"ARAZ AZERBAIJAN" QƏZETİNİN
10-cu SAYI NƏŞR OLUNUB
İngiltərədə 2006-cı ildən azərbaycan və
inglis dillərində nəşr olunan "Araz Azerbaijan"
qəzetinin 10-cu sayı işıq üzü görüb. Bu barədə
xəbəri Turana qəzetin təsisçisi Vüsal Həmzəyev
bildirib. Britaniyadakı azərbaycanlı gənclərin təşəbbüsü
ilə nəşrə başlayan qəzetin bu sayında
Azərbaycan Demokratik Respublikasının 90 illik yubileyi ilə
bağlı maraqlı yazılarla tanış olmaq olar. Bundan
əlavə, Britaniyadakı Azərbaycan icması ziyalılarından
olan Dr. Ali Tekin Atalarla müsahibəni və azərbaycanlı
tələbələrin Avropanın müxtəlif ölkələrində
keçirilən forumları, Azərbaycan Evi ilə bağlı son
məlumatları və digər xəbərlər qəzetdə
yer alıb. Qəzet Londonda yayımlanır.
