Onuncu seçim, sonuncu seçim !

Geçmiş prezident seçgilərindən öncə və sonra münasibət bildirərək, fikirlərimi millətimizin hüzurlarına təqdim etdiyim bilinməkdədir. Ölkədə geçirilən 10- cu preziodent seçgi öncəsi müxtəlif yazı və müsahibələrdə, özəlliklə “Türküstan Qazetindəki” geniş müsahibədə öz fikirlərimi açıqlamışdım.

Seçgilərdən sonra, onun nəticələri və milli hərəkətimizdəki təsiri, həmçinin qazanılan təcrübələrdən gələcəkdə düzgün istifadə yollarının axdarılmasının araşdırılması milli borcumuz sayılmaqdadır. Gələcək quşaqlarımızın istifadəsi, yaxın tariximizin yazılı olaraq saxlanılması və özəlliklə təcrübələrin gənçlərimizə ilətilməsi baxımından, bu görüşün önəmini inkar etmək olmaz.  Seçgi qabağı təbliqatlar, Dr. Ələmi bəyin Təbrizdən adaylığını qoyması, Musəvi bəyin namzədliyi və elan edilən sözdə seçgi nəticələri dərindən incələndiyi halda, düzgün təhlil ilə gələcək yolumuzun düzgün xətləri işıqlana bilər.  Bu seçgilərin nəticələrinin saxtalaşdırıldığından asılı olmuyarq, milli hərəkatımızın seçgi fəaliyətlərinə qoşularaq, yeni təcrübəsi təqdirə layidir.  Milli hərəkatımızın bu başarısının ən önəmli amili Dr. Ələmi bəyin adaylığı olsa da, onun əleyhinə çıxan bəzi dostlarımızın məntiqə dayanan fikirləri ilə, qeyri siyasi qarşıdurmaların fərqini düz arşınla ölçməliyik. Ələmi bəyi rejimin amili kimi qələmə verənlərin yanıldığı bir halda, geçmiş təcrübələri nəzərə alaraq, hər hansı bir şəxsə rəhbərlik statusu verilməsinin ziyanlarını vurquluyanlar  da haqlı olaraq fikirləşdilər. Ancaq, bu işə qoşulanlar, rəhbərlik davası deyil millətimizin səsinin yayılması dalınca olduqlarını dəfərlərlə vurquluyaraq milli hərəkətimizin mənafeini qorudular.

 Özəlliklə bəlli dəlillərə görə İranda geçirilən bu dəfəki prezident seçgilərinin gərginliyi, bu atışmaların gələcək günlərdə dəvamının gözlənilməsi və ona görə milli hərəkatımızın taktikləri və tutumu diqqətlə təhlil edilməlidir.

Adaylar arasında kı gərginliyin müxtəlif səbəblərinin yanında, ölkədə yaşıyan xalqların hüquqlarının pozulması, özəlliklə Güney Azərbaycan Türklərinin durumunun böyük təsirini inkar etmək olmaz. Seçgi öncəsi təbliqatlarda, adayların bir birlərini oğru, yalançı, talançı kimi ittihamlarının, ölkədəki ümumi idarəçiliyin heç bir sisteme dayanmadığı və pərdə arxasındakı dartışmaların üzə çıxmasının göstərgəsidir. Başqa sözlə, millətin, təqribən %100- nin qoşulduğu inqilabdan gözlədiyi istəklərin  %90- i yerinə yetirlimədiyinə görə bu durumun ortaya çıxması qaçınılmaz idi. Seçgi nəticələrindən asılı olmuyaraq, bu qarşı durmanın sakitləşəcəyini düşünmək düzgün düşüncə olamazdı. Geçici olaraq, bəzi şəxslərin araçılığı ilə bu savaş meydanı sovusa da, kin və nifrətlərin yenidən gövərəcəyinə şübhə yoxdur. Bu savaşın nəticələrindən asılı olmuyaraq, gedişatı göstərdi ki, Azərbaycan Milli Hərəkatı            “ Azərbaycan Mərkəzli Düşüncə Sistemindən” xaric olmamaq şərti ilə ölkədəki siyasi durumdan öz mənafei uğrunda düzgün faydalanmalıdır. Ancaq heç bir şəkildə hər hansı bir tərəfə qoşularaq, öz enerjisini hədər etməməlidir.

Bu durumu bir az daha aydınlatmaq üçün daha geniş təhlilə ehtiyac olduğu göz önünə alınaraq, müxtəlif hallarda Milli Hərəkatımızın taktikləri, qısa- orta və uzun vadəli plan və programlarının mübahisə və müzakirə vacibliyi inkar edilməzdir.

 

 

1

Ona görə aşağıdakı neçə suala cavab verilməldir.

1-    Hakimiyət arasındakı bu savaş bitərsə nə etməli, bitməzsə nə etməli?

2-    Seçgilər ləğv edilərək yeni seçgilərə  gedilirsə nə etməli, gedilməzsə nə etməli?

3-    Dr. Ələmi kimi azərbaycanlıların milli hərəkatımız içində rolu nə olmalı?

 Mehdi bəy Kərrubinin ölkədəki millətlərin hüquqları ilə bağlı bəyaniyəsindən sonra ortaya çıxan durum ilginc oldu. Çoxunluğu Tehran biliyurdunda fəaliyət göstərmiş fars meyilli tələbə və müəllimlərin, kərrubinin o bəyaniyəsinin ziyanlarından danışaraq onu və onun kimi düşünənləri qamçılaması unutulmamalıdır. O günə qədər Kərrubini dəstəkliyən daxil və xaricdəki İran təşkilatlarının hamısı, ondan üz çevirərək Türk olan musəvini dəstəkləməyə başladılar. Çünki, Musəvi bəy, bu durumu görəndə İranın başqa şəhərlərində “İran millətindən, onun böyük tarix və mədəniyətindən və bəzən fars pərəst mövqeidən” çıxış edirdi. Əhmədi Nəjadın bir çıxışında 37 dəfə “ böyük İran milləti” sözünün işlətməsi, Möhsün rizayinin 2500 illik fars tarixindən danışmasının bir bölümü seçgi təbliqatı olsa da, farsçılıq siyasətinin ölkədəki rolunun bəlirtisindən xəbər verməkdədir. Onun üçündürki, biz o ölkədə onlara qoşulmaqla deyil, qoşulmamaqla qazanacayıq. Başqa sözlə, təhlillərimizdə bunu heç bir zaman unutmamalı və ölkədəki siaysətlərə bu zaviyədən baxaraq, öz təsirimizi göstərməliyik.

-Yuxarıdakı birinci suala cavab verərkən, hakimiyət daxili bu savaşın bitəcəyinə inanmadığım üçün bu savaşa bizim qoşulmağımızın böyük ziyanlar gətirəcəyi vurqulanmalıdır. Göründüyü kimi, bu savaş, ümumiyətlə farsçı şovinistlərin müxtəlif qolları arasında gedir və hər hankısının qalibiyəti bizim məğlubiyətimzidr. Onların təzahüratına qoşulmaqdan ziyan görəcəyimiz kimi, indilikdə milli istəklərlə xiyabanlara çıxmaqında ölçüləri düzgün dəyərləndirilməlidir. Çünkü, istər bugün, istərsə də gələcəkdə, bunların hakimiyət davasında, bizim aktivliyimizdən suistifadə edib, rəqiblərini susdura bilərlər. Çomaqları bizim başımıza döymə imkanı taparlar.

Bu durumda, bizim ən vacib məsələmiz, milli hərəkatımızın təbliqatını ölçülü olaraq gücləndirmək, jurnal, qazet, cd və sairə çıxarıb yayaraq, sayımızı artırmaqdan ibarət olmalıdır. Heç bir itgi vermədən bu işi düzgün yerinə yetirə bilərsək, öz daxilimizdə tanışlıq əsasında sistemləşə bilərsək, gələcək hadisələrdən doğru istifadə modelinə yaxınlaşmış olarıq.

Bunun yanında, münasib fürsətlərdə mədəni hərəkətlərlə milli istəklərimizin ən yumuşaq formada önə sürərək tələb etməyimiz doğru siyasət sayılmaqdadır. Bu yumuşaq şuarların ən təsirlisi” ana dilində məktəb” müxaliflərini əzmək üçün hakimiyətin əlinə bəhanə vermədiyinə görə geçərli və alternativlərini az qıcıqlandırdığına görə çox faydalı ola bilər.

-İkinci sualın cavabı mənfidirsə, yəni seçgilər ləğv edilməzsə, demək ki, o ölkədə 10-cu seçgi, sonuncu seçgidir. Bu durumda, Kərrubinin xaricində, islahatçı adı ilə meydana girənlərin  ruhi vəziyəti nəzərə alınırsa, yavaş-yavaş sakitləşmə ehtimalı movcutdur. Bu baş verərsə, tədricən daha şiddətli dini diktatorluq oturuşacağına görə seçgi usulu ilə deyişimin mümkünsüzlüyünü xalq anlıyacaq. Hamı bilir ki, Tehranda xiyabanlara tökülən bir milyon insanın hamısı Mir Hüseyin Musəvinin prezidentliyini müdafiə üçün deyil, bəlkə də böyük əksəriyəti, ölkədə köklü deyişiklik istəyən müxtəlif fikir qruplarıdır. Onun üçündür ki, hakimiyət daxili qarşıdurmalar səngisə vəya gizli aparılsa da xalqın etirazları yatmıyacaqdır. Mübarizə metodlarını deyişdirməklə, qorxusu tökülmuş rejim qarşıtları bu

2

vəya başqa formada hərəkətlərini dəvam etdirəcəklər.Azərbaycan milli hərəkatı, bir tərəfdən ölkədəki hadisələrdən kənar qalmamalı, o biri tərəfdən də Tehrandakı qudrət savaşına alət olmadan, ölkədəki axının altında əzilib, sıradan çıxmamalıdır.

Azərbaycanda xalqımızın içinə dərinliyinə girəmədiyimiz üçün bu təhkükə ilə üzləşə bilərik. Bunu önləmək üçün tələbələrimizin boynuna böyük görəv düşməkdədir. Onlar, Azərbaycanın müxtəlif kənd və şəhərlərindən olduqlarına görə milli hərəkatın xalqın içinə girməsində böyük rol oynuya bilərlər. İmkanlı soydaşlarımız, özəlliklə xaricdə yaşayan varlılarımız müxtəlif təbliqat vasitələri o cümlədən TV- lər yaradaraq, millətimizin oyanışını artıra bilərlər.

Hakimiyətə gəlmək istəyənlərin sakitləşdirmə metodu ilə xalqın sakitləşdirmə metodları fərqlidir. Onun üçün çeşitli təbliqatlarla, seçgilərdə saxtalaşdırmanın olmadığını isbat etməyə çalışacaqlar və nisbi olaraq da bəzi fikir qruplarında başarılı olacaqlar. Ancaq, aşağıdakı açıq dəlilərər görə pozuntuların sübutu unudulmamalıdır.

1-    Geçən seçgilərdəki saxtakarlıqları nəzərə almasaq, dövlətin verdiyi rəqəmlərə görə seçmənlərin %60- yaxın bir yüzdəsi iştirak edirdi. Bu seçgilərdə %85- ə yaxın olan rəqəm, deyişiklik istəyənlərin qatılımı ilə olmuşdur. Başqa sözlə 39 milyon səsin %25 –i, yəni təqribən 9 milyon səs dinməz söləməz Əhmədi Nəjada səs verməmişdir.

2-    Geçən seçgilərin birinci və ikinci mərhəhələsindəki səs dağılımı aşağıda göstərilmişdir. Bu rəqəmlərin analizi bu dəfəki seçgilərin saxdtalaşdırıldığının göstəricisi ola bilər.

                                         (Birinci mərhələ)

-       Əli əkbər haşimi Rəfsəncani             6.16  milyon səs.

-       Mahmid Əhmədi Nəjad                     5.71      “         “   .

-       Mehdi Kərrubi                                    5.7        “         “   .

-       Məhəmməd Bağır Qalibaf                  4.7        “         “  .

-       Məhəmməd Muin                               4.5         “         “  .

-       Əli Laricanı                                         1.74       “         “  . 

-       Möhsün Mehrəlizadə                          1.29       “         “  .                                                          

                                Cəmi                   29.8       “         “  .

 

                                         ( ikinci mərhələ)  

-       Məhmud      Əhmədi Nəjad                 17.25  Milyon səs.

-       Əli Əkbər Haşimi Rəfsəncai                10.04      “        “  .

                               Cəmi                     27.29      “        “  .

3

Bu rəqəmlər özü özlüyündə, geçən seçgilərdəki saxtakarlığın bir nişanəsi olduğu kimi bu səfərki seçgi nəticələrinində uydurma olduğunu açıqca göstərməkdədir. Birinci mərhələdə islahatçılara yaxın namzədlərin toplam səsi təqribən 20 milyon olduğu halda, ikinci mərhələdə Əhmədi Nəjadın qazanması necə mümükün olar. O dönəm, Kərrubi və Rəfsəncani, saxdalaşdırmaya qısıtlı etiraz etsələrdə iki dəlilə görə başını qovmdadılar.

Birincisi: O ölkədəki primitiv seçgi sistəmi, protokol hazırlanması və nəticə elanları kontrola imkan vermədiyinə görə, etirazların nəticəsiz qalacağı.

İkincisi  : Hər halda rejimin daxilindəki qrupların hankısının prezident olmasının islam cumhuriyəti üçün böyük fərqinin olmaması. 

 Ikinci mərhələdə Rəfsəncani ilə müxalifət üçün Əhmədi Nəjadın səslərinin 17 milyona qalxmasını sovunanlar var. Ancaq, bu səfər Rəfsəncanı işin içində olmadığına görə və həmçinin geçən seçgilərdə iştirak edən namzədləri müdafiə edən qrup, parti və quruluşların əksəriyəti, Kərrubi vəya musəvini himayət etdiklərinə görə Əhmədi Nəjadın səsi ancaq nüfüs artımına bağlı olaraq 8 vəya pul və yeralma dağıtdığı insanların sayına görə 9-10 vəya başqa mühafizəkarların himayəsinə görə 11.12 milyon ola bilərdi. Belə olan halda, Musəvi, Kərrubi və Rizai çülüyünün səsi 27-28  milyon olmalıydı.

Mir Hüseyin Musəvinin seçgi təbliqat mərkəzinin fəallarından biri, sayın Məxməlbaf-in Fransa radiyosuna həmin günlər verdiyi bir müsahibədə söylədiyi sözlər də, yuxarıdakı rəqəmləri təsdiqləyir. O, müsahibəsində deyirdi  “daxili işlər nazirliyindən mənə zəng açaraq, Musəvinin 19 milyon səslə prezident və Əhmədi Nəjadın 12 milyon səs ilə iknci olduğunu bildirdilər. Bu xəbəri Musəviyə çatdırdıqdan sonra, o, günorta çağı öz qalibiyətini elan edrərək, milləti təbrik etdi. Ancaq, ondan sonra nə olduysa, vərəq döndü.

3-    Möhsün Rizai-nin təkilifi üzərə seçgilərdəki saxtakarlığın sübutu üçün “milli kodlar” la səs verənlərin kimi seçdikləri yoxlanıla bilər. Bu yerinə yetirilmədiyi müddətcə, pozuntunun varlığına şübhə ediləməz. Həmin metodla araşdırmalar yapan Rizai 3.5 miyon səs aldığnı vurqularkən, ona səs verənlərin iki gündə göndərdiyi kodlar esasında bir milyona yaxın səs aldığı göstərilmişdir. Hal buki, daxili işlər nazirliyinin yaydığı rəqəm 600 min göstərməkdədir.

4-    Aşağıdakı hadisələr saxdalaşdırmanın öncədən hazırlanmış olmasının sübutu sayıla bilər.

a-    Daxili işlər nazirliyinin seçgi komisyonunun öncədən bildirdiyinə görə, seçgi bölgə və məntəqələrindən gələn nəticələr nazirlikdəki seçgi odasında toplaşacaq və elan olunacaqdı. O günü o odanın başında, ancaq daxili işlər naziri “Sadiq Məhsuli” seçgi komisyon başqanı “Kamran Danişcu” və əmniyət idarəsi müavini “ sərdar Əhməd riza Radan” bulunacağı da vurqulanmışdı. Nəticələrin elan edilmə metodu, səslərin sayı bitmədən elan edilməsi, Əhmədi Nəjadın başlangicdan düz bir xətt üzərinə öndə gedməsi, bəzi bölgələrdə Əhmədi Nəjadın öndə olma mümkünsüzlyü kimi hadisələr göstərirki, bu üç nəfər, hazırladıqları senaryo əsasında rəqəmləri millətə yedirtmişlər. Xamineyi-nin tələsik təbriki açıqca göstərir ki, bu senaryo öncədən yazılmışdı. Bu saxtakarlıq o qədər naşılıqla aparıldı ki, göndərilən səslərin toplanıb, münasib

 

4

bir şəkildə yer bə yer edilməsi ilə deyil, protokollardakı sayılara  baxmadan quraşdırdıqları formul əsasında məlumat verdiklərində şübhə yeri qalmamışdır. Bəzi məntəqələrdə sandıqdan çıxan səs oranının %140 faiz olmasını bəyan edən Mühtəşəmi, saxtakarlıq sistemindəki formulu anlamamışdır, məncə.

O günü daxili işlər nazirliyində bütün çalışanlara mürəxəslik verilməsini düzgün dəyərləndirmək lazimdir.

b-    Seçgi qabağı münazirələr, hər şeyin azadlıqda olacağını göstərmək üçün olsa da, əslində bu saxtakarlığın ört basdır etməsi üçün ortaya çımışımış.

c-    Kərrubinin partiyasının, 2 milyon üzvü olduğu, partiya məsulları tərəfindən bəyan edilmişdi. Eyni halda onun cəsarətli çıxışlarına rəğbət bəsliyənlər az deyildi. Tələbə hərəkatından tutmuş, çeşitli qurum və quruluşların onu müdafiəsi də unudulmamışdır. Bütöv Lorustanın iki milyon səsinidə nəzərə alarsaq, ona çıxartdıqları 300 min səs, ancaq onu təhqir üçün, intiqam hissi ilə  bəyan edilmişdir. Geçmişdə hakimiyət qanadlarında xidmət edənlərin, xalqın azadlıq davasına qoşulanlarının  gözünü qorxudmaq da bunun başqa dəlili sayıla bilər. Geçən seçgilərdə 5.7 milyon səs alan kərrubiyə oxunan bu rəqəm saxtalaşdıranların naşılığının başqa bir dəlilidir.

Bu və buna bənzər misalları artırmaq olsa da, bu barədə sözü bundan artıq uzaldıb zamanızı almaq istəmirəm.

Ikinci sualın cavabının müsbət olma ehtimalı az olsa da, yəni, seçgilər ləğv edilib, yenidən geçirləcəksə, milli hərəkatımızın daha ayıq və güclü müdaxiləsi xeyirli ola bilər. Fikrimcə, tanınmış milli fəallarımızdan birinin, fədakarlıq edərək, öz namzədliyini irəli sürməsi, indiki durumda hərəkatımızın böyük başarısı ilə nəticələnə bilər. Fədakarlıq sözünü ona görə işlədirəm ki, hər kəsin bildiyi kimi bizim o ölkədə prezident olma istək və arzumuz yoxdur. Ancaq, millətimizin əl-ayağını toparlayıb güclü bir dirçəliş və dirənişə böyük ehtiyacımız var. Milli hərəkatımızım içindən çıxan belə bir soydaşımızın bu riski qəbul etməsi, böyük çətiniklərlə qarşılaşacağını bilməsi ilə qoşadır. Ancaq bu durumda hamımızın var gücü ilə adayımızın arxasında durması və son nəfəsə qədər vuruşması Azərbaycana çox şey qazandıracaqdır.

Farsçı hakimiyət bunları bildiyinə görə yenilənən seçgilərdə ancaq bu dörd namzədin yarışmasına imkan yarada bilər. Bu halda Dr. Ələmi bəyin öz durum, tutum və istəyindən asılı olaraq, onun namzədliyinin qəbul edilməsi üçün aparılacaq fəaliyətlər nisbi başarı qazana bilər.

-Bu səfərki prezident seçgilərində, sayın Dr. Ələmi bəyin namzədliyi ilə bağlı aparılan dəyərli fikir mübahisələri, milli fəallarımızın ayıqlığı və məsuliyət hissindən xəbər verməlkdədir. Bu barədə geniş müzakirələr aparıldığına görə ona yenidən başlamaq niyətim yoxdur. Ancaq, bir tərəfdən, hətta ordu və sipah daxilində olan azərbaycanlıları milli hərəkətə qoşulmağa dəvət edərkən, o biri tərəfdən də rejimə və hətta fars şovinizminin ayrı-ayrı qollarında xidmət etmiş siyasətçilərimizin bizə qoşulmasında maniə törətmək məntiqə uygun görünməməkdədir. Hələ, çalışdığı sahələrdə, milli hərəkatımızın mənafei uğrunda addım atmışların hesabını, manqurtlardan ayırma qabiliyətində olamalıyıq. Unutmamaq lazimdi ki, illər öncə zəncandan millət vekili seçilmiş, müharibə yaralısı olan sayın Həkimi Purun millətimizə xidmətləri az olmamışdır.

5

Bu şəxsiyətin çətri altında işıq üzü görən “ Ümidi Zəncan” qazetinin milli hərəkatımızdakı rolu unudulmamışdır. Bugün həmin bölgədə güclü milli təfəkkürün yaranmasında, bu toxunulmaz insanlarımızın rolu müsbət dəyərləndirilərək, bundan sonra da gələnlərə  qapılarımız açıq olmalıdır.Tarixi təcrübələrdən faydalanaraq, diktator rejimlərin içindən çürümə fəlsəfəsini düzgün dərk etməliyik.

Əmin və arxayınam ki, ayıq millətimiz bütün imkanlardan düzgün faydalanaraq, milli hərəkatımızın təhrifinə imkan vermiyəcəkdir.

Böyük Rəsuloğlu          18.06.2009