Qatil viruslar insanın ən dəhşətli düşməni sayılırlar

 (Bu yazı İsveçin informasiya vasitələrində yayılan məlumata əsasən hazırlanıb.)

Babək Azəri   hüquqçu

Virus nədir?

Virus -- bioloji varlığın ən kiçik hissəsi sayılır və o, canlı orqanizmə sirayət edir. Amma qeyd etmək lazımdır ki, ümumi halda virus canlı sayılmır. Çünki onun metabolizması yoxdur, yəni qidalandırıcı maddəni alıb, onu enerjiyə çevirib və ya onu dəf etməyə qadir deyil. Elə bu səbəbə görə, virus həyatla ölüm arasında olan materiya adlanır. Virus müstəqil halda özünü çoxaltmağa qadir deyil, ancaq bir diri hüceyrəyə sirayət edəndən sonra, hüceyrədən bəhrələnib, özünü çoxaltmağa nəsib olur. Alimlərin nəzərinə görə, təqribən 600 virus var ki, insana sirayət edə bilər. Onların içərisində olan bəzi viruslar əgər insana sirayət edərlərsə, bu zaman insan ağır xəstəliyə düçar olar və ya hətta bu viruslar onun həyatına son qoya bilər. Bir neçə il bundan qabaq Afrikanın bəzi ölkələrində ebola adlı virus adamlara sirayət etmişdir. Beləki, onların burnundan, gözündən, qulağlndan qan gəlib, bədənin daxili orqanları əriməyə başlayıb və bu adamlar tərləyəndə, onlardan su əvəzinə qan tər kimi axırmış. Yəqin ki, bu cür ölüm hər bir kəsin dəhşətli kabusu sayılır.

 

Virusda mutasiya nədir?

Hər hansı bir zamanda virusun irsi xüsusiyyətinin bir nöqtəsində bir balaca dəyişiklik baş verərsə, o mutasiya adlanır. Nə zaman ki, virus istəyir özün çoxalda, bu zaman onda dəyişiklik baş verir. Ümumi halda, virus özün çoxaldanda onun irsi xüsusiyyəti səhv edib, virusun çoxalmasının qabağı alınır. Amma bəzi istisna hallarda virusun irsi xüsusiyyətində bəzi dəyişikliyin baş verməsi ilə virus özün çoxaldır. Bu formada yaranan yeni virus bəzi vaxt insan həyatı üçün çox təhlükəli ola bilər.

1918 - ci ildə qrip virusu ispan xəstəliyi də adlanırdı, o dünyanın müxtəlif yerlərində 40 milyon insanın ölümünə səbəb olmuşdu. Bu qatil virusun irsi xüsusiyyətinin 10 yerində mütasiya baş vermişdi.

Pandemiya nədir?

Pandemiya -- dünya səviyyəsində geniş yayılmış epedemiyadır. Belə ki, dünyada yaşayan insanların 25 - 35 % - i xəstələnirlər. Ümumi halda, pandemiya 6 - 8 həftə davam tapır və onun ikinci dalğası təqribən bir ildən sonra gəlir. Nəzəri baxımdan viruslar və bakteriyalar pandemiyaya səbəb ola bilərlər. Amma bu günkü vəziyyətdə viruslar ən təhlükəli hədə sayılırlar. Bunun da səbəbi bundan ibarətdir ki, bakteriya bais olan xəstəlikləri antibiotika ilə müalicə etmək olar. Amma virusa bais olan xəstəliklərlə bağlı çox az dərman var. Bunun da əsas səbəbi ondan ibarətdir ki, virusda mutasiya baş verir, yuxarıda qeyd etdiyimiz kimi, yəni irsi xüsusiyyətləri dəyişilir və elə buna görə, əvvəl gərək o analiz olunub, mahiyyəti öyrənilə, sonra onun qarşısını alan dərman istehsal oluna. Bundan da əlavə, virus xəstəliklərinin bəziləri hava, su və insanların bir - biri ilə təması vasitəsi ilə rahat formada sirayət edir. Bu günkü vəziyyətdə alimlərin nəzərinə görə, qrip pandemiyası gərək çox ciddi tutula. Qrip xəstəliyinin yaranmasına bir virus bais olur ki, o, çox rahat və sürətlə insanların arasında yayılır.

Bir neçə gün bundan qabaq Ümimdünya Səhiyyə Təşkilatı donuz qripi ilə bağlı bu ehtimalı verdi ki, o, insanlar arasında qrip pandemiyasına çevrilə bilər. Bu təşkilat hər bir xəstəliyin insanlar arasında sirayəti ilə bağlı 6 mərhələ təyin edib:

I mərhələ: Heyvanlarda olan viruslar insanlar üçün təhlükə sayılmırlar.

II mərhələ: Sübut olunur ki, bir qrip virus heyvandan insana sirayət edib.

III mərhələ: Bir neçə nümunə ilə sübut olunur ki, virus heyvandan insana sirayət edib və virusun digər insanlara sirayət etməsinə müəyyən sərhəd təsəvvür olunmur.

IV mərhələ: Kafi qədər insanlar arasında xəstəlik sirayət olunub və pandemiya təhlükəsi gözlənilir.

V mərhələ: Ən azı dünyanın iki ölkəsində çoxlu sayda insanlar müəyyən xəstəliyə düçar olublar.

VI mərhələ: Ən azı dünyanın iki hissəsində xəstəlik sürətlə yayılır.

Son pandemiya

Dünyanın son pandemiyası SPİD xəstəliyi sayılır və bu xəstəlik dünya səviyyəsində hər yerə yayılıb. 1981 - ci ildən bu günə kimi SPİD xəstəliyi 25 milyondan artıq insanı öldürüb. Və bu gün 30 - 40 milyon insan bu xəstəliyə düçardı. SPİD xəstəliyinə hiv virusu bais olur. Hər hansı bir insana ki, bu virus sirayət edir, ona qəti şəkildə əlac etmək mümkün deyil. Amma ömürboyu nizamlı formada dərman qəbul etmək lazımdır. Əlbəttə, hiv virusu ancaq qan və seksual rabitə ilə insandan insana sirayət edir. Əgər bu virus hava, su və ya adi təmaslar nəticəsində yayılmağa qadir olsaydı, o zaman bu xəstəlik yer üzünü büsbütün tutardı.

Donuz qripi

Donuz qripi 1930 - cu ildə tibbə məlum oldu, o, adi halda insana sirayət etmir, amma bəzi istisna hallarda keçə bilər. Misal üçün, donuzla daha çox təmasda olan insana keçə bilər. Adi qrip vakseni donuz qripinə təsir edə bilmir. Amma Avropa Birliyi Komisiyonunun verdiyi məlumata görə, donuz qripinə qarşı vaksen düzəltmə təqribən 100 gün vaxt aparar. Hər nədən qabaq vaksen düzəltmək üçün Ümumdünya Səhiyyə Təşkilatı izin verməlidir. Xatırladaq ki, bu təşkilat donuz qripinin yayılası ilə bağlı onun 4 - cü mərhələdən 5 - ci mərhələyə keçməsini təsdiqləyib. Ekspertlərin nəzərinə görə, 6 - cı mərhələ, yəni pandemiyanın real olduğu çox azdır və eyni halda donuz qripinin yayılması əgər pandemiyaya çevrilsə, bu pandemiyaya qarşı dünya miqyasında hazırlıq çox yüksək səviyyədədir. Çox təəssüflə, dünyanın müxtəlif yerlərində, o cümlədən Meksika, ABŞ, Yeni Zellandiya və Misirdən xəbər verilir ki, indsanlar donuz qripinə düçar olublar. Meksikada 159 nəfər dünyasını dəyişib və bunlardan ikisinin donuz qripindən öldüyü sübut olunub. Amerikadan xəbərdə bildirilir ki, 2 yaşında uşaq donuz qripi nəticəsində vəfat edib. İsveçə Meksikadan yeni gəlmiş iki nəfərin donuz qripinə düçar olduğu ehtimal edilir. İsveçdə hökümət dairələri hazırlıq görürlər ki, əgər əhalinin 40% - i donuz qripinə düçar olarsa, onda mübarizə edələr.