, arxetipləri
qoruyub saxlayan Kalevala olmuşdur. Bu mitoloji, finlərin rəsmi
dinlərindən öncəki başlanğıcsız zamanı
ehtiva edər. Kitabda türk mitolojisində mövcud olan şifrələrə
də rastlanılır. Bu şifrələrdən biri də
şaman sözüdür. Şaman söz söyləyir, boy boylayır.
Bu şəkildə gənc fin ədəbiyatı öncə
şeirlə parlar, daha sonra nəsr və teatrla öz yoluna davam
edər.
Aleksis
Kivinin
ortaya çıxışı ilə fin milli fikri həyatında yeni
dönəm başlar. 1834-cü ildə dünyaya gələn Aleksis
Kivi yoxsul bir ailədə boya-başa çatmış. Atası
dərzi olmuşdur. 1857-ci
ildə orta məktəbi bitirib, Helsinki universitəsinə
daxil olur. Lakin yoxsulluq səbəbi ilə təhsilinə davam
edə bilməz, məcburən kəndə dönər. 1870-ci
ildə əqli xəstəliyə yaxalanar, sonra da tamamən ağlını
itirər. 1872-ci ildə vəfat edər. Son
nəfəsində Mən diriyəm, yaşayıram söylər.
Aleksis Kivi 1860-ci ildə yazdığı Kullervo dram
əsərinə görə 600 marka məbləğində ödül
alır. Onun bu dram əsəri milli folklordan ilham almışdır.
Fin milli həyatını real şəkildə əks
etdirən bu əsər 1864-cü ildə yayınlanır. Aleksis
Kivi bir neçə digər satirik dram əsər də yazır.
1870-ci ildə əqli xəstəlik onu tam yaxalamadan
əvvəl Kivi ən önəmli əsərini Seitsemän
veljestä (Yeddi qardaş) romanını 9 il
ərzində yazmışdır. O zaman romantik-idealist yazarlar
Kivinin bütünü ilə realist əsər olan Yeddi qardaş
kitabını gericiliyin bariz nümunəsi kimi görürdülər.
Lakin bu roman daha sonra, özəlliklə Aleksis Kivinin ölümündən
sonra fin milli dilinin, milli həyatının gəlişməsinə
təkan verəcəkdi.
Kivi,
bu əsərində 7 əkinçi qardaşın həyatını
qələmə almışdır. Yeddi qardaş öncə çox
yanlış bir həyat sürməkdədirlər. Qonşuların
toyuğunu, yumurtasını oğurlayıb yeyirlər. Sonra da
analarının və qonşularının qorxusundan qaçıb
ormanda gizlənirlər. Kəndin adamları bunları tapıb
cəzalandırır. Anaları öldükdən sonra yeddi qardaş
yeni bir həyata girirlər: ya oğurluq və qeyri-insani
həyatı davam etməli, ya da işbirliyi ortamında daha
insani və əməklə iç-içə olan heysiyətli
həyata başlamalı. Romanın ən maraqlı
yerlərindən biri də budur ki, yeddi qardaşın altısı
bir-birindən xəbərsiz eyni qıza vurulmuş, altısı
da qonşu qızı Venla`ya aşiq olmuş. Eşq, qardaşlar
arasında nifaq yaradır. Qızla kimin evlənəcəyi
problem kimi ortaya çıxır. Lakin bu arada 6-cı qardaşın
Qızdan soralım, görəlim kiminlə evlənmək
istəyir təklifi qarşıdurmanı önləyir. Əslində
burada qızın fikrini sormaq fikri bir yenilik və qadın
haqlarına sayqı kimi ortaya çıxır. Sonra isə
bəlli olur ki, qiz onların heç birini sevməməkdə, başqasını
sevməkdədir. Hər altı qardaş eyni eşq acısını,
ağrısını yaşayır. Ortaq dərd, qardaşları
bir-birinə yaxınlaşdırır. Eşq həyatlarındaki
uğursuzluq onları yaşamın başqa
sahələrində daha nəcib davranmağa sövq edir.
Həyatlarının dəliqanlılıq çağında qonşularına
zərər verən qardaşlar çalışqan, halal insanlara
çevrilirlər.
Yeddi
qardaş, ictimai qeydlərdən kənarlaşmaq üçün öncə
cəmiyətdən uzaqlaşıb, münzəvi bir həyat sürmək
istərlər. Ancaq daha sonra təbiətlə irtibata keçdikcə
ağıllanır, təcrübə eldə edirlər. Soyuğa-istiyə
sinə gərərək bataqlıqları qurudub tarlalara çevirirlər.
Bu vəsilə ilə də kəndin adamlarının gözündə
sayqın zəhmət adamlarına dönüşürlər. Sonbeşik
qardaş isə fin millətinin mədəniləşməsi
üçün örnək təşkil edir. Əsərin
qəhrəmanları cəsur, ancaq həm də tez
sinirlənən insanlardı. Böyük iradə və çalışqanlıq
nəticəsində zəngin insanlar olurlar. Maddi
zənginləşmə ilə yanaşı, keşişdən
dərs alıb yazıb-oxumağı da öyrənirlər. Bir sözlə,
Yeddi qardaş romanı sanki Finlandiyanın talehi olaraq yazılmışdır.
Bu gün Finlandiya dünyanın ən zəngin, demokratik ölkələrindən
biridir.
Sözügedən roman fin millətinin kültür, kimlik dəyişimi
və gəlişimi yönündə tarixi təsir buraxar. Bu
əsər, sayca az olan bir millətin tarix səhnəsində
necə var olmasını göstərir. Finlandiya, böyük bir
imperatorluğun əsarətində yaşamasına baxmayaraq,
milli şüuurunu əldə edib, öz istiqlal məfkurəsini oluşdurar.
Fin tarixində çox maraqlı hadisələrdən biri də
istiqlal marşının bağımsız olmadan on illər
əvvəl yazılmasıdır. Bu gün də eyni himn
Finlandiya bayrağı yüksələrkən oxunmaqdadır.
İstiqlal məfkurəsini əsarətdəykən kəşf
edən finlər panslavyanizmə qarşı fin milliyətçiliyini
həm bədii ədəbiyatda, həm siyasətdə, həm
də həyatın digər qatlarında savunarlar.
1917-ci
ildə Rusiyada baş verən Oktyabr inqlabı səbəbi
ilə Finlandiya öz istiqlalını əldə etmək üçün
tarixi fürsəti yaxalayır. O zaman bolşeviklər milliyətçilərə
qarşı savaş açdılar, vətəndaş savaşı
başladı. Fin kommunistləri Sosialist Sovetlər Birliyinin
tərkibində qalmaqdan yana idilər. Lakin milliyətçilər
qalib gəldi və Finlandiya müstəqil bir ölkə kimi
tarixə girdi. Finlərin millətləşməsində bu ölkənin
ilk cümhurbaşqanı Holstberg`in dühasının da böyük rolu
olmuşdur. Fin milli anayasasının yazılması Holstbergin
iradəsi hesabına gerçəkləşir. Şübhəsiz ki,
millətlərin gəlişməsində onların inanışlarının
nə qədər rasional olub-olmaması da böyük rol üstlənir.
Finlərin protestantlığı da digər imtiyaz olmuşdur.
Alman sosioloq Maks Veber protestantlıqla burjuaziyanın bir-birini
təkmilləşdirdiyini təsbit etmişdir. Azərbaycanda
isə rasional bir din anlayışının olmayışı
bu gün də millətləşmə doğrultusunda ən böyük
əngəldir.
Son
olaraq Azərbaycan və Finlandiyanı torpaq itirmə baxımından
da müqayisə etmək mümkündür. Rusiya, Ermənistan dövlətini
qurmaq amacı ilə Azərbaycandan Zəngəzur bölgəsini
də qoparıb, bu torpaqlar üstündə saxta erməni dövləti
qormuşdur. 1931-1940-cı illər Rusiya-Finlandiya savaşı
nəticəsində Karyala Sovetlət tərəfindən işğal
edilmişdir. Bugün Finlandiya o torpaqları para ilə geri almaq
yollarını denəməkdədir. Digər
tərəfdən, Karyalada ağır iqtisadi durumda yaşayan
finlərə də Finlandiya dövləti sahib çıxmaqdadır.
Soyuq savaş bitdikdən sonra Finlandiya, Rusiyada yaşayan fin
soylu hər kəsə vətəndaş olma haqqı tanımışdır.
Fin
Dil Qurumu
Avropa
Birliyi ilə ekonomik, mədəni integrasionu
hədəfləyən Finlandiya, kimlik zəminində
defraqmentasion sürəcini itirməmişdir. Bu məsələ
xüsusən dil sahəsində daha qabarıq və fəal şəkildə
özünü göstərmişdir. Fin dili də iltisaqi dillər grupuna
daxildir və əklərlə (şəkilçilərlə) doğub-doğurur,
söz dağarcığını artırır. Finlər dil mövzusunda
çox həssasdırlar. Fin Dil Qurumu fincənin əcnəbi
dillər qarşısında hücumlara məruz qalmasını
ciddi şəkildə əngəlləməkdədir.
Finlər öz dillərinə fin dili deyil, suomi dili, ölkələrinə
də Suomi söyləməkdədirlər. Fin dili və
kimliyi yabancıların onlara verdiyi addır. Teknoloji gəlişmələr,
fincənin (suomicənin) söz dağarcığının
yabancılaşmasına səbəb olmamaqdadır. Suomidə
(Finlandiyada) hər vətəndaş ingilis dilinin yanı sıra
digər bir yabancı dil də bilməkdədir. Finlandiya iki
dilli ölkədir. Fincə və isveçcə ölkənin rəsmi
dilləridir. (Baxmayaraq ki, isveçlilər ölkənin sadəcə
6% təşkil edir!!!). Lakin bu çoxdillilik fincənin
təxribinə səbəb olmamışdır. Istisnasız
olaraq hər yeni tapıntıya Fin Dil Qurumu bir qarşılıq
düzəltməkdədir. Hətta telefon (puhelin), sinema
(elokuva), e-mail (sähköposti), komputer (tietokone), kimi bütün
yeni tapıntılara qarşılıq olaraq söz düzəltmişlər.
Bütün fəsillərin, ayların, günlərin adı
fincədir. Tanrıya da nə Allah nə də God
deyirlər, öz dillərində Yumala söyləməkdədirlər.
Bu da onların inanclarına heç bir zərər
verməməkdədir. Türkiyədə də dil qurumu mövcuddur.
Lakin islamçı-osmanlıcı irticai kəsim Türk Dil Qurumunun
çalışmalarını məsxərə edərlər ki,
güya dil qurumu dini dəyərlərə sahib olan
ərəbcə-farsca sözləri türkcədən söküb atmaqdadır.
Yəni o sözlər ki, insan zehniyətinin sekularlaşmasını,
elmiləşməsini əngəlləməkdədir, türk
zehniyətinin əski qaranlıqlarda qalmasına zəmin
yaratmaqdadır. Azərbaycanda isə dil qurumu deyə bir
hadisə söz konusu deyildir. Əsrin əvvəllərindəki
H. Cavid, C. Cabbarlı kimi şəxsiyətlərin bədii
yaradıcılığını istisna etmək şərtilə
son yüz ildə dil üzərinə heç bir çalışma yapılmamışdır.
Antroponimlər (insan adları) baxımından Azərbaycana baxıldığında
bu ölkədə türklərin yaşadığı
qənaətinə gəlmək çətindir. Yenə də
Caviddən, Cabbarlıdan qalma bir neçə ad istisna olmaqla bütün
adlar ərəbcə, farscadır. Azərbaycan dilinin qrammatikası
tamamən ərəbcə, farsca, latıncadan ibarətdir, buna
da milli dil bilgisi deyiləməz. Bir haldaki türkcələrin
Kitabi Dədə Qorqud, Divan-i Lüğat-i Türk kimi
zəngin qaynaqları mövcuddur. Fin dilinin həm qrammatik
terminləri, həm də leksikası fincə olmağa özən
göstərmişdir.
Finlandiya,
inanılmaz ekonomik gəlişməsi nədəni ilə mühacir
qəbul edən ölkələrdən birisidir. Mühacirlərə
fin dilini öyrətmək üçün milyonlarca dollar para
xərclənir. Yalnız dil öyrənmək üçün hər bir mühacirə
ayda 160 euro (200$)
ödənir. Yetişkin insanlara dil öyrətmə elmi və metodu
çox gəlişmişdir. Anlaşılan budur ki, Amerika
Birləşik Dövlətləri kültürü mərkəzli
evrənsəlləşmə (globallaşma) sürəcində
Finlandiya öz dilinə, öz kimliyinə möhkəmcə sarılmışdır.
Bu üzdən də tarixi romanların müəllifi Mika Waltari kimi
fin yazıçıların əsərləri əhəmiyəti
dolayısıyla dünyanın bir çox dillərinə tərcümə
edilmişdir. Milli ədəbiyat inanılmaz sürə´tlə
gəlişməkdədir. Çünkü ədəbiyatın gəlişməsi
üçün öz yapısı üzərində gəlişən, böyüyən
milli dil lazımdır ki, onu da finlər yaratmışlar,
yəni dilin insan düşüncəsinin bütün sahələrinə
girə bilməsi üçün mövcud olan hər cür tıkanıklığı
ortadan qaldırmışlar. Dil, zaman içində onu istifadə
edən insanlar tərəfindən həm yaradılır,
həm də yaradır. Yarandıqca yaradır. Modern dünyada
Finlandiyanın ədəbi, elmi, fikri, teknoloji, ekonomik
sahədə özünəməxsus yeri var.
Son
zamanlar Finlandiyanın iç hüzurunu təhdid edən bir problem yavaş-yavaş
ortaya çıxmaqdadır. İslam dünyasından bir çox mühacir bu
ölkəyə gəlib yerləşmiş. Zaman axışı
içində müsəlmanların bu məmləkətdə də
teror əməliyatlarına qatılma ehtimalı dərin qayğılara
yol açmaqdadır. Suomicədə (fincədə) belə yayğın
bir fikir var: Moniin kulttuureihin verrattuna suomalaisia ovat vähäpuheisia
(bir çox kültürlə müqayisədə finlər daha az danışan
millətdir). Bu az danışıb, çox çalışan
millətin təcrübələri, Azərbaycanın
istiqbalı üçün bir örnək təşkil edə bilər.
Necə bir örnək? Qərbi Avropanın Renesansdan başlayan
500 illik tərəqqi təcrübəsini Finlandiya öz müstəqilliyindən
təqribən 50 il sonra özümsəmişdir. Qısa müddətdə
dünyanın ən sayqın ölkəsinə çevrilmişdir.
Sekular, zəngin, demokratik bir yönətim şəklini gerçəkləşdirmişdir.
Finlandiya örnəyi isbat etmişdir ki, öz
gələcəyinə inanıb, bu yolda böyük iradə ilə
çalışan bir toplum öz ideal milli hədəflərinə çata
bilər.
***
Bu
yazıda Güney Azərbaycan mövzusuna heç toxunmaq istəmədim,
çünkü o, başqa bir fəlakətli durumdur. Bugün Quzey
Azərbaycanın gəlişməsi, Qərb
mədəniyəti ilə inteqrasionu Güney Azərbaycanın
qurtuluşu üçün də zəmin yarada bilər. Bu üzdən
də ortaq milli-mənəvi gücümüz hələlik
Azərbaycan Cümhuriyəti mərkəzli bir çatı altında
mərkəzləşməlidir.
17.02.06-Tampere