Ayının Əmioğlusu

Presin Bakıya səfərindən kimlər və niyə narahatdır?

 

 

İsrail prezidenti Şimon Presin Azərbaycana səfərindən Tehran rəsmilərinin qəzəblənməyin anlamaq o qədərdə çətin deyil. İsrail prezidentinin Bakıya səfər edəcəyi ilə bağlı xəbər yayıldığı gündən Azərbaycan Respublikası Tehran rəsmiləri, fars dilli mətbuatın hədəfinə çevrilib. Tehran rejiminin nəzarətində olan bütün mətbu orqanlar, qurumlar və şəxslər həm daxildə, həmdə xaricdə səfərbər olublarmış kimi az qala dünyada ən böyük faciənin Azərbaycan-İsrail münasibətlərinin genişlənmisindən sonra  baş verəcəyin bağırmaqdadırlar. Bakıda Tehran rejiminə quyruq bulayan, ona əlaltılıq yapan “Azərbaycan Ziyalılar Birliyi”nin sədri Eldəniz Quliyev, “Yaşıllar Hərəkatı” adından çıxış edən Mayıs Gülalıyev, Qəzvin və Qum şəhərlərində 5 il boyunca təlimatlandırılımış İlqar İbrahimoğlu və s. həmin  səfərlə bağlı geniş əks təbliqat aparmaların və etiraz aksiyaları keçirmələrin anlayışla qarşılamaq mümkündür. Ona görəki bu adamlar onsuzda hər zaman öz bəyanatları və anti-Azərbaycan çıxışları ilə Tehran mətbuatının səhifələrin bəzəyib, “zəngin”ləşdirməkdədirlər.  Səhər kanalının daimi qonaqları olan bu tiplərin bir əllərinin Tehranın Bakıdakı səfirliyinin, o biri əllərinin isə Ettelaatın cibində olduqların Azərbaycanda bilməyən yoxdur.

Ancaq Güney Azərbaycandan olan bir sıra şəxslərin, saytların məsələyə yuxarıda adları çəkilənlər kimi yanaşmaların heç cür anlamaq mümkün deyil. Konkret olaraq BAYBAK saytında Presin Azərbaycana səfəri ilə bağlı yayılan yazının hansı məqsədə xidmət etdiyin və ümumi məsələlərimizə nə kimi faydası ola biləcəyin qətiyyən başa düşə bilmədim. Həmin saytda indiyə kimi Tehran rəsmilərinin Azərbaycana səfərləri zamanı belə sərt reaksiyanın verildiyin xatırlamadığım üçün bunun cavabın BAYBAK saytının “dolandırıcı”larının öhdəsinə buraxıram. Yəqinki bu saytda “Nə gözəl təsadüf, İsrail ilə birlikdə Rusiyada Azərbaycana gedihttp://baybak.com/say_726.azr başlıqı altında verilmiş yazının Tehranın rəsmi mövqei ilə istər-istəməz tam uyğunluq təşkil etdiyin yazını oxuyan hər bir kəsin anlaması o qədərdə çətin deyil.

 

Hormətlə,

Cavidan Elbars

29/06/09