Güney Azərbaycan milli Simgəsi !
Güney Azərbaycan milli simgəsi təklifi daxildə fəaliyət göstərən bir qrup milli gənclərimizin tərəfindən ortaya çıxdıqdan sonra çeşitli dartışma və yazışmalara səbəb olmuşdur. Bölünmədən, özəlliklə Türkçü və milli təfəkkürlülərin parçalanmasından diskinən bəzi dostlarımızın çəkingənliyinə baxmıyaraq bu müzakirələr Azərbaycan Türk Millətinin böyük siyasi inkişafından xəbər verməkdədir. Öz daxilimizdə demokrasi sinavına çevrilən bu təklifi verənlerə birdə ona görə borcluyuk ki, çağdaş milli hərəkatımızın geçmişini, bugününü və gələcəyinin siyasi təhlilini düzgün tərəzidə ölçərək irəliyə doğru böyük bir addım atmışlar.
Bu
təklif ətrafında mübahisələr o qədər
demokratik, titizlik və milli mənafemizi qoruyacaq biçimdə getdi
ki, hər fürsətdən ara qarışdırmaq
məqsədi ilə suistifadə etməyə çalışan düşmənin
görünmüyən əlləri çaş-baş qaldılar. Bir milli
təşkilatımızın adını oğurluyaraq
təklif edilən qara ay- ulduzlu simgəni o təşkilatın
bayraq təklifi kimi göstərməyə çalışan bildiriş
və birdə simgə ilə bayrağı qarışdırmaq
istəyən bir- iki yaramaz yazıdan başqa heç bir axsaqlıq
yaranmadı. Demokrasi yoxlamasından başarılı çıxan
millətimizi təbrik edərək bir daha vurqulamaq
istərdim ki bütün dərdlərin dərmani demokrasidədir.
Demokrasidən
danışarkən bütün müsbət tənqidi fikirlərin azad
və üşənmədən ortaya atılmasının
vacibliyini və bir birimizə hörmətlə yanaşaraq
xətalarımızın sənədləlrlə ortaya
qoyulmasını onun bir ayağı kimi qəbul etmək
gərəkir. Bu arada bu müzakirələrdəki
tənqidlərin azərbaycanlıların ədəb və
nəzakətinə yaxışar biçimdə getməsi, başqalarının
əleyhinə şayiə, şantaj və qarayaxma çirkinliyindən
qurtulacağımızın muşduluqçusu olduğumu vurqulamaq
gərəkməkdədir.
Mübahisələrdən
anlaşıldığı kimi təqribən heç bir şəxs
vəya qrup vəya təşkilat bugünkü ortamda güney
Azərbaycana milli simgə, bir daha tikrar edirəm milli simgə
yaranması ilə müxalif olmamışdır.
Bu
dartışma və müzakirələri bir koordinasyon
səhifəsində yerləşdirib, ondan qızıl
xətti çıxararaq nəzər və səs vermək hər
bir güneylinin haqqı və eyni halda borcudur.
Güneydə
fəaliyət göstərən dəyərli bir qrupun bir
fərdindən aldığım şəxsi məktubda bu ağır
şəraitdə açıq məktub yazamadıqlarından üzülərək
ay-ulduzun Türk rəngi olan mavi boyanmasına müsbət baxdıqlarını
vurqulamaq istərdim. Bu dəyərli şəxsiyətimizin
təklifi beyin yarqanlarımda bir qıvrılma yaratsada seçdiyim
qızıl xəttin fayadalarından vaz geçəmədim.
Ona
görə, bütün amil və etkənləri nəzərdə
alaraq güney Azərbaycan üçün simgə teklifini irəli sürən
dəyərli cavanlarımızın önəri və açıqlamalarını
yetərli və müsbət dəyərləndirərək onun
faydalı olacağına inanıram.
Bu
vəsilə ilə, yaxından tanımadığım ancaq
yazı və fikirlərindən hər zaman faydalandığım
dəyərli yazarımız sayın Aydın bəy
Təbrizlinin seçgi sorqusuna münasibət bildirmək üçün
bəyan edirəm ki, mən qara ay ulduzlu simgəyə
səs verirəm.
Yaşasın
Azərbaycan tanrı Türkü qorusun.
Dərin
saygılarımla : Böyük
Rəsuloğlu
25.07.2008