Həsən SƏFƏRİ
Türk tarixi ilə azacıq tanış olan
tədqiqatçı Azərbaycan tarixini araşdırarkən türklərin,
bu yurdun əzəli sahibi və sakini olmalarına dair elə
faktlar əldə edir ki, az qala çaşıb qalır. Belə
vəziyyətdə həmin tədqiqatçı bilmir mövcud
faktlara inansın yoxsa Ariyaçı (Ariya, Hind-Avropa dilli xalqlara xüsusilə
iran dilli xalqlara aid uydurma soyun adıdır.) tarixçilərin
milyardlarla insanlarda formalaşdırdığı
təsəvvürə. Absurd “ariayizm” nəzəriyəsi neçə
əsrdir, dünya imperialistləri və onların çaldığı
havaya oynayan bəzi İran tarixçiləri tərəfindən
bəşəriyyətə, xüsusilə Azərbaycan türklərinə
aşılanır. Bu absurd nəzəriyyə o qədər güclü
təbliğ olunur ki, təəssüflə tarixi gerçəklikləri
pərdələyə bilib. Mövzudan kənara çıxsaq da
məsələyə aydınlıq gətirmək
məqsədilə qısa şəkildə ariyaçıların
oyunbazlıqlarına işarə etmək
məcburiyyətindəyik:
Qərbdə irqçı baxışlı
alimlər, onların təsirinə düşənlər özlərində
kimlik hissi yaratmaq məqsədilə, xəyalı da olsa yeni
və guya üstün soy anlayışı formalaşdırmağa
başladılar. “Dilçilər arasında yayılan bu absurd
və xəyali fikirlərin davamında Kristiyən Lasen israr
etdi ki, Hind-Jermən və ya Hind-Avropa qohum dilləri qrupuna
“ariyai” adı verilsin, ariyai adı ilk insan qrupuna da aid edilsin”.1
Bir çox belə irqçılar,
o cümlədən “Qobino müstəmləkəçi kapitalist ölkələri
və hətta müstəmləkə edilmiş
ölkələrin tarixçi, siyasətçi və yazıçılarının
baxışı və təfəkkürünə təsir göstərib,
heç bir elmi və tarixi əsası olmayan “ariya soyu
nəzəriyyəsini” onlara aşılayıb, yaymağa başladılar”.2
Daha sonra “şərqşünaslarla müstəmləkəçi dövlətlər
bilərək və ya bilmədən əməkdaşlıq
edirlər. Şərqşünaslar, Şərqi
təsəvvürlərində tanımağa, müstəmləkəçilər
isə Şərqə yiyələnməyə başladılar.
Bu məsələnin baş tutmasında müstəmləkəçi
siyasətçilər və ali təhsilli şərqşünasların
irqçı və müstəmləkəçilik məqsədləri böyük
rol oynadı”.3
Qərb və onun müstəmləkəçi
siyasətçiləri eləcə də onların qulluğunda
olan, xüsusilə şərqşünas tədqiqatçılar, absurd
ariyai nəzəriyyəsinə söykənərək, İranda
farsları da öz mənafeləri istiqamətində öyməyə
başladılar. Onlar İran ziyalıları, o cümlədən
Ağaxan Kermani və başqalarına təsir göstərməkdən
əlavə, elmi şəkildə fars sülaləsinin
hakimiyətə gətirilməsində əllərindən
gələni əsirgəmədilər. Dünyanın böyük müstəmləkəçi
ölkəsi–İngiltərənin bir başa iştiraki ilə
həmin istiqamətdə İranda qatı millətçilik
hisslərini təhrik edən Ərdəşir Cey Riporter İngiltərə
səfirliyinin siyasi məsləhətçisi kimi Tehrana göndərildi.
Ərdəşir Cey Riporter öz xatirələrində yazdığı
kimi, bütün gücü ilə iranpərəstlik və iransevərlik
hissinin aşılanmasında çalışıb. Bundan
əlavə “Ərdəşir Cey Riporterin İranda əsas
rolu İrançı bir şəxsi (Rza xanı) tapmaq, yetişdirmək,
onu tanıtmaq və onunla birlikdə, onun hakimiyyətə
gətirilməsinə zəmin yaratmaqdan ibarət olub. Onun
Sər Persi Sayks, Ser Denis Rait, Lord Lington və başqa İngiltərə
məmurları ilə çox yaxın və mehriban münasibəti
var idi. İngiltərə dövlət kabineti onu xüsusi
məsləhətçi kimi Tehrana göndərmişdi”.4
Dünya imperializminin
mənafei doğrultusunda, onların verdiyi ideya və hətta
bir başa iştiraki ilə tarix, absurd və xəyali
ariyailərin timsalında farsların xeyrinə təhrif edildi.
Bu prosesin davamında İranda da Kəsrəvilər meydana çıxarıldı.
Heç bir mötəbər fakt və dəlilə əsaslanmadan
Azərbaycan tarixi təhrif edildi. İran dilli xalqların
regiona gəlməsindən qabaq, neçe minillik Azərbaycan tarixi,
sankı yoximiş kimi, danıldı və bu qədim diyara
qondarma tarix sırındı. Həmin dırnaqarası tarixçilər
iddia etdilər ki, azərbaycanlılar əzəldən ariyai
(fars dilli) olub, monqullar gəlib onları türkləşdirdi.
Həmin uydurma nəzəriyyə elə güclü şəkildə
təbliğ edildi ki, az qala böyük alimləri də çaşdıracaqmış.
Lakin aşağıda görəcəyimiz kimi həqiqət onların
dediyinin tam əksinə olub. Bu qısa açıqlamadan sonra indi
isə əsas məsələyə keçib Azərbaycanda
qədim etnoslar və onların etnik mənsubiyyətini araşdırırıq:
Bölgənin və Azərbaycanın miladdan
qabaqkı dövrlərinin tarixin əsasən daha çox mixi yazılar,
onlarda əks etdirilən etnonim, toponim və antroponimlər
vasitəsiylə öyrənmək məcburiyətindəyik.
Əlbəttə elə həmin yazılardan
çox maraqlı məlumat əldə edirik. Həmin yazılara
əsasən “Azərbaycan torpaqlarındakı türk
hakimiyyəti miladdan qabaq 4 min il əvvəllərə gedib çıxır.
Bu mənbələrdə xüsusilə arattalılar, qutlar (quttilər),
lulubilər və hurrilər haqda məlumatlar vardır”.5
Mənbələrə əsasən
Azərbaycanda yaranmış ilk türk dövləti, Aratta (Arat+ta) dövləti
olmuşdur. Aratta qədim Azərbaycanın dağlıq ərazisinə
verilən ad idi. Mənası, sadəcə olaraq dağ
deməkdir. Şumer-Akkad məktəb luğətində (miladdan
qabaq 8-ci əsr) həmin sözdən “ Arattu və Aratu” nümunələri
dağ mənasında əks olunmuşdur”.6 Dağ sözü
tağ, ta, ti, tu formalarında da işlənmişdir. İndi
də Azərbaycanda Qaflanta (qaflan+ta), Qaflantı (qaflan+ti)
və sair belə dağ adları mövcuddur.
Azərbaycanda yaranmış digər türk
dövlətlərindən biri də Qutti dövləti olmuşdur.
Miladdan qabaq III minillikdə Urmuya gölünün qərb və
cənub-qərb bölgəsində qutti tayfa birləşmələri
mövcud idi. Onlar həmin
miladdan qabaq III minilliyin 2-ci yarısından sonra dövlət kimi
birləşdilər. “Qutti dövləti boy birləşmələrindən
yaranmış bir dövlət idi. Onun tərkibində subar, turuk,
kuman, bars, böri, qarqar, azər (as-az + ər), zəngi və sair
türk boyları iştirak edirdi”.7 Azərbaycanda dövlət
qurmuş quttilərdən qalan elbəyilərinin adı onların
türk mənşəli olmalarına danılmaz sübutdur. “Akkad
yazılarında adları çəkilən Qutti
elbəyilərinin bəzilərinin adları: Yarlaqab, Yarlaqaş,
Yarlaqan, Sarlaqab, Elulu (meş), İnim-Abaqeş (Orxon-Yenisey
abidələrində Gültiginə, “İnim Gültigin” kimi müraciət
olunub), Kurum (Kurum xan qədim türk xanı), Tirikan (Dirixan
eləcədə Tarkan və Türkan modeli). “Qut” sözü türk
etimolojisində: Hökmranlıq, uğur, can, ruh kimi mənalarda işlədilir
və miladi 553-cü ildə hakimiyyətdə olan Avar (türk) hökmdarının
adı Kuti xandır”.8 İbran
(um) = Əmrən kitabi Dədə Qorqudda, Yarlaq (Yarlakar xan ağa,
qədim türk yazısında).
Azərbaycanda dörd min il qabaqdan yaranmış,
adları çəkilən Aratta, Lullubi və Qutti dövlətləri
dövründə üzə çıxmayan lakin həmin dövlətlərin
yaranmasında bir tayfa kimi iştirak edən turuklarda diqqəti
cəbb edir. “İlk dəfə bu adın türklərlə
ilgili olduğunu söyləyən H.Z.Kuşay iki lövhə də
Turukku sözu olan sətri 1982-də Buxarestdə nəşr olunan
elmi bülletendə çap etdirilmişdir. Bir çox alimlər, o cümlədən
Z.Yampolski, Yusifov, S. Əlyarov assur mətnlərində xatırlanan
turukku və ya turuki boyunu türk hesab etmiş və bu adın müxtəlif
zamanlarda və müxtəlif dilli yazılarda torok, török, turuk, türki
şəklində işləndiyini qeyd etmişlər”.9
Əslində bu adı
Mari mətnlərinin transkripsiyasında düzgün verməmişlər.
Belə ki, türk sözünün qədim forması turuk şəkilindədir
və assurca olan mətnlərdə də həmin forma əks
olunmuşdur.
Miladdan qabaq 3-cü, 2-ci minilliklərdə su
tayfaları da Zagros dağları və Urmiyə gölünün
cənubunda yaşayırdı. “ Bu etnonimin ilkin forması
suv-sub olmuşdur. Bir sıra tədqiqatçılar su etnoniminin ikiçayarasının
şimalində geniş bir ərazidə yaşayan subir-subar
və Urmiyə gölü hövzəsində Suvbi-sumbi tayfa adlarının
qısadılmış forması hesab edərək subir, subar
adlarını sonra ki türk mənşəli subir-subar tayfalarının
adı ilə eyniləşdirmişlər”.10
Azərbaycanda digər qədim türk
tayfalarından Lulubi (lulu+bi) və kaspi (kas+pi) tayfalarına işarə
etmək olar. Lullubi, kaspi və suvbi “tayfalarının adlarında
“bi”, “pi” şəkilçisi qədim türk etnonimiyası
üçün səciyyəvidir. Herodot skif(sak)lərin aqrippi, traspi adlı
tayfalarının adını çəkir. Mərkəzi Asiya
və Altayda erkən orta əsrlərdə barabi, nuşibi,
syabi və tababi adlı türk mənşəli tayfalar
məlumdur. Bu tayfaların adlarındakı “bi”, “pi”
şəkilçisi ilə lullubi, suvbi və kaspi etnonimləri
də bizcə eynidir.”11
Azərbaycanla bağlı olan başqa türk
tayfalarından biri də kaslardır. Kaslar və ya kassilər
Azərbaycanda yaşayan kaspilərlə ad və kök oxşarlığına
da malikdir. Kas adının tarixi mənbələrdə çəkilməsi
miladdan qabaq 2400-cü illərə qayıdır. Kas adlı bir çox
türk tayfası mövcud olmuşdur. “Uyğurların 6 tayfası
kas adlanmışdır. Orta Asiyada türk eli olan xakasların adı
kas adından yaranmışdır. Orxun yazılarında Doğu
Türkistanda yerləşən Kaşğar adı Kas adlanmışdır”.12
və sair.
Bunlardan əlavə Kassi və ya Kaslardan
qalan Antroponimlər (şəxs adları) onların türk
mənşəli olmalarına tutarlı sübut hesab edilə
bilər. Kassi şahlarının adları: “Qandaş, Böyük
Aqum, Qaş Tliyaş, Ulam Buriyaş (ulam = çapar + buri = böri =
qurd), Qarındaş (qədim türkcə də qardaş) Qadaşman
Enlil, Qara Qardaş, Qudur Enlil,... Qadaşman-Turqu”13.
Eləcə də Atta-Ana, Marduk, Burra, Alban, Buritaş (Buri=Böri,
Qurd), Sibar Buqaş, Karzi Yabku (yabğu), Mi- Turqu, Duri, Durqu
və...
Kassilərdən çoxlu at adları da qalıb
“timir aş (dəmir aş), kaşak – ti, buqaş, kuru-şe,
buqaş, əgri-yaş, ham at-ti (xam at-ti)”.14
Azərbaycan və Anadoluda yaşamış
qədim türk tayfalarından biri də kumanlar olmuşlar.
Miladdan qabaq 3-cü, 2-ci minillikdə sami və hurri tayfalarının
təzyiqi ilə dağılmış subar boyları
Konfederasiyasından qalan bəzi boyların Quzey İkiçayarası
bölgələrdə və Fərat çayının qərb
tərəfində yerləşdiyini görmək olar. Belə
boylardan biri də komanlardır. Fəratın arxasına keçən
kumuq və kuman boyları bir müddətdən sonra yerli tayfaların
içində əriyib getdi. Lakin uzun müddət onların yerləşdiyi
ərazilər Kumuq və Kuman ölkəsi kimi tanındı. Bu
ölkə assur yazılarında kammano, urartu yazılarında
Qamana şəklində verilir. Başqa Kuman ölkəsi isə
Dəclə çayının şərqində qədim
Azərbaycan sınırında idi. Görünür Ptolemey bu iki Kuman
ölkəsini fərqləndirmək üçün əvvəlkini
Kapadokiya Kumani adlandırmışdır. Urartu qaynaqları
həmin çağlarda daha bir kuman boyunun Göyçə gölü yaxınlığında
yaşadığını göstərir”.15
Qədim assur və het yazılarında
adları çəkilən digər türk tayfalarından biri də
qaşqaylar olmuşlar. Miladdan qabaq 1320-1345-ci illərdə hökmranlıq
etmiş II Murşil hakimiyyətinin 9-cü ilindən söhbət açan
abidədə (Het abidəsi) qaşqayların da adı çəkilir.
Məlum olduğu kimi, qaşqay soyu, qəbilə birləşməsidir.
Azərbaycan qəbiləsi qaşqay indi də İranın
cənubunda yaşayır. Deməli qaşqaylar miladdan 14 əsr
qabaq ictimai-tarixi hadisələrdə iştirak etmişlər.
Qaşqaylar Gəncədə və ona yaxın yerlərdə
yaşamış və indi də bu adlı böyük soylar yaşayırlar”.16
Assur çarı birinci Tiqlat Palasar miladdan
qabaq (1115-1077)12-ci əsrin sonunda Fərat çaylarının yuxarı
axarında qaşqaylarla qarşılaşır. Sonralar Qızıl
İrmaq və Kelkit çaylarının yuxarılarında yaranmış
kiçik Qaşqay bəyliyi miladdan qabaq 8-ci əsrə
qədər davam etdi ... Qaşqayların qoşunları əsasən
hetlər olsa da, onların Kuman, Az, Toqrama, Urmu, Subar, Bala və
Dumanna (Duman-Tuman) adlı ölkələrlə əhatə olunmuşdu.
Belə ki bəzi tədqiqatçılar çoxlu hat-türk uyğunluqları
ortaya çıxarmışlar. Hətta Hat dilində elə söz
var ki, bu gun də mənasını və formasını
dəyişmədən türk dillərində işlənir.
Məsələn “qut” sözü hər iki dildə ruh, can anlamındadır.
Qaşqayların cənub-şərqində subar, mitan, ərmən
(ər-mən), urum, kuman və başqa türk boyları, bölgələri
vardı”.17
Azərbaycanın adı ilə bağlı
as-az etnonimi də türk dilli xalqlarda eləcə də
Azərbaycanda çox yayqın şəkildə mövcud olmuşdur.
Az boyu türk etnosu içində çox saylı soylardan biri idi.
Aziya-Asiya adındakı, paralellik kimi az etnoniminin də as
varyantı geniş yayılmışdır. “Miladdan qabaq 8-ci
əsrin rübündə II Sarqon o vaxt Arrappa adlanan indiki Kərkük bölgəsindən
Urmu gölünün güneyindəki Mazamu bölgəsinə gedən “Şahyolu”
haqqında fərman vermişdi ki, yol təmir edilsin. Fərmanın
icrası ilə bağlı məlumat verən şəxs
kitabının sonunda yazılır: Mən yenidən Sari şəhərindən
Dur-Atanati şəhərinə çıxıram. Arraphalılar,
Dur-Atanatidən, Dur-Taliti şəhərinə
hərəkət edirlər. (mən) yenidən Dur-talitidən
Azari şəhərinə yönəlirəm.
Mətni dərc edən tədqiqatçılar
Azari şəhərini Mazamua bölgəsində yerləşdirirlər.
Bu bölgənin tarixindən məlumdur ki, əvvəllər
orada lulu, turuk, zəngi, kuman boyları yaşayırdı”.18
Əsasən türk boy adları “ər”
sözü ilə geniş şəkildə işlədilmişdir.
Məsələn xəzər, suvar, avar, tatar, qamer, dögər,
padar və sair. Bu etnotoponim də “ az” və “ər”
hissələrə ayrılır. Eləcə də bir çox türk
mənşəli xalqlarda as və az etnonim və toponiminə
rast gəlinir. “Özbək, altay, qaraqalpaq və sair türk xalqları
tərkibində uruq, soy, boy adı kimi işlənən az-as
etnoniminə - Göytürk yazılarında az budun (az xalqı)
və azkişi (az adamı) adına, Kuban epiqrafiyasında
“eren Az ayrıltım (Az ərənlərindən ayrıldım)
ifadəsinə rast gəlmək olur və sair. Azər (As-Az+ər)lərin
bir qolu da Azkişi adlanmışdır. Bartold əvvəllər
Xiristiyanlığı qəbul etmiş Qafqaz türklərinin sırasında
Azkişi tayfalarının adını çəkir. Türküstan
və Altayda Askisi adlı xeyli etnotoponim vardır. Göytürk yazılarında
Az budun (Az xalqı) haqqında olan məlumat isə elm
aləminə çoxdan bəllidir. Hələ 2-ci əsrdə
Klavdi Ptolemey, Quzey Qafqazda Azara şəhəri və Azaraba (Azər+oba)
kəndi olduğunu göstərir”.19
Eyni zamanda “Asarhadonun eramızdan qabaq
673-cü ilə aid yazısında işkuz (işkuz), aşkuz (aşkuz),
askuz (askuz) ölkəsinin hökmdarı- Partatua haqda danışılır.
Fikrimizcə, bu skif etnonimi bizə Mahmud Kaşğarlının
və İbn Xordadbehin əsərindən bəlli olan qədim
türk etnonimi asgizi və ya askişi etnonimlərinin tam eynidir. Türk
tayfalarının qədim vətənində-Altayda, Abakan çayının
orta axarında kiçik Askizi çayı vardır. Bu rayon qabaqlar
askizi dumasına daxil idi. İndi isə Askiz inzibati rayonudur. Bu
çayın üzərində Askiz kəndi yerləşir.”20 Bu qısa açıqlamadan sonra bizcə As-Az etnosu
və Arazi toponiminin türk mənşəli olmasına
yetərli sübut hesaba edilə bilər.
Eyni zamanda Azərbaycanda
işquz türklərinin də hakimiyəti mövcud olmuşdur.
“Miladdan qabaq 9-10-cü əsrlərdən Azərbaycanla tanış
olan işğuzlar miladdan qabaq 674-cü ildə İspakanın
rəhbərliyi altında Azərbaycanın quzeyinə və güneyinə
gəlmiş ... elə lap ilk günlərdən ölkədə
hakimiyyət qura bilmişlər”.21
Bu türk tayfaların Azərbaycanda yaşadığı
və hakimiyəti dövrü ümumiyətlə təkcə
Azərbaycanda deyil heç bölgəmizdə də ariyailərin
və ya farsların olmasına dair tutarlı heç bir fakt mövcud
deyildir. Hətta Azərbaycanda belə türk tayfalarının
qədimliyi səbəb olmuşdur bir çox tədqiqatçılar
fikirlərini dəyişib belə nəticəyə
gəlsinlər ki, “sonrakı yüzilliklərdə Qabaq (ön)
Asiyada yaşamış bir çox soylar xüsusən türk dillilər
şərqə, Orta Asiya torpaqlarına hərəkət etmiş
bir neçə yüzillikdən sonra onların əks prosesi başlanmış,
onlar yenidən yaxın və qabaq Asiyaya, həmçinin
Azərbaycan torpaqlarına gəlmişlər”.22
Araz çayı sahilində, onun sağ axarında
Herodotun saspirlər, akkad yazılarının subarium, şubaru
və subarey eləcə də şumerlərin subir adlandırdığı
türk tayfası yaşamışdır. Onlar Azərbaycanın
Quzeyində yaşamış suvarlar, subirlər” dir.23
Bunlardan əlavə müxtəlif dövrlərdə
Monqolustan çölərindən tutmuş Avropanın mərkəzinə
qədər böyük bir ərazidə gəzib dolaşan türklər
Azərbaycandan da yan keçmir və bəzən yerli soydaşlarının
yaşadığı bu ərazidə də məskunlaşırlar.
“Leonit Marovelinin sözlərinə görə I əsrin 70-ci
illərində daha doğrusu İosif Flavinin dövründə hunlar
Dəryal keçidinə sahiblik edirdilər. Bazuk və Ambazuk qardaşalrı
Kartliyə oradan gəlmişdilər.”24
Hun türkləri miladın ilk əsrlərində
Azərbaycana gəlmiş və Azərbaycanın yerli türk
əhalisi ilə qaynayıb qarışmışlar.25
Hələ “Arilərin (iran dillilərin)
Ermənistana sakin olmalarından qabaq bir neçə türk tayfası
orada məskunlaşmışdır”.26
Azərbaycanda yaşamış digər türk
tayfalarından biri də kəngər (kəng -kang + ər
)lərdir. “Qiyasəddin Qeybullayev kəngərlərin
Zaqafqaziyada iki regionda-Albanyanın qərbində, Gürcüstan,
Ermənistanla sərhəd rayonlarda və Naxçıvanda yaşamış
olduqlarını, həmin tayafa ittifaqının Zaqafqaziyada
məskunlaşmasına dair ilk məlumatlarını V əsr
qədim erməni mənbələrində yada salındığını
göstərir... Suriya mənbələrində Xosrov Ənuşirvanın
(535-579) şimala yürüşündən “erməni-gürcü”
sərhəddi zonasında onun “kəngər” xalqı
ilə mübarizəsindən söhbət gedir.”27
İslam dövrü ərəb və fars tarixçiləri
də Azərbaycanda türklərin olmasına dair yetərli
dərəcədə məlumat vermişlər. Təbəri
öz tarix əsərində İslamdan qabaq Azərbaycanda türklərin
olmasına işarə edir: “Hişam İbn Kəlbinin fikrincə
Raeş İbn Qeys İbn Səba ... Yəmənin padşahı
idi və onun padşahlığı Mənuçehr dövrünə
təsadüf edirdi. Onun sərkərdələrinin dostlarından
biri Şümr İbn Ətaf Azərbaycanda türklərə yürüş
etdi. Yürüşdə hər iki tərəfdən çoxlu ölən
və əsir düşən oldu və o, öz başına
gələnləri daş kitabəyə yazdı ki,
Azərbaycan ölkəsində məşhurdur”.28
Həmzə İsfahani də (doğum ili
hicri 270 – ci il) Raeşin Azərbaycana qoşun çəkməsi
və Azərbayca türkləri ilə döyüşünə işarə
edir”.29
Məhəmməd Ufi isə “
Cəvame-əl Hikayat və Ləvame-əl-Rəvayat” adlı
əsərində Ömər İbn
Əbdüləzizin xilafətindən (99-101-h.q) danışarkən
həmin dövrdə 20 min Azərbaycan türkünün üsyanı və
onların 4 min ərəb qoşunu ilə döyüşməsindən
söhbət açır”.30
Samanı dövlətinin vəziri Əbuəli
Məhəmməd Bələmi, Təbərinin tarix əsərini
tərcümə və ixtisar edərək yazdığı
əsərində Mənuçehrin Azərbaycanda türklərlə
savaşdığını, türklərin yaşadığı
ərazinin türkistandan Ruma qədər olduğunu, eləcə
də Gəştaspın Azərbaycanda türklərlə savaşıb
və bir çox türkün öldüyünü qeyd edir.31
Uməvi xəlifəsi Müaviyyə zamanında
cahiliyyət dövrü Yəmənin məşhur dünya görmüş
adamı Ubeyd İbn Şaryə Corhumi adlı bir şəxs
var imiş. Müaviyyə onu Yəməndən Dəməşqə
gətirtdirir. Ona sual verir, Ubeydin verdiyi cavablar “Əxabari Ubeyd
İbn Şariyə” adı ilə yazılıb toplanır
və sonralar ərəb tarixçilərinin istifadə
mənbələrindən biri olur. Ubeyd cəvab verir:
Azərbaycan türk ölkələrindəndir və türklər
orada toplanmışlar.32
----------------------------
Qaynaqlar:
1- پروفسور
شاپور
رواساني «
نادرستي
فرضيه هاي
نژادي آريا,
سامي و ترك »
انتشارات
اطلاعات
تهران 1380 صفحه
77
2- همان
منبع صفحه 79
3- مهرزاد
بروجردي «
روشنفكران
ايراني و غرب »
ترجمه جمشيد
شيرازي . ج: اول ,
نشر فرزان روز
تهران 1377 صفحه 21
4-
رضا بيگدلو «
باستانگرايي
در تاريخ
معاصر ايران »
نشر مركز
تهران 1380 صفحه 234
5-
Arazoğlu “Müxtəsər Azərbaycan tarixi” Bakı, 2000,
səh. 13
6-
“Azərbaycan tarixi” Azərbaycan Dövlət Nəşriyyatı,
Bakı, 1994, səh. 78
7-
Arazoğlu “Müxtəsər Azərbaycan tarixi” Bakı, 2000,
səh. 15
8-
Həmin mənbə, səh. 15
9-Fridun
Ağasıoğlu “Azər xalqı” (seçmə yazılar),
Ağrıdağ nəşriyyatı, Bakı, 2000, səh.42
10-
“Azərbaycan tarixi” Azərbaycan Dövlət Nəşriyyatı,
Bakı, 1994, səh. 80
11-
Qiyasəddin Qeybullayev “Azərbaycan türklərinin təşəkkülü
tarixindən” Azərbaycan Dövlət Nəşriyyatı, Bakı,
1994, səh.56
12-
Ümid Niyaiş “Altaylardan Səhəndimizə” (türk
mədəniyyətləri tarixi), cild I, Tehran 1382, səh.148
13-
Həmin mənbə, səh. 148
14-
Fridun Ağasıoğlu “Azər xalqı” (seçmə yazılar),
Ağrıdağ nəşriyyatı, Bakı, 2000, səh.146
15-
Həmin mənbə, səh. 48
16-
Mir Əli Seyidov “Azərbaycan xalqının soy-kökünü düşünərkən”
Yazıçı nəşriyyatı, Bakı, 1989, səh. 20
17-
Fridun Ağasıoğlu “Azər xalqı” (seçmə
yazılar), Ağrıdağ nəşriyyatı, Bakı,
2000, səh. 59
18-
Həmin mənbə, səh. 19
19-
Həmin mənbə, səh. 19-21
20-
İsmail Mızı-Ulu “Mərkəzi Qafqazın etnik
Tarihinin köklərinə doğru” TDAV, İstanbul,1993, səh.
23
21-
M. Zehtabi “İran türklərinin əski tarixi” I cild, Əxtər
nəşriyyatı, Təbriz, 1377, səh. 570
22-
Mahmud İsmail “ Azərbaycan xalqını yaranması”
Azərbaycan Dövlət Nəşriyyatı, Bakı,1995, səh.
5
23-
Q. Voroşil “Azərbaycan dilinin təşəkkülü tarixinə
dair - Azərbacan filologiyası məsələləri” Bakı,
1983, səh. 38
24-
İsmail Mızı-Ulu “Mərkəzi Qafqazın etnik
Tarihinin köklərinə doğru” TDAV, İstanbul,1993, səh.
23
25- محمد
رحماني فر «
نگاهي نوين به
تاريخ ديرين
تركهاي ايران
» نشر اختر
تبريز 1379 صفحه 105
26-
پورمحمدعلي
شوشتري ( مهرين)
, عباس « ايران
نامه يا
كارنامه
ايرانيان در
عصر اشكانيان
» جلد 2 تهران 1321
صفحه 339
27- Altay
Məmmədov “Kəngərlər”, Azərbayca Dövlət
Nəşriyyatı, Bakı, 1996, səh. 124
28-
طبري محمد بن
جرير « تاريخ
طبري يا تاريخ
الرسل و
الملوك »
ترجمه ائدن
ابوالقاسم
پاينده جلد 1
انتشارات
بنياد فرهنگ
ايران ,تهران 1352
صفحه 293
29-
اصفهاني , حمزه
بن حسن « تاريخ
پيامبران و
شاهان ( سني
ملوك الارض و
الانبيا ) ,
ترجمه جعفر
شعار ,
انتشارات
بنياد فرهنگ
ايران , تهران 1346
صفحه 131
30-
« وارليق »
ژورنالي 25-نجي
ايل ياز 1382 ساي 1-128 ,
حجت الاسلام
محمد حافظ
زاده « نگاهي
به زبان
باستان تركي »
صفحه 10
31-
تاریخ بلعمی،
تکلمه و ترجمه
تاریخ طبری،
صفحات 244، 433 و 478
32- M. Zehtabi “İran türklərinin
əski tarixi” II cild, Əxtər nəşriyyatı,
Təbriz, 1377, səh. 666