
Qulamrza Səbri
Təbrizi
Böyük Britaniya
AZƏRBAYCAN MİLLİ
HƏRƏKATİNDA ANA DİLİ
FAKTORU
Azərbaycanin
Güneyində gedən milli-azadlıq
hərərkatında ana dilinin əhəmiyyətini və dilə
münasibətdə qeyri- milli dövlətin reaksiyasini anlamaqdan ötürü
bu prosesə Rza şahın
zamanından 1925-ci ildən nəzər salmağa ehtiyac vardır.
O zaman ana dilinin gücünü və qeyri- milli dövlətin bu güc qarşısında
qorxub titrədiyini görmək mümkündür. Uşaqlıqda yadıma
gəlir ki, məktəbdə bizi altı yaşından fars
dilində danişmağa məcbur edirdilər, danişa
bilməyəndə cərimələyir, eşşək
adı verməklə qorxudurdular və təziqi o həddə
çatdırmışdilar ki, Rza şahın zamanında adam özunə
türk deməyə utanırdı. Ata- analar bu
həqarətdən qurtarmaqdan ötürü nə yolla olursa olsun uşaqlarına
və ailələrinə fars dilinin öyrədilməsinə
səy göstərirdilər. Hətda yadıma gəlir ki,
ailələr fars dilində danişmağa fəxr edirdilər,
farsca bilən qizlara, gəlinlərə üstünlük verirdilər.
O da yadima gəlir ki, atam Tehrana və Məşhədə
gedəndə farsca ilə turkcəni qarışdırib
elə danışırdı ki, guya farscani bilir. O, bununla öz
şəxsiyyətini üstün tutmağa çalışırdı.
Biz də onun bu hərəkətini yamsılayaraq deyibgülürdük.
Bu qorxu və həqarət Azərbaycan Demokrat Firqəsinin
gəlişi ilə buz kimi əridi. Azərbaycan xalqı xüsusən
uşaqlar və gənclər qürurla öz dillərində
məktəblərə başladilar.Hər axşam uşaqlar
fərəh hiss ilə filan hərfi yazdiqlarını, filan
şeri öyrəndiklərini deyirdilər. Bu qürür və dirçəliş
haləti yalnız evlərdə deyildir, zavodları,
fabrikləri də, bürümüşdü. Atamin xalça zavodunda işləyən
gənc oğlan və qızlar fasilə zamani axşam
məktəbdə oxuduqlari, öyrəndikləri kitablardan söhbət
eyləyirdilər.Azərbaycanın Güneyində Milli Hökumətin
bir illik hakimiyyəti, ana dilinin azad olunmasi, milli- azadlıq
hərəkatına böyük təsir göstərdi. Tehran höküməti
bütün vasitələrə bu hərəkatın qarşısini
almağa çalışırdı. Onlarin tapşırığı
ilə mollalar və məscid başçıları öz söhbətlərində
türk məktəbində oxumağı ziddi-islami olduğunu
təbliğ edir, bunu allahsizliqla bərabər tuturdular.
Atam
türkcə məktəb acıldiqdan iki ay sonra evə gəlib müctəhidin
türk məktəblərinə gedənlərin Həzrəti-
Əlinin üzünə qılınc çəkdiyini, islama qarşı
olduğunu söyləndiyini bildirdi və qardaşım İbrahimlə
məni mollaxanaya qoydu.
Digər
tərərfdən dövlət idarələrində türk dilinin
güclənməsinin qarşısı alınırdı.
Belə ki, öz dillərində danişanları bisavad, pantürkist,
ruspərəst adlandırırdılar, iddiham edirdilər.
Tehran radiosu gecə-gündüz türk
dilinin əlehinə təbliğat aparırdı. Amma bu
maneələrə baxmayaraq, türk məktəbində oxumaq
və dövrün uşaqlarında dərin təsir oyatdı, ana
dilində təhsilin və rəsmi dövlət
mərasimlərinin mümkünlüyü inamını formalaşdırdı.
Yadimdadır
ki, Pişəvəri bizim məhəlləyə gələndə
mən təccüb ilə onun bizim dilimizdə danışdiğını
anama söylədim. Çünki, o vaxta qədər vəzifə
sahiblərini, başçıları həmişə özgə
dildə danişan görmüşdüm. Bu məndə ona qarşı
hörmət yaratdı. Yaxud dərsdə müəllim mənim halımı
türkcə soruşanda buna təccüblənir və sevinirdim.
Tehran
ordusu gəlib milli hərəkatı qan dənizinə qərq
edəndə mənim 10-12 yaşım vardi. Rza şahın oğlu
Məhəmmədrza şah radiodan dedi ki, həyatın
qədrini o adam bilər ki, müsübətə düşsün. Bunu eşidəndə
mən öz-özumə dedim ki, axı biz nə müsübətə düşmüşdük.
Azərbaycan
Milli Höküməti yıxılan zaman türk dilində yazilan
kitablar yığılaraq meydanlarda yandırıldı.
Kitabxanalardan kitabları yığıb məhv etdilər, ana
dilini- həqiqətdə isə milli istiqlalımızı oda
çəkdilər. Düşmənlərimiz yaxşı
bilirdilər ki, ana dilində məktəb açılması milli
hətəkatın güclənməsinə,
mədəniyyətin möhkəmlənməsinə -
nəhayətdə Azərbaycanin
müstəqilliyinə aparacaq. Buna görə də 1946-cı
ildən sona təziyətələblik, pantürkistlik və.s.
adlara düşən insanları həpslərə, sürgünlərə,
ölümə məhkum etməyə başladilar və bu vəhşət
o qadər qorxulu idi ki, dövlət idarələrində fars
dilindən ayrı dildə danişmaq təhlükəli idi. Türk
dili qısa bir zamanda hər yerdən yığışdırıldı
və yenə köhnə həqarəti davam etdirməyi başladilar.
Bu 1950-ci ildə Musəddiqin baş nazir seçilməsinə
qədər davam etdi. Bundan sonra bəzi şairlər ana
dilində şer yazmağa başladılar. İctimai-siyasi mühütün
bir qədər yumşalması
ana dilinin inkişafına güc verdi. Şəhriyarın ana
dilində yazmağa başlaması Heydər babaya salamın
yaranması bu dövrə təsadüf edir, amma yenə
Heydər babaya salamı, Sabirin Hop-hopnaməsini,
Kitabi- Dədə Qorqudu oxumaq, evdə saxlamaq cinayət
hesab olunurdu. 1950-1952-ci illərdə qorxu nisbi olaraq götürülmüşdü.
1953-cü ildə Müsəddiq devrildikdən sonra mənim gözümün
qabağında onun evini topa tutdular, bir çox insanları həps
və edam etdilər. Ölkədən qaçmış
Məhəmmədrza şah qayıtdı və islam inqilabına
qədər onun hakimiyyəti sürdü.
Yetmişinci
illərdə siyasi təzyiq bir
qədər azalanda Səməd
Behrəngi kimi ziyalılar türk dilini kənd uşaqlarına öyrətməyə
çalışdılar. Bununda milli hərəkatda müsbət
izlərini görmək mümkündür.
İslam
cumhuriyyəti dövründə bir sıra qəzet və
dərgilər türk dilində çıxmağa başladı. Amma
qanuni-əsasında türk dilinin işlədilməsi bu dildə
məktəbin açılmasi Tehran hökümətini qorxutdu. Yenə
həmin töhmətlərlə ana dilini təqib edilir, şah
zamanında olduğu kimi təziyətələb, pantürkist
və.s adlarla damğalanır. Hətda bu ilin 21 fevralinda dünyada
Ana dili elan olunan günü
Təbrizdə kiçik bir konfransin keçirilməsinin
qarşısini aldilar.Və yenə də göstərdilər ki,
Tehran höküməti və fars şovnizmi bizim ana dilimizin bazası,
məktəbi olunmasindan nahayətdə milli hərəkatın
güclənməsindən qorxur. Özünün qeyri-qanunu və
qeyri-insani hakimiyyətini türk və digər xalqlar üzərində
yeritmək üçün ana dilinin və milli mədəniyyətin qarşısını
hər cür üsulla almağa çalışır. Bir sözlə
Azərbaycanın düşmənləri bilirlər ki, onun gücü,
gələcəyi, müstəqilliyi ana dilinə bağlıdır.
Buna görə də ana dili Günüy Azərbaycanin milli strategiyasinda
mühüm rol oynayacaqdir. Ana dilində məktəblər açılmadan
istiqlaliyyətə nail olmaq mümkün deyil. Azərbaycanın Güneyində
canli hərəkat gedir, bu göstərit ki, ana dilimizin rişəsi
kəndlərimizdə, şəhərlərimizdə xalqin ürəyindədir.
Bu hərəkat yavaş-yavaş özünün siyasi yoluna düşür.
Bunu daha dərin milli hərəkata çevirmək üçün bütün
qurumlarin, fikirlərin bir yerə yıgişması, vahid
strategiyadan şıxış edilməsi lazimdir.Çünki gücümüz
birliyimizdə, varlıgimiz, kimliyimiz ana dilimizdədir. Əgər
bunu anlamasaq ana dilinin əhəmiyyətini dərk
etməsək, umumbəşəri məsələlərdə
də müvəffəq ola bilmərik. Çünki bəşəri
məsələlərdən qabaq milli problemlərin
həllinə ehtiyac duyulmaqdadır.