Güney
Azərbaycan İstiqlal Partiyasının Güney Azərbaycan
milli təşkilatlarına müraciəti!
Dəyərli
vətəndaşlar!
Bildiyiniz
kimi, iran adlanan ölkədə faşist
fars molla hakimiyyəti özünün gerçək üzünü 10-cu prezident seçkiləri
adı altında nümayiş etdirdiyi açıq saxtakarlıqla
orada yaşayan millətlərə və bütün dünyaya bir daha göstərdi.
Bu prosesin pərdəarxası gedişlərinə baxdıqda
bir məsələ aydınlaşır ki, rejim daxilində baş
verən nüfuz savaşı keçirilmiş saxta seçkilər və
ona qarşı edilən etrazlarla məhdudlaşmayacaq. Belə
ki, öz iqtidarını saxlamağa, eyni zamanda möhkəmləndirməyə
çalışan dini rəhbərlik strukturu və
bu sistemə qarşı əks mövqedə duran qüvvələr
yeni gedişlərə cəhd göstərəcəklər.
Hadisələrin getdikcə daha kəskin xarakter alması onu göstərir
ki, nüfuz savaşında iştirak
edən və atdıqları
addımlardan geri çəkilməyən hər iki qüvvənin
hələ oynayacağı yeni kartlar vardır . Bu
proseslərdə hər hansı tərəfin üstünlük əldə
etməsi vəziyyəti daha da mürəkkəbləşdirəcək
və əgər bu dönəmdə orada yaşayan qeyri-fars
millətlər öz milli maraqlarından irəli gələn mövqeyi
ortaya qoya bilməzlərsə, onların acınacaqlı durumu
davam edəcək.
Tehranda
başladılmış son qanlı olaylardan öz maraqları
üçün faydalanmağa cəhd edən
bir sıra irançı təşkilatlar bəyanatlarında
və çıxışlarında Azərbaycan türklərini
də bu aksiyalara dəstək verməyə çağırırlar.
Çox təəssüf ki, bu məsələdə irançılıq
mövqeyindən çıxış edən bəzi azərbaycanlılar
da onların diktəsi ilə hərəkət edirlər. Lakin,
belə bir dönəmdə iran adlanan ölkədəki bütün
proseslərdə əsas güc
faktoru olan 35 milyondan çox Azərbaycan türkünün
özünün müstəqil milli-siyasi
mövqeyini geniş müstəvidə ortaya qoyması olduqca önəmlidir.
Bu
həssas şəraiti nəzərə alaraq, Güney
Azərbaycan İstiqlal partiyası (GAİP) bütün Güney
Azərbaycan milli təşkilatlarina
müraciət edərək , Güney Azərbaycan milli azadlıq
hərəkatının əsas hədəflərə dogru düzgün
irəliləməsi, milli mübarizəmizin genişləndirilməsi
və irançı quvvələrin milli hərəkat adından
sui-istifadə etmələrinin qarşısını almaq
məqsədilə Azərbaycan
Milli Cəbhəsinin yaradılmasını təklif edir və
milli qüvvələri birgə fəaliyyətə çağırır.
İnanırıq ki, millətimizin
qurtuluşunu və milli mənafeyini hər şeydən
üstün tutan hər bir milli Azərbaycan təşkilatı
bu çağırışa qoşularaq
milli cəbhənin yaradılmasında yaxından iştirak
edəcək. Əgər Güney Azərbaycanın milli qüvvələri
bu prosesdə gec addım atmıış
olarlarsa, heç şübhəsiz ki, irançı
quvvələr milli hərəkatımızdan sui-istifadə
etmək üçün bir çox saxta oyunlara baş vuracaqlar.
Belə bir tarixi şəraitdə
Vətənimiz Azərbaycanın övladları olaraq biz üzərimizə
düşən vəzifəni yerinə yetirməli və
millətimizin iradəsinə söykənərək milli qurtuluş
savaşımızı gücləndirməliyik. Öncədən
bu milli cağırışa qoşulan hər bir azərbaycan
təşkilatını alqışlayırıq, onlara sevgi
və sayğımızı bildiririk. Əminik ki,
Azərbaycanımızın parlaq gələcəyi üçün güc
birliyimizi uğurla səfərbər edəcəyik.
Güney
Azərbaycan İstiqlal Partiyası 23.06.09