Azərbaycan öz yolunu gedəcək

 

Biz Almaniyanin Rhein-Main bölgələrində yaşıyan milli çalışganların bir hissəsi olaraq, bu həssas günlərdə,Fars şovinizminin mərkəzi olan Tehran və Farsistanın başqa şəhərlərində gedən seçgi sonrası prosesləri diqqətlə izləyirik. Inanırıq ki iran söyləmi altında, özəlliklə mənfur Tudə partiyasının" Diktaturaya qarşı Vahid Cəbhə " kimi, bu və ya digər şəkillərdə iran mərkəzli hər hansı bir baxiş açısı adtında teorizə olmuş taktiklər, estrategilər, millətimizə geçmişdəki kimi zərərdan başqa  heç bir şey ərməgan etməz. Bu gün Azərbaycan və onun milli varlıqı bir gerçəkdir. Milli azadlıq hərəkatının uzun  və gissa müddətli istəkləri aydındır. Artıq kimsə umum iran istəkləri altında bu Varlıqı gurban verə bilməz. Azərbaycan türkü var olan milli potensiyalını, özgələrin yox öz yolunda işlədəcəkdir. əziz soydaşlar Mərkəzdə gedən kütləvi etirazlar, sadəcə iran Hegemonlugu çərçivəsində baş verir , başqa deyilişlə bu kütləvi hərəkət  Farsistanin ortam istəğini əks etməkdədir. Fras  Hakimiyəti , onun opozisyonu və fikir babaları  birlikdə Azərbacan milli Varlıqını danıllar, dar günlərində belə bu Varlıqa etiraf etmək, istəklərimizə baş əymək  niyətində deyilər, onlar üçün milli varlıqı tanlan olmuş, simasızlaşdırılmış içindən boşalmış Azərbaycan daha məgsədə üygundur.

Bu siyasətin iç mahiyyətini bilən Azərbaycan milli Azadlıq hərəkati, şovinizmin bütün təzahur formalarına qarşı olmuş, istədiyi zaman milli çixərlərini nəzərdə tutub öz müstəgil cəbhəsində, öz estrategisinə üyğun addımları atacaqdır.   

Biz hisab edirik ki, Azərbaycan milli azadlıq hərəkatı alternativsiz,  nəticə etibarilə  milli- siyasi təşkilatlanmadan başqa yolumuz yoxdur. Ona görə zamanımızın  gərəyinə cavab olaraq, var olan siyasi-milli örgütlərin sirasına goşulmanı öz milli borcumuz sayırıq.

Bəli bir surəc içində arşdımalar və dəyərləndirmə nəticəsində, AMAT- nin siralarındə çalışmaya üstünlük verdik.

Biz bu gündən etibarən sonsuz qururla Azərbaycan Milli Azadlıq Təşkilati (AMAT) siralarında çalışmaqa öz hazırlığımızı bildirib , ümid edirik ki bu vasitə ilə millətimizin gurtuluşu yolunda gedən gutsal mucadiləyə yardımçı ola bilək.

 

Yaşasın Azərbaycan

Almaniya 01.07.09