Azərbaycan
Milli Dirəniş
Təşkilatının[AMDT]
varlıq bildirmə bildirişi
Sayın Azərbaycan milləti ;
bu gün tarixin ən duyarlı zamanında
ana yurdumuz "Azərbaycan" ertəsi günlərinin baş
yazısını yapacaq kimi ötməkdədir. Azərbaycan
millətinin üstünə atılan fars irqçiliyi (ariyaçılar)
və onun milli kimliyimizi silmə proqramının basqısı
günü gündən artmaqla belə bu gün keçən on illərdən
də qat, qat üstün bütün var gücü ilə milli yapıqlarımızı
və köklərimizi yıxıq və düşkün salma qərarına
gəlmişdir. Keçən səksən ildə iranda olan
millətlərin sorunlarını gizlətməyə can atan
quramçılar(nəzəriyəpərdaz) fars Şövenizm(irqçilik)
siyasətləri iylə Azərbaycan millətinin, mili
istəklər səsini boğma və boykot etmə planını
irəli sürüblər və ardıca bu gün həmən Şövenizm
siyasətlərinin proqramlarını düzənə keçirənlər
və yönəldənlər bir halda ki içəridə və dışarıda
çoxlu sorunlar iylə üz üzədirlər bundan belə
Azərbaycan millətinin milli etirazlarından yaxa qaçırmaq
üçün bütün imkanlarını bir araya gətiribdilər. Üstəlik
bu yöndə və bu dönəmdə dini də oyuncaq kimi türk
millətindən fars ümmətinə keçid prosesi kimi öz planlarında
yer veribdilər.
Azərbaycan
millətinə hakim olan çeşidli irqçi siyasətlərə
və basqılara baxmayaraq, Azərbaycan millətinin fars irqçiliyinə
qarşılığı və öz kimlik arama hərəkatı
millətçilik alt yapığı olaraq bu gün mükəmməlləşməyə
, ülküsəlləşməyə və coşqunlaşmağa
doğru yürüyür. Azərbaycanda keçən on ildə fars Şövenizminə
qarşılığı və
öz
kimlik arayışı(özə dönüş) hərəkatı
millət və millətçi fəallar yardımı iylə
genəl duruma keçərək Azərbaycan milli
hərəkəti adını qazanmışdır. gerçəkdə
göründüyü kimi Azərbaycan milli hərəkəti içərisində
çeşidli qatmanlar və şəxsiyyətlər var ancaq
bununla belə aparteid və santralizasiyon düşüncələrinə
quram verən şövenizm siyasətləri qarşısında
təkcə genəl cəbhə kimi
Azərbaycan millətinin çeşidli qatlarının içərisinə
sinib və öz milli siyasi və demokratik savaşını şövenizm
boyunduruğu altından qurtulmaq
üçün və milli istiqlalını əldə etməyə doğru
irəli sürür.
Kəskinliklə
Azərbaycan millətinin milli və demokratik savaşı çağdaş
millətlər-dövlətlər dünyasında öz siyasi və
milli müqəddəratını təyin etmək üçün, şövenizm
cəbhəsinin saldırılarından və qabaqda gedən içəridə,
bölgədə və dünyada ki dəyişikliklərin
etkisindən uzaqda olmayacaqdır və dolayısıyla bu
dəyişikliklərin ağır kəsimi Azərbaycan
millətinin savaşında və
hakim şövenizm gücünün siyasətlərində etkili
olması açıq gerçək kimi danılmazdır. Bu əsasda
Çağdaş dünyanın bu duyarlı durumunda milli savaşlara
yeni alt yapıqlar və bilimsəl görüşlər
gərəkdir. bu önəmin çözümü
sistematik və güncəlləşmiş təşkilatların
yaranmasından asılı olaraq millətçilik
düşüncələrini quramsallaşdırma və professional
savaşımızı milli hərəkətin
rəhbərliyində sahmanlayıb,
düzənə gətirəcəkdir.
Bundan
belə ki Azərbaycan millətinin milli savaşı, 1324 Nücü
ildə baş verən milli qalxım və şəhid Pişəvəri
başçılığı iylə milli hökumətin qurulmasından
bəri bu günə qədər sürəkli olaraq mükəmməlləşmə
prosesi içərisində davam edir. keçən on ildə milli savaş
Azərbaycan milli hərəkətində və onun milli
dirəniş simgəsi qeydə alınan Babək qalasında
güclü və demokratik qaydalarla sərgilənib və
sərgilənir.
Ancaq
Azərbaycan millətinin milli savaşı güclü yönəlirsə
də keçən on ilin gerçəkləri və olayları bu söz
qonusunu alana çəkir ki milli savaşın kanala salması üçün
düzülü və ön görüşlü sistemdə
təşkilatların var olmaması şövenizm hakimiyyətin
kütləvi savaşın əzmə və eymə əlini açıq
qoymaqdır.
İndi bu durumda . . .
Azərbaycan
milli hərəkətinə hakim olan önəmli şərtləri
və onun yörəsindəki üz verən siyasi və başqa
dəyişiklikləri çözümləməklə
bütün qatmanlar və milli hərəkətin fəalları
təşkilatı və sistematik qolda savaş aparmanın
zorunu və zərurətini duyurlar. indiki durumda bu tarixi
zərurəti düşünərək Azərbaycan milli dirəniş
təşkilatı (AMDT) milli və kimlik arama savaşına
ayaq qoyur və öz varlığını bildirir.
ayıq Azərbaycan milləti ;
Azərbaycan
milli dirəniş təşkilatı(AMDT) bildirir:
-
"AMDT" indi isə içəridə,
bölgədə və ya dünya üzərində, bu gün
Azərbaycanın həssas mövqe keçirdiyi günlərini bir
dönüşüm noxtasını olacaq kimi düşünərək
öz sistematik və təşkilatı savaşını
Azərbaycan millətinin öz siyasi gələcəyinin və
milli istiqlalının seçim haqqını qazanmaq üçün və
yurdumuzun bütöv yerlərini müdafiə etmə uğrunda başlayıbdır.
-
"AMDT" millətçilik
millətimizin yürüdücü qüvvəsi və ülküsü olduğunu
inanaraq özünü Azərbaycan türk millətinin millətçilik
hərəkətindən ayrı bilmir və Azərbaycan
millətinin milli çıxarlarını qoruyan millətçilik düşüncəsinin
ilkələrinə, yöntemlərinə sayğılı yanaşmanı
özünə görəv bilir.
-
"AMDT" savaşı
gizli və yarım açıq olduğu üzdən, demokratik biçimlərlə
və sərtsiz, qırıcısız təməllər üzərəində
olacaqdır və təşkilatın öncəki və önəmli
istiratejikasi, yurdumuz içərisində gənc qüvvələri
təşkilata çəkmə, yetişdirmə və kadr
becərməklə belə topluluğun qatlarında
dinamik uyğunluğu genəl savaşa və milli
dirənişə qatılmaq üçün yaratmaqdır.
-
"AMDT" aşağıdan
üstə güclənmə quramını inanıb, önəmsədiyi
üçün millət içində və yurdumuz Azərbaycan içində
qurulub; ancaq varlığı gizli və yarım açıq olduğuna
görə təşkilata zərbə vuran metodlara uğraşmadan,
kəskinliklə çəkinəcəkdir.
-
"AMDT" inanır ki
gizli savaş aparması, nə təkcə onu millətdən
ayırmır, bəlkə genəl savaşa girmə köklərinin
görüşünü və edişini ödəməkdə
yetənəkli olacaqdır.
-
"AMDT" millət və
havadarlarla öz sistematik əlaqələrini çözümləyici, öyrədici
,işlədici və xəbəri yayımları iylə sağaldacaqdır.
bizi
bu yaxında gözətləyin
Azərbaycan
Milli Dirəniş Təşkilatı
[AMDT]
-
Azərbaycan milli dirəniş
təşkilatının yaradıcı qurulu
-
19 Mart 2006
-
Güney Azərbaycan
Azərbaycan
Milli Dirəniş Təşkilatının İnanclar
Təməli
[AMDT]
Ön söz
Son 200 il ;
Azərbaycanın türk
milləti dünya tarixinin üzərində ən qanlı
faciələrə məruz qalmış millətlərdən
sayılır. 1813-1828 inci illərində TezarQacar imperiyalarının
arasında baş verən savaşlar sonucunda bütöv
Azərbaycan gövdəsinə ən dərin yara vuruldu.
Azərbaycan millətinin və torpaqlarının birliyi və
bütövlüyü Türkmənçay anlaşması üzərində
gəlişmədən pozulmaya doğru irəlilədi. Bütöv
Azərbaycan özləmi başladığı gündən
bəri bu günədək Türk ulusumuzun azadlığı və
müstəqilliyi uğrunda savaş aparan azadlıq
hərəkətləri də işğalçılara qarşı
başlandı.
1-
1907 inci ildə məşrutə
hərəkatı güney Azərbaycanın siyasi özərklik haqqını
qazandı.[ Qacar imperiyasının dövründə].
2-
1918
inci ildə M.Ə.Rəsulzadənin başçılığı
altında quzey Azərbaycanda milli demokratik dövlətimiz bağımsızlığını
qazandı. [Bolşevik devriminin ilk çağlarında].
3-
1920 inci ildə Ş.M.Xiyabani başçılığı
altında güney Azərbaycanda milli demokrat hakimiyyəti özərkliyini
qazandı. [ Qacar imperiyasının dövründə].
4-
1945
inci ildə şəhid S.C.Pişəvəri başçılığı
altında güney Azərbaycanda milli hökumət Təbriz Başkəndi
olaraq demokratik dövlət qurma başarısını qazandı.
[ Pəhləvi dövrü].
5-
1980 inci ildə milli-liberal düşüncəsinə
bağlı olan Xalq Müsəlman hərəkatı fars irqçiliyinin
ittifaqı ilə devrildi.[ İran islam
devrimi dövründə]
6-
1991 inci ildə A.X.Cəbhəsi
Əbülfəz Elçibəy başçılığı ilə
quzey Azərbaycanın tam bağımsızlığını
dünya üzərində bildirdi.[ SSR dövrü].
7-
20 . .
. . .
8-
20 . . .
. .
Üstdəki
son yüz ildə Azərbaycanın azadlıq və bağımsızlıq
hərəkətləri və devrimləri, güneydə Fars irqçiliyinin
totalitar və işğalçı faşistləri əlilə
və quzeydə Rusun işğalçı soldatları və
Erməni yırtıcı Daşnakları əlilə
minlər şəhid Azərbaycanlı qana boyandıqdan sonra
amansızcasına yatırdıldı.
bu qan bahasına dirənən millətimiz təkcə quzey
Azərbaycanda 1991 inci ildə qurulan mübarək bağımsız
dövlət sisteminə uğradı və dünya Azərbaycanlılarının
BMT də əks etdirən türk dövləti oldu. Azərbaycanın
keçirdiyi qara günlər və
bəndə
çəkildiyi milli iradəsi bu iki yüz ildə az olmadığı
halda ulusumuzun milli dövlət qurmaq üçün demokratik
hərəkətləri də hələlik güneydə
sonuclanmayıbdır.
Bu gün .
. .
-
Bu gün günümüzün zərurəti
ilə tariximizin ən önəmli çağlarını keçiririk.
tarixin ən duyarlı zamanında ana yurdumuz "Azərbaycan"
ertəsi günlərinin baş yazısını yapacaq kimi ötməkdədir.
-
Bu gün Azərbaycanın milli çıxarlarını
barındıran millətçi düşüncəsi savaşımızın
təməllərini gerçəkləşdirməkdədir.
Azərbaycanda milli hərəkətin düşüncəsinin
təməli olan türkçülük, millətçiliklə eyniləşdirilir.
çünki milliyyətçilik, millət əsasını qəbul
etməyən heç bir sistemlə anlaşa bilməz. Bununla
təməl inancımız olan quram, [ Millətləşmək
,dövlətləşmək və bütövləşmək] sürəkini
gerçəkləşdirməyə irəliləməkdə
bulunan milli hərəkətimiz olacaqdır.
-
Bu gün İranda millətlər sorunu başda
duran önəmli sorun kimi dünya hafizəsində dirilir və Fars
irqçiliyinin basqınçı kökləri istər istəməz yaxılmaqda
və üzülməkdə bulunur. Bununla bərabər
Azərbaycanda güclənmək zorunda irəliləyən milli
hərəkətimiz,
Millət və Vətən birliyini doydura biləcək fikir
kimi ulusumuzun
-
İstiqlalçı, milliyyətçi,
hürriyyətçi, demokrat, öncül, qatmanlarından
oluşur.
-
Bu gün Azərbaycan millətinin
milli dirçəlişini bəsləyən Azərbaycan milli
hərəkəti Fars irqçiliyinin basqılarına qarşın
öz çağdaş milli istəkləri və yurdsevərli
hərəkatını, demokratik prinsiplər əsada siyasi,
ekonomik, hüquqi, ictimai alanlarda
, güc mərkəzinə uğramaq
üçün irəli yürüdür.
-
Bu gün İranda millətləri
bir arada tutmaq, məmləkətin birlik və
bərabərliyini sağaltmaq üçün, düşmən arayan faşist
Fars irqçiliyinin əritmə, üzümə planlaşdırdığı
siyasətləri sonucunda milli mədəni varlıqlarımızı
və yapıqlarımızı yıxıq və düşkün
salma qərarları, millətimizi genlikdə dirənmə
durumuna gətiribdir. Bu şərəfli genəl cəbhədə
dirənim savaşı türk millətinin uğurla zəfər
çalacağı ahəngdir. bu günümüzün durumuna uyğun
ulusumuzun dirənişi dinc və zorsuz formada olacaqdır.
-
Bu gün üstəlik bu dönəmdə
dini oyuncaq kimi Türk millətindən Fars ümmətinə keçid
prosesi kimi planlaşdıranlar, üzdə ümmətçiliyi göstərirlərsədə
bu prosesin alt yapısı Fars irqçiliyinin çıxarlarını
izləyən iyrənc projədir. Ulu və ayıq ulusumuzun bu
xüsusda mükəmməl düşündüyünə
və davrandığına görə milli düşmənlərimizin
törədikləri quramlar və uyqulamalar yıxıq düşəcəkdir.
-
Bu gün dünyada sümürgəlilik güclərin
caynaqları altında olan millətlərin bir çoxlusu tarixi
kimliklərini və milli çıxarlarını ölüm təhlükəsindən
qurtarmaq üçün öz bağımsız ölkələrini qurmaq uğrunda
milli mübarizələrini başlamışdırlar. Və
elə həmin milli sitəm altında olan millətlərin bir
çoxlusu 20 inci yüzilliyin sonunda və 21 inci yüzilliyin içərisində
ağır milli savaşlardan sonra birləşmiş
millətlər təşkilatı (BMT) mənşurlarına
dayalı ən qutsal diləkləri olan bağımsız ölkələrini
əldə etmə nailiyyətini qazanmışlar. və
millətləşmə prosesi içərisində milli dövlətlərinin
təməlini qurmuşlardırlar.
-
Bu gün öz siyasi və milli müqəddəratını
təyin etmə haqqını qazanma uğrunda savaşma
hər millətin bəlirli və danılmaz insani haqıdır.
Azərbaycanın türk milləti də milli sitəmə
məruz qalmış millət kimi keçən səksən ildə
yürüdülən şövenizm sistemində hakimiyyətdən ağır
zərbələr aldığına görə milli kültürəl
və mənəvi alt yapıqları devrilmə
məcburiyyətində qalıbdır. Bu gün Azərbaycan
millətinin millətçi qurtuluş savaşı onun ən
təbii haqqıdır. Və indi isə kütləvi qalxınma
üzrə genəl sistemdə milli savaşını dünyalıq
insani haqlara dayalı, mükəmməlləşdirmək və
güncəlləşdirmək üçün siyasi təşkilat yaratmağa
haqlıdır.
-
Azərbaycan milli dirəniş
təşkilatı [AMDT], Azərbaycan türk millətinin milli ulu
amaclarını inanaraq öz milli savaşını siyasi və
milli müqəddəratını təyin etmək uğrunda
irəli sürəcəkdir.
AMDT enin inancları və quram alt yapıqları
AMDT Azərbaycan milli varlıq talanına
qarşı yalnız gəlişmiş təşkilatlanmanı
düşünərək, aşağıda sayılan quram alt yapıqları
və inancları ülkümüz kimi olacağını düşünür.
-
Azərbaycan milləti öz siyasi
gələcəyinin və milli istiqlalının seçim haqqını
qazanmaq.
-
Türk milliyyətçiliyinin amacları
və düşüncələrini yaymaq və yaratmaq.
-
parçalanmış yurdumuzun sürəkli
bütövləşməsinə imkanlar yaratmaq.
AMDT enin savaş stratejisi
-
Azərbaycan millətinin içində
milli oyanışı yürütmək.
-
Azərbaycan millətinin tam
qatmanlarında milli qürur və milli birlik yaratmaq.
-
şövenizm düşüncəsinin üstünə
atılma və onun millətimiqarşı olan qara ağının
hökmünü açıqlamaq.
-
siyasi və milli müqəddəratını
təyin etmək haqqını quramsallaşdırmaq və düzənə
keçirmək.
-
Millətləşmək və dövlətlətləşmək
sürəklərinə üyə alma və ön görüşlü kadr
becərmək.
-
Bugünkü duruma bağlı
genəl cəbhədə alternativ və dinamik milli
dirənişini yürütmək.
AMDT enin savaş taktikası və ana cızıqları
-
Azərbaycan millətinin qatmanlarında
dirəniş özəklərini yaratmaqla siyasi, ictimai, kültürəl
savaşın kök görüşlərinin zorununu ayıqlama və
çoşqunlama üçün ödəmək.
-
birlikdə dirəniş savaşını
yürütmək öyrətimi üçün təşkilatın aracların
və güclərin bir araya gətirmək.
-
genəl savaşımızın
başlanmışı üçün örtül sistemdə təşkilatı
yaratmaq.
-
çeşidli savaş qatlarının
keçidinə və ötüşünə , kadr becərmək üçün
sistematik keyfiyyətdə
təşkilatı yaratmaq.
-
Milli-mədəni savaş üçün
milli dirəniş özəklərini sahmanlamaq.
-
milli savaşı rəhbərlik
etmə üçün yetərli stratejiki araşdırmalar aparmaq.
-
milli siyasi müqəddəratımızın
əldə etdikdən sonra dövlətləşmək
prosesinə stratejik və doydurducu çözümləmə yolların
proqramlarının hazırlaması üçün araşdırmalar
və incələmələr önə çıxarmaq.
Azərbaycan Milli Dirəniş Təşkilatı
[AMDT]
-
Azərbaycan milli dirəniş
təşkilatının yaradıcı qurulu
-
2 Aprel 2006
-
Güney Azərbaycan