Güntay
Din-iman
fərqliliyi
Din
1.
Din, qutsallaşdırılmış tarixi rəmzlərlə
doldurulmuşdur. Bu rəmzlər insan haqlarına sayqı göstərməz,
özünün yaşaması üçün insan haqlarını inkar edər.
Bu rəmzlər insan həyatından üstündür.
2.
Dində həcc kimi mənasiklər mövcuddur.
3.
Din ələni (gizlin olmayan) və təzahürlərdən
ibarətdir.
4.
Din ictimaidir.
5.
Din fərdiyətçiliyə, fərdi buluntulara qarşıdır.
Din özünə məxsus tarixi ənənələrə sahibdir
və bu ənənələrini fərdə təlqin edər,
fərd qəbul etməsə, onun dərisini soyar.
6.
Din yeniliyə, tərəqqiyə qarşıdır və yeni
insan tipini qəbul etməz. Dinin insan tipi, tarixi, dəyişməyən
və təqlidlərlə mutlu olan insan tipidir.
7.
Dində fərdi iradə mövcud deyildir, başqalarının
iradəsi fərdə hakimdir.
8.
Din fərdi təcrübəyə dayanmaz və inanmaz. Tarixi
təcrübə adı altında başqalarının
iradəsi fərdə empuzə edilir (sırılır).
İman
1.
İman
fərdidir.
2.
İman
gizlindir, görünür deyildir. Çünkü iman fərdin əzabları,
şübhələri nəticəsində uzun zaman içində
əldə edilən bir olqudur. İman, insanda fərdin axtarışlarına
məxsus şəkildə Tanrı anlayışını sağlar.
3.
İman
planındaki sıçrayış fərdi
iradəyə və ümidlərə əsaslanar.
4.
İman
inctimai deyil, fərdidir, xüsusidir.
5.
İman
fərdin iç mənəvi enerjisini hərəkətə keçirər,
din insanın fərdi enerjisini söndürməyə çalışar.
6.
İman
gələcək yönümlü, din keçmiş yönümlüdür. İman
gələcəyi, din keçmişi idealizə edər.
Çağdaş
insan və modern dünya dindar insanı mürtəce olaraq tanımlarkən,
inanclı, imanlı insanı qəbul edər. Dinin yerini
fəlsəfə aldıqca, din əskimiş və tarixə
buraxılacaqdır. Modern insan, din xadimlərinin fətvalarına
uymaz, öz elminə, öz ağlına güvənər. Başqalarının
elmindən, təcrübələrindən faydalanmaq, insanın öz
ağlını başqasına buraxması və öz
iradəsinə başqasının hakim olması anlama
gələməz. İnsanlıq tarixində dinlər yalnız
savaşlara, vəhşiliyə səbəb olmuşdur.
Dinə etiraz olaraq Qərbdə fəlsəfi, Şərqdə
təsəvvüf cərəyanları ortaya çıxmışdır.
Təsəvvüf, siyasiləşmiş dinə qarşı
etiraz olaraq meydana çıxmışdır, lakin sosial planda
qurtuluş planı olmadığı üçün, sadəcə güclü
şəxsiyətlər yetişdirmişdir. Toplum yenə
də qurtulmamışdır. Qərb düşüncə həyatı,
dini, insanın sosial həyatından tam sildiyi üçün
millətlərin qurtuluşu və mutluluğu sağlanmışdır.
Qərbdə din, sosial-siyasi plandan çıxarılmış, dışlanmış
və fərdi planda riyakar olmayan imanlı insanların yetişməsinə
özən göstərilmişdir. Din, ictimai və siyasi planda
durduqca, ikiüzlülük, insanların qaçınılmaz xüsusiyəti,
xasiyəti olacaqdır. Tanrı da iqtidarın, gücün qulluğunda
duran vasitə olacaqdır. Din, Tanrını göydən yərə
endirmiş, insanların qəlbindən çıxarmış,
siyasətin xidmətinə təslim etmişdir.
09.02.06