Təbrizlilərin idman mərasimindən sui - istifadə cəhdləri ifşa olundu

 

 

 

Martın 2 - də İranın daxilində və xaricində belə bir saxta xəbər yayılmışdı ki, guya 200 000 nəfər Təbrizli küçəyə çıxıb və Fars körfəzini Ərəb körfəzi adlandıran ölkələrə etirazlarını bildirmişdirlər. Çox təəssüf ki, bu saxta xəbəri Amerika tərəfindən maliyyələşdirilən fars dilli "Fərda" radiosu da yaymışdır. Əslində xəbər yanlışdır.

Azərbaycanın Şərq vilayətinə aid olan idman idarəsi martın 2 - də Təbrizliləri dəvət etmişdir ki, təyin olunan yollarda müəyyən zamanda yürüş edələr. Hətta, vədə etmişdir xüsusi fərqlənənələrə qiymətli mükafatlar veriləcək. O biri tərəfdən də xaricdə yaşayan bir neçə şahçı Azərbaycanlı bir qrup yaradıb ki, "İranın bütövlüyü və demokratiyası üçün Azərbaycan hərəkatı" adlanır.

Təbrizdə idman idarəsinin bildirişi yayılandan sonra adı çəkilən və şahçı Azərbaycanlılara aid olan qrup bildiriş yayıb Təbrizlilərdən istəmişdir ki, martın 2 - də Fars körfəzinin adının təhrifinə etiraz olaraq yürüş keçirtsinlər. Əgər bu mərasimdən çəkilən şəkillərə diqqət etsəniz, kütlənin içində heç bir plakat və ya siyasi şüar görməzsiniz. Ancaq çəkilən şəkillər yürüş zamanı götürülmüş kadırlardır.Amma şahçılar və ETTELAAT məmurları bu idman mərasimini siyasi mərasim kimi qələmə vermək üçün müəyyən adamların əlinə plakatlar verib, yürüşçülərin kənarlarında onlardan şəkil çəkmişdirlər. Və bu mərasimi siyasi mərasim kimi təqdim edən atası fars, anası azərbaycanlı olan jurnalist Peyman Bakmehr olmuşdur. Məlumat üçün qeyd etməliyik, buna baxmayaraq ki, atası farsdır və o özünü fars hesab edir, amma xaricdə yaşayan şahçılar onu Təbrizli Azərbaycanlı jurnalist kimi təqdim edib və o verən saxta xəbərləri geniş formada yayırlar.

Bu yerdə "Azərbaycanlı" Peyman Bakmehrin əvvəlki parlaq jurnalist fəaliyyətindən bir neçə kəlmə də olsa, yeri düşmüşkən xatırlamaq lazım olduğunu düşünürəm.Qeyd edim ki, bir neçə il bundan əvvəl, Azərbaycan xalqı Babək Qalasına yürüş edib, öz milli istəklərini dilinə gətirmişdi. O isə bu yürüşü qeyri ..siyasi, ancaq şənlik mahiyyəti daşıdığını və xalqın ora istirahət üçün getdiyini vurğulamışdır. Amma bu yürüşdən çəkilmiş çoxlu sayda video lentlər, sənədli filmlər meydana çıxandan sonra, o fikrini dəyişib, bu yürüşün milli mahiyyətli yox, əksinə İran mahiyyətli olduğunu bildirmişdir. Demişdir ki, bura İranın hər yerindən adamlar gəlib. O, 2006 - cı il May Qiyamını da Azərbaycanın Milli Hərəkatına aid olan hadisə kimi yox, əslində İran rejiminə qarşı olan bir hərəkat kimi nişan vermişdir. Elə bu səbəblərə görə, o, Azərbaycanlılar arasında ən nifrətlə qarşılanan və adı qeyri - səmimi şəxs kimi yad olunan bir jurnalistir.

Yeri gəlmişkən, xaricdə yaşayan Azərbaycanlı şahçıların "İranın bütövlüyü və demokratiyası üçün Azərbaycan hərəkatı" qrupu bir neçə ay bundan qabaq Amerikada yaşayan Azərbaycanlı aktiyor Behruz Visuqinin adından da sui - istifadə etmişdirlər. Beləki, onun xəbəri olmadan adından istifadə edib və öz bildirişlərinin altından bu şəxsin adın çəkib, imzasını vermişdirlər. Hadisədən xəbərdar olan aktiyor, etiraz edib, təkzib vermişdir.

Təbriz idman idarəsinin 2 mart idman yürüşünə çağırışının bildirişi.

Fars dilli "Fərda" radiosunun sitəsində dərc olunmuş şəklə diqqət edin! Siz orda hər hansı bir plakat görürsünüzmü?