DÜNUA AZƏRBAYCANLILARININ HAQLARINI MÜDAFİƏ KOMİTƏSİ(DÜNAZHAK) VƏ  AZƏRBAYCAN DEMOKRATİK MİLLİ BİRLİK ŞURASINİN SƏDRİ  BÖYÜK RƏSULOĞLU İLƏ MÜSAHİBƏ


 

 

 


 

 

S- İkinci dəfə sizi mühacirətə vadar edən səbəblər haqqında nə deyə bilərsiz?

Hər şeydən öncə sizi bu jurnalın ishıq üzü görməsində fədakarcasına çalışdığınız üçün təbrik edirəm. Ümid edirəmki, çəkilən zəhmətlər nəticəsiz qalmıyacaqdır və millətimiz yaxın gələcəkdə öz haqq və hüququna çatacaqdır. Sizlərə və bu yolda çalışan bütün soydaşlara özəlliklə gənclərimizə uğur arzulayıram.


 

 

 

C- Süalı belə ünvanladığınıza görə bir tərəfdən sevinirəmki, bu mühacirətlərə maraq göstərilir bir tərəfdəndə Azərbaycandan mühacirət fikri ilə razilaşmağım çətinləşir. Bir il yarım öncə oradan çıxarkən verdiyim bəyaniyədə də işarə etdiyim kimi Azərbaycandan müvəqqəti olaraq ayrılmaq məcburiyətində olduğumu və yaxında geri dönəcəyimi söyləmişdim. Oradan çıxmağımın əsas səbəbi özum və uşaqlarımın pasport problemi olmuşdur. Bir tərəfdən özüm dünyadakı azərbaycanlıların tərtib etdiyi konfrans ve toplantılara qoşula bilmirdim,bir tərəfdən də Bakı tibb universitəsində oxuyan qızım və Atatürk lisəsində oxuyan oğlum hüquqi problemlərlə üzləşirdilər. Bildiyiniz kimi Bakıda yaşadığım 10 il müddətində müxtəlif metodlarla təziyqlərə məruz qaldimki, fikrimcə bunların hamısının əsas səbəbkarı Tehranın mənim əleyhimə apardığı təxribatın nəticəsiydi. Onlar mənim keçmişdə şah rejimi zamanı pantürkist və separatçı ittihamlarilə mühakimə olduğumdan xəbərdar olduğu kimi maddi ehtiyacımın olmadıqınıda bilirlərdi. Ona görədə heç tərəfə alət olmadan müstəqil çalışma imkanlarımından da xəbərsiz deyildilər. Bu isə onları qorxudurdu. Bildiyiniz kimi məqalələrim daha ziyadə müsavat qəzetində çıxdığına görə iqtidar –müxalifət məsələsinə də qoşmaq istədilər, ancaq sağa-sola sapmadan milli mənafeimizi qoruduğumdan hər kəsin xəbəri olmalıdır.

Artırmalıyamki, bu 10 ildə heç bir şimallıdan incimədiyimi onlardan ancaq və ancaq hörmət və nəzakət gördüyümü bir daha söyləməmdə fayda var. Onlarla fəxr edirəm və bizim dil ,mədəniyət ,milli şürumuzu qoruyub saxladıqlarına görə biz hamımız onlara borcluyuq. Orada çəkdiyim əziyətlər mənim Azərbaycan sevgimi azaltmadiqı kimi bir millətin var olduğun gördüyümdə bu sevgi qat-qat da artmışdır.

Amma Bakıya köçməyimin qayət təbiidir ki, siyasi səbəbləri var idi və bunu mühacirət adlandırmaqın yerində olduqunu düşünürəm. Yuxarıda da dediyim kimi ta gəncliyimdən bəri Azərbaycan və Türk milləti  yolunda çalışmışdım və zindan da çəkmişdim. Azərbaycanı həmişə bütöv görmüşdüm və siyası fikirlərim bu cizgidə formalaşmışdı. O zaman Tehranda "Almas Ildırımın seçilmiş şerləri " və "Qanlı illər" kitabların çıxaranda çox əziyət oldum və başa düşdümki  o ölkədə mənim milli fəaliyətimə imkan verilmiyəcəkdir. Birdə müstəqil Azərbaycan dövlətinin olduğu yərdə mənim duyğularımı daşıyan bir insan başqa harda yaşıya bilərdi.

 

S- Avropadan Azərbaycan Respublikası və Güney Azərbaycan necə görünür?

C-Buralarda bizlərin Azərbaycana baxışında hər hansı bir dəyişiklik söz qonusu ola bilməz. Hər yerdə olursaq millətimizin ve ölkəmizin abadlığı , azadlığı və qurtuluşu əsas fikrimizdir. Ancaq Avropalıların Azərbaycanı tanımadıqların vəya çox az tanıdıqların görəndə Azərbaycan dövlətinə böyük vəzifələrin düşdüyü inkar edilməzdir. Bizim Güney Azərbaycanda dövlətimizin olmadığına görə bu vəzifəni şəxslərin yerinə yetirməsi düşünülür və az-çox bu məsələ təqib edilir. Ancaq Azərbaycanın tanınmasında onun inkişafının birinci dərəcədə əhəmiyəti olsada onun çox şaxəli və dəyərli mədəniyətin , musiqisin və başqa varlıqlarının dünyaya tanıtdırılmasında dövlətin bütün imkanlarından istifadə etməsi ən vacib məsələdir.

Bu cür təbliqatın bir tərəfdən siyası faydası olduqu kimi bir tərəfdəndə buralarda yaşıyan azərbaycanlıların uşaqlarına qürur qaynağı olacaqdır, onları vətənlərinə bağlıyacaqdır.

 

S- Azərbaycanın Güneyində və Quzeyində olan durumu necə dəyərlındirisiz?

C-Azərbaycanın Quzeyində olan durumun dəyərləndirməsi ilə Güneydəkinin fərqli ölçüləri vardır. Xoşbəxtlikdən şimalı Azərbaycanda müstəqil bir dövlət vardır. Mənim fikrimcə demokrasi bütün dərdlərin dərmanıdır və şimalı Azərbaycanda milli ideoloji, demokratik düzən və modern dövlətcçilik millətimizi daha da xoşbaxt edə bilər. Bir fikrimidə burada sizə söyləməkdə fayda görürəm. şimalı Azərbaycanda bir anayasa dəyişikliyi ilə dövlətçilik sistemi Türkiyədə olduğu kimi parlementar demokrasidə  təzahür edərsə və milli demokratlar birləşməyin yolunu taparsa yuxarıda arzuladığım inkişaf metodunun gerçəkləşməsi tezləşəbilər.

Güney Azərbaycanda bizim durumumuz həqiqətən ağırdır. Biz o qədər asimilə olmuşuq ki, 30 milyon insanın ana dilində bir sinif məktəbi olmadığı halda millət hələ yatmışdır. şimalın istiqlalından sonra Güneydəki milli hərəkat canlanmışdır. Ancaq farsçılıq siyasətinin min illik təcrübəsi özəlliklə “parçala hakim ol” siyasəti bizi çox incidir. Güney Azərbaycan problemi dünyadakı böyük problemlərdən olduğu kimi analoquda olmayan bir məsələdir. Sayımız çox olduğuna görə hakimiyətdə təmsil edilirik, anti türk ,anti Azərbaycan təbliqatı ilə milləti özündən bezdirdiklərinə görə ayaqlanmağımız çətinləşir, müsəlamn şiə olduğumuza və Əli ədalətinə bağlı olduğumuza görə dini duyğularımızdan su-istifadə edilir. Bu mürəkkəb şəraitdə Azərbaycan milli hərəkatının bugünkü durumu əslində təqdirə layiqdir. Amma könül istərdiki, daxilimizdə olan bütün problemləri həll edərək " böhran içindəyik" diyənlərin qarşısında cavabımız olsun. Hələ Fars şovinizminin bugün dar boğazdan geçdiyinə görə daha dərin düşünməliyik. 6 yaşında bir Qoşaçaylı uşaqın məktəbinin ilk günündə "mən anadilimdə təhsil almaq istəyirəm " deməsi gələcəyin yoluna tutulmuş aydınlıq işarəsidir.

 

S-Xaricdə Güney Azərbaycanla bağlı qurumların fəaliyyəti sizi qane edirmi?

C-Şübhə yoxdurki dörd nəfər azərbaycanlının  bir araya toplanması müsbət bir haldır və ona dəyər vermək lazimdir. Ancaq çox təəssüflə bu təşkilatlar bu boyda bir millətin bu boyda problemlərini həll etməyə qadir deyillər. özəlliklə rəhbərlik iddiasında olanların dağıdıcı və parçalayıcı davranışları bugünə qədər milli hərəkətə böyük zərbə vurmuşdur və bundan sonrada görünmüyən əllərin vasitəsi ilə vuracaqdır. Bu çatışmamazlıqların  müxtəlif səbəbləri çoxlarına ,özəlliklə milli hərəkətin içdənliyindən xəbəri olanlara aydındır. Bununla belə istər bu quruluşlar olsun istərsədə internet , jurnal , Tv və başqa fəaliyətlər ilə məşqul olan şəxs və qurumları dəstəkləmək milli vəzifəmizdir.

 

S-Siz bir müddət öncə birlik təşəbbüs qrupu adı altında platforma irəli sürmüşdünüz və müxtəlif ölkələrdə yaşayan Güney Azərbaycanlıların ona qatılmasını rəsmi dəvət etmişdiniz. Sizin bu təklifinizə müsbət yanaşmayanlar az olmadı, maraqlıdır ki, bu məsələyə soyuq yanaşan bir sıra şəxslər bu gün birlik şüarı adı altında məhdud bir çərçivədə çıxış edirlər. Sizin buna münasibətiniz necədir? Belə çıxışların səmimiliyinə inanırsızmı?

 

C- Bəli 2-3 il bundan öncə Azərbaycan milli hərəkatının daxilində və xaricində olan problemlərinin böyüdüyün və bunun gələcəkdə böhran yaradabiləcəyin düşünən 10- 15 güneyli bir araya gələrək çarə yolu axdarmağa çalışdılar. Birləşib güc mərkəzinə dönüşmənin tarixi zərurət olduğunu vurğuluyaraq "Azərbaycan Demokratik Milli Birlik şurası" qısa adi "milli şura " olaraq bir qurum ön görüldü və onun platforması hazırlandı. Xalqın muzakirəsinə chıxarılaraq islahatla qəbul olunub yayıldıqdan sonra özəlliklə beynalxalq hüquqa söykənərək Güneydə fəaliyəti nəzərdə aldığına görə müsbət qarşılandı və xaricdə olduğu kimi daxildə də nisbi olaraq öz bəhrəsini verdi. Ondan sonra müxtəlif birliklərin yaranmasının şahidi olduq və hamısında dəstəklədik, amma təəssüflə səmimiyətdən uzaq olan fəaliyətlər sadəcə geçici maneə törədə bilir. Azərbaycanın tənha qurtuluş yolunun birlik körpüsündən geçəcəyinə inandığımıza görə bu fəaliyətimiz bütün gücü ilə dəvam edir. Xoşbəxtlikdən gün keçdikcə daxildən və xaricdən daha çox soydaşımız bu məsələ ilə ilgilənir və mən əminəmki, bu fəaliyət nəhayət öz nəticəsin verəcəkdir. "Azərbaycan Mərkəzli Düşüncə Sisteminə " daxil olan qüvvələrin demokratik bütövləşməsi və rəhbəriyyət şurasını təklif edən bu platforma beynalxalq hüquq normaları əsasında və müxtəlif ideolojik düşüncələri bir araya gətirə biləcəyinə görə qətiyən başarılı olacaqdır. Bir məsələnidə artırmalıyamki, rəhbərlik şurasının bir faydası varsa əslində tək rəhbərliyin iki faydası var, ancaq son illərdəki təcrübələr millətin gözün yaman qorxutdu.

 

S-Siz həm də Dünya Azərbaycanlılarının Haqlarını Müdafiə Komitəsinin sədrisiniz. Xahiş edirik adı çəkilən qurumun indiki fəaliyyəti ilə bağlı məlumat verəsiniz? 

 

C-Bildiyiniz kimi Dünya Azərbaycanlılarının haqlarını Mudafiə komitəsi-nin özəlliklə məşvərət şurasında Azərbaycanın Quzey- Güney və xaricində yaşayan önəmli şəxsiyətlərimizin iştirakı var. Ona görədə həmin məşvərət  şurasının qərarı ilə beynalxalq təşkilatlara yazılan məktub və müraciətlər Güney Azərbaycan probleminin tanıdılmasında böyük rol oynayıb və bugündə davam edir. Baxmayaraqki, bu qurum yarandıqdan iki gün sonra bununda əleyhinə təxribat xarekterli fəaliyət və müsahibələr başlandı , hətta 24-26 April 1999-cü il “Ekspress” qəzetində Dr.Qədir Gülkariyanı bəhanə edərək komitəni və mənidə ona qatıb yaramaz sözlər söylənildi. Tehranın ondan sonrakı təxribatıda bu fəaliyətin qarşısını ala bilmədi və xoşbəxtlıkdən bugün heç bir fərq qoymadan Güney Azərbaycan mübarizlərinin möhkəm müdafiəsi ilə məşquldur.  İftixarla söyləmək olarki, Güney Azərbaycanda fəaliyət göstərən və rejim tərəfindən tutulan özəlliklə asdı –kəsdinin artdığı son zamanlardakı hadisələrdə ittiham altında olan heç bir mübariz yoxdurki, onun adı bu komitə vasitəsi ilə beynalxalq təşkilatlara çatdırılmasın. Ona görədə onların böyük əksəriyəti bu qurumun fəaliyətinə böyük dəyər verməkdədirlər. Bu qurumun müxtəlif ölkələrdəki nümayəndələri özəlliklə Londondakı dostlarımızın fəaliyəti yüksək dəyərləndirilməlidir.

İndiki şərtlər altında biz Avropa şurası, Jenevdəki BMT insan haqlari ali komisarlığı və Londondakı Amnesty international ilə yaxından və ciddi əlaqədəyik. Ancaq şərtlər dəyişdikcə milli hərəkətimizin boyutları genişlədikcə bu qurumunda fəaliyətinin yeniləşməsinin vacibliyi inkar edilməzdir. Ona görə də yaxın gələcəkdə imkan düşən kimi komitənin idarə heyəti və məşvərət şurasının bir toplantısı və lazim olan dəyişikliklərin aparılması düşünülməkdədir.

 

 

 

Müsahibə "Güney Azərbaycan" dərgisinin əməkdaşı tərəfindən götürülmüşdür.