Amerikanın Tehrana Hazırladığı Senaryo Ve Güney Azerbaycan Qavramı emperyalizmin  adını  ne  qoyursunuz  qoyun, kimliyi deyişmezdir emperyalizmin

 gərçək üzü dünya egəmənliyini öz mənfətrləri və çıxarları doğrultusunda yürütmək, başqa ölkələri, millətləri sömürgə caynağına almaq, onları istismar etməkdir. İndi istərsə bu sömürgə ərazi, sərhədlərin pozulmasıyla olsun, istər təbiyi ve yeraltı qaynaqların sömürməsiylə dəvam etsin. Petrol və qaz istixracı ve bunların başda gələni mənəvi sömürgeçilik (kültürel və dil) ən önmlisidir. İndi bu istismar isterse Rus, İngiliz, Franca, Spanya, Amerika tərəfindən oluşsun, istərsə də Ərəb ve Fars sömürgəsi olsun; kimlikləri ortada, hədəfləri aşkar ve aydındır. Son aylardan günümüzəcən dünya  gündəmini məşqul edən “xəbər”: Amerika birləşmiş dövlətlərinin, habelə onun müttəfiqlərinin, İran deyilən ölkəya - nükleer, atom fəaliyyətlərindən ötürü ... -  hər an saldırmalarıdır. Dünya kamuoyunu və gündəliyini özünə bürüyən bu saldırı istər istəməz gərçeəkləşməktədir.

1979 İslam devrindən bəri Amerikanı böyük şeytan adlandıran, son günlərdə İsrail dövlətinin yer üzündən silinməsini planlaşdıran bu hakimiyət, yolun sonuna gəlib, çatmaqdadır.

İran deyilən ölkənin nüvə proqramları (atom çalışmaları) soyuq savaş zamanlarında başladı. O zamanlarda bu ölkəylə xoş münasibətləri olan Amerika dövləti sovetlər birliyinə qarşı bu ölkənin savunma ve qorunma gücünün artmamasını qərar vermişdir. İlk nüvə fəaliyyətləri İranda 1957də ABD dəstəyiylə gərçəkləşdirildi. O zamanlar Washington teknolojinin barışcıl qullanımı üçün İrana verdiyini vurqulamışdır. İran adlanan ölkə 1958də beynal xalq nüvə enerji ajansının üyəsi oldu ve 1973də atom enerji qurumunu oluşdurdu. Bu ölkənin nüvə fəaliyətləriylə əlaqədə olan sıxıntılar və düşündürmələr 1979dakı İslam inqilabından sonra və batı dünyasıyla münasibətlərin pozulması ortaya çıxdı və nəhayət atom bombası düzəltmə yolunda olan noqtaya gəldi.

Avrupa birliyinin, İsrail və Amerikayla əlsıxıştırması və nüvə probleminin birləşmiş millətlər təşkilatının güvənlik konseyinə götürməsi, bu ölkəyi çox çətin bir vəziyyətdə buraxmaqdadır. Rusyayla Çinin isə - verilən qərarlara - müxalifət etmələri, sonra da geri addım atmaları, birləşmiş millətlər təşkilatının bu ölkəyə qarşı ağır bir ambarqo (təhrim) uyqulaması bu hakimiyyətə dərin buhranlar yaradmağa başlayacaq. Ancaq dünyanı sarsıtan bu olaylar bütün zehniyyətlərdə bir acil əskəri operasyonun səfərbər olmaqda olduğunu göstərməktədir.

Bu saldırı gərçəkləşərsə - ki mühtəməl görünür- biz güney Azərbaycan milləti olaraq, nə etməliyik? 

Amerikanın hazırladığı yeni ortadoğu planında, İran adlanan ölkənin parçalanması, Güney Azərbaycan qavramı doğrultmaqda və bu varlıq yaranmaqda olacaqdır. “Ən çox”, Güney Azerbaycanda bir cumhuriyət qurulma, ən azı federal bir sistemin yaranması göz önündədir.

İndi biz bir millət olaraq, bu “ən çox”u gərçəkləşdirməyə hazırıqmı? Bizə yaranan bu fürsəti necə qiymətləndirməliyik? 

Disiplinli örgütlənmələr, həstələri oluşturmağa imkanımız vardırmı?

Silahlı çətələri az zamanda canlandırmağa və şovenizmin qarşısında öz torpaqlarımızı qorumağa gücümüz vardırmı?

...

Görünən: Bu iş asanlıqla olmayacaqdır.

Bütün istiqlal savaşı verən millətlərin tecröbələrindən yararlanmalıyıq,  savaş yollarını Öyrənməliyik, istiqlalımızın uğrunda silahlara sarılıb savaş verməliyik. Bu uzun yolda hamımız əskər olmalıyıq, canımızdan qanımızdan geçməliyik...

Güney Azərbaycanın istiqlalıyətinə doğru gedən istiqamətdə bir seçki geçirlərsə, bizim millətimiz necə meydana çəkəcəyik? Millətimizin milli şuuru necə yüksəlişdədir?

 Sonuc:

Bizim əldən verməyə heç nəyimiz qalmamışdır artıq. Doğal və yeraltı qaynaqlarımız başqa etniklərin əliylə dağılmaqdadır. İnsanlarımızın maddi durumları gündən günə azalmaqdadır. Yaşam mücadiləsi verən millətimiz öz doğma yurdlarını tərk edib, özgə yerlərə köç etməkdədirlər. Fars faşistləri Şəhərlərimizin kəntlərimizin adlarını əcnəbiləşdirməkdədirlər. Geçmiş uyqarlığımızdan qalan abidələrimizi, tarixi məkanlarımızı... viranəyə dönüşdürməkdədirlər. Mənəvi dəyərlərimizi, ana dilimizi məhv edib, aradan aparmaqdadırlar. Artıq biz yerüzündən bilə silinməkdəyik. Fars şovenizm sömürgəsinin altında uzun illərdir əriməkdəyik. Başqa bir imperyalistin gəlməsini gözəl alqılaya bilsek, Göney Azərbaycana bir qurtuluş yolu olacaqdır. Daha bu durumumuzdan kötü nə olacaqdır? Biz Amerika birləşmiş dövlətlərinin və onun müttəfiqlərinin saldırısından qorxmamalıyıq. Ondan qurtuluşumuza varmaq istiqamətində himayə etməliyik. Bütün Güney Azərbaycan namına mücadilə verən təşkilatlarımız, gruplar,quruluşlar vahid bir qərar, acil bir önləm, bəlli bir sterateji sərgiləməlidirlər. Dünya medyasında, daha etkin, uluslar arası əlaqələrində daha aktiv olmalıdırlar. Biraz qəflət, biraz gecikmə, hər şeyin əldən getməsinə səbəb ola bilər...

Qurtuluş çox yaxındır neçə addım daha var…               

 

                                              

                                                      Babek  merendli

                                            

                                       Babek_merendli@yahoo.com