Güney
Azərbaycan cavanların hizbullahçılara və şahçılara
qurban verməməlidir
Jan
Jak Russonun məşhur
bir sözü var,o söz belədi: " Ola bilər ki, adamın gerçəkdən
xoşu gəlməyə, amma onu inkar edə bilməz".
Hər hansı bir elmi araşdırma gərçəklərə
əsaslanmayla mumkün olur. Hal -hazırda İranda qüdrət
mafiyasının iki hissəsinin arasında seçkilərlə bağlı
tazad yaranıb. Bu iki hissəni --Ahmadinijadla Mirhüseyn
Musəvi bir - biri ilə üz - üzə
durmaqla təmsil edirlər.Əlbəttə istibdad hakim
olan ölkələrdə hakimiyyət içində qüdrət davası
adi bir haldı. Amma Iranda çox sayda xalqın meydana çıxması
bir istisna haldır. Bəziləri belə bir yanlış
fikirdədirlər ki meydana çixan xalq Mirhüseyn Musəvini
dəstəkləyib və onlar seçkidə olan saxtakarlığı
məhkum edirlər. Etiraz aksiyalarında iştirak
edənlərin hamısı, seçkilərdə iştirak
edənlər deyirlər ki, əslinda çox sayda seçkini baykot
edənlərdə bu eterazlarda iştirak edirlər. Misal üçün,
Təbriz şəhərinin prokroru bildirmişdir ki Təbriz
şəhərində 60 nəfər etiraz aksiyası ilə
baglı tutulmuşdurlar. Amma onların heç birisi prezidentliyə
namizədlərin tərəfdarları deyillər. Iranda seçkilərdə
iştirak edənlərin pasportalarına
möhür vurulur. Bəs bu hesabla əgər bir fərdin pasportunda
seçkilərlə bağlı möhür vurulmayıbsa, bu, o,
mənadadır ki, o fərd heç bir prezidentliyə namzədin
tərəfdarı olmayıb. Burdan bu sual ortaya çıxır:
bəs nə üçün o adamlar ki seçkilərdə iştirak
etməyiblər, onlar necə seçkilərdə
saxtakarlıqla bağlı aksiya keçirirlər? Bildiginiz kimi,
Iranda əhali üzərində çox ağır polis
nəzarəti var. Iran hakimiyyətinin içində yaranan tazadlar
yaxşı zəmin yaradır ki,
xalq meydana çıxıb, etiraz edənlər əlbəttə,
bu ümidlə ki, etirazlar genişlənib davamlı formada Iranın
hər tərəfini bürüyə və bu vasitə ilə
rejimin polis nəzarətini ortadan qaldırıb və bu yolla
rejimi dəyişməyə nail olalar.
Saxtakarlığa
qarşı etiraz keçirənlərin siyasi mahiyyəti
Iranın
əlaqələr və informasiya nazirliyinin verdiyi məlumata görə,
Iranda əhalinin 34 faizi, yəni 23 milyon nəfər
internetdən faydalanırlar. Keçən il Fainənşal taimz
qəzetinin verdiyi məlumata
görə, Iranda 800 min blog var və bu baxımdan İran Çindən
sonra ikinci yeri tutur. Blog -- bir nov modern jurnalistika sahəsidir
və ondan əsas məqsəd bir neçə internet
səhifəsidir ki, bu səhifələrin baş redaktoru, yazıçı
və məsul ancaq bir nəfərdir. Bunlardan da əlavə,
çox sayda saitlər vasitəsi ilə Iranada televiziya proqramları
yayılır. Bu hesabla yeni əlaqə texnikası ancaq sərvətlilərin
ixtiyarında deyil, əslində çox adam, xüsusən
gənclər ondan faydalanırlar. Bütün bu səbəblərə
görə, Iranda
xüsusən gənclər şəriət toplumunda yaşasalarda,
onlarda modern düşüncələrə, demokratiyaya,
insan haqqlarına meyil artır. Elə bu səbəbə
görə, Iranda keçirilən
etiraz aksiyanlarında ümumi halda mahiyyət baxımından müsair
və demokratik bir hərəkatdır. Amma çox təəssüflə
qeyd etməliyəm ki, bu
hərəkata rəhbərlik edən yoxdur, yəni
bir demokrat təşkilat onu təmsil etməyir, eyni halda Iran
rejiminin islahtçı adlanan tərəfdarları -- şahçılar,
tude partiyası və s. onu müsadirə etmək
istəyirlər. O biri tərəfdən iyunun 19 da keçirilən
cümə namazında Əli Xamenei etiraz aksiyası keçirənləri
hədələyib və onlardan tələb edib ki, aksiyalara
son qoyalar. O, sözünün sonunda ağlamsınaraq
xarırladıb ki, islam yolunda candan keçməyə hazırdı.
Siyasi araşdırmaçılar Xameneinin hədələrinə
çox ciddi baxırlar. Onların nəzərinə görə,
əgər aksiyalar davam edərsə, imkan var ganlı toqquşmalar
baş verə. Iran rejiminin verdigi məlumata görə, Iranın
böyük şəhərlərinin kənarında 7 milyon 500 min
nəfər yaşayır. Əlbəttə digər qaynaqlar
onu 10 milyondan artıq olduğunu iddia edirlər. Böyük şəhərlərin
kənarında yaşayanlar çox çətin durumdadırlar, onların
çoxu savadsız və ya az savadlıdırlar. Onlar hətta içməli
sudan və elektrikdən
məhrumdurlar. Bu yerlərdə cinayətlə
bağlı çox yüksək statistikanın olduğunu söyləyirlər.
Iran rejimi son 30 ilin ərzində bu yerlərdə yaşayan
adamların pul gücünə yoxsuııuqlarından və islam
adına din - inamınan sui -
istifadə edib onları hizbullah adı ilə təşkilatlandırıblar.Onlara
bu imkanı yaradıb soyuq silahlarla, məsələn, qəmə
və zəcirlə mədəni formada etiraz aksiyası
aparanlara hücum edir və göz qabağında çox dəhşətli
cinayətlər törədirlər. Hal - hazırda da bu insani
faciələrin təkrarlanmasının sayı artıb.
Milli
hərəkat naminə nə etməliyik?
Üstə
qeyd etyim kimi Iranda xüsusən Tehran şəhərində keçirilən
etiraz aksiyaları mahiyyət baxımından demokratik də
olsa, amma başsiz bir hərəkatdır və fars millətinə
aid olan bəzi şovinist təşkilatlar, o cumlədən,
şahçılar və Iran rejiminin islahatçi adlanan
tərəfdarları bu hərəkata sahib cixmaq
istəyirlər. Əgər biz fəal formada meydana çixaq, amma
bizim fəaliyyətimiz adı çəkilən təşkilatların
nəfinə qurtula. Bu, o mənadadır ki,ölü və ya yaralı
verməklə öz düşmənlərimizin qulluğunda olmuşuq.
Hər siyasi rabitənin gərək ki bir müəyyən hüquqi
təməlləri və platforması olsun. Indiki
vəziyyətdə bizim dəsdəyimiz ancaq passiv formada ola
bilər.Əlbəttə, əgər bu hərəkat radikallaşar
və özünə demokratik başçı seçər və qeyri fars
millətlər konkret formada vədlər verər.
Onda təbiidir ki, biz aktiv formada bu hərəkatı
himayət etməliyik. Əlbəttə
bu günki vəziyyətdə Güney Azərbaycanın şəhərlərində
millətçi qüvvələrin başda olduqları
kütləvi etiraz aksiyalarının hyata keçirilməsi
Azərbaycanın nəfinədir. Əgər
millətçi qüvvələr başqa qüvvələrlə, xüsusən
fars millətinə aid olan qüvvələrlə
birlikdə və Irandakı bu polis rejimi şəraitində
etiraz aksiyaları keçirmə fikirləri varsa, gərək bu
suala cavab versinlər ki, bu iş birliyi Güney Azərbaycana
hər hansı bir müsbət nəticəni
verəcək.Unutmayaq ki, əməl əmələ xatir deyil,
əslində müəyyən nəticəyə xatirdir. Güney
Azərbaycan cavanların hizbullahçılara və şahçılara
qurban verməməlidir.