10-cu
prezident Seçgilərindən
sonrakı hadisələrə münasibət
Əziz soydaşlar!
Azərbaycan Milli Hərəkatının
seçgi öncəsi davranışı, nisbi olaraq müsbət
nəticələrini versə də, seçgi sonrası
hadisələrin mahiyətini düzgün
dəyərləndirmədə çətinlik çəkilməkdədir.
Milli
hərəkatımızın xaricdəki bəzi fəallar
və qrupları, Tehranda baş verənləri, İranda
demokrasiyə gedən çizgi kimi qəbul edərək,
azərbaycanlıları bu olaylara ciddi surətdə qoşulmağa
dəvət edirlər. Halbu ki, o ölkədə demokrasinin ən
böyük düşməni olan fars şovinizmi varkən,
demokrasidən danışmaq, tələsən, yorulan vəya
hələ də İran adı altında farsçılıq
siyasətini anlamıyanlardır. Şübhə yoxdur ki, bugün
xaricdəki fərd və təşkilatların ən önəmli
işi, bu gedişat haqqında müsahibə və bəyaniyə
vermək sayılmaqdadır. Ancaq, cənab məhəndis
Həsən Şəriətmədari vəya ona bənzər
fikir sahiblərinin, azərbaycanlılara etdikləri müraciətlərinin,
milli hərəkatımızla heç bir ilgisi olmadığına
görə, millətimizə ziyandan başqa bir nəticəsi
yoxdur. Siyasi olgunluq daşımıyan bu sözlərin qarşısında,
milli quvvələrimiz dayanmasa, farsçı təbliqat orqanlarının
geniş yayması ilə, anti Azərbaycan quvvələrin daha
çox su-istifadəsinə məruz qalınacaqdır.
Biz,
siyasi ədəbiyatından asılı olmayaraq, Azərbaycan türk
millətini, fars mərkəzli düşüncə sistiminin arxasınca
çəkmək istəyənlərin, siyasi xəta içində
olduqlarını düşünməkdəyik. Özəlliklə,
xaricdə və daxildə düzgün, etgin və yetgin bir təşkilat
yaradamadığımıza görə, ümum İran
siyasətlərinə qoşulmaqla, farsçılıq siyasəti
içərisində əriyib, çürümə ehtimalı yüksəkdir,
bunu tarixdə dəfələrlə dənəmişik. Göründüyü
kimi, həmin səbəb üzündən, ölkədə baş
verən gözlənilməyən hadisələrdən, milli
mənafeimiz uğrunda faydalanmaqda da çətinlik çəkilməkdədir.
Onun
üçünür ki, bugünkü durumdan istifadə edib, daxildəki şəraitə
xas metodlarla örgütlənmə, bugün və gələcəkdə
yardımçımız olacaqdır. Özəlliklə, daxildə
bir mərkəzin yaranması və bu mərkəz
tərəfindən milli hərəkatımızın bu kimi
zamanlarda yönləndirilməsi arzu ediləndir.
Buda
aydındır ki, o ölkədə baş verən
hadisələr, orada yaşayan 30 milyon soydaşımızın
durumuna təsir
etməkdədir. Onun üçündür ki, hadisələrə qoşulub,
itgi verməyin doğru olmadığını bir daha
vurqulayaraq, izləyərək nəticə çıxarmağımızın
düzgün ölçülü təfəkkürdür. Uzaqda qalmaq şərti
ilə təsir edici müdaxilənin metodlarını araşdırıb,
milli hərəkatımızın yumuşaq şuarları
ilə xalqın içinə girmə yollarını tapmalıyıq.
Yaratdıqları təzahüratda, az bir milli quvvə ilə nisbi
olaraq xalqı milli istəklərimizə yönəltməyi
dənəmək, faydalı olabilər. Azərbaycanımızın
birinci bölgəsi sayılan Təbriz, Urmu, Ərdəbil və
Zəncanla- ikinci bölgəsi syılan Qəzvin, Həmədan,
qum, savə, Ərak və özəlliklə Tehranda, işlədəcəyimiz
təsir siyasəti fərqlənməlidir. Bütün hallarda, siyasi
zindanilərimizin ad, plakart və
şəkilləri ilə birlikdə, onların azadlığının
tələbi, dərdimizi bilmiyən insanları maraqlandıra
bilər.
Bütün
bunlara baxmıyaraq, daxildəki dostlarımız, oradakı
şəraiti daha dərindən və eyni olaraq bildiklərinə
görə bir mərkəz yaradaraq, xaricdəkiləri də
bilgiləndirmələri təqdirə layiqdir. Bunun ağır
iş, riskli bir hərəkət olduğu bilinsə də,
bəzilərinin bu fədakarlığa meyillənmə zamanının
yetişdiyi düşünülməkdədir. Üçüncü quvvə kimi
təzahür etməyə çabalamasaq, bütün fürsətləri qaçıraraq,
siyasət meydanında uduzacayıq.
Güney
Azərbaycan Milli Birlik Şurasi
Siyasi komisyon 24.06.2009