İyunun 20.də Stokholm şəhərində İsveçdə fəaliyət göstərən dərnək üzvlərinin və fəalların açıq konfransı keçirildi. Azərbaycan Federasyonu İsveç (AFİ) NTK nın dəvəti ilə çağırılmış konfransda yeddi dərnəkdən üzvlər təmsil olunmaqla digər diaspor nümayəndələri də iştirak edirdilər. Tədbirdə AFİ NTK sədri  Aslan Arablui təşkilatın iki illik fəaliyyəti ilə baglı konfrans iştirakçılarına geniş məlumat verdi. Məlum oldu ki, nizamnaməyə əsasən  ildə bir dəfə hesabat xarakterli qurultay kecirməyə borçlu olan bir təşkilatın iki ildən coxdur işi demək olar iflic vəziyətindədir.İki ik əvvəlki qurultayda seçilmiş sədr istefa verdikdən sonra İH tərəfindən sorumluluq İH başqa bir üzvünə Səttar Sevginə verilsə də, o işinin öhtəsindən gəlməmiş, təşkilatı öz şəxsi firmasi kimi təkbaşına gizlin şəkildə məxvi olaraq yönəltməyə çalışmışdır. Onun bu hərəkətlərinin qarşısını ala bilməyən digər İH üzvləri də istefaya getmişlər. Bundan İstifadə edən təşkilat sorumlusu dəfələrlə ondan istənilsə də qurultay çağirilmasına maneçiliklər törətməkdən də çəkinməmişdir. Qurultay çağirılmasi ilə bağlı yaradilmış işçi qrupunun da fəaliyəti demək olar ki olmamışdir.NTK ona qarşı haqlı iradları da onun tərəfindən qulaqardına vurulmuşdur.
 Bundan sonra yaranmış vəziyətdən  çixıs yollarını tapmaq və qurultay çağırılması üçün işçi qrupunun tərkibinin genişləndirilməsi konfransa tövsiyə olundu.
Konfransda iştirak edən dərnəklərin də hər birindən bir üzv daxil edilməklə işçi qrupunun 12 nəfərlik yeni tərkibi müəyənləşdirildi. Digər dərnəklərin də bu işə çəlb olunması üçün danısiqlar aparilması işçi qrupunun ayrı ayrı üzvlərinə tapşırıldı. Bundan başqa işçi qrupunun fəaliyətinə maneçilik törədən şəxslərin işçi qrupundan tərkibindən kənarlaşdırılması üçün də qrupa səlahiyət verildi. Tezliklə qurultay çağırılması üçün fəaliyətə başlaması işçi qrupuna tapsırıldı.
Bununla da konfrans öz işini başa çatdırdı.
 
Konfransın katibliyi