*ƏLİXAN SƏMƏDOV BALABAN HAQQINDA KİTAB NƏŞR ETDİRİB

*Türkiyədə məşhur xalq nəfəs aləti - balaban ifaçısı Əlixan Səmədovun yeni
kitabı nəşr olunub. Kitab "Balaban metodu" adlanır. Bu nəşrdə həmin musiqi
aləti, onun hazırlanması, istifadə qaydaları haqqında danışılıb. Kitab üç
dildə nəşr olunub: türk, rus və ingilis. Kitab PALMALİ şirkətinin dəstəyi
ilə nəşr olunub. 136 səhifəlik rəngli və yüksək keyfiyyətlə çap edilən kitab
balaban ifaçılarılar yeni bir yenilik olacaq. Belə ki, kitabda balabanın
hazırlanması, ifası, tarixi və balaban üçün not təlimləri yer alıb.

Qeyd edək ki, məşhur Azərbaycan musiqiçisi Əlixan Səmədov bir neçə ildir ki,
Türkiyədə yaşayır və işləyir. Bir neçə yerli və xarici mükafatların qalibi
və laureatıdır. Xəbəri Turan İnformasiya agentliyi yayıb.