ÖZ TÜRKÇƏ SÖZCÜKLƏR
Dillə
eləcədə sözcüklərlə bağlı danışıb
yazmaq , bilgi ötəsi sorumluluq istər. Bu sorumlulğa
titiz düşüncə yürütməklə souynmaq olar . Bilik
yerinə olasılıqlara sarılaraq düşüncə yürütməklə,
qaş düzəldiyimiz yerdə göz çıxardarıq . Ona görədə
bir ulusun ana varlığı olan dilə sayqılı davranıb,
biliklərimizlə önərilərimizi özəl düşüncələrdən
uzaq içdənliklə sunmalıyıq . Bu yoldə
Azərbyacanda əskidən terminolji komitəsi Türkiyədə
isə Türk dil kurumu yetərli olmasada çalışmışlardır
. Bu suçlamamın nədəni bu iki ölkəyə dil vergisi
vermədən soxulan minlərlə yabancı sözcüklərin
olmasıdır. Bunların soxulmasında dildən sorumsuz
görünən alverçi , muğənni , işçi, siyasətçilərin
yanında , dildən sorumlu olmaları gərəkən yazıçıların
, qoşuqçuların, fəlsəfəçilərin ,
qəzetəçilərin , dilçilərində yabancı söz vurğunluğundan
dolayı payları vardır . Bu vurğunçuluq qarşısında
savaşmadan uduzmuş durumda olaraq yabancı sözcüklərə
özgəçilik ( kapitülasyon) payı veririk .
Yuxarıda adlarını
çəkdiyim dildən sorumsuzlara bu yöndə bir söz deyilərsə,
çiyinlərin silkələməkdan başqa nəsnə
deyəcəkləri olmaz . Ancaq dildən sorumlu olanların bu yöndə
suçlamalar qarşısında yersiz , anlamsız yorum
yozumdan başqa nə deyəcəklərini bilmirəm .
Bunların bir çoxları Sözün doğrusuyla anlamlı dilçilikdən
uzaq yalnız məndə varam demək üçün toplumu
çaşbaş salmaqdan başqaq nəsnə edəməzlər
.
Ömər
Faiq Nömanzadə hardasa 100 il bundan öncə demiş
iyrənmiş ərəb , fars sözlərini yan yana düzüb,
ədəbiyat demək , ədəbiyatı bilməmək
deməkdir . Bu anlamda alışılmış , ölməz
( klasik ) denilən bir çox nazimi qoşuqçu alaraq çiyinlərimizə
yüklmişlər , daşıtdırırlar . Salman mümtaz M .
Ə. Sabirə Türk qoşuqçularından hansını
bəyəndiyini sormuş. Sabir N. Kamalla , R . Əkrəmin
adlarını demişdir . S . Mümtaz isə , T . Fikrəti
sorduqda O ərəb şairidir yanıtlamışdır
.
Doğrusu
bu gün əruz dışında yazılan Y. Əmrədə,
Q. Burhanətdindən , Tufarqanlı.Abbasdan öz türkcə bir dizi
oxurkən , yüz illər ötsədə dilmanca eləcədə
yorum yozuma gərəkmi var !? Bu əngin göy kimi açıq Türkcədir,
ərəb saçı kimi qarışıq əruz deyildir . Ona görədə
Kaşğarlı Mahmut çəkinmədən Bağdada öz Türkcəsilə
axın etmış , şımarıq ərəb
xəlifəsinə Türk atı ərəb atından yürək
olduğu kimi , Türk dilinində ərəb dilindən yürək
olduğunu bildirmiş . Bu biliklə ürək işini Y. H.
Hacəb QUTADQU BİLİKlə süsləmış , Türkcəyə
dırnaq ucu yan baxanları Ə ,Ə , Nəvayi
eyləmlərlə( Fiillərlə) məhkəməlik
( Muhakimətülluğətenlə ) etmişdir .
Fuad Köpürlünün
Dədə qorqudu tərəzinin bir tayına , qalan klasik Türk
ədəbiyatını o bir tayına qoysan, dədə
qorqud ağır basar deməsi doğrunu yansıdır. Bu
gerçəkliyi dartışmaq , Türk dilinin özəlliklərini
bilməyənlərə söz payı verə bilər . Onun ötəsi
çənə yormaq üçün yorum yozum ola bilər . Dədə
qorquda olan deyim biçimlərini biriləri ilkin yazım örnəkləri
kimi görürlər , ancaq onlar gerçək Türk tümcələrini
yansıdar. O tümcələr ilkinliyi kimi də gözəlliyilə
özəlliklərini qoruyub saxlamışlardır . Bizm bu gün
çeviri dillə danışdığımız aydındır.
Tümcə vurğularımız ərəb, latin , ingilis
dillərindən çevirmələrdir . Buna görədə Türkcənin
sözcükləri tümcəyə uuym saxlamır. Bu nədənlə
dilimizə yabancı sözcüklərin girməsi erkən
mənimsənir .
A .M .Vongaben
Əski Türkcənin grameri yapıtında deyir : İndiyə
kimi Türkoloqlarla dilçilər, gerçək Türkcənin diltörəsini
anlıyamamışlardır . Dədə qorqudu oxurkən
dodaqların arasında qalan o gözəl Türkcənin dadına
doymamağın nədənidə bu ola gərək .
İndiyə
kimi Türkcəni topluma sevdirməmişik desəm , suçum boyun qırmaz
. Bildiyimiz kimi bir çox xaqanlarımızda Türkcədən hürkmüş
, özgəyə tapınmış , özgə çıraqlarına
yağ olmuşlardır . Bunların saysız örnəkləri
geçmişliyimizdə ( tariximizdə ) vardır. Mən bunun ana
nədənlərini belə özətlirəm :
1- Egemənlik öncüllüyü
: Türk xaqanları egemənlik dönəmlərində öncüllüyü
siyasi , əsgəri yönətimə vermiş , öz dilinə qarşı
sorumluluq duymamış , bunun tərsı başqa dillərə
qayğı göstərmişlərdir . Qəznəli
Mahmutdan , Qacar, osmanlı saraylarına kimi bir çox örnəkləri
vardır . özü Türk oğlu Türk , Amma deyir Türkü
cəhalətdir ( M . Şəbüstərli )
2 Ülkü düşgünlüyü :
Xaqanlarımız bütün geçmişlərini egemənlikləri
üçün yadırğayıb , unutqanlığa vardıqları
kimi , qoşuqçularımızla bilginlərimizdə yansılama
eləcədə sayruluğuna tutulmuşlardır . Ona görədə
özgə ölçütlərlə Bu düşvar asan olmamışdır
. Toplumla bilginlər eləcədə qoşuqçuların
aralarında anlaşılmazlıq duvarı hörülmüşdür.
İslam inancının aşıladığı ərəbcə
egemənliyidə Türkcənı dar alana sıxışdıraraq
yeni sözcüklərin törənməsini qısıtlamışdır
.
3- Dil bilgisizliyi : Üstə
yorumladığım iki ana nədənin aşıladığı
sonucu ,Türkcə doğru düzgün incələnməmiş , onun
gəlışmə yolları göstərilməmişdir . Bu
nədənlə Türkcəyə qarşı bir ön yarğı
söz konusu olmuş , bilimdən dışlanmışdır .
Bu son
nədənlə bağlı bir az genış yazmağı
düşünürəm . Umarım yorumlarımda gerçəkləri
deyə biləm .
Türkcənin gözəl
özəlliklərini bilmədən , dil bilgisindən uzaq əskidən
ərəb , fars indisə avropa dillərinə vurqunluq duyulub ,
Türkcə sözcüklər kölgədə qalmış , unudulmuşdur
. Bunun yorumunda dilçilər sürgünə göndərdikləri Türkcələri
arxeyqləşmış deyə dışlar , yabancı
sözcüklərə vətəndaşlıq vermədə
sakınca duymamışlardır . Bu işində bir
nəçə nədəni vardır . Biriləri bilikli olaraq Türcəyə
qarşı qaşınmalarından ( alerji) dolayı bu işi
görərlər. Onlara nədən bu işi gördüklərini
sorarsan dillərini ayaxlarından uzun göstərərək Türkçə
bilim dili deyil , yetərsizdir kimi anlamsız
nədənlərlə öz bayağılıqlarını göstərərlər
. Bu kəsimlə dillə bağlı söz verib, almaq yersızdır.
Biriləridə yabancı sözcüklərdən pozla bilik süsü
olaraq yararlanırlar . Bunlarında ağızlarına
nə böyük söyləyirsən deməklə anı dağlarına
yolamaq olar . Ancaq biriləri isə bunu dilçilik adına görürlərdir
. Bunlar qaranlıq düşüncələrə qapılıb,
dediklərində dirənər , gerçəyi bilsələr
belə üzlərinə gəlməzlər . Bunlarla doğrudan
savaşmaq gərəkir . Bunlar sözdə bu ulusun dostusalar,
işdə qənimidilər . Bu nədənlə onların
bellərinə yüklənmiş ad sana baxmadan öz dillərilə
danəşmaq gərəkir.
Türkçəni
indiyə kimi qoruyan dilin özü olmuşdur . Dilin səs uyuşumula
( ahəng qanunu) əklərin çoxluğu bu
qorunmanın təməli olmuşdur . Səs uyuşumu dilin
pozulmamasını , eklər isə yeni sözlərin yaranmasınıa
olanaq sağlamışlardır . Türk dili matimatik kimi düzənli
bir dil olmağıyla yanaşı , döğa musiqisi dilidir . Bu
dildə doğada olan bütün səslərdən fiil düzəltmək
olar . Örnək üçün Ş şaqqıldadı , T
Taqıldadı , z zıqqıldada, ... Bir
sözlə Türkçəylə doğanın bütün varlığını
çizmək olar . Gələcəkçi ( fütürist ) N. Hikmətin qoşqusunun
en gözəl yönlərini bu doğa səsləri duydurur . Bu
səslərdən yaranan sözlər Türkçəyə özəldir
. Belə bir özliklərlə varlı olan dili dilnçiliyə götürmək
bilim adına olduğu kimi insanlıq adınada yaraşmayır
. Bu dilənçi dilçilik Türkçəni yoxluğa götürən bir
yoldur . Buna onay verənlər bu dilin qənimləridilər .
Biriləri bunu dil alış verişi olaraq görürlərdir .
Ancaq burada yanılırlar. Türkçənin Yapı özəllikləri
geçmişdə basqısı altında tutulan ərəb, fars
inidisə Avropa dillərindən ayrıdır . Bu
dillərdən gələn sözlər Türkçənin özəlliyi
olan səs uyuşumuna uymaz , dildə qarışıqlıq
yaratdığı kimi deymdədə çətinlik çıxardar .
Bu konunun başqa bir olumsuz yönünü eski TDK başqanlarından
Prof. Dr. H. Zülfikar belə dəyərləndirir :
Yabancı kökənli
termin Türkçəsini / Türkçədə bu kəlməyə
qarşılıq bulunmaz , bu kavram Türkçə olaraq ifadə
edilməz . Bulunan qarşılıq əsas anlamı verməz
/ gibi çeşitli səbəblər irəli sürərək
kullanmamak bir bakıma düşüncənin olgunlaşmasına ,bilginin
yayılmasına əngəl olmak deməkdir . Türətilən
kəlmələrin zamanla anlam gennişləməsinə uğradığı
bir gerçəktir .
Konu öğrenim
çağında bulunan öğrənciler açısından çok daha
önəmlidir . Konsantrasyonla , rezistans terimləri dilimizdə yoğunlaşma
ilə dirənç sözlərilə karşılanıyor .
Öğrəncilər bu Türkçə kəlmələrin tanımlarını
öğrənmədən öncə köklərdəki anlamlardan
eklerdeki görəvlərdən bəlli bir çağrışıma
ulaşarak bu sözləri kavraya bilməkdədirlər . Halbuki
batı dillərindən geçən karşılıklarını
özəl olaraq öğrənmək zorundadırlar . Bu tür
kelimelerin telafuzlarıla yazımlarıda öğrəncıyə
ek bir yük gətirir . ( Terim sorunları, terım yapma
yollar . s . 25- Prof . Dr. H. Zülfikar)
Məncə yabancı sayruluğuna tutulanlara , gərəkən
yanıt yetərincə bu tümcələrdə verilmişdir .
Nədənsə biriləri Türkçəyə qaşınmalarından
dolayı yenədə başqa olumsuzluqlar irəli sürürlərdir
. Bunlar bilincdən uzaq içlərində olan pıslıyı
araya qoymaqdadırlar .
Türkçənin
dil özəlikləri egemən olan dillərdən ayrı olduğu
üçün , onlardan borc almada öz varlığını itirər
yavaş - yavaş başqalaşmağa doğru gedər .
Min ildən
artıqdır Türkçəyə ərəbcəilə farscadan
çoxlu sözlər gəlmişdir . Bu sözlər bu dilin özəliyini
daşımadıqları üçün qısır qalmış
, ölülərilə də bu dilə yük olmuşdur. Bu gün
belə Azrbaycan Türkcəsinə baxsaq bu iki yabancı dilin
sınlaqı ( məzarlığı ) durumunda olduğu
görünür. Bir çox sözlər anlamlarını belə
dəyişmiş , köksüz duruma gəlmişlərdir . Sözlərin
yaranmasında mitilogiyanın etgən olduğunu düşünsək
, bu yanlış işlə bilimlə insanlığa nə
kimi pislik etdiyimiz aydın görünər . Biz dilənçi dilçiliklə
yalnız öz geçmişimizi baltalamır başqa uluslarında
uyğarlığını pozuruq ( Təhrif edirik ) . Bu gün
ölü ( arxeiq) söz deyə arı Türkcə sözləri tapıb üzə
çıxartmaq , geçmişliyimızə ışq tutmaq , Türk uyğarlığının
yeni araştırmalarına götürər bizi. Örnək
üçün ərəbcəsini işlətdiyimiz həkim sözü
yerinə Divani luğatı Türkdə olan sağucu sözü
bütün yönlərilə ağır bastığı kimi bir
bilim uyğarlığınında göstərgəsidir .
Həkim sözünü bütün bitikləri toplayaraq Türkcələşdirib
, bir Türkə anlatmağın çətinliyni bilməmiz
gərəkir . Ancaq yazıb , oxuması olmayan bir Türkə
sağatmaq fiilindən sağucu adının düzəltilməsini
açıqlayıb , anlatmaq çətin olmaya gərk . Biz yüzlərlə
yaşaya biləcək sözlərimizi öldürməklə öz geçmişimizi
baltalar, qırımlara ( duşmanlara ) Ətraki bi idrak ,
köçəri , bayağı Türk kimi qara yaxma söz payı
veririk . Örnək üçün , 1 000 ilə yaxın yaşı
olan bir bitiktə ( Divani luğati Türkdə ) ütü (ütük) sözünün
olmasi dərin Türk uyğarlığının aydın göstərgəsidir
. Yüzlərlə belə sözü sürgünə göndərərək
özümüzü gülünc duruma gətirib , dədələrimizin üzünə
kölgə salmışıq .
Bu yabancı
sözlər yalnız Türkcəni dilsiz etməmiş , dilin yumuşaqlığında
əlindən almışdır . Bu sözlər ipəyə
yamanan bez kimi əprik , yaraşıqsız olduqlarından
səs uyuşumuna da uymadıqlarından dili də topolamaya götürmüşdür
. Azərbaycanın əski dilçilərindən olan
Fərhatzadə !926.cı ildə yazdığı ( nə
üçün ərb əlifbası Türk dilinə yaramaz ) yapıtində
belə bir sonuca varır . Ərəb əlifbası bir dağıdıcı
qoşundan çox Türk dilini dağıtmışdır . O , yapıtında
bu konunu çox dərindən incələmiş , bilkli olaraq bu
sonuca varmışdır . İnanc yoluyla soxulan ərəb ,
fars sözcüklərinin dağıdıcılığı da o
əlfabedən az olmamışdır .
Məncə
Türkcənin söz törədən əklərini başqa
dillərin fiilərilə tartının gözlərində ölçərsək,
eklərimiz ağır basar . Doğanın bir səsindən
minlərlə fiil , fiillərdən çeşitli ad,
sifət düzəldə biləcək bir dilin yaramaz dilənçiliyə
gərəyimi var !? Yazıb oxuması olamyan
dədələrimiz gərəyində altun kimi gözəl sözcükləri
düzəldib , bizə ərməğan etmişlərdir. Biz
bunu başara bilmiriksə suçu dildə deyil , öz biliyimizdə ,
bacarımızda bilməliyik .
Bu
gün dilin qorunub saxlanması eləcədə gəlişməsi
yazqan əlinə alıb , dildən yararlananların
borcudur. Bu nədənlə yabanı sözcükləri gömrükdən
girmədən öncə yaxalayıb , adını dəyişdirərək
Türk ölkələrinə giriş verilməlidir . Bu yolda dilçilərlə
yanaşı yazıçının , qoşuqçunun , gəzetəçinin
də ulusal görəvlərindən biri bu olmalıdır . Bir
ölkəyə girən kiçik bir maldan vergi alındığı
kimi , söz vergisinində alınması gərəkir . Yoxsa
dil yabancı dillərin atıqlığına çevrilə
bilər . Bu iş görülərkən Sayın Prof. Dr .H . zülfkarında
bir uyarsını göz önündə tutmamız gərəkir .
Terim türətmək mekanik olaraq
bir köklə bir əki birləştirmək demək deyildir .
Bu bəsit işi hər kəs yapa bilir . Terim yaparkən dilin
incəliklərini bilmək , kəlmənin səs , ahənk ,
yapı yönlərini hesaba qatmaq , qarşılayacağı
kavramı hər yönüylə iyi dəğərləndirmək
gərəkir . Ötə yandan türətiləcək
kəlmənin bir istetik yanının da bulunması
gərəkdiyini unutmamaq gərəkir . ( Terim
sorunları , terim yapma yollar . S. 40 )
Bu konu sözcük
düzəltmə yolunda çox önəmlidir . Türkiyədə camaşır
makinesi , Azərbaycanda isə paltaryuyan maşın deyə
işlənir . Türkiyədə düzəldilən sözün türkcəylə
yaxından uzaqdan ilgisi yoxdur . Farsca bir adla ( came ), fiilə
(Şır , şostən) latincə ad ( makin ) artılaraq
düzəldilmışdir . Nədənsə Türkiyədə Türk
qardaşlarımız dedikləri başqa Tür ağızlarından
yaranmağa ərinmışlərdir . Bu gün Azərbaycanda
toplumun mənimsədiyi çox gözəl Türkcə sözlər vardır
, bunların yerınə Türkiyədə indi də yabancı
sözlər işlənir . Örnək üçün bütün türk dilinin özəlliyini
, gözəlliyini daşıyan çimərlik sözü , plaj
yerinə işlənir . Yazıb oxuması olmayan qoyuna
çimənlikdən danışsan anlayacağı kimi , yazıb
oxuma öyrənməyən çoçuğa da çimərlikdən danışsan
o nə deməyəcəyi aydındır . Ancaq
nədənsə üzü batıya mıxlı Türkiyədə bu
yöndə sözdə qardaşlıq varsadə , iştə
görünmür .
Söz
düzətməkdə sözün gözəlliyinin , yumuşaqlığının
toplumun mənimsəməsi açısındanda önəmlidir . Bu
gün Türkiyədə devlətin dilə azda olsa qayğsından
dolayı öz Türkcə minlərlə yeni sözü topluma
mənimsətdirilmişdir . Bu sözlərin içində yüzlərlə
səs uyumuna yumayan sözlərdə vardır, ancaq toplum bunları
gərksinim olaraq mənimsəmişdir .
Türk
dilinin kurallarına uyaraq yeni sözlər yapılmalı , geçmışdə
olduğu kimi səs uyumuna uymayan sözlərin düzəltməsi
aza endirilməlidir . Mən Azərbaycanlı qoşuqçu R. Rızanın
Tərcümeye hal yerinə , önərdiyi illərliyi
sözünü Türkiyədə mənimsətilən öz geçmiş
sözündən daha gözəl eləcədə doğru
bilirəm . Burada qoşuqçunu incə ruhu sözü bayağılıqdan
uzaq mum kimi yumuşatmışdır . Una görədə söz
yaradılarkən qoşuqçılarında düşüncələrini
alarsaq qazancımız çox olar .
Türkçənin
söz düzətmək olanağı dartılışacaq deyildir
. Bu gün acunun ən uzun sözü olaraq bilinən Çekoslavakiyalaşdıramadıqlarımızdanmısınız
? Bir muzik deyilsə nədir !? Neçə kəz söz hallanıb
, anlam dəyişib , Türkçə əklərin uyumundə
pozuqluq yoxdur. Bax budur dil teknolijisi .
Burada F. H. Dağlarcanın bir sözünü anımsayıram .
Mən Türkçəmi yüzdə doxsana çıxartmışam . 50
ildən artıq bu sözü deyən ulusun yeni quşaqları
nədən övünərək deməsin mən yüzdə yüz
Türkçəylə yazıram . Bu yüzdə 90 o böyük qoşuqçunun
səzünü əzik deyil çox dadlı , çoxda gözəl göstərmişdir
.
Burada Şəhryarın
bir dizəsini demədən geçəmirəm. Türkün dili
tək sevgili istəkli dil olmaz özgə dil qatsan bu əsil
dil əsil olmaz .
Burada deyinəcəyim başqa bir konu isə, ərəbcədən
aldığımız və ilə farsçadan aldığımız
ke , ki bağlaclarıdır . Tümcə tikimində iri sap
yerinə işlənən bu bağlaclara gerçək Türkçədə
yer yoxdur . Bunlar Türkçənin sözdizimini ( sentaksını) pozmuş
, dilin axıcılığını önləmişdir .
Dədə korkutda mirzənin suçundan bu bağlaclar azda
olsa vardır . Bunlar olmayan yerdə dədə qorqud bal kimi dadlı
, çay suyu kimi axıcıdır . Bunlarsız tümcələrimiz
daha gözəl daya axıcı olur, deyə düşünürəm
. Bunlar diltörəmizi en etgiliyən eləcədə
pozan etgənlərdir . Bunların yerinə dilimizdə la ,
lə , ila, ilə , kən , kimi doğma bağlaclarımız
vardör . Ərəblər kimi Leyli və məcnun deyildisə
, Türk kimidə Əslilə ( ilə ) kərəm daha
çox deyilib mənimsəndi . Bu iki yabacı bağlacda bir bayağılıq
, qondarmalıq sezilməkdədir .
Günümüzdə
ortaq Türkçənin necə olması danışılır .
Məncə ortaq Türkçə arı yazılan Türkçə olmalıdır
. Bu arı Türkçə çağla çeşıtlı ağızlarıda
birləşdirər . Bu yolda Bütün Türk ağızlarında
olan arı Türkçələrə öncəlik verilməlidir . Hüsen
Kazım Qədrinin dərləyib , topladığı
Türk lüğəti sözlüyü bu yola klavuzluq edə
biləcək bir qaynaqdır . Umarıq bir gün bu çox
dəyərli qaynaq yenidən bastırıla .
Burada önərilən
ÖzTürkçə sözcüklərin ana qaynağı Türk dil
kurumunun Bilgi bölümünün sunduqlarıyla yanaşı Ali Püsküllüoğlunun
Öz Türkçə klavuzu , Dədə qurqud , eləcədə
kemal Demirayın Təməl Türkçə sözlük lər
olmuşdur .
Burada bir çox səs uyuşumuna uymayan önərilər vardır
. Bunların gələcəkdə aza endirilməsi ümidilə
.
Yeni önərilən sözcüklərin əklənməsilə
iki aydan bir yenidən sunulacaqdır.
Ersan Erel
A
Aberasyon
.Fra : Sapınç
Abone. Fra : Sürdürüm
Absoulute
frequency. Ing : Kəsin sıxılq
Adres fra : Yöngə
Afoni.fra : səs itimi
Agnostik
: fra : Bilinemezci
Agrafi . yunan : Yazma yitimi
Ağıl .ərəb : us
Ajanda. Fra : Andaç
Akronim. Ing : Qısma ad
Aksesuar. Fra : Donatımçı, bəzəkçi
Aksiyon . fra : Bəlit
Aktuel .fra : Güncəl
Alakart ( a la carte ) fra : Seçimli yemək
Alerji. Yunan : Qaşınma
Alg . latin : Su yosunu
Alternatif . fra : seçenek
Albinas . Fra : Ağşın
Amblem ( ambleme ). Fra : Bəlirtkə
Ampirik ( empirique ). Fra : Dənəyə dayalı n
Anarşi .yunan : Dərəbəylik , qarışıqlıq
Anartri. Fra : Dil tutuqluğu
Anatomi .yunan : Gövdəbilim
Animasiyon . fra : Canlandırma
Angajman ( engagement ).fra : Bağlantı
Agnosi : fra: Tansızlık
Agrandisman.fra : Büyültmə
Angajman . Fra : Bağlantı
Anket. Fra : Sormaca
Anomali . fra : Sapaqlıq
Anons.fra : Duyuru
Ansambl ( ensemble ) . fra : Topluluq
Ansikloprdi . fra :Bilgilik
Anten . Fra : Duyarqa
Anti . yunan : Qarşı
Antipati ( antipathie ) . fra : Sevimsizlik , soyuqluq
Antipatik .fra : sevimsiz , soyux
Antitez . yunan : Qarşısav
Antre .fra : Giriş , Başlanqıc yeməyi
Aranjman . fra : Düzənləmə
Aranjör. Fra : Düzənləməçi
Arbitraj. Fra : Ara qazanc
Arboretum . latincə. : Ağac parkı
Arketip( archetype) . fra : İlkörnək
Aroma. İtaliyanca : Xoş qoxu (gözəl qoxulu)
Aromatik: Xoş qoxulu ( gözəl qoxulu)
Artikülasyon (articulation). Fra : Boğumlanma (
dilçilikdə )
Asimilasyon . fra : özümləmə
Asparagas .ing : Şişirmə xəbər , Şişitmə
sav
Astronom . fra : Göybilimci
Aupair. Fra : Baxıcı
Aut . ing : Dışarı
Avangart ( avant-garde ) . fra : Öncü
B
Bakirə. ərəb : Ərdən
Balans . fra : Dəngə
Barikat . fra : Önləc
Bariyer ( barriere ). Fra . Əngəl
Barkod (barcode). Ing : Çizgi imi
Bearish . ing : Düşən ( alverdə )
Bestseller . ing : Çoxsatan
Bedminton . ing : Tüklütop
Bədbin . fars : Qaramsar
Bədir. ərəbcə : Dolunay
Bəlağət .ərəb : Sözbilimi
Bəyannamə . ərəb : Bildirgə
Bəyanat . Ərəb : Dəməç
Biblografija .ərəb : Qaynaqça
Biyografi. Yunan : İllərlik , yaşam öyküsü
Biyolog . yunan : yaşam bilimci
Blactop. Ing : Küçə basketbolu ( Küçə
səbəttopu )
Blokaj ( blocage) fra : Tutmaq , durdurmaq
Boarding gart . ing : Uçuş kartı
Bolometre .fra : Işınımölçər
Botanik . fra : Bitgi bilimi
Bounspas . İng : Səktirmə pas ( səbəttopda
)
Brand extention . ing : Marka türləməsi ( im türləməsi
)
Branş.fra : Dal , qol
Brifing . ing : Özətçə
Buldozer. Ing : Yoldüzər
Bullish . ing : Yüksələn (alverdə )
Burjuva .fra : Kənsoylu
C
Cani .Ərəb : Qıyıcı
Carry
trade. Ing. Araqazanc alveri
Casting , ing : Oyuncu seçimi , yoxlama çəkimi
Casus . Ereb : Ağızlıqçı
Cərəsəqil . ərəb : Qaldiricı
Charter. Ing : Dolmuş uçaq
Check-list .ing : Dənətim çizəlgəsi
Check-out.ing : Çıxış
işləmi
Cihaz. ərəb : Ayqıt
Cinayət. ərəb : Qıyım
Clearing . ing :
Takas
Clip kart. İng : varlık kartı
Ç
Çare . fars :Umar
D
Datif. Fra : Yönəlmə
durumu
Dealline. Ing : Sunan
Debi.fra : Axım
Defakto . latincə : Edimli
Defans. Fra : Savunma
Defroster. Ing : Buz çözər
Deprasiyon.fra :çöküntü
Detay. Fra : ayrıntı
Demogoji.fra . Duyğu sömürüsü
Demokrasi.yunan : Elerki
Demokratik. Yunan : Elergil
Deolasman.fra : Dişsaha
Destinasyon. Fra : Varacaq , varışyeri
Detant. Fra : Yumuşama
Deterjan. Fra : Arıtıcı
Determinizm . fra : Bəlirlənimçilik
Determinist .fra : Bəlirlənimçi
Developer. Ing: Yüyənəc
Dezenformasyon. Ing :Yanıltma
Dəlil . ərəb : Bəlgit
Dərman.fars : Toxdac
Diaspora . fra : Qopuntu
Difraksiyon .fra :Kırınım
Diktatör . Latin : Buyurqa
Dinamo. Fra :Sürükləyici , Gücləndirici
Direksiyon. (rol , fərman ) fra : Yönəltəç
Direktif . : Yönərgə
Direktor . fra : Yönətmən
Disiplin . Fra :Düzəncə
Disponibilite . fra : Hazır
pul
Diyalekt. Fra: Ləhcə ,ağız
Diyalektik materyalizm .fra : Eytişimsəl özdəkçilik
Dogma. yunan : İnaq
Dogmatik .fra : İnaqsal ( inaqçı )
Doktrin. Fra : Öğrəti
Dominant . fra :Baskın
Done, data .fra : Veri
Donor . fra : verici
Dripling . ing : top sürme
Duayen .fra : ağsaqqal
Dünya .ərəb : Acun
Düşman. Fars : Qırım
E
Edisyon.
Fra : Baskı, çap
Editör. Fra : Yayımçı
Egoist .fra : Məncil
Egosantirik .fra : Məniçinçilik ( Mənüçünçülük)
Egzistansiyalist. Fra : Varoluşçu
Ehsas . ərəb : Duyum
Ehtimal .ərəb :Olasılık
Eklektik ( eclectique ).fra : Seçməçi , karmacı
Ekliptik. Fra : Tutulum
Ekran. Fra : Görüntülük
Eksantrik (excentrique
). fra: Dış mərkəzli
Eksperimantalizm . fra : Dəneysəlçilik
Eksper. Fra : Uzman
Ekspersyonizm.fra : Dışavurumçuluq
Eksperyans. Fra :
Dənəyim
Ekspozisyon (exposition ). Fra : Eərgiləmə ,
sərgi
Elmi.ərəb : bilimsəl
Embriyo. Fra : Oğulcuq
Emperyalizm. Fra : Yayılımçılıq ,Sömürgəçilik
Empresyonist. fra : İzlənimci
Emprivizasyon . fra : Doğmaca ( filbədahəe)
Endirek . ing: Çiftvuruş , ikilivuruş ( ayaxtopunda )
Endeks .ing : Dizin , göstərgə
Enerji. latin : Erkə
Ensklopediya. Ing: Biliklik
Enfeksiyon. Fra : Bulaşma
Enflasyon .Latin : pulçoxluğu , Para şişginliyi
Enformasyon ( information ).fra : Danışma , tanıtma
, savlaşma ,bilgiləndirmə
Ent ( hand ). Ing : Əl. Əllə oynama
Entegrasyon . fra : Bütünləşmə , uyqunlaşmaq
Entelektualizm .fra : Anlıqçılıq
Epidemi.fra :Salqın sayruluq
Epigrafi.fra : Yazıtbilimi
Epilog .yunan : Sondeyiş
Episantır
. Fra : Deprem ortası
Eskiz .fra : Taslaq
Estetik. Yunan : gözəllik
Ethnos. Yunan : Ulus , budun
Etimoloji.yunan : Kökənbilim
Etnik . yunan :Azınlıq, budunsal
Etnografya . yunan : Budunbetim
Etnolog .yunan: Budun bilimci
Etnoloji. Yunan :Budun bilimci