Güney Azərbaycan Simgəsi Türkçülüyü və Mübarizliyi özündə əks etdirməlidir!

Yusif Cəlilzadə

Mən çox maraqla Güney Azərbaycana aid olan xəbərləri izləyirəm. Son zamanlar Güney Azərbaycana aid olan Bayraq və ya Simgə mövzusu aktual olmuşdur. Mən belə fikir edirdim ki, Bayrağın yaranması əksər fəalların tərəfindən təsdiqlənib və bu məsələ BİRLİYƏ səbəb olacaq. Amma çox təəssüf ki, əməldə tam əksini gördük. Nəzərimcə, Milli Bayrağın Ay -- Ulduzun qaralayıb, Güney Azərbaycana Simgə kimi təqdim etmək kökündən yanlış fikirdir. Çünki mən bəzi Şimali Azərbaycanlılarla da danışdım, onların fikrinə görə, bu əməl Milli Bayrağı təhqir etmədir. Bu baxımdan məsələni mürəkkəbləşdirmək olmaz. Milli bayrağımıza əl gəzdirib, onu dəyişdirməklə Simgə yaratmaq məqsədi əsasda yanlış bir metoddur. Bu səhvi birinci dəfə Çöhrəqanlı etdi və çox təəssüf ki, ona etiraz edən fəallar onun səhvini yenidən təkrar edib, Simgə adi ilə Milli Bayrağımızda "düzəliş" etdilər. Nəzərimcə, Güney Azərbaycan Milli Azadlıq Hərəkatına Simgə lazındır və bu Simgəni yaratmaqda iki təməli əsas saymalıyıq:

1.Türkçülük

2.Mübarizə rəmzi.

Elə mən bu iki təməlin əsasında milli fəallara aşağıdakı təklifi verirəm:

Mənim fikrimcə, mavi rəng -- Türkçülüyümüzü və Babək Qalası -- mübarizə rəmzimizdir. Bu Güney Azərbaycan Mİlli Azadlıq Hərəkatının Simgəsi ola bilər. Hər halda bu mənim təklifimdir və onun təsdiqində israrlı deyiləm. Bu vasitə ilə mən tamam Milli Fəallara müraciət edib, onlardan istəyirəm Türkçülüyümüzü və Mübarizəmizi nəzərə alıb, mənim təklifimə öz münasibətlərin bildirələr.