Əgər Milli Hərəkatımızın demokratik rəhbərliyi formalaşarsa, üçüncü güc kimi meydana çıxar
Babək Azəri hüquqçu
Psixologiya
elmində hər bir insanı və toplumda yaşayan kütləni
profilləmə, yənı rəftar baxımından xüsusiyyətin
təyin etmə çox əhəmiyyət daşıyır. Hal -
hazırda profilləmə elmindən təlim və tərbiyədə,
siyastdə, cinayyətkarın kimliyini təyin edib onu tapmaqda
polis organları və s. faydalanırlar. Misal üçün, Qərb
ölkələrində nə zaman ki, dəhşətli cinayyət
baş verərsə, amma cinayətkar məlum olmazsa, o zaman
profilləmə mütəxəssisləri çalişarlar cinayətkarın
xüsusiyyətlərin təyin edərlər. Ən
maraqlısı bundan ibarətdir ki, profilləmə alimləri
cinayyətkarın şəxsiyyəti, özünəməxsus
xüsusiyyətləri haqqında əlavə bəzi konkiret məlumatlar
verərlər ki, bu da cinayyətkarın tutulmasında polisə
çox yardım edir. Misal üçün, cinayyətkarın dərisinin rəngi,
təgribən yaşı, işsiz olub, olmaması və ya
ehtimalla hansı bir ışdə çalışması barədə
məlumat verirlər. Belə demək olar ki, siyasət və
iqtisad sahəsində də siyasi rəhbərləri və
toplumları profilləmə Qərb ölkələrinə siyasi
və iqtisadi rabitələrində ugurlar gazanmağa yardım
edir.
Bəzi psixoloq alimlərin fikrinə görə, bir uğurlu rəhbərliyin 3 əsas xüsusiyyəti olmalıdır:
1. Xalqın əksəriyyətin bəzi üsul və hədəflərin əsasında birləşdirməlidir. Xalq bu üsul və hədəfləri həyata keçirmək üçün canından və malından keçməyə hazır olmalıdır.
2. Rəhbərlik xalqda bu inamı yaratmalıdır ki, əgər onlar hədəflərinə çatsalar, rifah içində yaşayacaqlar.
3. Yenə də rəhbərlik xalqda belə bir inam yaratmalıdır ki, onlar əgər hədəflərinə çatarlarsa, yeni toplum quruluşunda onların cismi və ruhi təhlükəsizliyi qorunub saxlanacaq.
1979 - cu ildə İranda baş verən inqilaba diqqət etsək, görərik ki, Ayətullah Xumeynidə yuxarıda qeyd olunan 3 xüsusiyyət var idi. A.Xumeyni yüksək səviyyəli din xadimi olduğu üçün xalqın əksəriyyəti ona inanırdı. A. Xumeyni dini ehkam və fərmanlara istinad edib və onların əsasında ciddi dəyişikliklər vəd edirdi. Kütlə dini inamına xatir onun istinad etdiyi ehkam və fərmanlara inanırdı və onların həyata keçməsi üçün canlarından və mallarından keçməyə hazır idilər. A. Xumeyni kütləyə rifah içində yaşamağı vəd edirdi. Hətta, o, belə iddia edirdi ki, yeni toplum quruluşunda içməli su və eliktirikdən istifadə havayı olacaq. O, islam hökumətində qorxusuz yaşamağı vəd edirdi. O, belə bir ifadə işlədirdi ki, şah bizim məmləkəti xaraba qoyub, onun yerinə qəbirsandıqlarımızı abad edib. Xalq içində belə bir düşüncə var idi, islam hökuməti bərpa olunsa evlərin, mağazaların, maşınların qapısın bağlamaq lazım olmayacaq. Çünki islam qanunları hakim olan yerdə, oğru olmaz. Çox təəssüf ki, xalqın bu şirin röyalarını İranda 30 il ərzində islam adı altında hökm sürən irqçi fars rejimi acı gerçəklər ilə zəhərləmişdi.
Bu izahat bəlkə də belə bir sual yarada bilər: Hansı amillər səbəb olurlar bəzi insanlar kütlənin inamın qazanıb, rəhbər kimi meydana çıxırlar? Bu barədə elmi nöqteyi - nəzərdən müxtəlif nəzəriyyələr var.
Rəhbərliklə bağlı irsi və genetik nəzəriyyə
Birinci dəfə XIX əsrdə rəhbərliklə bağlı akademik düşüncələr işıq üzü görmüşdü. Bəzi alimlər, o cümlədən Tomas Karlayl siyasi rəhbərlərin şəxsiyyətin və rəftarın diqqət mərkəzinə almışdırlar. Və onlar çalışmışdılar ki, təyin edələr hansı xüsusiyyət siyasi rəhbərin şəxsiyyətində və rəftarında səbəb olur onlar xalqın dəstəyini qazanıb və rəhbərlik məqamına yetişələr. Onlar belə bir nəticəyə gəlmişdirlər ki, uğurlu rəhbərlik bəzi insanlarda onların daxili xüsusiyyəti sayılır. Elə bu səbəbə görə də, onlar bu ifadələri işlətmişdirlər ki, böyük insanlar tarixi yazırlar və ya bəzi insanlar lider kimi dünyaya gəlirlər. Bu nəzəriyyəyə qarşı çox ciddi tənqidlər olmuşdu. Əgər rəhbərlik irsi və genetik amillərdən asılı olsa, gərək ki biz, o amilləri konkret müəyyən edək və onların əsasında rəhbərlik xüsisiyyəti olan insanları adi insanlardan ayırmaq mümkün ola. Amma genetik baxımdan insanlar arasında belə bir fərqlər yoxdur.
Rəftar tərzinin nəzəriyyəsi
Bu nəzəriyyədə rəhbərlik irsi amillərdən asılı sayılmır. Əslində uğurlu rəhbərlik rəftar tərzindən nəticələnir. Elə bu səbəbə görə, rəhbərlərin rəftar və şəxsiyyətinin xüsusiyyətin diqqət mərkəzinə alıb araşdırırlar. Bu nəzəriyyəyə inananlar ümumi halda rəhbərliyi davranış baxımdan totalitar və demokratik rəhbərliyə bölürlər. Totalitar rəhbər öz şəxsi fikrin mütləq həqiqət sayıb, onu kütləyə diktə edir. Amma demokratik rəhbərlikdə hər bir qərar bir müəyyən demokratik prosesdən keçəndən sonra nəticələnir. Misal üçün, müəyyən bir mövzu ilə bağlı informasiya vasitələrində müxtəlif qruplar arasında müzakirələr olur. Bundan da əlavə, rəhbər mütəxəsislərin məsləhətin nəzərə alaraq qərar qəbul edir.
Toplum şərtlər nəzəriyyəsi
Bu nəzəriyyənin əsasında topluma hakim olan siyasi, iqtisadi və mədəni şərtlər müəyyən bir zamanda bəzi fərdlərin lider kimi ortaya çıxmasına səbəb yaradır. Bu nəzəriyyədə rəhbərlik toplumda hakim olan müəyyən şərtlərdən asılıdır. Bu nəzəriyyə XIX əsrdə irsi və genitik nəzəriyyəyə riaksiya olaraq ortaya çıxmışdı.
Toplum şərtləri və rəftar tərzi nəzəriyyəsi
Bu nəzəriyyənin əsasında topluma hakim olan şərtlər və rəhbərliyin düzgün rəftar tərzi bir - birin təkmilləşdirib və uğurlu rəhbərliyə səbəb olur. Bu nəzəriyyə rəhbərliyi iki tərəfli rabitədə görür. Bir tərəfi rəhbər, o biri tərəfi xalqdan ibarətdir. Xalq rəhbərin simasında öz arzu və istəklərinin gerçəkləşməsin görür. Bu səbəbə görə xalqın rəhbərə inamı, sayqısı və böyük sevgisi olur. Hal - hazırda bu nəzəriyyə ən çox qəbul olunan nəzəriyyələrdən sayılır.
Toplumun məlumat səviyyəsi
Bildiyiniz kimi, insanlar bilgi və məlumat baxımından fərqlənirlər. Müxtəlif ictimaiyyətlər də insanlar kimi məlumat baxımından bir - birindən fərqlənirlər. Dünyanın inkişaf tapmış ölkələrində kütlənin məlumatı müxtəlif sahələrdə artıb. Bu səbəbə görə, onları popilisti şüarlarla aldatmaq çətin olub. Amma İran kimi ölkədə yoxsulluq, savadsızlıq, savadın azlığı və tarixboyu diktatorların ölkəyə hakim olması səbəb olub kütlənin böyük hissəsin popilisti şüarlarla aldatmaq mümkün olsun. Misal üçün, inqilab ərəfəsində Ayətullah Xumeyni içməli su və elektirik enerjisinin havayı olacağın vəd etmişdi. Çox təəssüf ki, toplumda məlumat o səviyyədə deyildi ki, bunu anlasın İran kimi bir ölkədə, yəni çoxmilyonlu bir ölkədə bu vədləri həyata keçirmək mümkün deyil. Kütlə bu vədlərə inanıb, hətta A.Xumeyninin şəklin Ay kürrəsində də görmüşdü. Başqa bir misalda siz Qərb ölkələrin nəzərə alın. Bu ölkələrdə bəzi irqçi qruplar işsizliyin əsas səbəbin ölkədə çox sayda xaricilərin yaşamasında bilirlər. Onlar belə deyirlər, əgər xaricilər onların ölkələrindən bayıra atılsalar, işsizlik problemi həll olar. Amma Qərb toplumunda yaşayan kütlə bu növ popilisti şüarlara aldanmır. Çox sevindirici məsələdir ki, xüsusən son on ildə yeni əlaqə texnikasının artması və 4 milyondan artıq iranlıların xüsusən qərb ölkələrində yaşaması səbəb olub İranda yaşayan kütlənin bəzi hissələri məlumat baxımından yüksəlsin. Amma hələ də yoxsulluq, savadsızlıq, savadın azlığı və diktaturanın hakim olması bəzi hallarda səbəb olur xalqımız öz milli mənfətlərin yaxşı tanımayıb, hətta öz milli maraqlarına qarşı əməl edələr.
Fars şovenizmi süni böhran yaratmaqla xalqımızın inqilabi enerjisin boşaldır
İkinci dünya müharibəsində 3 Amerikalı psixoloq Adolf Hitleri profilləşdirmişdi. Yəni onun şəxsiyyət və rəftar tərzin analız edib və qabaqcadan xəbər vermişdirlər, əgər Almaniya müharibədə məğlub olarsa, Hitler intihar edəcək. Nəhayət, Almaniya müharibədə məğlub olmuşdu və onların qabaqcadan xəbər verdikləri kimi, Hitler də intihar etmişdir. Bir toplumda hakim olan şərtləri və o toplumda hökm sürən adamları yaxşı tanımaq düşmənə belə bir imkan yaradır ki, o ictimaiyyəti öz içindən böhrana salsın və siyasi gedişatı öz istədiyi kimi formalaşdırsın. Hal - hazırda Güney Azərbaycanda hakim olan siyasi, iqtisadi və mədəni şərtlər bir güclü və demokratik rəhbərliyə zəmin yaradır. Əgər Milli Hərəkatımızın güclü demokratik rəhbərliyi olarsa, İranın irqçi hakimiyyəti və müxalifətinə qarşı üçüncü güc kimi meydana çıxar. Təbiidir ki, xalqımızın inqilabi enerjisi bu yolda sərf olunmalıdır. İranın irqçi rejimi bunu bilərək çalışır süni böhranlar yarada və süni böhranların da idarəçiləri öz məmurları ola. Təəccüb yeri yoxdur ki, İranda islahatçı və mühafizəkar mücadiləsi adı ilə siyasi böhran yaranır və milliyyəti türk olan Mirhüseyn Musəvi İranın Qorbaçovu kimi kütləyə təqdim olur. Bu işdə əsas məqsəd xalqın inqilabi enerjisin mənasız mücadilələrdə boşaldıb və onları passiv etməkdir. Elə sağ olsun bizim gənc milli fəallar Güney Azərbaycanın küçə - bazarlarında, ictimai yerdə şüar verirlər: "Nə sağçıyam, nə solçu, millətçiyəm, millətçi!" Məlumat üçün qeyd etməliyəm, İran rejiminin islahatçı qolu sol təfəkkürlü və mühafizəkar qolu saq təfəkkürlü adlanırlar. Nə sağçıyam, nə solçudan əsas məqsəd fars şovenizmə bütövlükdə qarşı çıxmaqdır.