Iranda seçkilərdə saxtakarlıq, dini baxımdan vacib sayılır

Babək Azəri: «Dini xadimlər xalqı aldadır ki, seçkilərdə saxtakarlıq etmək cənnətin qapısın üzümüzə açır»

Iyunun 13-də  ran Islam respublikasında növbəti prezident seçkiləri keçirildi. Iran prezidenti Mahmud Əhmədinecat yenidən prezident seçildi. Bu isə Iranda böyük aqressiya ilə qarşılandı. Prezident seçkilərinin ədalətsiz keçirildiyini deyən tələblər etiraz aksiyasına başlayıb. Bu isə 2003-cü il oktyabrın 15-də Azərbaycanda baş verən qanlı olayın təkrarlanması ilə nəticələnib. Yəni Bakıda 15 oktyabrda polisin və qara maskalıların etirazçıları vəhşicəsinə döyməsi bu gün Iranda təkrarlanır. Müsahibimiz Isveçdə yaşayan türk qardaşımız Babək Azəridir. Bildiyiniz kimi o, Iranda doğulub və 17 yaşından sonra ölkəsini tərk edib. Bizi isə ilk növbədə Irandakı prezident seçkiləri zamanı azərilərin mövqeyi maraqlandırır
- Ümumi halda Güney Azərbaycanın milli hərəkatına aid olan təşkilatlar Iranda seçki oyunlarını baykot etdilər. O cümlədən, GAMOH təşkilatı Güney Azərbaycanın Milli Dirəniş təşkilatı, Istiqlal Partiyası, DAK təşkilatı, Federal Demokrat Hərəkatı, Güney Azərbaycanın Diplomatik Komisyonu və Güney Azərbaycanın Demokrat Pariyası haqqında söhbət gedən məsələ ətrafında birmənalı şəkildə qəti mövqe göstərdilər.
- Niyə görə siz adını çəkdiyiniz təşkilatların bəziləri seçkilərə 3… 4 gün qalmış münasibət bildirdilər?
- Bəzi təşkilatlar, məsələn, Istiqlal Partiyası və ya Güney Azərbaycanın Milli Dırəniş Təşkilatı çox tez münasibət bildirdilər. Amma bəzi təşkilatlar, o cümlədən, Federal Demokrat Hərəkatı seçkilərə ancaq bir neçə gün qalmış öz mövqeylərinə aydınlıq gətirdilər. Onların fikrinə görə, seçki oyununu baykot etmədə heç şübhələri olmayıb. Onlar belə hesab edilər ki, Iranda prezident seçkisi və namizədlərin arasında olan ciddi təzadlardan millətçi qüvvələr faydalanıb, milli hərəkatımıza təbliğat aparalar. Əgər onlar çox tez seçkilərı boykot etsəydilər, bu iş onların fəaliyyətinə mane ola bilərdi. Hər halda, bu izahat qane edicidi, ya yox, bu olanların sözüdür.
- Iran rejiminə aid olan xəbər qaynaqları belə məlumat yayırlar ki, Iranda, o cümlədən, Güney Azərbaycanda çox sayda xalq bu seçkilərdə iştirak edib və əksəriyyət Əhmədinejada səs verib.
“Haray, haray, mən TÜRKƏM!”
Iran rejiminə aid olan xəbər qaynaqları Iran hökumətinin müxtəlif dairələrinə istinad edib çox fərqli və eyni zamanda bir-biri ilə təzad təşkil edən rəqəmlər verirlər. Bəzi yerlərdə iddia olunur ki, guya təbrizlilərin 70 faizi Əmədinijada səs veriblər. Amma digər yerlərdə belə məlumat verilir ki, təbrizlilərin 50 faizi Əhmədinejada səs verib. Ən maraqlısı bundan ibarətdir ki, o biri tərəfdən Mirhüseyn Musəvinin tərafdarları iddia edirlər ki, Güney Azərbaycanlıların 70 faizi Mirhüseyn Musəviyə səs veriblər. Belə olan vəziyyətdə bu rəqəmlərin hər hansı birinə inanmaq ağılsızlıqdır. Milli fəalların verdiyi məlumata görə, güney azərbaycanlıların əksəriyyəti prezident seçkilərini boykot ediblər. Bizim əlimizdə konkret məlumat var ki, Irandakı prezident seçkiləri ilə bağlı onlarla milli fəal həbs olub və onlarla yurddaşımız bədən xəsarəti görüb. Güney Azərbaycanın müxtəlif şəhərlərində seçki oyununa qarşı yurddaşlarımız etiraz aksiyaları keçiriblər. Onlar uca səslə “Haray, haray, mən türkəm!”, “Ölüm olsun faşistə”, “Ölüm olsun diktatora” şüarların hayqırıblar. Bu barədə bizim əlimizdə video görüntülər var ki, iddiamızı sübut edir.
- Iranda seçki necə həyata keçırilir?
- Iran daxili işlər nazirliyinin əsas vəzifələrindən birisi də seçkiləri hayata keçirməkdir. Amma Iran Ana Yasasının 99-cu maddəsində qeyd olunub ki, Keşikçi Şurası gərək seçkilərə nəzarət etsin. Keşikçi Şurası Iranda seçkilərin hayata keçirilməsinə, səslərin sayılmasına nəzarət edir, bundan da əlavə seçkilərlə bağlı şıkayətlərə baxma və seçkilərin nəticəsin təsdiqləmə onun vəzifəsi sayılır. Əməldə Iran daxili işlər nazirliyi Keşikçi Şurasının qolu kimi fəaliyyət göstərir. Ounun əsas vəzifəsi Keşikçi Şurasının nəzarəti altında fəaliyyət göstərib və onun fərmanlarını icra etməkdir. Keşikçi Şurası 12 üzvdən ibarətdir və onun 6 üzvü dini xadimdir. Onları dini rəhbər, yəni Xamneyi təyin edir. Amma qalan 6 nəfəri Ədliyyə Naziri təklif edir və məclisin təsdiqi ilə adı çəkilən şuraya üzv seçilirlər. Bu formada milyonlarla insanın səslərinə nəzarət etmək, tanınmış domokrat normalara uyğun gəlmir. Elə Iran rejiminə aid olan xəbər qaynaqları da belə xəbər yayırlar ki, Iranda, o cümlədən, Güney Azərbaycanda çox sayda xalq bu seçkilərdə iştirak edib və əksəriyyət Əhmədinejada səs verib.
“Iranda seçkini ruhanilər saxtalaşdırır”
Bu səbəbə görə də Irandakı prezident və ya məclis seçkilərində dəhşətli saxtakarlıqlar baş verir. Xüsusən də Iranın bəzi fars millətindən olan ruhaniləri bu düşüncədədirlər ki, əgər islamın xeyrinə olsa, səslərin sayına əl aparıb, dəyişmək olar. Başqa sözlə, onlar seçkilərdə saxtakarlığı bəzi hallarda bir savab işi sayırlar və savab işlə onların cənnətə getməsi rahatlaşır. Bir neçə gün öncə ayətullah Mesbah Yazdi fitva verib və səslərin Əhmədinijad xeyrinə dəyişilməsin Islam nəfinə olduğun bildirib. Siz nəzərə alın ki, Keşikçi Şurasının əksəriyyəti ruhanidirlər - belə bir fitva onlarin üstündə çox təsir qoyub və seçkilər onların əli ilə saxtalaşdırılır. Dini xadimlər xalqı aldadır ki, seçkilərdə saxtakarlıq etmək cənnətin qapısın üzümüzə açır.
- Mümkünsə, bu fitva barəsində ətraflı məlumat verin.
- Milliyyəti fars olan ayətullah Mesbah Yazdi Iranın ali din xadimlərindən biri sayılır, o dini öyrətmən xebrəgan məclisinin üzvi, mədəni inqilabının ali şurasının üzvi və “Imam Xumeyni” adli təlim və araşdırma mərkəzinin rəhbəridir. O, eyni zamanda Əhmadinijadı himayə edir. Seçkilərdən bir neçə gün öncə onda belə bir nigarançılıq vardı ki, Əhmədinijad seçilməyəcək. Elə bu səbəbə görə, seçkilərin məsullarına bir məktub yazıb. O, öz məktubunda Quranın Bəqərə surəsindən 249-cu ayəni şərh edib. Bu ayədə qeyd olunur ki, Talutun ordusu Calutun ordusuyla savaşa gedəndə onlar bir çay başına çatırlar və Talut öz ordusuna deyir ki, Allah sizi imtahan edir, bu sudan içməyin. Ordunun əksəriyyəti onun sözünə baxmır və sudan içərək onu tərk edirlər. O, az sayda qalan ordusuyla Calutun çox sayda olan ordusu ilə üzləşəndə bəziləri deyir ki, biz neçə çox sayda olan düşmənə qalib gələ bilərik? Amma Allahın ümidinə inam bəsləyənlər, deyirlər ki, əgər Allah istəyirsə, az sayda olanlar çox sayda olan düşmənə qalib gələ bilər. Ayətullah Mesbah Yazdi bu ayəni şərh edəndən sonra, seçki məsullarına xatırladır ki, əgər bir fərdin prezident seçilməsi islam dininin dəyərlərini Fələstində, Livanda, Venesuellada təhlükəyə salırsa, ona səs vermək haramdı və seçki məsullarının dini vəzifəsidir ki, o fərdi kənara ata, əldən çixma vəziyyətində olanı yenidən əldə saxlaya. Ayətullah Mesbah Yazdinin son cümləsindən, yəni əldən çixma halında olanı yenidən əldə saxlayaq, deməsində əsas məqsəd Əhmədinijaddır. Onun 4 illik prezident müddəti başa çatıb və o, seçki məsullarına məsləhət verir ki, onun əldən çıxmasına mane olalar. Iran daxli işlər nazirliyinin işçiləri bu fitvayla əlaqədar bir açıq məkub yazıb və seçkilərdə saxtakarliqla baqlı xəbərdarlıq vermişdilər.
- Iranın xəbər agentlikləri elan ediblər ki Əhmədinejad 24 milyondan artıq səslə yenidən prezident seçilib, onun rəqibi Mirhüseyn Musəvi seçkilərdə saxtakarlıq olduğunu iddia edir. Siz seçkilərlə bağlı bir neçə konkret misal çəkə bilərsinizmi?
Əhmədnecadı yer üzündə olmayan kəndlilər niyə “çox sevir”
- Iranda Əhmadinijad prezident seçiləndən sonra hökumət orqanı sayılan idarəçilik və planlaşdırma təşkilatının fəaliyatinə son qoymuşdu. Adi çəkilən təşkilat Iranın kəndlərində yaşayan əhalinin sayı barəsində 1976-cı ildə və 2006-cı ildə statistik məlumat verib. Prezident seçkiləri ilə bağlı seçki məsulları 1976-cı ildə verilən məlumatı nəzərə alıb və kəndlərə səs sandığı göndəriblər. Amma 1976-cı ildən bəri, yəni 30 ilin ərzində Iranda çoxlu kəndlər aradan gedib. Məsələn, 2006-cı ildə verilən statiskataya nəzər salanda məlum olur ki, Təbrizin ətrafında yerləşən 60 kənd artıq yoxdur. Amma seçki məsulları bu aydın faktı nəzərə almırlar, onlar ancaq 1976-cı ildə verilən statistikanı əsas götürürlər. Iranda 200 əsas şəhər var, fərz edin hər şəhərlə bağlı köhnə statistikaya dayanıb 50 kənd 400 nəfər əhalini artıq hesablayırlar. Əgər 200 nəzərdə tutsaq, onu 50-yə vursaq və onda bu edəcək 4000000 nəfər saxta səs. Elə bu səbəbə görə də, təəccüb yeri yoxdur ki, Əhmədinejad tez-tez iddia edir ki, kəndlilər məni çox sevirlər.
- Babək bəy, Azərbaycanda prezident və parlament seçkiləri zamanı seçicilərin səsini müxtəlif qiymətlərə satın alırlar. Sizcə bu iyrənc üsuldan Irandakı prezident seçkiləri zamanı istifadə olunmadı ki?
“Əhmədinejat kasıblara pul paylayıb”
- Düzdür. Dünyanın totalitar rejimləri çalışırlar ki, pul gücünə seçkilərdə səsi və reklam şoularında millətin dəstəyin alsınlar. Məsələn, Latın Amerikasının bəzi ölkələrində seçkilər zamanı səsi 5 dollara alırlar. Amma Iran inkişaf tapdığına görə, çoxlarının rəyini bir vədə bozbaşla da almaq olur. Əhmədinejad bunu yaxşı bildiyi üçün xüsusən keçən son ildə çoxlu sayda yoxsuların arasında 60-100 min tümən pul paylayıb və çalışıb ki, seçki zamanı onların səsini ala. Bundan da ələvə, ona qarşı ittiham vurulur ki, o, prezident olan zaman bir milyard dollar yox olub. Bəzilərinin nəzərinə görə, Əhmədinejad bu pulla yenidən prezident seçilmək üçün dövlət admlarına rüşvət veribdir.
Sonda fikrimi belə ümumiləşdirmək istərdim, unutmayın ki, Iranda Keşikçi Şurası yeganə hökumət orqanıdır, seçkilərə nəzarət haqqı var. Bu, o mənadadır ki, seçicilərin sayını və hər hansı namizədin qalib gəldiyini öz istədiyi kimi göstərə bilər.
Arzu

ايراندا سئچکيلرده ساختاکارليق، ديني باخيمدان واجيب ساييلير

 

تبریز سسی : بابک آذري : « ديني خاديملر خالقي آلدادير کي، سئچکيلرده ساختاکارليق ائتمک جنّتين قاپيسين اوزوموزه آچير » 

اييونون 13- ده ران ايسلام رئسپوبليکاسيندا نؤوبتي پرئزيدئنت سئچکيلري کئچيريلدي. ايران پرئزيدئنتي محمود احمدی نژاد يئنيدن پرئزيدئنت سئچيلدي. بو ايسه ايراندا بؤيوک آقرئسسييا ايله قارشيلاندي. پرئزيدئنت سئچکيلري نين عدالتسيز کئچيريلديگيني دئين طلبلر اعتيراض آکسيياسينا باشلاييب. بو ايسه 2003- جو ايل اوکتيابرين 15- ده آذربايجاندا باش وئرن قانلي اولايين تکرارلانماسي ايله نتيجله نيب. يني باکيدا 15 اوکتيابردا پوليسين و قارا ماسکاليلارين اعتيراضچيلاري وحشيجه سينه دؤيمه سي بو گؤن ايراندا تکرارلانير. مصاحيبيميز ايسوئچده ياشايان تؤرک قارداشيميز بابک آذريدير. بيلديگينيز کيمي او، ايراندا دوغولوب و 17 ياشيندان سونرا اؤلکه سيني ترک ائديب. بيزي ايسه ايلک نؤوبه ده ايرانداکي پرئزيدئنت سئچکيلري زاماني آذربایجانلی لارین مؤوقئيي ماراقلانديرير . 

- عومومي حالدا گؤنئي آذربايجانين ميللي هرکاتينا آيد اولان تشکيلاتلار ايراندا سئچکي اويونلاريني بايکوت ائتديلر. او جومله دن ، گاموح تشکيلاتي ، گؤنئي آذربايجانين ميللي ديره نيش تشکيلاتي ، ايستيقلال پارتيياسي ، داک تشکيلاتي ، فئدئرال دئموکرات هرکاتي ، گؤنئي آذربايجانين ديپلوماتيک کوميسيونو و گؤنئي آذربايجانين دئموکرات پاريياسي حاقيندا صؤحبت گئدن مسئله اطرافيندا بيرمنالي شکيلده قطعي مؤوقئ گؤسترديلر. 

- نييه گؤره سيز آديني چکديگينيز تشکيلاتلارين بعضيلري سئچکيلره 3… 4 گؤن قالميش موناسيبت بيلديرديلر؟ 

- بعضي تشکيلاتلار، مثلن، ايستيقلال پارتيياسي و يا گؤنئي آذربايجانين ميللي ديره نيش تشکيلاتي چوخ تئز موناسيبت بيلديرديلر. آما بعضي تشکيلاتلار، او جومله دن، فئدئرال دئموکرات هرکاتي سئچکيلره آنجاق بير نئچه گؤن قالميش اؤز مؤوقئيلرينه آيدينليق گتيرديلر. اونلارين فيکرينه گؤره، سئچکي اويونونو بايکوت ائتمه ده هئچ شوبهه لري اولماييب. اونلار بئله حساب ائديلر کي، ايراندا پرئزيدئنت سئچکيسي و ناميزدلرين آراسيندا اولان جيدي تزادلاردان ميلتچي قوووه لر فايدالانيب، ميللي هرکاتيميزا تبليغات آپارالار . اگر اونلار چوخ تئز سئچکيلري بويکوت ائتسيديلر، بو ايش اونلارين فعاليتينه مانع اولا بيلردي. هر حالدا، بو ايضاحات قانع  ائديجيدي، يا يوخ، بو اولانلارين سؤزودور. 

- ايران رئژيمينه آيد اولان خبر قايناقلاري بئله معلومات ياييرلار کي، ايراندا، او جومله دن، گؤنئي آذربايجاندا چوخ سايدا خالق بو سئچکيلرده ايشتيراک ائديب و اکثريت احمدي نژادا سس وئريب. 

" هاراي، هاراي، من تؤرکم! "  

ايران رئژيمينه آيد اولان خبر قايناقلاري ايران هؤکومتي نين موختليف دايره لرينه ايستيناد ائديب چوخ فرقلي و عئيني زاماندا بير - بيري ايله تزاد تشکيل ائدن رقملر وئريرلر . بعضي يئرلرده ايديعا اولونور کي، گويا تبريزلي لرين 70 فايزي احمدي نژادا سس وئريبلر . آما ديگر يئرلرده بئله معلومات وئريلير کي، تبريزلي لرين 50 فايزي احمدی نژاد ا سس وئريب. ان ماراقليسي بوندان عيبارتدير کي، او بيري طرفدن ميرحسین موسوي نين ترافدارلاري ايديعا ائديرلر کي، گؤنئي آذربايجانليلارين 70 فايزي ميرحسین موسوي يه سس وئريبلر. بئله اولان وضعيتده بو رقملرين هر هانسي بيرينه اينانماق عاغيلسيزليقدير. ميللي فعاللارين وئرديگي معلوماتا گؤره، گؤنئي آذربايجانليلارين اکثريتي پرئزيدئنت سئچکيلريني بويکوت ائديبلر. بيزيم اليميزده کونکرئت معلومات وار کي، ايرانداکي پرئزيدئنت سئچکيلري ايله باغلي اونلارلا ميللي فعال حبس اولوب و اونلارلا يوردداشيميز بدن خسارتي گؤروب . گؤنئي آذربايجانين موختليف شهرلرينده سئچکي اويونونا قارشي يوردداشلاريميز اعتيراض آکسييالاري کئچيريبلر. اونلار اوجا سسله  " هاراي، هاراي، من تؤرکم! " ،  " اؤلوم اولسون فاشيسته " ،  " اؤلوم اولسون ديکتاتورا "  شوعاعرلارين هايقيريبلار. بو باره ده بيزيم اليميزده ويدئو گؤرونتولر وار کي، ايديعاميزي ثوبوت ائدير. 

- ايراندا سئچکي نئجه حياتا کئچيريلير؟ 

- ايران داخيلي ايشلر ناظيرليگي نين اساس وظيفه لريندن بيريسي ده سئچکيلري حاياتا کئچيرمکدير. آما ايران آنا ياساسي نين 99- جو مادده سينده قئيد اولونوب کي، کئشيکچي شوراسي گرک سئچکيلره نظارت ائتسين. کئشيکچي شوراسي ايراندا سئچکيلرين حاياتا کئچيريلمه سينه، سسلرين ساييلماسينا نظارت ائدير، بوندان دا علاوه  سئچکيلرله باغلي شيکايتلره باخما و سئچکيلرين نتيجه سين تصديقله مه اونون وظيفه سي ساييلير. عملده ايران داخيلي ايشلر ناظيرليگي کئشيکچي شوراسي نين قولو کيمي فعاليت گؤسترير. اوونون اساس وظيفه سي کئشيکچي شوراسي نين نظارتي آلتيندا فعاليت گؤستريب و اونون فرمانلاريني ايجرا ائتمکدير. کئشيکچي شوراسي 12 عضودن عيبارتدير و اونون 6 عوضوو ديني خاديمدير. اونلاري ديني رهبر، يني خامنه اي تعيين ائدير. آما قالان 6 نفري عدليييه ناظیري تکليف ائدير و مجليسين تصديقي ايله آدي چکيلن شورايا عضو سئچيليرلر. بو فورمادا ميليونلارلا اينسانين سسلرينه نظارت ائتمک، تانينميش دوموکرات نورمالارا اويغون گلمير. ائله ايران رئژيمينه آيد اولان خبر قايناقلاري دا بئله خبر ياييرلار کي، ايراندا، او جومله دن، گؤنئي آذربايجاندا چوخ سايدا خالق بو سئچکيلرده ايشتيراک ائديب و اکثريت احمدی نژاد ا سس وئريب. 

" ايراندا سئچکيني روحانيلر ساختالاشديرير "  

بو سببه گؤره ده ايرانداکي پرئزيدئنت و يا مجليس سئچکيلرينده دهشتلي ساختاکارليقلار باش وئرير. خصوصن ده ايرانين بعضي فارس ميلتيندن اولان روحانيلري بو دوشونجه ده ديرلر کي، اگر ايسلامين خئيرينه اولسا، سسلرين سايينا ال آپاريب، دييشمک اولار. باشقا سؤزله، اونلار سئچکيلرده ساختاکارليغي بعضي حاللاردا بير ثواب ايشي ساييرلار و ثواب ايشله اونلارين جنّته گئتمه سي راحاتلاشير. بير نئچه گؤن اؤنجه آيت اله مصباح يزدي فيتوا وئريب و سسلرين احمدينيژاد خئيرينه دييشيلمه سين ايسلام نفينه اولدوغون بيلديريب. سيز نظره آلين کي، کئشيکچي شوراسي نين اکثريتي روحانيديرلر - بئله بير فيتوا اونلارين اوستونده چوخ تاثير قويوب و سئچکيلر اونلارين الي ايله ساختالاشديريلير. ديني خاديملر خالقي آلدادير کي، سئچکيلرده ساختاکارليق ائتمک جنّتين قاپيسين اوزوموزه آچير. 

- مومکونسه، بو فيتوا باره سينده اطرافلي معلومات وئرين. 

- ميلليتي فارس اولان آيت اله مصباح يزدي ايرانين عالي دين خاديملريندن بيري ساييلير، او ديني اؤيرتمن خبرگان مجليسي نين عضوي، مدني اينقيلابي نين عالي شوراسي نين عضوي و  " امام خميني "  آدلي تعليم و آراشديرما مرکزي نين رهبريدير. او، عيني زاماندا احمدي نژادي هيمايه ائدير. سئچکيلردن بير نئچه گؤن اؤنجه اوندا بئله بير نيگارانچيليق واردي کي، احمدي نژاد سئچيلميه جک. ائله بو سببه گؤره، سئچکيلرين مسئول لارينا بير مکتوب يازيب. او، اؤز مکتوبوندا قرآنين بقره سوره سيندن 249- جو آيتیني شرح ائديب. بو ه  قئيد اولونور کي، تالوتون اوردوسو جالوتون اوردوسويلا ساواشا گئدنده اونلار بير چاي باشينا چاتيرلار و تالوت اؤز اوردوسونا دئيير کي، آلله سيزي ايمتاحان ائدير، بو سودان ايچمگين. اوردونون اکثريتي اونون سؤزونه باخمير و سودان ايچه رک اونو ترک ائديرلر. او، آز سايدا قالان اوردوسويلا جالوتون چوخ سايدا اولان اوردوسو ايله اوزلشنده بعضيلري دئيير کي، بيز نئچه چوخ سايدا اولان دوشمنه قاليب گله بيلريک؟ آما آلله هين اوميدينه اينام بسله ينلر، دئييرلر کي، اگر آللاه ايسته ييرسه، آز سايدا اولانلار چوخ سايدا اولان دوشمنه قاليب گله بيلر. آيت اله مصباح يزدي بو آيني شرح ائدندن سونرا، سئچکي مسئول لارينا خاطيرلادير کي، اگر بير فردين پرئزيدئنت سئچيلمه سي ايسلام ديني نين ديرلريني فلسطينده، ليواندا، ونزوئلادا تهلوکه يه ساليرسا، اونا سس وئرمک هارامدي و سئچکي مسئوللاري نين ديني وظيفه سيدير کي، او فردي کنارا آتا، الدن چيخما وضعيتينده اولاني يئنيدن الده ساخلايا. آيت اله مصباح يزدي نين سون جومله سيندن، يني الدن چيخما حاليندا اولاني يئنيدن الده ساخلاياق، دئمه سينده اساس مقصد احمدينيژاددير. اونون 4 ايلليک پرئزيدئنت مودتي باشا چاتيب و او، سئچکي مسئوللارينا مصلحت وئرير کي، اونون الدن چيخماسينا مانع اولالار. ايران داخلي ايشلر ناظیرليگي نين ايشچيلري بو فيتوايلا علاقه دار بير آچيق مکوب يازيب و سئچکيلرده ساختاکارليقلا باقلي خبردارليق وئرميشديلر. 

- ايرانين خبر آگئنتليکلري ائلان ائديبلر کي احمدي نژاد 24 ميليوندان آرتيق سسله يئنيدن پرئزيدئنت سئچيليب، اونون رقيبي ميرحسین موسوي سئچکيلرده ساختاکارليق اولدوغونو ايديعا ائدير. سيز سئچکيلرله باغلي بير نئچه کونکرئت ميثال چکه بيلرسينيزمي؟ 

احمدنژادي يئر اوزونده اولمايان کندليلر نييه  " چوخ سئوير "  

- ايراندا احمدي نژاد پرئزيدئنت سئچيلندن سونرا هؤکومت اورقاني ساييلان ايداره چيليک و پلانلاشديرما تشکيلاتي نين فعاليياتينه سون قويموشدو. عادي چکيلن تشکيلات ايرانين کندلرينده ياشايان اهالي نين سايي باره سينده 1976- جي ايلده و 2006- جي ايلده ستاتيستيک معلومات وئريب. پرئزيدئنت سئچکيلري ايله باغلي سئچکي مسئوللاري 1976- جي ايلده وئريلن معلوماتي نظره آليب و کندلره سس سانديغي گؤندريبلر. آما 1976-جي ايلدن بري، يني 30 ايلين عرضينده ايراندا چوخلو کندلر آرادان گئديب. مثلن، 2006- جي ايلده وئريلن ستاتيسکاتايا نظر سالاندا معلوم اولور کي، تبريزين اطرافيندا يئرلشن 60 کند آرتيق يوخدور. آما سئچکي مسئول لاري بو آيدين فاکتي نظره آلميرلار، اونلار آنجاق 1976-جي ايلده وئريلن ستاتيستيکاني اساس گؤتورورلر. ايراندا 200 اساس شهر وار، فرض ائدين هر شهرله باغلي کؤهنه ستاتيستيکايا دايانيب 50 کند 400 نفر اهاليني آرتيق حسابلاييرلار. اگر 200 نظرده توتساق، اونو 50- يه وورساق و اوندا بو ائده جک 4000000 نفر ساختا سس. ائله بو سببه گؤره ده، تعجوب يئري يوخدور کي، احمدي نژاد تئز- تئز ايديعا ائدير کي، کندليلر مني چوخ سئويرلر. 

- بابک بي، آذربايجاندا پرئزيدئنت و پارلامئنت سئچکيلري زاماني سئچيجيلرين سسيني موختليف قييمتلره ساتين آليرلار. سيزجه بو اييرنج اوصولدان ايرانداکي پرئزيدئنت سئچکيلري زاماني ايستيفاده اولونمادي کي؟ 

   " احمدي نژاد کاسيبلارا پول پايلاييب "  

- دوزدور . دونيانين توتاليتر رئژيملري چاليشيرلار کي، پول گوجونه سئچکيلرده سسي و رئکلام شوولاريندا ميلتين دستگين آلسينلار. مثلن، لاتين آمئريکاسي نين بعضي اؤلکه لرينده سئچکيلر زاماني سسي 5 دوللارا آليرلار. آما ايران اينکيشاف تاپديغينا گؤره، چوخلاري نين رييني بير وعده بوزباشلا دا آلماق اولور. احمدي نژاد بونو ياخشي بيلديگي اؤچؤن خصوصن کئچن سون ايلده چوخلو سايدا يوخسولارين آراسيندا 60-100 مين تومن پول پايلاييب و چاليشيب کي، سئچکي زاماني اونلارين سسيني آلا . بوندان دا علاوه، اونا قارشي ايتتيهام وورولور کي، او، پرئزيدئنت اولان زامان بير ميليارد دوللار يوخ اولوب. بعضيلري نين نظرينه گؤره، احمدي نژاد بو پوللا يئنيدن پرئزيدئنت سئچيلمک اؤچؤن دؤولت آدملارينا روشوت وئريبدير. 

سوندا فيکريمي بئله عوموميلشديرمک ايسترديم، اونوتمايين کي، ايراندا کئشيکچي شوراسي يگانه هؤکومت اورقانيدير، سئچکيلره نظارت حاقي وار. بو، او معنادادير کي، سئچيجيلرين ساييني و هر هانسي ناميزه دين قاليب گلديگيني اؤز ايسته ديگي کيمي گؤستره بيلر. 

  آرزو 

تبریز سسی امکداشلاری طرفینده ن عرب الیفباسینا کؤچؤرلؤب .