Azərbaycan
xalqının taleyində parlaq yer tutan
Məşrutə
İnqilabı
Abdulla
Əmir Haşimi (Cavanshir)
abdulla_55@yahoo.com
Bu
gün 100 illiyini qeyd etdiyimiz Məşrutə İnqilabı
barədə xeyli qaynaqlar və mənbəələr mövcud
olsa da, azərbaycanlıların milli mənafeələri nöqteyi-nəzərindən
həmin hərəkatın araşdırılmasına çox az
rast gəlirik.
Azərbaycan
Milli Hərəkatı, xüsusilə Güney Azərbaycan İstiqlalçılar
Hərəkatını düzgün istiqamətdə apara bilmək
üçün, Məşrutə İnqilabının
hədəfləri, səbəbləri və mahiyyəti, onda
iştirak edən ictimai qüvvələr, hakimiyyətdə olan
Qacar İmperiyasının siyasi-iqtisadi vəziyyəti, dünyada
xüsusilə Avropa qitəsində o dövrdə gedən ictimai
proseslər və həmin inqilabın Avropa və qonşu ölkələrdən
aldığı təsiratını diqqətlə öyrənib,
analiz etmək lazımdır.
Məşrutə
İnqilabı, bir yazının yox, bəlkə bir çoxlu elmi
dissertasiyanın mövzusunu əhatə edir. Hər şeydən
öncə lazımdır ki, Məşrutə Hərəkatından
əvvəl İran adlanan ölkənin iqtisadi-siyasi
vəziyyəti və kütlələrin oyanışının
başlanğıcı, vətən, ölkə və millət
barədə yazılan yazılar, məclisin təşkili,
milli ruhiyyələr və həyəcanlar, əsas qanunun
ortaya çıxmasının zərurəti, ədalətxana
və darülşuranın yaradılmasına ehtiyac, ictimai hüquq
və azadlıqlara aid tələblər, istemarçı ölkələrin
Qacar İmperiyasına qarşı təzyiqləri və İranın
borcları, əhali və tacirlərin xaricilərə qarşı
inciklikləri və onlara qarşı aparılan mübarizələr,
xarici ölkələrin səfirliklərinin rolu, Rusiya ilə
İngiltərə arasında əməkdaşlıqlar,
mədəniyyət və maarifləndirmənin inkişafı,
qəzet və mədrəsələrin açılması və
çapa yetirilən kitabların möhtəvası və
hədəfləri, hadisələrin ardıcıl baş
verməsi prosesində meydana çıxan siyasi-ictimai və
maarifpərvər şəxsiyyətlərin müsbət və
mənfi rolları, Qacar şahlarının əhalinin
tələbləri ilə yaxınlaşıb-uzaqlaşmaları,
dini çəkişmələr və məşrutəçilərə
qarşı məşruəçilərin mənfi rolu və
inqilabın zəiflənməsi, azadlıq hərəkatında
baş verən dəyişikliklər, inqilabın sərdarları
olan Səttarxanlar, Bağırxanlar və sonralar Heydər
Əmoğluların başına gələn faciələr
və nəhayət erməni Yefremxanların meydana çıxması
araşdırılsın və onlardan nəticə çıxarılaraq,
bugünkü milli hərəkatımıza dərs alınsın.
Bu
gün fars şovinizminə qulluq edən ümmətçi, totaliter,
diktator və istemarçı İran İslam Respublikasının
imperiyasının keçmişdən qalmış irqçilik, ariyaçılıq,
Pəhləvi dövrünün ideyaları ilə bərabər
vilayəti-fəqih hökümət idarəetmə sistemi
ilə dəst-pəncə nərm edən 30 milyondan artıq güney-azərbaycanlının
qarşılaşdıqları problemlərin kökünü, 100 il
bundan əvvəl imperiya daxilində qalıb-qalmamaqlıq,
məşrutiyyət və məşruiyyət ideyaları
arxasında olan savaşın ardında görmək olar hansı
ki, bugün məşruiyyət qələbə çalmış,
fars şovinizmi ilə birləşmiş, güclü dövlət
və imperiya strukturu qurmuş, islam terrorizminə dayanaraq
Azərbaycan türklərinə və dünyada meydan oxumaqdadır.
Azərbaycan türkləri isə, o dövr ilə müqaisədə
çox şeyləri əldən vermiş və daha artıq
təzyiqlərə məruz qalır, milli ərazi bütövlüyümüz
gündən-günə parçalanır, torpaqlarımız başqalarına
paylanılır, tarixi yerlərimizin adları dəyişdirilir,
milli və mədəni varlığımız məhv edilir,
Azərbaycan türk millətimizə qarşı assimilasiya
siyasəti şiddətlə həyata keçirilir, xalqımız
ziddi-insani və anti-demokratik siyasətə məruz qalır,
soydaşlarımız ana dilində yazıb-oxumaqdan, milli
qurumları yaratmaqdan, milli mədəniyyətlərini inkişaf
etdirməkdən və bir sözlə desək öz müqəddəratını
təyin etmək hüququndan məhrumdurlar. İran imperiyası,
təcavüzkar Ermənistan və istemarçı Rusiya ilə sıx
əməkdaşlıq edərək, vətənimizin müstəqilliyini
əldə etmiş qismi olan Azərbaycan Respublikasına
təzyiqi şiddətləndirir.
Qıssaca
desək, Məşrutədən bugünədək 100 ilin ərzində
Azərbaycan türkləri, öz azadlığını əldə
etmək, demokratikləşmə, millətləşmə
və dövlətləşmə uğrunda apardığı
geniş mübarizəyə baxmayaraq, durduğumuz yer hətta 100
il bundan əvvəlki yerimizdən də, bəzi
cəhətlərdən, geridir. Və bu da, təssüfləndirici
haldır. Bunlara baxmayaraq, xalqımız yüksək əzm
və iradə ilə Məşrutə İnqilabının
amaclarını mükəmməlləşdirərək, öz
istiqlalı və azadlığı uğrunda mübarizə aparır.
Məşrutənin 100 illik ildönümü münasibəti ilə dünyanın
müxtəlif yerlərində, xüsusilə diktatorluq şəraitində
hərəkatımızın döyünən ürəyi olan
Təbrizdə qeyd edilməsi buna sübutdur. Deməli,
Azərbaycan xalqının inqilabı davam edir milli istiqlalını
və demokratik hüquqlarını əldə edənədək!
Ancaq, bu inqilab niyə baş verdi və onun yolunda şəhid
olanlar niyə əbədidir?
İranda
Məşrutə İnqilabı, Türkiyədə isə
Tənzimat İnqilabı, XIX əsrin sonlarında türk kütlələrinin
Qacar və Osmanlı imperatorluqlarının dünyada gedən
proseslərdən geri qalmaları və müxtəlif müharibələrdə
türk kütlələrinin uduzmaq və məğlubiyyətlər
ilə gericiliyə sürüklənmələrinə qarşı
təbii reaksiya idi. Xüsusilə Qacar İmperiyasının Türkmənçay
və Gülüstan müharibələrində məğlub olması,
xarici ölkələrdən öz məsrəfləri üçün kalan
borc alması, хаrici dövlətlərin iqtisаdi
təzyiqi, ölkəni xarici malların sаtış-bаzаrınа
çеvirməsi, yerli istеhsаlçılаrı iflаsа
uğratmаsı, milli sənаyеnin taleini özbaşına
buraxması, ölkəni yarım-müstəmləkəçiliyə salması,
Qacar ərazisində yaşayan türklərin böyük narazılıqlarına
səbəb olmuş və onları, çıxış yolu axtarışında
anti-istemar və ziddi-istibdad mübarizəsini seçərək, Qacar
İmperatorluğuna qarşı çıxmağa məcbur etmişdi.
Bunlardan
əlavə, XIX əsrin sonlarında, şəhərlərdə
-xüsusilə Təbrizdə, feodallar və böyük torpaq
sahələrinə sahib olan ruhanilər ərzaq mallarını
anbarlarda möhtəkirlik məqsədi ilə saxlamaqla əhali
arasında aclıq törədərək, yoxsul siniflərin acınacaqlı
vəziyyətlərini daha da çətinləşdirirdilər.
Feodalların bu əməli, vaxtaşırı yoxsul əhalinin,
anbarları dağıdaraq ərzağı öz aralarında bölüşdürməsi
və üsyanla nəticələnirdi. Misal olaraq 1891-ci ildə
Təmbəki üsyanında iştirak edən Zeynəbpaşanın
başçılığı ilə qadınların
hərəkatını demək olar. Qeyd etmək lazımdır
ki, inqilabdan əvvəl digər vilayətlərə
nisbətən Təbrizdə azad fikirli ziyalıların sayı
daha çox idi. Lakin, Təbrizdə geniş əncümənlərin
yaranmasına imkan yox idi. Elə buna görə də ziyalılar
gizli yığışaraq, mövcud vəziyyəti və yuxarıda
qeyd etdiyimiz məsələlər barədə xüsusilə
Qacar İmperiyasının istibdadından xilas olmaq yollarını
araşdırırdılar və Təbriz, Qacar sülaləsinin
vəliəhdlərinin yerləşdiyi şəhər olduqda,
istibdad mərkəzi idi. Belə bir halda, gizli fəaliyyətin
zərurəti üzə çıxırdı. Bu qeyri-aşkar
fəaliyyətlər ilk başda maarifləndirmə və
mədəniyyətin inkişaf etdirilməsi istiqamətində
başlamışdı. Tərəqqipərvər ziyalılar
məktəblər və qəzetlər vasitəsi ilə
mədəni fəaliyyətlərlə yanaşı, siyasi
qurumlara da diqqət yetirirdilər.
Təbrizdəki
gizli fəaliyyətləri təşkil edənlərin bir sırasının
Əliqulu Səfərov, Seyid Həsən Şərifzadə,
Əbülziya və Seyid Həsən Rüşdiyyə kimilərin
ön məqsədi qəzet və məktəbləri təsis
etmək idi. Bu kimi fəaliyyətlərin nəticəsində,
əl-Hədid, Həblülümətin, Ehtiyac, İqbal
və sonralar Molla Nəsrəddin və Azərbaycan
qəzetlərinin işıq üzü görmələrini nümunə
gətirmək olar.
Digərləri
isə, o cümlədən Məhəmmədəli
Tərbiyət, Sеyid
Hüseyn Müstəşаri, Mirzəağа Fərşi,
Mirzə Cаvаd Nаtiq, Kаzımzаdə, Hаcı
Rəhim Bаdkubəçi, Həkkаkbаşı, Hаcı
İsmаyıl Həriri, Hаcı Məhəmməd
Həriri, Mövtəmədüttüccаr, Hаcı Ələkbər
Əhrаbi, Hаcı Ахund, Mirzə Əhməd
Bəsirət, İbrаhim Şəmsаvəri, Hаcı
Mirzə Əhməd Müdərris, Mirzə Əbdüləli Zеyni,
Mirzə Əli Rüşdi, Mirzə Hüseynxan Kаmаl, Mirzə
Hüsеyn Vаiz, Sеyid Həsən Şərifzаdə,
Sеyid Hüseynхаn Ədаlət,
Məhəmməd Əbülziyа, Hаcı Əli Dаvаfüruş,
Mirzə Əliхаn Pezеşki, Mirzə Rzахаn
Tərbiyət və s Azərbaycan Mədəniyyət Əncüməninin
təsisçiləri idilər ki, aşkar və gizli
fəaliyyəti birləşdirərək, siyasi qurumların
təsisçisi olan digər inqilabçılarla birlikdə əhalini
ictimai mübarizəyə sövq etməyə, Təbrizdəki gizli
toplantılarında demokratik fikirləri yaymağa, köhnə
quruluşun əlverişli olmadığını
arqumentləşdirməyə və Azərbaycan türklərinin
oyanış və intibahına yardım edirdilər.
Bu fəaliyyətlərin nəticəsi,
hərəkatın radikallaşmasına və siyasi müstəvi
alma prosesində, Təbrizdə qeybi mərkəzin
fəaliyyəti meydana çıxır ki, onun da başlıca
fəalları olaraq Əli Müsyö, Cəfərаğа
Gəncеyi, Hаcı Rəsul Sədаqiyаni,
Heydərxan Əmoğlu, Mirzə Ələsgər
Хоyi və Ağa Məhəmməd Səlmаsinin adlarını xatırlatmaq olar. Onlar köhnəüsul
idarəetmə sisteminə və istibdad ilə istemara qarşı
olaraq, məhz azadlıq uğrunda xalqı səfərbər
etməyə çalışırdılar. Onlar, Azərbaycan xalqını
ayağa qaldırır, gündəlik tələbləri
irəli sürür, müqavimət göstərir, Azərbaycan şəhərləri
arasında qarma-qarışıqlıqları aradan qaldırır,
əyalət əncümənlərini yaradır, yaranan
məclisin və əsas qanunun keşiyində dayanır və
Təbrizə qarşı yönəlmiş mühasirəni sındırmaqla
yönəldilən müharibələrdə istibdad
tərəfdarlarını məğlub etməyə çalışırdılar.
Onlar, ikinci və üçüncü dərəcəli ruhanilər ilə
-ki irticaçı baş ruhanilərin riyakarlıqlarından bezmiş
və hərəkata qoşulmuşdular, əməkdaşlıq
edirdilər. Matəm və digər dini mərasim adı
ilə yığışıb siyasi fəaliyyət göstərən
bu ruhanilərdən Şеyх
İsmаyıl Həştrudi, Hаcı Mirzə Ələкbər
Mücahidi, Hаcı Mirzə Əbülhəsən Çаykənаri,
Mirzə Hüseyn Vаizi, Şеyх Səlimi və Mirzə
Cаvаd Nаsеhzаdənin adlarını çəkmək olar.
Azərbaycan xalqının bütün sinif və zümrələrini
özündə əhatə edən Məşrutə İnqilabının
yuxarıda adlarını çəkdiyimiz və ya çəkmədiyimiz
iştirakçılarının qadınlı kişili, qocalı
cavanlı, ziyalı, kəsəbə, bazari, fəhlə
və kəndçi, hamısının zəhmətləri, daha
sonra müstəmləkəçi qüvvələrin vasitəsi ilə
iş üstə gələn və istibdad, istemar və fars şovinizminə
xidmət edən Pəhləvi rejiminin vasitəsi ilə
məhv olsa da, Məşrutə İnqilabının amacı
yaşayır və azadlıq, milli istiqlaliyyət, ədalət,
qanun və demokratiya uğrunda, istemara qarşı gedən mübarizə
bu gün də davam edir!
Məşrutə Hərəkatında
Səttarxan, Bağırxan və Heydər Əmoğlunun
silahdaşları olan Azərbaycandan şəhid olan mücahid
və fədailərin ruhları şad olsun! Müqəddəs
amac uğrunda apardıqları mücadilə üçün, onların
xatirəsi, əbədidir!