Iranda baş verən hadisələrlə ilə bağlı "Paritet" qəzetinin Babək Azəri ilə müsahibəsi

Iranda son prezident seşkisinə növbəti fars şovenizminin oyunu demək olar

                                                                 Sual: Avropadan Irandakı prezident seçkilerini necə qiymətləndirdiniz?

Fuad bəy mən sizə təşəkkür etirəm ki, mənə bu imkanı yaradıbsınız ki,fikirlərimi “Paritet” qəzetinin dəyərli oxucuları ilə paylaşım.Seçkilərdən öncə İranın daxilində fəaliyyət göstərən bəzi təşkilatlar təklif etmişdirlər ki, beynəlxalq orqanların tərəfindən seçkilərə nəzarət olusun. Bundan da əlavə belə bir təklif də verilmişdir ki jurnalistlərin və müstəqil siyasi fəalların tərəfindən nəzarət komitəsi yaransın və onlar seçkiyə nəzarət etsinlər. Amma Keşikçi Şurası bu təklifləri qəbul etməkdən imtima etmişdir. Iran Ana Yasasının 99-cu maddəsində qeyd olunub ki, Keşikçi Şurası gərək seçkilərə nəzarət etsin .Keşikçi Şurası 12 üzvdən ibarətdir və onun 6 üzvü dini xadimdir. Onları dini rəhbər, yəni Xamneyi təyin edir. Amma qalan 6 nəfəri məhkəmə orqanlarının rəısi təklif edir və məclisin təsdiqi ilə adı çəkilən şuraya üzv seçilirlər. Əlbəttə, məhkəmə orqanlarının rəısini də dini rəhbər təyin edir. Bu hesabla demək ki, olar Keşikçi Şurasının hər 12 üzvi dini rəhbər tərəfindən təyin olunur. İranda seçkilərlə bağlı son qərarı Keşikçi Şurası alır və ona qarşı şikayət etmə qanun baxımından düzgün deyil. Iranın seçki qanunları prezident namizədlərinə bu haqqı verir ki, onların təmsilçiləri seçkiyə nəzarət etsinlər. Amma son prezident seçkisində Mirhüseyn Musəvini təmsil edənlərə bu imkan verilməmişdir. Seçkilərdən sonra Mirhüseyn Musəvi Keşikçi Şurasına məktub yazıb və konkiret formada seçkilərdə saxtakarlığın detalların ifşa etmişdir. İranda prezident seçkisi iki mərhələdə həyata keçirilir. Birinci mərhələdə namizədləri filterdan keçirib , anca o namzadlərin səlahiyyətlərin təsdiqləyirlər ki, onlar rejimə 100 faiz vəfadardırlar. İkinci mərhələdə Keşikçi Şurasının nəzarəti altında prezident seçkisi həyata keçirilir . Iranda son prezident seçkisi nişan verdi ki, xalaqa hətta bu imkanda verilmir ki filterdan keçirilən namizədlərin arasından birisini seçələr. Kimin prezident olması öncədən təyin olunur. Mən üçün bu aydın faktlar yetərlıdir ki, Iranda prezident seçkisi adı ilə keçirilən prosesi bir iyrənc oyun adlandıram.

Sual: Buna növbəti fars şovenizmi demək olarmı?

Mənim fikrimcə, bu ifadəni işlətmək olar . Iran rejimi iddia edir ki, çox insansevərdir, amma əməldə insanlığa qarşı bir siyasəti həyata keçirir.Eələ bu səbəbə gorə, Iran rejiminin sözlərin eşitsək də, amma onun əmələri əsasında ona giymət verməliyik.Iranda dörd əsas problem var:

1.Siyasi azadlığın olmaması

2.Qadınlarla kişilərin bərabər hüquq olmaması

3.Dini azlıqlara qarşı dəhşətli ayrı - seçkiliklər

4.Qeyri fars millətlərə qarşı dəhşətli ayrı- seçkiliklər

İranda son prezident seçkisində mənim üstə qeyd etdiyim problemlərlə bağlı heç bir prezident namizədi tərəfindən konkiret çıxış yolu ortaya qoyulmamışdır. Bu işin yerinə onlar bir - birinin oğru oluğunu sübut etməyə çalışmışdırlar. Əlbttə, bunun bir müsbət tərəfidə var, çünki millət bunların iç - üzün elə bunların öz dillərindən eşitmişdirlər. Bu hesabla Iranda son prezident seşkisinə növbəti fars şovenizminin oyunu demək olar.

Sual: Sizc, Irandakı hadisələri haradansa "qanadı"lır, yoxsa bu Azərbaycan türklərinin cana doymasından irəli gəlir? Hər hansı azərbaycanlı adından mitinqlərə çıxması və düzgün seçki tələb etməsi soydaşlarımız arasında demokratik inkişafdan xəbər vermirmi?

Çox təəssüflə qeyd etməliyəm ki, indiki rejim də keçmiş rejim kimi Iranda yaşayan millətlərin səsin eşitmək istəmir. Onun yerinə çalışır Iranda keçirilən etiraz aksiyaların xarici ölkələrə bağlaya. 1978 - ci ildə Təbriz şəhərində şah rejiminə qarşı kütləvi etiraz aksiyası həyata keçirilmişdir.Şah rejiminin yüksək vəzifəli adamlari bu gülünc iddianı eşitmişdirlər ki, Təbrizdə etiraz aksiyası keçirənlər Araz çayının o tərəfindən, yəni sovet ittifaqından Təbrizə gəlib və etiraz aksiyası keçiriblər. Elə bu səbəbə görə də Təbrizdə yenidən etiraz aksiyası olanda xalq bu şüarı hayqırmışdı:

Şüşə sındıran Orucəli,

Ot yandıran Borcəli,

Haradan oldu xaricəli?

İyunun 19 da keçirilən cümə namazında Əli Xamenei etiraz aksiyası keçirənləri hədələyib və onlardan tələb edib ki, aksiyalara son qoyalar. O, Iranda baş verən hadisələri xarici ölkələrə çalışmış, amma əslində bu etirazlar Iranda yaşayan millətlərin, o cümlədən Azərbaycanlıların cana doymasından irəli gəlir. Əlbəttə ki, Azərbaycanlılar istər qadını və ya kişisi olsun, öz şüarlarında aydıncasına nişan verilər ki, onlar demokratiya və ayrı - seçkiliyə son qoymaq üçün mübarizə aparırlar. Iranın əlaqələr və informasiya nazirliyinin verdiyi məlumata görə, Iranda əhalinin 34 faizi, yəni 23 milyon nəfər internetdən faydalanırlar. Keçən il “Fainənşal taimz” qəzetinin verdiyi məlumata görə, Iranda 800 min blog var və bu baxımdan İran Çindən sonra ikinci yeri tutur. Blog -- bir nov modern jurnalistika sahəsidir və ondan əsas məqsəd bir neçə internet səhifəsidir ki, bu səhifələrin baş redaktoru, yazıçı və məsul ancaq bir nəfərdir. Bunlardan da əlavə, çox sayda saitlər vasitəsi ilə Iranada televiziya proqramları yayılır. Bu hesabla yeni əlaqə texnikası ancaq sərvətlilərin ixtiyarında deyil, əslində çox adam, xüsusən gənclər ondan faydalanırlar. Bütün bu səbəblərə görə, Iranda xüsusən gənclər şəriət toplumunda yaşasalarda, onlarda modern düşüncələrə, demokratiyaya, insan haqqlarına meyil artır. Elə bu səbəbə görə, Iranda keçirilən etiraz aksiyanlarında ümumi halda mahiyyət baxımından müsair və demokratik bir hərəkatdır. Amma çox təəssüflə qeyd etməliyəm ki, bu hərəkata rəhbərlik edən yoxdur, yəni bir demokrat təşkilat onu təmsil etməyir, eyni halda Iran rejiminin islahtçı adlanan tərəfdarları -- şahçılar, tude partiyası və s. onu müsadirə etmək istəyirlər.

Sual: Ola bilərmi, azərbaycanlılar bu mitinqlərdən istifadə edib, hətta muxtariyyat və hakimiyyət deyişikliyinə kimi gedib çixsınlar?

Cavab: Biz Azərbaycanılar ancaq rejimin dəyişilməsinə yox, kimin gəlməsini də fikirləşməliyik. Keçən rejimdə, yəni şah rejimində xalq içində belə bir fikir vard ki, şah getsin yerinə hər kəs gəlir gəlsin, o kəs nə qədər də pis olsa, şahdan pis olmayacaq, Amma əməldə gördük ki, şah gedib və ona oxşar, hətta ondan da pis bir rejim Irana hakim oldu.Elə bu səbəblərə görə, müxtəlif sahələrdə təşkilatlar yarayıb və hər bir təşkilat öz təlablərin konkiret formada ortaya goyub. Məsələn, qadınlar, ətraf mühiti, dini azlıqlar və qeyri fars millətlərin təşkilatlarından ad aparmaq olar.Mənim fikrimcə, Iranda 3 asas güvvə var: biricisi, Iranın fars hakimiyəti, ikinci onun fars müxalifəti, üçüncü, qeyri fars millətlərin ittifaqı. Əgər bu üçüncü qüvvə həqiqi mənada birləşib və rejimə qarşı keçirilən etirazların başçısı ola. Onda bu imkan var ki, rejim dəyişilib və hətta, biz Azərbaycanlılar milli hakimiyətimizi bərpa edək.