İlham
Əliyev çox insaflı və gözütox imiş

Mübariz
S. Əzimli
O,
Statoil-dan cəmi 41 milyon kron rüşvət alıb
Skandinaviya
ölkələrinin iş adamlarının mötəbər orqanı
olan "e24" sitəsi maraqlı bir yazı dərc edib. DN
Energy-yə (Dagens Nyheter qəzetinin (Skandinaviyanın 1 nömrəli
qəzeti, bax: http://www.dn.se/) enerji daşıyıcıları
haqda bölməsi) istinad edən sitə yazır ki, Norveçin
StatoilHydro şirkəti bir sıra diktatorlarla yanaşı
İlham Əliyevə də böyük məbləğdə rüşvət
vermişdir (bax: http://e24.no/boers-og-finans/article2566546.ece).
Məqalə bir çox aspeklərdə maraqlı olduğuna görə
onun tərcüməsini sizə təqdim edirəm:

"StatoilHydro
diktatorlara 1 miyard pul verib
Dörd
şübhəli və korrupsioner rejimin liderləri keçən üç
il ərzində Norveçin neft nəhəngindən 1 milyarddan artıq
pul almışlar.
"DN
Energy"nin yazdığına görə Statoil və Hydro (oktyabrın
1-dən StatoilHydro) son üç il ərzində Angola, Nigeriya, Liviya
və Azərbaycanın liderlərinə "imza haqqı"
1 milyarddan artıq pul vermişdir.
Statoil
və Norsk Hydro-nun ödədiyi pulların hara getdiyini heç kəs
bilmir.
Gəlirli
lisenziyalar əldə etmək üçün bu ölkələrdə böyük
məbləğdə nağd pullar ödənmişdir ki, bu
pullardan Norveçdə vergi ödənməyib. Bu ölkələr
üçün oxşar cəhətlər onların avtoritar rejimləri
və korrupsiya səviyyəsinə görə öndə
getmələridir. Bu liderlərin milyardlara sahib olması heç
kimi narahat etmir.
Heç
bir problem görmürük
Global
Witness təşkilatının hesabatına görə "imza
haqqı" ödəməyə nağd pulların olmaması
səbəbindən StatoilHydro son 10 il ərzində Angolada
hər il 1 milyarddan artıq itirir.
- Helge
Lund DN Energy-yə veridiyi açıqlamada deyir ki, ticarət anlaşmalarının
formasına hökümət dözümlülük göstərir. Bir çox ölkələrdə
tətbiq olunan "İmza haqqı"nın hara getdiyi bizə
məlum deyil. Əgər bu, danışıqların
tərkib hissəsidirsə, bunda bizim üçün ciddi problem yoxdur.
Amma bir şərtlə ki, bu, maksimum şəffaf şəkildə
icra olunsun. Buna görə də biz "nə ödədiyinizi açıqlayın"
tələbini önə çəkirik və Statoil və başqa
şirkətlərin "imza haqqı" ödəmələrindən
söhbət gedəndə ictimaiyyətə maksimum məlumat
verilməsini tələb edirik.
Əsas
dördlük
Aşağıda
DN Energy-nin Statoil və Norsk Hydro şirkətlərinin son
zamanlarda diktatorlara nə qədər pul verdiyini göstərən
fikirləri ilə tanış ola bilərsiniz.
Müəmmər
Qəzzafi, Liviya. Hydro: 2005-ci ildə 42 milyon kron
Umaru
Yar'Adua, Nigeriya. Statoil: 2006-cı ildə 520 milyon kron
Joze
Eduardo duş Santuş, Angola, Statoil: 2006-cı ildə 348 milyon
kron, Hydro: 2005-ci ildə 32 milyon kron
İlham
Əliyev, Azərbaycan. Statoil: 2006-cı ildə 41 milyon kron"
Gördüyünüz
kimi, son dərəcə demokratik bir dövlətin nəhəng
neft şirkəti utanmadan elan edir ki, adı çəkilən
diktatorlara 1 milyard Norveç kronundan artiq rüşvət verib. Qeyd
edim ki, 2005-ci ildən bu günə qədər Norveç kronunun
dəyəri təqribən 1USD - 6 NOK nisbətindədir. Bu
məbləğdən ən kiçik hissəsi 41 milyon kron,
yəni təqribən 7 milyon dollar bizim diktatora düşür. Bizim
diktatorun hamıdan az rüşvət alması məndə ikili
hisslər oyadır. Bir tərəfdən qürur duyuram ki, bizimki
ən insaflısı, gözütoxudur. Başqaları 520 milyon
alanda o, 41 milyon alıb. İkinci tərəfdən
xəcalət çəkirəm ki, deyəsən Nigeriyanın o,
adama oxşamayan diktatoruna 520 milyon, amma bizim şəkil kimi
diktatorumuza 41 milyon qiymət qoyublar? Yəni bizimkinin bu qaralar
qədər də qiyməti olmadı?
Başqa
tərəfdən, bütün Qərb ölkələrində olduğu
kimi, Norveçdə də rüşvət almaq və vermək ən
ciddi cinayət hesab olunur. Amma Norveç hökümətinin nümayəndəsi
bizim diktatorlara milyonlarla rüşvətin verilməsində
"problem görmür". Ona gorə ki, Norveç iqtisadiyyatının
təməlini təşkil edən bu şirkət diktatora 41
milyon verməklə azərbaycan xalqının 41 milyardlıq
sərvətini maneəsiz daşımağa imkan qazanıb
və bu sərvəti aparıb Norveç xalqına
yedizdirəcək. Azərbaycan xalqının taleyini isə
təbii ki, Norveç şirkəti, və ya Norveç höküməti
deyil, o rüşvəti alan və nəinki bu günkü xalqın,
gələcək nəsillərin də haqqını
hərraca qoyan diktator düşünməli idi.
İndi
Azərbaycanda hamı İlham Əliyevi tərifləmək
yarışına girişib. İnanıram ki, mənim bu yazımdan
da yararlananlar olacaq. Məsələn mənim ikili
hislərimdən birincisinə əsaslanaraq effektli tərif
kompaniyası aparmaq olar. Nə deyirlər desinlər, fakt faktlığında
qalır, bizim diktator hamıdan az alıb. Bu, diktatorun tərifçilər
kollektivi üçün göydəndüşmə materialdır. Buyurun,
istifadə edin! Və bu yolla qazandığınız çörəyi
yeyəndə mənim canıma dua edin ki, yeni-yeni
dəlillər tapıb göndərim...
Stokholm,
İsveç
20.09.2008