Güntay
Etiraz
kültürü
Danimarkada,
Məhəmməd peyqəmbərin rəsminin istənilməz
tərzdə bir qəzetdə yayılması ilə İslam Dünyasında
baş qaldıran şiddət içərikli etiraz
eyləmləri bitmək bilməyir. Ümmət-i İslama olmazın
zülmlər edən diktatorların da dini qeyrətləri
qabarmış və Danimarkada, digər Avropa ölkələrindəki
karikarur olayı ilə bağlı açıqlamalar yapmış,
olayı məhkum etmiş, dolayısı ilə şiddət
möhtəvalı etirazı dəstəkləmişlər.
Olayla ilgili isə adı gedən ölkələrin yetkililəri
öz açıqlamalarında qorxub-çəkinmədən bu
hadisəni ifadə özgürlüyü anlayışından
yola çıxaraq dəyərləndirmişlər. Qərb ölkələrinin
bu açıqlamalarını cəzalandıra biləcək heç
bir mekanizm Şərq ölkələrində mövcud deyildir.
Olsa-olsa əsəbi izdiham Qərb ölkələrinin
səfirliklərindən bir qapıçını öldürə
bilərlər, ya da qısa sürəliyinə o ölkələrin
mallarına embargo qoyarlar. Hadisə unudulduqdan sonra hər şey
normallaşar, bu qədər. Zatən İslam ölkələrində
alım səviyəsi o qədər düşükdür ki, bu yolla
Qərb iqtisadiyatını cəzalandıra bilmələri mümkün
deyildir, o ki qaldı Qərbdən silah teknolojisi filan anlaşmalarına
bunu almaya bilməzlər, çünkü bu kimi aliş-verişlərdən
öfkələnən kütlənin xəbəri olmaz. Kütlə necə
soyulub, yoxsullaşdığından xəbərsiz olduğu
kimi, bu növ alış-verişlərdən də
bixəbər qalar. Şərq, iqtisadi və teknolojik anlamda
Qərbin ayağına möhkəmcə bağlanmışdır.
Hətta zahirən, İran kimi İslam bayraqdarlığını
edən devrimci ölkələr belə, həm Qərbdən,
həm də İsraildən asılıdır. İran-İrak
savaşı illərində İran bütün savaş teknolojisini
dolaylı, ya da dolayısız yolla İsraildən və
Qərb ölkələrindən alırdı.
İslam
ölkələri diktatorlarının əlinə fürsət düşmüşdür.
Bu vəsilə ilə insan haqları və demokrasini savunan Batı
dəyərlərini aşağılamaq üçün diktatorların
əlinə fürsət keçmişdir. Digər tərəfdən,
bu ölkələrdə pluralizmdən, Qərb modeli insan haqlarından
və demokrasidən yana olanların diktatorlar
tətəfindən sərt şəkildə susdurulmaları
üçün fürsət ortaya çıxmışdır. Çünkü qızgın
dinçi izdihamların hiddəti də buna zəmin yaratmaqdadır.
Burada
böyük Hüseyn Cavidin İblis dram əsərindən bu misranı
söyləmədən keçə bilməyəcəyəm:
Şərqin
əsəbi yavrusu bilməz ki, nə yapsın
Qatillərə,
yaxud da ki cahillərə tapsın.
Misirdə
hər cür insan və qadın haqlarını əzən dövlət
başqanının və digərlərinin açıqlamaları
bu ifadə etdiyimə açıq örnəkdir. Devlətlərin
əsas vəzifəsi milləti zaman içində tərbiyə
etmək, aydınlatmaqdan ibarətdir. Bütün aydınlanma
hərəkətlərinə mane olan, millətlərin
sekularlaşması yönündə hər cür fəaliyətlərə
əngəl olan diktatorlar üçün din qaynaqlı bu hiddət
və öfkə gərəklidir. Danimarkalı qəzetçilər
də bu əmməlləri ilə Şərq diktatorlarının
daha da qəddar və
cəllad olmalarına şərait yaratmışlar. Çünkü
Qərbdə bu qədər rifahı, insan haqlarını, qadın
haqlarını, demokrasını, pluralizmi görmək
istəməyən diktatorlar, bir qəzetçinin özəl və münfərid
əməlini duyurmaqda sanki bir-birləri ilə yaraışmaqdadırlar.
Bu arada birilərinin yadına dərhal S. Hantingtonun
Mədəniyətlərin çatışması
nəzəriyəsi düşür. Güya İslam Dünyası ilə
Qərb Dünyası arasında mədəni çatışmanın
bəlirtiləri görünməyə başlamışdır.
Oysa söz konusu gerçək mədəniyət isə,
mədəniyətlər bir-birləri ilə savaşmaz, anlaşarlar.
İslam ölkələrindəki etiraz kültürünün mədəni
olmadığı görünməkdədir. Bir qəzetçinin yanlış
davranışının cəzasını nədən
səfirliklərdə çalışan, ya da Trabzonda Tanrısına
ibadət edərkən öldürülən bir rahib çəkməlidir?
Anlaşılan bu ki, bir kərə bu olayın
mədəniyətlər savaşı ilə heç bir əlaqəsi
yoxdur. Digər tərəfdən, İslam ölkələri
insanlarının sanki bir alternativsiz hərəkət
tərzləri var: öldürmək. Hər şeyiin, hər
bir olayın açarı ölümmüş! Bir kərə Səlman Rüşdi
ilə bağlı olaraq dünya Xumeyni qəddarlığı
timsalında bu növ hadisəyə şahid oldu. Keçənlərdə
Avropa və sekular Türkiyə Cümhuriyəti qanunlarınca
terorist olaraq tanınan Məhəmmədəli Ağca adında
bir sapıq zindandan müvəqqəti olaraq çıxdığında
Türk-İslam Ülküçüləri tərəfindən
qəhrəman kimi qarşılandı və Türkiyə
səninlə qürur duyuyor! şüarları ilə istiqbalına
varıldı. Bütün Dünya TV-ləri bir teroristdən necə
istiqbal olunduğunu göstərdi. Ağcanın
qəhrəmanlığı nə imiş? Vatikan Papasını
öldürmək istəməsi. Bütün bunlar göstərir ki,
Qərbin insan haqları planındaki gəlişmələrinə
rəğmən, Şərq öz fanatikliyində qalmaqda israrlıdır.
Elbəttə ki, Şərqin cəhaləti Qərb
qəzetçilərinin məsuliyətsiz davranmalarına
səbəb olmamalıdır, çünkü bu arada zərər
çəkən nə İslamdır, nə də İslam ölkələrindəki
diktatorlar. Zərərə uğrayan əslində
cəhalətdə saxlanılmış, fəqihlər, din
xadimləri, diktatorlar tərəfindən cahil qalmağa
məhkum edilmiş zəhmətkeş kütlələrdir.
Son
zamanlar Amerika Birləşik Devlətlərinin Böyük Orta Doğu
Projəsi planı haqqında söz-söhbət gedir. Bunun tam
olaraq nə olduğunu bu projəni ürətənlərin dışında
kimsə bilmir, lakin bəzi təfərrüatı haqqında dışarıya
bilgi sızmışdır. Bu projənin içində Qərb
klassiklərinin və bütünü ilə qərb
mədəniyətinin İslam öklərinin dillərinə
tərcümə edilməsi də yer almışdır. Bu, çox böyük
insani xidmətdir. Amerika bu əməli ilə nəyi və
hansı mənafeyini təqib etməsi bir yana dursun, ancaq bu iş
Şərqin cəhalətdən qurtuluşu üçün bir təkan
ola bilər.
Bu
arada Şərq və Qərb qavramları üzərinə
də bir şeylər söyləmək lazımdır. Globallaşma
çağında Şərq və Qərb sadəcə coğrafi
bir məfhumu ehtiva etməməkdədir. Hər iki qavram
sosiolojik, psikolojik, sivilizasion, ekonomik və... anlamları ifadə
edər. Mədəniyət baxımından Qərbin hüdudları
daha genişdir. Çünkü Şərqin də bütün əski və
mövcud insani dəyərlərini Qərb mühafizə
etməkdədir. Qərb jeopolitik məkan olaraq bir müsəələsdən
(üçbucaqdan) ibarətdir: Qərbi Avropa, Japoniya, Amerika. Lakin
mədəni qavram olaraq daha içəricidir. Dünyanın harasında
olursa-olsun insan haqlarından, pluralizmdən, demokrasidən yana
olan bir insan varsa, o qərblidir, Qərb mədəniyətinə
mənsubdur. Çünkü modernizmin, insan haqlarının doğub dünyaya
yayıldığı yer Qərbdir. Bu səbəbdən Böyük
Atatürk də bir Şərq diktator insan tipi kimi deyil, demokrat
Qərb insan tipi kimi tarixdə öz yerini almışdır
və Atatürkün də bəlirtdiyi doğrultuda Türk
millətinin fikri, kültür və politik planda Qərbə doğru
yürüməsi, qərbli olmağa çalışması Qurtuluş
mücadiləsinin davamı olaraq anlaşılmalıdır.
Qurtuluş sadəcə Türkiyəni maddi planda qurtarıb
və onun sınırları içində din mərkəzli bir
xilafət dövləti qurmaq deyildi, qərbli olmağa çalışmaq,
Qərb metodolojisini özümsəməyə qeyrət etmək
qurtuluşun mənəvi tərəfini təşkil edər.
Baxmayaraq ki, Türkiyə bu yolda çətinlik çəkməkdədir,
çünkü siyasəti İslamdan ayırmaq şəriət qanunlarına
görə küfrdür, şirkdir və bu şirki ortadan qaldırmaq
cəhad olaraq tanımlanır. İslam siyasi bir dindir. Bu
üzdən də bəzi şərq ölkələri
istəsələr də sekularlaşa bilmirlər, toplumun inancından
gələn dürtülər, təhriklər izn vermir. Şərq
özünü anlaya bilməsi üçün Qərbin metodolojisinə möhtacdır.
Gerçəklər bu şəkildə anlatmaqdadır ki, Şərq
qərbləşdikcə şiddət eyləmli etirazlar
azalacaq və şiddət planındaki ənerji bilgi planına
daşınacaqdır. Bu baxımdan Qərb, fəlsəfi,
mədəni, tekniksəl anlam olaraq Qərb coğrafiyası
ilə sınırlı deyildir, oysa Şərq öz coğrafiyası
ilə sınırlı və öz içinə qapalı dar dünya görüşündən
əl çəkmir. Hər bir insan dünyanın harasında
olursa-olsun bir şəkildə Qərb mədəniyətinin
ürünü olan teknolojilərin təsiri altındadır, bu
təsir zamanla öz etkisni həyatın bütün sahələrində
göstərməkdədir. Yalnız bu gün Şərq elə
miskin və zavallı durumdadır ki, Qərbdəki hər hansı
bir macəraçı adamın (məsələn bir qəzetçinin)
pravakasionu onu çıldırda bilir. Eyni zamanda bir macəraçının
əmməllərinə təpkinin cəzasını Şərqin
bədbəxt insanları çəkir. Dünya televizionlarında görünən
bu çıldırmış kalabalıkların davranışı
Şərqin aydınlanması üçün ən böyük maneədir.
Diktatorların yerlərini daha da bərkitmələrinə
səbəb olur. Gözlərinin önündə hər türlü
qeyri-insani rəftarlara şahid olan Şərq kütləsi
səsini çıxarmaz, hər cür zülmə dözərkən,
nədənsə bir macəraçını protesto etmək üçün
ən öfkəli şəkildə gücünü ortaya qoyur. Hanı,
İslam zülmə qarşı dirənin söyləmişdi!
Etiraz
və savaş qavramlarını ayıran sınırlar
var. Etiraz adam öldürməklə gerçəkləşməz. Bu gün
İslam ölkələrində görünən bu davranış
etiraz deyildir, savaşdır. Sadəcə Şərq
zəif, yorğun və düşgün olduğu üçün, bu savaş
enerjisi öz içinə yönəlir, özünə zərər verir.
Nə yaxşı ki, Şərq zəifdir, yoxsa Qərbdə
olan imkanlar İslam ölkələrində olsaydı, bir
qəzetçinin suçu üzündən milyonlarca insan qətl edilərdi.
Nə yaxşı ki, dünyanın aparıcı gücü
əskidən olduğu kimi dini duyğular deyil, insan zəkasıdır.
Ağıldır...
07.02.06