ADMİU-nun
dosenti, sənətşünaslıq namizədi
Bəşər
tarixi ilə az-çox maraqlanan hər kəs bilir ki,
mədəniyyət tarixinin inkişaf mərhələləri
dünyanın müxtəlif ölkə və xalqlarını
əhatə etmiş, zaman-zaman bu mədəniyyətin konturları
çox fərqli coğrafi hüdudları aşmış, geniş
məkan çərçivələrini kəsib keçmişdir.
Tarixən sivilizasiyaların çox müxtəlif yerdəyişmələri
olmuş, bəzən şərqdən qərbə,
bəzənsə qərbdən şərqə doğru yayılmışdır.
Burada mübahisə doğuracaq məqamlar həmişə olmuşdur
və yəqin ki, bundan sonra da olacaqdır. Amma bir məsələ
tam aydındır ki, dünya xalqları hər zaman çağdaş
mədəni dəyərləri mənimsəməyə can
atmışlar. Mədəniyyətdə müasirləşmə
probleminin son yüzillik inkişaf mənzərəsinə
diqqət yetirdikdə isə məlum olur ki, bu mövzu
elmi-mədəni və ictimai fikri daima məşğul etmişdir.
Xüsusilə də XX əsrin əvvəllərinə təsadüf
edən Azərbaycan milli-mədəni intibah hərəkatı
dövründə bu mövzu on illik bir zaman ərzində mətbuatın
gündəmindən düşməmiş, bu məsələ
ətrafında çox qızğın müzakirələr açılmışdır.
Müəyyən hallarda fikir birliyinə gəlinmiş,
bəzən isə fərqli və bir-birinə təzadlı
qənaətlər söylənmişdir. Lakin ziyalılarımızın
bu problemin həlli ilə bağlı təklif etdikləri
yollar müxtəlif olsa da, məqsədləri eyni olmuşdur:
cəmiyyətin ictimai-siyasi və iqtisadi dirçəlişi
ilə yanaşı millətimizin ruhi-mənəvi və
intellektual tərəqqisinə nail olmaq.
Yalnız
Azərbaycan ziyalılarını deyil, bütün Şərq ölkələrində
elmi-mədəni fikri məşğul edən bu problemin daha
əvvəlki dövrlərdə özünü büruzə verən tarixi
səbəbləri var idi. Belə ki, cəmiyyətlərin
istər ictimаi-siyаsi, hərbi-iqtisаdi, istərsə
də mənəvi həyаtındаkı gеriləmələrin
islаhаtlаr yоlu ilə аrаdаn qаldırılmаsınа
yönəldilmiş təşəbbüslər Şərq ölkələrində
hələ ХIХ əsrdən intişаr tаpmışdı.
Qərbin tехnоgеn mədəniyyət sаhələrində
Şərqdən üstünlüyünün еtirаfındаn bаşlаyаn,
еlmi-tехniki və hərbi-iqtisаdi sаhələrdəki
böhrаnın səbəbləri ətrаfındаkı
mübаhisə və çаrpışmаlаrdаn dоğаn,
ən nəhаyət dünyаnın tаrаzlığı
pоzulmuş iki qütbü аrаsındаkı müvаzinəti
sахlаmаq uğrundаkı səy və
cəhdlərin nəticəsi kimi mеydаnа çıхаn
mоdеrnləşmə, müаsirləşmə,
аvrоpаlаşmа hərəkаtlаrı
uzun zаmаn Şərq cəmiyyətlərini bürümüş,
ictimаi həyаtа ciddi nüfuz еtmişdir. İctimаi
düşüncəyə çеşidli аdlаr və vаsitələrlə,
həm də müхtəlif səviyyələrdə
təsir göstərən bu nəzəriyyələrin idеyа
sаhibləri hеç şübhəsiz аyrı-аyrı
şəхsiyyətlər, mütəfəkkirlər оlmuşdur.
Nəinki fərqli cоğrаfi ərаzilərdə,
siyаsi quruluşlаrı müхtəlif оlаn dövlətlərdə,
həttа еyni ölkə hüdudlаrındа bеlə
müаsir sivilizаsiyа ilə аyаqlаşmаnın
çаrəçi bаrədə ziddiyyətli və mübаhisəli
fikirlər hökm sürürdü. Misаl üçün, müаsirləşmə
hаqqındа, çаrizm məngənəsində yаşаyаn
türk mütəfəkkirlərindən Mirzə Fətəli
Ахundоv bir cür, İsmayıl bəy Qаspırаlı
bаşqа cür düşünürdü. Türklüyün digər böyük
bir nümаyəndəsi həyаtını islаm
birliyi uğrundа mübаrizəyə həsr еtmiş,
müsəlmаn şərqinin böhrаnlаrdаn qurtulmаsının
yаlnız islаhаtlаr yоlu ilə mümkünlüyü
idеyаsını ömrünün sоnunаdək təbliğ
еtmiş Şeyx Cəmaləddin Əfqаni isə
fərqli əqidə sаhibi idi. Еlm, təhsil,
məktəb, təlim və tərbiyənin ictimаi mаhiyyətinə
еyni mövqеdən yаnаşаn bu şəхsiyyətlərin
hər birinin аvrоpаlаşmа məfhumunа
rеаksiyаlаrı müхtəlif idi. Həttа
zаmаn, məkаn, mühit şərtlərinin еyni
оlduğu hаldа bеlə ziyаlılаr
аrаsındаkı fikir fərqliliyi özünü göstərmişdir.
Milli mənаfе bахımındаn еyni
məqsəd, аmаl uğrundа mücаdilə
еtmiş Əli bəy Hüsеynzаdə, Əhməd
bəy Аğаоğlu və Məhəmməd
Əmin Rəsulzаdə kimi zəkа sаhiblərinin
bеlə аvrоpаlаşmа zеhniyyətinə
münаsibətlərindəki ziddiyyətli məqаmlаr
görünməkdədir (9, s.7).
Ümumiyyətlə
isə, tədqiqatçılar Türkiyə və Azərbaycan ziyalılarını
müasirləşməyə münasibətləri baxımından
üç qrupa ayırırlar. Birincilərə mühafizəkarlar (geriçilər)
aiddir. Kənardan ruhi-mənəvi dəyərlərimizə
yabançı olan heç bir mədəniyyət idxalını
qəbul etməyən bu mövqe sahibləri, Qərb
mədəniyyətinin mənimsənilməsilə din-imanın,
milli-mənəvi dəyərlərin əldən
gedəcəyini iddia edirdilər. Məsələn, çağdaş
Türkiyə mütəfəkkirlərindən Cəmil Meriç
(1916-1987) mövzuya dair kəskin mühafizəkar mövqeyi ilə
fərqlənmişdir (9,
s.13). O, hətta elmi-fəlsəfi əsərlərində
Ş.C.Əfqani və Ə.B.Ağaoğlunu ifrat qərbçi
firirləri səbəbindən ittiham etmişdir.
İkincilərə
ifrat qərbçilər daxildir ki, bu mövqe sahibləri qərb
mədəniyyətinin istinasız olaraq, bütün yönləri
ilə qəbul olunmasını təbliğ edirdilər. Görkəmli
mütəfəkkir Əhməd bəy Ağaoğlu da çox vaxt
məhz ifrat qərbçi mövqeyi ilə fərqlənmişdir. O,
Üç mədəniyyət əsərində yazırdı
ki, bəziləri Avropa mədəniyyətinin
mənimsənilməsində nöqsanlı və
qəbuledilməz tərəflərdən qurtulmaq niyytəilə
o mədəniyyətin bir süzgəcdən keçirilməsini
istəyirlər. Halbuki, Bir mədəniyyət zümrəsi bölünməz
bir bütündür. Parçalana bilməz. Qalibiyyət və üstünlüyü
qazanan onun bütünlüyüdür. Ə.Ağaoğlunun fikrincə
Avropa mədəniyyəti yalnız elm və texnikası
ilə deyil bütünlüyü, ümumi əlamətləri, xüsusiyyətləri,
bütün nöqsanları və fəzilətləri ilə
qələbə çalmışdır (1, s.10-11).
Ə.B.Hüseynzadə,
M.Ə.Rəsulzadə kimi üçüncü mövqe tərəfdarlarının
fikrincə isə, elmi-texniki tərəqqi nailiyyətləri,
mədəni yeniliklər mənimsənilməli,
ruhi-mənəvi dəyərlərimiz mühafizə
edilməlidir. Problemə bugünün elmi-tənqidi fikri ilə yanaşsaq,
şübhəsiz ki, hər üç mövqeyin müəyyən haqq qazandırılası
tərəflərini görə bilərik. Amma qaçılmaz bir gerçəkliyə
çevrilmiş mədəni inteqrasiya və qloballaşma meyarlarından
çıxış edərkən üçüncülərin mövqeyi praktik
baxımından özünü daha çox təsdiqləməkdədir.
Yüz
illik zаmаn məsаfəsinə bахmаyаrаq
bu gün müаsirləşmək və аvrоpаlаşmаğın
dаhа ifrаt, sərt, аmаnsız şəkli
kimi mədəni intеqrаsiyа аdı və
bəhаnəsilə həyаtımızа sохulаn
qlоbаllаşmа ətrаfındа dа
bir-birinə zidd mühаkimələr yürüdülməkdədir.
Bir fikri qətiyyətlə söyləmək mümkündür ki, bu prоsеsə
sаğlаm düşüncə ilə qоşulmаnın
və mənəviyyаtımızın kürəsəlləşmə
bəlаsındаn itkisiz sоvuşmаsının
yеgаnə yоlu tаriхi təcrübənin
mənimsənilməsi, mədəniyyət хəzinəmizi
yаrаdıcılıqlаrı ilə
zənginləşdirən ziyаlılаrın mövzu
ilə bаğlı əsərlərinin öyrənilməsidir.
Еlеktrоn vаsitələrinin, infоrmаsiyа
tехnоlоgiyаlаrının, uyuşdurucu
təbliğаtlаrın gеniş vüsət аldığı
bir vахtdа bu problem ətrafındakı müzakirələrə
ehtiyac günü-gündən artmaqdadır (9, s.7).
***
Müasirləşmək
məramı ilə Qərb-Şərq sintezini ilk dəfə
ictimai, mədəni, elmi-ədəbi fikrə gətirən
Əli bəy Hüseynzadə Avropanın elmi-texniki
nailiyyətlərinin, iqtisadi və siyasi idarəetmə
strukturlarının öyrənilməsini tələb
edərkən ifratçılığa yol verməməyə, ayıq-sayıq
olmağa çağırırdı. Çünki bəzən ona müraciət
edirdilər ki, avropalı işğalçılar müsəlman ölkələrinə
düşmən kəsildikləri halda siz nədən
qərbliləşəlim, avropalaşalım deyirsiniz?! Həm
bu suala, həm də müasirləşmək məsələsinə
münasibətini yığcam və aydın şəkildə
ifadə edən Əli bəy Hüseynzadə Füyuzat
məcmuəsinin 1907-ci il 24-cü sayında yazırdı: Biz
avropalıların ədəbiyyatlarına, sənayelərinə,
ülum və maariflərinə, kəşfiyyat və ixtiraatlarına
müraciət etmək istəyiriz, özlərinə degil. Biz
istəyiriz ki, İslam ölkəsinə onların beyinləri,
dimağları girsin, boğazları, mədələri
girməsin. Biz istəriz ki, ölkəmiz onların beyinlərini
həzm etsin, yoxsa mədələrində həzm olunmasın.
Bu gün onların mədələrində həzm olunmamaq üçün
bir çarə var isə, o da onların məhsulati-dəmağiyyələrini
alıb həzm etməkdən başqa bir şey degildir (3,
s.268).
M.Ə.Rəsulzadə
isə mədəniyyətdə müasirləşmə probleminə
müxtəlif adlar qoyanlara, çağdaş dünyanin
elmi-mədəni dəyərlərini yalnız müəyyən
coğrafi qütblərlə məhdudlaşdıranlara cavab olaraq
deyirdi ki, gəlin yanlış termin işlətməyək.
Çünki onun fikrincə Dünya mədəniyyətinin seyrini
təqib edərsək, onun şaquli istiqamətdə inkişaf
edən mərhələlərindən bəhs etmək daha doğru
olur. Bu baxımdan Şərq mədəniyyəti ilə
Qərb mədəniyyətindən deyil, Qrta cağ
mədəniyyəti ilə Çağdaş mədəniyyətdən
bəhs etmək lazımdır (4, s.22). Bu mənada M.Ə.Rəsulzadə
bəşəriyyətin mədəni tərəqqisində
elm və mədəniyyətin məqsədlərinə də
toxunaraq yazırdı ki, Mədəniyyətin qayəsi
siyasəti elmə tabe etdirməkdir. İdarəçilik
sahəsində qazanılmış qiymətləri elm ölçüsü
ilə dəyərləndirərək, cəmiyyət nizamını
ona görə qurmaq ictimai bir idealdır (6, s.88).
***
Qloballaşma
və mədəni inteqrasiya prosesinin geniş vüsət aldığı,
qaçılmaz reallığa çevrildiyi indiki dövrdə milli
mədəniyyətlərin qorunub inkişaf etdirilməsi
həmişəkindən daha çox diqqət və qayğı
tələb edir. Çünki mürəkkəb və heç də
birmənalı qiymətləndirilməyən kürəsəlləşmə
prosesinin təzahürləri və perspektivləri mədəni dünyanı
düşündürür. Bu prosesdə beynəlxalq hüquq prinsipləri
və normalarının aliliyi, dəyişikliklərin
təkamül xarakteri, qarşılıqlı etimad və ümumbəşəri
dəyərlərə sədaqətlə yanaşı,
hər bir ölkənin səciyyəvi milli cəhətlərinin
də nəzərə alınmasını sivilizasiyanın müasir
səviyyəsi tələb edir. Başqa sözlə qloballaşma
mahiyyət etibarılə dövlətlərin sabit inkişafının,
bütövlüyünün və idarəetmə sistemlərinin stabilləşməsinin
təmin olunmasına, mədəni-iqtisadi münasibətlərdə
ayrı-seçkiliyin aradan qaldırılmasına, xalqların rifah
halının yüksəldilməsinə xidmət etməlidir.
Təbii ki, qloballaşmanın bir çox ölkələr üçün
yaratdığı problemlər bizi də narahat edir və
həmin problemlərin doğurduğu mənfi təzahürlər
cəmiyyət həyatında, mədəniyyətimizin bütün
sahələrində aşkar müşahidə edilməkdədir.
Hazırda
milli mədəniyyətlər lokal çərçivələrdən
çıxıb qlobal mədəni məkanda inteqrasiyaya cəlb
olunsa da, hələlik sosial-mədəni fərqlər,
bənzərsiz, bir-birini təkrarlamayan
mədəniyyətlər mövcuddur. Mədəni fərqlər,
kültürəl çeşidlilik qlobal səviyyədə dialoqa və
inteqrasiyaya mane olan səbəblər kimi qavranılır.
Qloballaşma
yalnız texniki-iqtisadi inkişafın obyektiv nəticəsi
deyil, həm də sosial-siyasi amillərlə şərtlənmiş
bir hadisədir. Siyasi müstəvidə gedən fəaliyyət
və təzyiq olmadan, qloballaşma belə sürətli inkişaf
tempi qazana bilməz. Odur ki, prosesin mədəniyyət
sahəsində arzuolunmaz nəticələrə gətirib çıxarmasına,
xalqımızın mədəniyyətinə, ruhuna yad olan
forma və təzahürlərin qloballaşma adı və
bəhanəsi ilə həyatımıza daxil olmasına yol
vermək olmaz. Qloballaşma prosesində
mədəniyyətimiz yalnız bəşəri
dəyərlərlə səsləşən, minillərin sınağından
çıxmış meyarlar və dəyərlərə cavab
verən ənənə və nümunələrələ
zənginləşməli, yabançı, saxta, dağıdıcı
olanı ayırd etməyə qadir olmalıdır.
Qloballaşma
və mədəniyyətin qarşılıqlı münasibətində
əsas məqam, qloballaşmanın mədəniyyətin ömrünü
qısaltmasıdır. Qloballaşmanın
zaman
anlayışını
dəfələrlə qısaltması bu gün artıq heç
kimə sirr deyildir.
Digər
mühüm məqam ondan ibarətdir ki, qloballaşma özü də
hələlik konkret mədəniyyət hadisəsidir, müəyyən
bir mədəniyyətin təzahür formasıdır. Bu,
Amerika mədəniyyətidir. Ona görə də qloballaşma
və mədəniyyətlərin qarşılıqlı münasibətlərinə
amerikan mədəniyyəti ilə digər mədəniyyətlərin
qarşılıqlı münasibəti kimi yanaşanlar da vardır.
Hətta Avropa və Amerika mədəniyyətləri arasında
olan ziddiyətlər bu gün inkişaf edərək sosioloji,
siyasi və geosiyasi müstəviyə keçmişdir. Avropa
cəmiyyətləri ABŞ cəmiyyəti ilə aralarında
olan fərqləri daha da qabartmağa çalışırlar.
Vaxtilə ümumi olan etik-əxlaqi meyarlar bu gün Avropada və ABŞ-da
fərqli görünməyə başlamışdır.
Belə
olan halda Azərbaycan mədəniyyəti mövcud durumda daha müşkül
problemlərlə qarşılaşmış olur. Son yüzildə
müasirləşmə, avropalaşma, qərbləşmə
meyllərini müxtəlif mövqelərdən
dəyərləndirən Azərbaycan cəmiyyətinin bugünkü
halı qloballaşma yükü
ilə daha da ağırlaşmış oldu. Xüsusilə
də kütləvi incəsənət sahələrində özünü
aşkar büruzə verən qloballaşma təmayülləri,
prosesin mənfi təzahürləri problemi sosial bəla
səviyyəsinə çatdırmaqdadır.
Qloballaşmanın
üzdə olmayan, lakin mədəni dünya tərəfindən
dərk edilən və etirazlarla qarşılaşan neqativ
təzahürləri, siyasi və iqtisadi mənafelərin güdüldüyü
məqsədləri də vardır ki, son nəticədə
mədəni tərəqqiyə sarsıdıcı və dağıdıcı
zərbə vurur. İqtisadi
sahədə qloballaşma yeni modernləşdirilmiş
kapitalizmin dünya miqyasında bərqərar olmasını
nəzərdə tutur. Vahid iqtisadi sistem yaratmaq üçün kürələşən
dövlətlər Dünya Bankından, Beynəlxalq Valyuta Fondundan
və sərəncamlarında olan bazar, bank və kapitaldan
istifadə etməyi planlaşdırırlar. Bu əməliyyatlardan
əsas məqsəd yeni bazarların yaradılması, yeni
məhsullar üçün xammal ehtiyatlarından, ucuz işçi qüvvəsindən
istifadə ilə külli miqdarda gəlir əldə
edilməsidir. Mədəniyyət sahəsində də qloballaşma
bu mənafeələrə xidmət etdiyi təqdirdə
isə bəşəriyyət böyük fəlakətlərlə
üzləşə bilər
(10, s.9).
Siyasi
sahədə qloballaşma kültür, milli dövlətçilik,
milli-mənəvi dəyərlər problemi
ilə qarşılaşır. Daha doğrusu milli özünüdərk,
milli ləyaqət siyasi qloballşmanın əsas problemidir.
Qloballaşan kapitalizm demokratiyaya böyük təhlükə olub, kütləvi
işsizlik yaradır. O, ənənəvi ailə münasibətlərini
dağıdır, dövlətlilər ilə kasıblar arasındakı
uçurumu dərinləşdirir, kütləvi əhali axınına
səbəb olur.
***
Bir
tərəfdən kültürəl çeşidlilik,
mədəni müxtəliflikdən söhbət gedir, xalqların
milli-mədəni özünəməxsusluqlarının mühafizəsinə,
dünyanın mədəni eqzotikasının qorunmasına
səylər göstərilir, digər tərəfdən isə
nəticə etibarilə insanları robotlaşdıran,
millət, din fərqi qoyulmadan dünyanın müxtəlif coğrafi
ərazilərində məskunlaşmış insanların
tək əldən idarə olunan bir mexanizm halına
gətiriliməsinə, müasir texnoloji dillə desək, pultla
idarə olunmasına çalışılır. İnsanların
inkubator cücəsi kimi rəngsiz (və ya birrəngli), ruhsuz,
mənəviyyatsız bir makina halına gətirilməsinə
cəhdlər edilir. Təbii ki, məqsədlərində ilk növbədə
iqtisadi mənafelər güdən bu qüvvələrin tam ünvanını
və dəqiq siyahısını vermək qeyri-mümkündür.
Amma bir məsələ gün kimi aydındır ki, mədəni
dünyanı narahat edən proseslərin qarşısının
alınmasına (və ya müvafiq tədbirlər görülməsinə)
cəhd edilməyən cəmiyyətlərdə narkobiznes
və qadın alveri (dünyadakı münaqişə
mənbələrinin durmadan artması isə sübut edir ki,
həm də silah alveri) üçün yaşıl işıq yandırılmış
olur.
Sözsüz
ki, qaçılmaz bir hala gəlmiş inteqrasiya prosesinin çox müsbət
nəticələri də özünü təsdiqləməkdədir.
Əslində problem başqa bir məqamdadır. Həm
nəzəri, həm də görüntü baxımından çox vaxt
təqdir edə biləcəyimiz təbliğatların arxasında
bəşəriyyət üçün təhlükəli olan
mənafelər dayanmaqdadır. Məsələn, gender problemi
adı altında, faktik olaraq cəmiyyətdə başıpozuqluq
yaradan, ənənəvi ailə strukturunu hədəfə
alaraq kişi-qadın münasibətlərində
milli-mənəvi baxımdan qəbuledilməz sayılan köklü
yerdəyişmələrə can atılan təbliğatların
arxasında nələr gizlənir? Minilliklərin süzgəcindən
keçə-keçə gəlmiş adət-ənənələri görə-bilməzə
birdən-birə nələrə dəyişmək
istəyirik? Torpaqlarının bir hissəsi düşmən tapdağında
və qız-gəlinləri əsarətdə qalan, milyondan
artıq qaçqını olan bir ölkədə görəsən
insan haqqlarından hansı səviyyələrdə danışılmalıdır?
Yoxsa, elanlar verib öz meyar və tələblərinə uyğun
gələn gənc qız-gəlinlərimizi yüksək maaşlar
müqabilində ofislərə cəlb edən xarici
missionerlərin, iş adamlarının Azərbaycan
ailələrinə ürəyimi yanır!? Bəlkə bu güc
sahiblərinin xəbəri yoxdur ki, həmin qız-gəlinlərimizin
bir qisminin ataları, ərləri, oğulları vaxtlarını
qul bazarlında günü 5-10 manata çörək pulu qazanmaqla keçirirlər?
Bəlkə bizlərə aydın deyil ki, maddi sıxıntılar
üzündən belə vəziyyətlərə alışdırılmış
həmin kişilər evlərində hansı münasibətlərlə
qarşılaşmalı olurlar? Görəsən evə arğın-yorğun
vəziyyətdə qayıdan, üstündən cin hürkən,
qan-tər içində şil-küt olan bu kişilər ana-bacılarının
xarici şirkət və ofislərdə çalışmalarından
məmnundurlarmı? Gender problemindən danışan ağzıgöyçəklər
yaxşı bilirlər ki, geyimli-kecimli, xarici maşınlarda
gəzən, üstlərindən ətir qoxusu əskik olmayan bu
qadınların alçaldılmış duruma gətirilmiş
doğma kişilərinə münasibətləri necədir.
Bəs qadınlarla müqayisədə ələbaxımlı
hala düşmüş həmin kişilərin ailədəki
tapdalanmış haqqlarından kim danışmalıdır?
Ailə
sosial-ictimai baxımdan cəmiyyətin, millətin, dövlətin
özəyi və nüvəsidir. Bu gün hər hansı bir
cəmiyyəti mənəvi-ruhi mənada öldürmək
niyyətində olan siyasilərin ilk işlərindən biri
də məhz ailə münasibətlərindəki pozuculuq
fəaliyyətləridir. Bir tərəfdən informasiya müharibəsi,
missionerlik fəaliyyətləri, əyləncə və şou
proqramları vasitəsilə hər sahədə radikallığa,
fanatizmə meylləndirmə, digər tərəfdən
də atasından-anasından küsmüş, ərindən boşanmış,
qızışdırıcı təbliğatlarla mütləq
azadlıq sevdasında olan qadınların araçılığı
ilə ailə münasibətlərini sarsıtma
siyasətləri. Son yüzildə mütəfəkkirlərimizin qadın
problemlərinə dair yazdıqları, milli-mənəvi
və dini baxımdan təqdirəlayiq olan əsərlərin
yenidən nəşri və təbliği əvəzinə,
sifarişlə yazılmış kitabların nəfis şəkildə
çapı, təntənəli təqdimatı və pulsuz yayımı
vasitəsilə, nəinki qadın-kişi münasibətlərinə
yaxşı bir şey gətirilir, əksinə qadınlarımıza
yüzillərdən bəri klassik ədəbiyyatımızda
pislənilən mənfi keyfiyyətlər aşılanır.
Bəzən tapdalanmış hüquqlarının müdafiəsinə
qalxmış qadının olan-qalan abır-həyası da
əldən gedir, ailə və cəmiyyət içərisində
yeni imic qazanır.
Qadın-kişi
bərabərliyindən danışılarkən müzakirə mövzusunun
hüdudları müəyyənləşdirilməlidir. Digər
canlılar kimi insan da yaranışdan bəri iki cinsin harmoniyası
ilə dogub-törəyir, inkişaf edir. Bu cinslər arasındakı
fərqlər ilahi bir qüvvənin iradəsi ilə yaradılıb,
ruhi-mənəvi eyniliklərlə yanaşı fiziki-bioloji
fərqliliklərin də təməli təbiətin özü
tərəfindən qoyulub. Mövzunun həm dini, həm də
elmi baxımdan şərhi də bunu
təsdiqləməkdədir. İsanlar arasındakı
bərabərlik müzakirə mövzusu olduğu təqdirdə
isə cinsi fərqlərdən doğan müqəddəs
vəzifələr unudulmamalıdır.
Ümumiyyətlə,
son zamanlar bu məsələ cəmiyyətdə geniş müzakirə
olunmaqdadır. Heç şübhə yoxdur ki, bu problem əsasən
xaricdən qızışdırılır. Sanki, bizim Qarabağ
problemimiz yoxdur, qadın problemimiz var. Bu problemin müzakirəsi
təbii ki, cəmiyyətdən həm də böyük enerji udur.
Maraqlı tərəflər ikincini qabardırlar ki, birinci
unudulsun. Bu, həm də digər iqtisadi mənafelərlə
də üst-üstə düşür. Bu mənada qadınlarımızın
cəmiyyətdə tutduğu mövqe və bunun inkişaf
dialektikası ciddi elmi-tənqidi tədqiqini gözləməkdədir.
Müasir
dövrdə Şərqdə və Qərbdə gender
probleminə baxış müxtəlifdir. Qərbdə həm qadınlar
özləri özlərinə, həm də cəmiyyətdə
onlara resurs kimi baxırlar. Resurs isə reklam zərurətini doğurur.
Bu səbəbdən də Qərbdə qadınların özünüreklamına
çox diqqət yetirilir. Reklam oluna bilən hər bir bədən
üzvü isə bədəndən ayrılaraq
(bəzənmə vasitəsi ilə), cəmiyyətin
nəzər-diqqət obyektinə çevrilir. Şpilkadaban
ayaqqabılar, saç düzümləri, boyalar, mini yubkalar, açıq-saçıq
geyimlər, qadını zərif, müqəddəs varlıqdan
ikrahedici seksual obyektə çevirən şalvarlar bədənin müxtəlif
üzvülərinin reklamı məqsədini daşıyır
və qadınların yox, məhz əks cinsin diqqətini
cəlb etmək niyyətindən irəli gəlir (2).
Ənənəvi
olaraq, Şərqdə isə qadın heç bir bədən üzvünü
reklam etmir (ən azından ictimai yerlərdə), əksinə
bütün belə üzvlərini ya diqqətdən yayındırır,
ya da çadra altında gizlədir. Bu düşüncəyə görə
ancaq satılan şeylər reklam olunmalıdır. Qadının
ilahi-təbii təyinatı və nadir funksiyası analıqdır.
Allah-taala qadını bu niyyətlə xəlq etmiş və
onun bədəni də bu işə uyğun yaradılmışdır.
Qadın yalnız müqəddəs ailənin tələbatını
ödədikdən sonra vaxtının qalan hissəsini
cəmiyyətə xidmət etməyə sərf edə
bilər. Sevgili peyğəmbərimiz də məhz müqəddəs
analıq vəzifəsinə görə Cənnət anaların
ayağı altındadır kəlamını demişdir.
Bu mənada, dünyanın heç bir fatehi, sərkərdəsi, dövlət
başçısı, siyasi lideri qadının
cəmiyyətdə oynadığı əvəzedilməz
rolu oynaya bilməz.
Sınaq
şüşəsində dünyaya uşaq gətirmək
perspektivləri bəlli olmayan, nəticələri
bəlkə də bəşəriyyət üçün təhlükəli
olacaq bir elmi tədqiqatdır. Professor Şahlar Əsgərov
Gender probleminin görünən və görünməz
tərəfləri adlı yazısında bu haqdakı
fikirlərini belə açıqlayır ki, Ana qayğısı
altında yox, laboratoriya qayğısı altında böyüyən
uşaqdan cəmiyyət nə xeyir görə bilər? Gender
probleminə Şərq, yoxsa Qərb baxışı düzdür?
sualına cavablar müxtəlif ola bilər. Gərəkli cavab
almaq üçün əvvəlcə, gələcəkdə bu yollar
bəşəriyyəti hara aparıb çıxara bilər?
sualına cavab axtarmaq lazımdır. Cəmiyyətin kriminallaşmasında
qadınların müqəddəs ailə ocağından
idarəetmə sferasına transferinin də rolu az deyildir. Bu
mənada bəşəriyyət öz inkişaf konsepsiyasına
yenidən baxmalıdır (2).
Ümumiyyətlə,
bu tipli məsələlərə diqqət yetirdikdə qızıl
orta hədd əvəzinə problemin hər iki ucuna
meylliliyin, radikallığın və fanatizmin şahidi oluruq.
Bir tərəfdə başı örtülü, bütün bədəni bürünmüş
qadınlar, digər tərəfdə isə özünü ortada qoymuş,
sanki bədən əzalarının aşkar reklamı ilə
yarışan qadınlar. Bir tərəfdə qadınların
yaxına buraxılmadığı kişi toyları, digər
tərəfdə isə heç bir ənənədən
gəlməyən, hətta folklorunda ikili rəqs nümunələri
olan xalqların ifalarında belə rast gəlinməyən
və ikrahedici formada oynanılan medlenni rəqslər
(hələ atanın qızıyla, qaynatanın
qəlinlə, bacının qardaşla, ananın oğulla
alaqaranlıqda qucaqlaşıb biabırçı oynamaları
ayrıca söhbətin mövzusudur). Azərbaycan kimi zəngin
və çoxjanrlı bir musiqi mədəniyyətinə sahib olan
bir xalqın toy-düyünündə gəlinlə bəyin
əcnəbi musiqi ilə ortalığa girməsinə, doğum
gunlərində yabançı ad günü mahnısının qol-qanadı
sındırılmış vəziyyətdə oxunmasına
nə ad vermək olar?!
***
Odur
ki, inteqrasiya prosesinin qaçılmaz olduğu bir dövrdə
milli-mənəvi və əxlaqi-tərbiyəvi
dəyərlərimizin qorunmasına qayğı daha da artırılmalıdır.
Bu zərurət cəmiyyət həyatının bütün
sahələrini əhatə edən qloballaşmanın
ziddiyyətli gedişatından doğur. Ona görə də biz
milli-mənəvi dəyərləri aşınmalardın
qorumalı, milli mədəniyyətimizi qloballaşmanın
mənfi təzahürlərindən özünümüdafiə
vasitəsinə çevrilməliyik. Mədəniyyət
sahəsində özünütənzimləmə metodları tətbiq
edilməli, prioritetlər aydınlaşdırılmalı
və maliyyələşdirilməlidir. Yalnız birgə
səmərəli fəaliyyət nəticəsində kültürəl
özünəməxsusluğu, milli-mənəvi
dəyərləri qorumaq və mühafizə etmək mümkündür.
Təcrübə
göstərir ki, mədəniyyətə tətbiq olunan qloballaşma
nəticəsində milli mədəniyyət özünəməxsusluğunu
itirir və kültürəl çeşidlilik aradan qalxır. Qərbin
mənəvi əsası olmayan, heç bir milli, bəşəri
təməl prinsiplərinə söykənməyən
mədəni surroqatları təkrarlanmağa başlanır
və bu təbliğat maşınının təsiri ilə
milli-dini dəyərlər əriyir və aşınmaya
məruz qalır. Bu prosesin təzyiqi altında iqtisadiyyatı
zəif olan, müstəqillik yoluna yenicə gədəm qoymuş
ölkələrin gəncləri milli-mədəni irsi inkar edib,
milli-mənəvi dəyərlərə xor baxıb ucuz
sənət nümunələrinə meyllənir, ən yaxşı
halda yad kültürlərə heyranlıqla yanaşaraq
milli-mədəni irsin varisliyini təhlükə qarşısında
qoyurlar. Halbuki, bəşəri dəyərlərə, insanlığa
xidmət etməyən inteqrasiyada,
əməkdaşlıqda, əslində nə bədii-estetik,
nə tərbiyəvi, nə də ümumiyyətlə,
mənəvi dəyər vardır. Bu mənada Azərbaycan
reallığında mədəni irsin mühafizəsi, xalqımızın,
habelə dünyanın mütərəqqi mənəvi
dəyərlərindən lazımınca yararlanaraq gənc
nəslin daha da sağlam əhval-ruhiyyədə, saf əxlaqi
ruhda tərbiyələndirilməsi mədəniyyət
siyasətimizdə varislik prinsipinin ən zəruri
vəzifələrindəndir
(11).
Dövlətçiliyin
təməlinin, milli varlğın özülünün kültürə bağlı
olması gerçəkliyi dəfələrlə tarixi sınaqlardan
çıxmış həyat həqiqətidir. Bu
amilə mühüm dəyər verən hər bir milli dövlətdə
kültürəl inkişaf mədəniyyət siyasətinin
əsas prioriteti sayılır. Bu baxımdan müstəqil dövlətdə
mədəni irsin qorunub saxlanılması və təbliği,
mədəniyyətin inkişafı üçün daha münasib şərait
yaradılması, vətəndaşların azad yaradıcılıq
imkanlarının təmin edilməsi milli varlığın mühafizəsinə
xidmət edən mühüm şərtlərdəndir.
Milli dövlət quruculuğu uğrunda qanlarını
əsirgəməmiş, canlarını fəda etmiş
ata-babalarımızın demokratiya, hürriyyət, istiqlal uğrundakı
ideya mübarizələri də məhz mədəni inkişafa,
mədəni tərəqqi və intibah əsaslarına söykənmişdir.
Milli diriliyimizi mədəni təməllərə bağlayan
M.Ə.Rəsulzadənin, Milli dövlət kültür yaradıcılığının
ən yüksək şəklidir deyən
M.B.Məhəmmədzadənin Azərbaycan Хalq Cümhuriyyətinin
qurulması ilə təsdiqlənən elmi müddəaları
milli dövlət quruculuğunda dil, kültür və
mədəniyyətin ən mühüm və əvəzedilməz
amil olduğunu bir daha aşkarlamaqda, хatırlatmaqda və
bəyan etməkdədir (8, s.58).
Mədəni
inteqrasiya və müasirləşmək bəhanəsi ilə
milli mədəniyyətimizin inkişafı üçün
nəzərdə tutulmamış proqramların, informasiyaların
və təbliğatların Azərbaycan mühitində
tətbiqinə olan cəhdlərin faydasından çox ziyanı
vardır; bu fəaliyyətlərin milli qürüra, təəssübkeşlik
hissinə malik yeni nəsil tərbiyələndirmək,
vətəndaş yetişdirmək baxımından qüsurlu, dağıdıcı,
təhlükəli tərəfləri daha çoxdur.
Çünki,
bu gün Azərbaycan cəmiyyətinin xarici dilləri bilən,
kompüterdən baş çıxaran, internet vasitəsilə dünyaya
pəncərə açan gənclərə ehtiyacı olduğu
qədər və ondan daha artıq, heysiyyətli, qürurlu,
milli, dini, mənəvi-əxlaqi dəyərlərə
sədaqətli, vətənpərvər vətəşdaşlara
ehtiyacı vardır. Müasir mədəniyyəti
mənimsəmək nə qədər önəmlidirsə, milli
kültürümüzə sahib durmaq, ondan faydalanmaq bir o qədər mühümdür.
Sadəcə
texnikaçı, mütəxəssis, peşə sahibi hər zaman tapılar.
Bu ehtiyacını hər bir millət müvəqqəti bir zaman
üçün əcnəbilərə müraciət surətilə də
təmin edə bilər. Lakin, heç bir zaman xaricə müraciət
olunaraq, mədəni inteqrasiya, qloballaşma vasitəsilə
bir vətənpərvər, bir milliyyətçi, bir istiqlalçı,
milli idealları, müqəddəs
dəyərləri mənimsəmiş şəxs alına
bilməz
(7,
s.82).
Milli
ruhlu, vətənpərvər, istiqlalçı vətəndaş
yetişdirmək işi isə ölkə rəhbərliyi, dövlət
qurumları, kütləvi inıormasiya vasitələri, tədris
və tərbiyə müəssisələri,
mədəniyyət ocaqları və xüsusilə də ziyalılar
ordusu tərəfindən həyata keçirilməlidir.
Əlbəttə,
bəşər mədəniyyəti tarixini öyrənmədən,
dünya xalqlarının kültürləri ilə tanış olmadan,
mədəniyyəti dəyərləndirmə meyarlarına
yiyələnmədən obyektiv, qlobal, demokratik düşüncə
tərzinə, humanist, bəşəri hisslərə sahib olan
mütəxəssis hazırlığı, vətəndaş
yetişdirilməsi, insan tərbiyəsi imkansızdır. Bu
sahədə uğur qazanmaq üçün isə ilk növbədə
milli mədəniyyətə sahib durmalı, milli-mənəvi
dəyərlər əxz edilməlidir. Çünki,
millət əsasına, kültürəl özəlliklərə söykənmədən,
xalqın adət-ənənəsini, şifahi və yazılı
ədəbiyyatını, bədii və iqtisadi məhsullarını
mənimsəmədən bəşəri
mədəniyyətə gedən yol da keçilməz olar.
Milliətin dil, din, əxlaq, hüquq, estetika, iqtisadiyyat və
texnika ilə bağlı yaşayışının,
həyat tərzinin ahəngdar bir bütünü olan kültür demokratik
mahiyyət daşıdığı kimi, həm də
beynəlmiləl, bəşəri məzmun kəsb edir. Bir sözlə,
milli olmayan, xalqın, millətin işinə yaramayan heç bir
şeydə bəşərilik də axtarılmaz. Qloballaşmanın
milli mədəniyyətlərə,
xüsusilə də müsəlman cəmiyyətlərinə
təsirindən bəhs edərkən də ilk növbədə
bu amillər diqqət mərkəzində saxlanılmalıdır.
Mədəniyyət
siyasətimizdəki, idarəetmədəki mövcud nöqsanların,
naqisliklərin əsas səbəblərindən
biri də elə bu amillərin dəyərincə
qiymətləndirilməməsi və hesaba alınmamasıdır.
Halbuki, qloballaşma adı ilə cəmiyyətimizə
soxulan, mənəviyyatsızlıq sindromuna meydan açan
mədəni surroqatlara qucağımızı açdığımız
halda,
Azərbaycan
mədəniyyət tarixində
xalqın qan yaddaşına
hopmuş elə mənbələr vardır ki, bunların böyük
əksəriyyətindən hələ lazımınca
yararlanmamışıq.
Siyasi,
iqtisadi və mədəni həyat sahələri bir-biri
ilə qırılmaz tellərlə bağlı olduğu
üçün cəmiyyətin inkişaf perspektivlərinə də
kompleks halda yanaşmaq lazımdır. Xalqın mədəni
və intelektual səviyyəsi cəmiyyətdə
cərəyan edən bütün hadisələrə nüfuz edir. İqtisadiyyatın
dirçəldilməsi də xeyli dərəcədə
mədəni səviyyədən asılıdır. Bütün
hallarda mədəniyyətin inkişafı cəmiyyəti xoş
gələcəyə aparan ən mühüm amillərdəndir. Ona
görə də bütün real imkanlardan istifadə etməklə
mədəniyyətin problemlərinin həllinə çalışmaq
hamımızın
borcudur.
Cəmiyyətin
bütün aspektlərinə müdaxilə edən
mədəniyyət fasiləsiz olaraq özünü yeni-yeni formalarda büruzə
verir və onu hər hansı hüdudda saxlamaq çətindir. Ona görə
də bu fenomen siyasəti idarə edən şəxslər,
mədəniyyət və təhsil sahəsinin mütəxəssisləri,
habelə yaradıcı işçilər qarşısında
daima yeni vəzifələr qoyur. Həm də bu
vəzifələr bizdən,
özünü qloballaşmanın
mənfi təzahürləri kimi biruzə verən mədəni
surroqotlara
qarşı bütün gücümüzlə birgə, mütəşəkkil
mübarizə aparmağı tələb edir.
Tarixən
əsli-kökü qarışıq olan, hər zaman
hakimiyyətdə təmsil olunma
və saraya
girmə
imkanı tapan,
ölkənin milli
dilinə
xor baxan üzdəniraq ziyalıların əcnəbi
dillərə, özgə kültürlərə olan meylləri hakim
azlıq tərəfindən qeyrət, şərəf, namus,
aristokratlıq, ziyalılıq meyarı sayılmışdır.
Qloballaşmanın tüğyan etdiyi bir zamanda bu təmayüllərin
qarşısının qətiyyətlə alınmasına çalışmasaq
mədəniyyətimiz ciddi təhlükələrlə qarşılaşar.
Çünki, türk tarixinə, onun bəşər mədəniyyftinə
bəxş etdiyi töhfələrə həqarətlə
baxanların, qeyri-milli ünsürlərin oxuduqlarının, yazdıqlarının,
öyrəndiklərinin və öyrətdiklərinin kökündə,
mahiyyətində də məhz xalqı doğmalıqdan,
özgürlükdən uzaqlaşdırmaq cəhdləri görünməkdədir.
Bu cəhdlərdə şəxsi mənafelərin, siyasi
məqsədlərin, ideoloji, dini missionerliyin hansının
gizlənməsindən asılı olmayaraq,
onlarda
qeyri-insani, qeyri-bəşəri hisslər, manqurtlaşdırma
niyyəti, istismarçı və işğalçı
məqsədlər
güdülməkdədir.
Cəmiyyət
üçün müəyyən edilmiş milli əxlaq qaydalarını müasirliyin
mühüm şərti səviyyəsində təqdim edən M.Ə.Rəsulzadəyə
görə, bəşər topluluğunda fərdlər üçün
olduğu kimi millətlər üçün də müəyyən və
sabit bir sıra əxlaq qaydaları vardır. Onun fikrincə,
Fərdlərdən insan topluluğu, dürüst olmalarını,
doğru söyləmələrini, hiylə və yalana əl
atmamalarını, daxilləri ilə zahirlərinin bir olmasını,
başqalarının haqq və hürriyyətlərinə
təcavüz etməmələrini, dost və müxaliflərinin
fikirlərinə sayğı göstərmələrini,
qeybət və iftiradan çəkinmələrini, tamahkarlıq,
kin və xudbinlik kimi pis hisslərin əsiri olmamalarını,
tərbiyə və nəzakətdən ayrılmamalarını,
vətən və millətlərinə bağlı qalmalarını,
yurddaşlarına ən böyük yardım göstərmələrini,
məmləkətin qanun və nizamlarına son
dərəcə riayətkar olmalarını, yurdun rifah və
səadətinə durmadan çalışmalarını, ailə
və əqrabalıq münasibətlərini müqəddəs saymalarını,
evladlarını vətənə xeyirli olacaq şəkildə
yetişdirmələrini, yurd və millətlə ilgili işlərdə
böyük fəraqət göstərmələrini tələb
etməkdədir. Bunlara eynən əməl edənlərə
cəmiyyət əxlaq və səciyyə sahibi bir insan,
vətənpərvər, mükəmməl bir vətəndaş,
müşfiq bir ata və milli qəhrəman keyfiyyətlərini
izafə edər. Əksini işləyənlərə milli
topluluğun əvvəl-axır nə kimi damğalar vuracağı
da məlumdur (5, s.26).
Milli
tariximizin bizə bəxş etdiyi ən qiymətli miras milli
mədəniyyətimiz olduğu üçün müasirliyin meyarları da
öncə buradan alınmalıdır. Bu səbəbdən
də hər şeydən
əvvəl və hər sahədə
mədəniyyətdə varisliyin qorunması, tədqiqi və
təbliği mövzusuna üstünlük verilməlidir. Milli
mədəniyyət gələcək nəsillərə daha
da zənginləşdirilmiş halda ötürülməlidir.
Mədəniyyət dəyişmədən və
zənginləşdirilmədən varlığını
qoruya bilməz. Bu məqsədlə yaradıcı və qurucu
səciyyəli hər cür fəaliyyət təşviq
edilməli, yeni qabiliyyətlərin kəşf edilməsi,
istiqamətləndirilməsi və
dəyərləndirilməsi fəaliyyətlərinə mühüm
əhəmiyyət verilməlidir.
Bir
halda ki, mədəniyyəti millət meydana gətirir və
mədəniyyət də milləti yaşadır, deməli,
yaşamaq üçün milli mədəniyyətimizi yaşatmaq
məcburiyyətindəyik. İlk
növbədə mədniyyətimizin keçmişini,
mədəniyyət xəzinəmizi layiqincə
mənimsəmiş, həzm etmiş nəsillər yetişdirməklə
işə başlamalıyıq. Kürəsəlləşən,
qloballaşan dünyaya, müasir Avropa mədəniyyəti
dairəsinə girdiyimizə görə mədəniyyətimizin təməl
prinsiplərində
böyük
bir dəyişiklik etmədən, yəni milli şəxsiyyətimizi
təşkil edən,
mühafizə
edilməsi zəruri olan xarakterik keyfiyyətlərimizi zədələmədən,
təcrübəyə və elmin mütərəqqi
nailiyyətlərinə söykənərək, forma dəyişikliklərini
şüurlu surətdə aparmaq məcburiyyətində olduğumuzu
qəbul etməliyik. Əsrlər boyu
varlığımızı,
milli
kimliyimizi
təyin
edən mədəniyyətimizi bəşəriyyətin
insanlıq
meyarları və
zamanın
mədəni dəyərləri içərisində
yoğurub,
onu yalnız mühafizə
və
öyrənməyə deyil, həm də bizi yönəldən,
idarə edən bir daxili çağırış,
ruhi-mənəvi bir ehtiyaclar
halına
gətirməyə çalışmalıyıq.
Deməli,
bahalı geyim-kecimdə və lüks maşınlarda
gəzən, dəbdəbəli evlərdə yaşayan,
təmtəraqlı restoranlarda yeyib-içən, səlahiyyətli
məmur kreslolarında əyləşən, populyar janrlara, yüngül
musiqiyə və əyləncəli şou proqramlara
meyllənən, bir sözlə, öz xoşbəxtliyini yalnız
maddi təminatda və yüngül həyat tərzində axtaran
eqoist, təkəbbürlü, müşşan təbiətli heç
kəsi müasir dünyanın mədəni insanı saymaq olmaz.
Müasirlik
dünyagörüşüdür, milli-mənəvi dəyərlərin
və dünyanın elmi-mədəni nailiyyətlərinin
mənimsənilməsidir. Müasirlik təbiət gözəlliklərindən,
insanlığa xidmət edəcək bütün yaradıcılıq
məhsullarından; insanlara sevgidən,
məhəbbətdən, xeyirxahlıqdan, alicənablıqdan,
mənalı və səmimi ünsiyyətdən; ciddi,
ahəngli, məntiqli və yumorlu həmsöhbətdən;
əqidəli, fantaziyalı, improvizəli fikir sahibindən;
əhatəsində olduğu insanlara sevinc bəxş
edən sürprizlərdən zövq almaqdır. İntellektual, ruhi
və mənəvi zənginləşməni həyati
ehtiyaclar halına gətirmək; hiss və duyğularını
xoşməramlı arzularla kökləmək və insani yaşantılarını
daimi vərdişlərlə möhkəmləndirərək
bunları həyat tərzinə çevirməkdir.
Müasirliyin
əsas şərti xaricdən əxz edilmiş forma dəyişikliklərində,
maddi təmtəraqda deyil. Müasirlik ilk növbədə
ata-babalarımızın bizə əmanət etdiyi
ruhi-mənəvi mirasın mühafizəsi,
mənimsənilməsi və daha mükəmməl şəkildə
gələcək nəsillərə ötürülülməsinə çalışmaqdadır.
Müasirlik azadlıq eşqində, bəşəri
dəyərlərə sayğıda, vətən
sevgisində, istiqlal ruhundadır. Müasirlik bütün dövrlər
üçün müasir sayılan klassik əxlaqi dəyərlərin
qorunmasında, milli-mənəvi ənənələrin
varisliyinin təmin edilməsindədir. Müasirlik
mahiyyətlə şəklin, fikirlə fəaliyyətin,
daxili aləmlə xarici görünüşün, sözlə əməlin,
məzmunla formanın harmoniyasındadır.
Ədəbiyyat
1.
Ağaoğlu
Ahmet. Üç medeniyet. İstanbul: Milli Egitim Basımevi, 1972.
2.
Əsgərov
Şahlar. Məclisin fəlsəfəsi.
Mədəniyyət dünyası, XIII buraxılış.
Bakı: ADMİU, 2006, s.253-257; Gender probleminin görünən
və görünməz tərəfləri (əlyazması halında).
3.
Hüseynzadə
Əli bəy. Kasablanka faciəsi və Osmanlı-İran
komediyası. Füyuzat, 1907, № 24; Seçilmiş
əsərləri, Bakı: Çaşıoğlu, 2007, s.264-270.
4.
Resulzade
Mehmet Emin. Yanlış terim kullanmıyalım. Milli tesanüd.
Ankara: Kardeş matbaası, 1978, s.22-23.
5.
Resulzade
Mehmet Emin. Milli ahlak. Azərbaycan
(
6.
Resulzade
Mehmet Emin. İlim ve siyaset. Milli tesanüd. Ankara: Kardeş matbaası,
1978, s.88-91.
7.
Resulzade
Mehmet Emin. Münevver muhacirin borcu. Milli tesanüd. Ankara: Kardeş
matbaası, 1978, s.81-83.
8.
Süleymanlı
M.A. Əhməd Ağaoğlunun Üç mədəniyyət
əsəri / Şərq fəlsəfəsi problemləri,
beynəlхalq elmi-nəzəri jurnal. Bakı: AMEA, 2004,
№ 1-2, s.57-66.
9.
Süleymanlı
Mübariz. Çağdaş türk düşüncə tarixindən:
Cəmil Meriç yaradıcılığı Azərbaycanda.
Mədəniyyət dünyası, IX buraxılış. Bakı:
ADMİU, 2004, s.7-20.
10.
Süleymanlı
M.A. Küreselleşmenin Azerbaycan kültürüne yansımalarına dair.
Güney Azerbaycan sosyal, kültür, siyasi araştırmalar dosyası
(Ankara). Güney Azerbaycan Tanitim Cemiyeti (GÜNAZTAC), Tanıtım,
sayı 6, Ankara 2004, s.9-10.
11.
Süleymanlı
M.A. Qloballaşmanın Azərbaycan mədəniyyətində
mənfi təzahürlərinə dair. Qloballaşma və onun
iqtisadi-mədəni sahələrdə müsəlman
cəmiyyətinə təsiri mövzusunda keçirilmiş
Beynəlxalq Simpoziumda söylənilən məruzənin
mətni. Bakı, 3-4 dekabr 2004-cü il.
Мубариз
Сулейманлы
О
проблеме
осовременивания
в культуре
Резюме
В
статье,
посвящённой
проблеме
осовременивания,
анализируются
исторические
корни этого
процесса,
раскрывается
причины
необходимости
этого
процесса. При
освещении
проблемы
автор
опирался на
высказывания
видных
представителей
интеллигенции.
В работе
автор
касается
таких
проблем
осовременивания,
ставших
предметом
размышления
на
протяжении
истекшего
столетия, как
европеизация,
западничество,
глобализация
и др.
Говорится о
возможном
отрицательном
влиянии
глобализации
на
национальные
ценности.
Автор также
анализирует
процесс
внедрение
под лозунгом
осовременивания
образцов
псевдокультуры,
антикультуры
и
контркультуры
в образ жизни
современного
человека,
раскрывает
национально-духовные
возможности.
Mubariz
Suleymanli
A
historical view on contemporization problems of the Culture
Summary
This
article dedicated to contemporization of the culture explains historical
fundamentals and the reasons behind of it. The comments of the problem based on
the ideas of the Azerbaijani intellectuals. It is has also been mentioned about
the words such as globalization, westernization and europeanization which have
been very widely used among the society during the last century. It has
additionally stated about the negative affects of the globalization on national
values. Moreover it has critisized the unordinary & unhumanitarian attitudes
which have been executed under the name of globalization. It has been shown that
the national-moral and spritual conditions of the contemporization.