Milli
Şura ve DAK
Əziz
soydaşlar !
Bütöv
Azərbaycanımızın Güneyində milli
hərəkətçilərimizin çətinliklə apardığı
demokratik mübarizənın başarısının birlik körpüsündən
geçəcəyi sır deyil. Onun üçün illər boyu birlik
məfkürəsi ilə bağlı çəkilən
zəhmətlərin nəhayət iki il öncə Güney
Azərbaycan milli birlik şurasi yaratmaq təşəbbüsü
ilə ortaya çıxdığı aydındır.
Ayrı
yandan milli şura birlik məfkürəsində
millətimizin bütün üzvləri və milli fəalları
nəzərdə alaraq heç bir şəxs, qrup vəya fikrin
əleyhinə olmadığı kimi heç bir qrupuda başqasının
qarşısında dəstəkləmək siyasətindən
uzaqdır. Şübhə yoxdur ki, bizim əsasnaməmiz
gərəyincə hər kəs Azərbaycan probləminin
həllində öz fikrində azad və hanki təşkilatla çalışmaqda
sərbəstdir.
Onun
üçündür ki, biz DAK, DDAK və eyni hədəfə qulluq
edən başqa təşkilatların
bütün qollarının, ama bütün qollarının, birliyini
Azərbaycanımız üçün böyük uğur hesab edərək
milli şuranın hər hansı bir dəstəni
dəstəkləməsi söz qonusu deyildir. Dak mətbuat
xidmətinin yaydəğı bir bəyaniyədə hörmətli
Sabir bəy Rüstəmxalının ağzından , Berlin toplantısından
sonra görüşlərində, Firidun bəy Pərvizniadan ad
apararaq Milli Şuranın adının çəkilməsi dostlarımızda
tidərgənlik yaradmışdır.
Son
umumi iclasımızda milli şuranın
tərəfsizliyini əks edtdirən bir bəyaniyə yayılması
nəzərdə tutulmuşsada siyasi komisyon adından
verilən bu bəyaniyə öz hədəfindən uzaqlaşdırılaraq
ancaq daxili E- qrupumuzda dərc edilmişdir. Bu hərəkət
isə bir tərəfdən dostlarımızı saymamazlıq
kimi görünsədə bir tərəfdəndə genə 17 April
2008 tarixində 525-ci qazetdə verillən bir musahibədə
Milli Şuranın adı çəkilərək
tərəfsizliyimiz gobudcasına pozulmuşdur. Baxmıyaraq ki,
bəzi üzvlərimizin etirazı nəticəsində, iş
işdən geçəndən sonra
Ərəb əlifbasında yazılmış bu
bəyaniyə sitəmizdə yerləşdirilmişdir, ancaq
atalar demişkən sonradan atılan daş topuğa
dəyər. Məsələnin bir tərəfini təşkil
edən Şimali Azərbaycanlı soydaşlarımız
hadisələrdən xəəbərsiz buraxılmışdır.
Onun
üçün biz aşağıda adları çəkilən Milli Şuarnın
qurucu heyəti və üzvlərindən olaraq bu bildirişi
yaymaq məcburiyətində qalaraq bir daha elan edirk ki, Milli
Şura bu barədə öz tərəfsizlyini qoruyaraq, heç
bir tərəfi dəstəkləmədən bütün
millətimizə birlik arzusundadır. Müxtəlif ölkələrdə
özəlliklə gözlərimizin bəbəyi milli varlığımızın
orta dirəyi olan əziz Bakımızda
bizim tərəfsizliyimizi pozan bütün söyləntilər və
təhriflər təkzib edilir.
Adlar
əlifba sırası ilə
1-
Behruz
Həqqi
2-
Boyuk
Resuloglu
3-
Cabbar Settaroglu
4-
Eldar
Fənni
5-
İsmail
Söhrab
6-
Məhəmməd
Riza Xeşti
08.05.2008