İran İslam Respublikasının sözlüyündə "türk" ifadəsi

İnsanların toplumu getdikcə texnoloji aləmində boğulmaqdadır amma hələlik insani dəyərlərin ölməsi anlaşılmır. İki tərəfli sayğı göstərmək hələ öz önəmliliyini daşımaqdadır.   

 

UNESCO tərəfindən 2008-ci il Ana dil ili adlandırıldı və bu alsa boş bir təşəbbüs kimi dəyərləndirilmədi, bəlkə yer üzündə çeşidliliyin yayılmasını dəstəkləyən şəxslər və bu anlamda şəkil tapılmış ideyalar alqışlandı. Aydın olmuşdur ki hər toplumun bir parçası olan şəxsin İrq, ürdəm və kimlik çeşidliliyinə göstərən dözümü həmin bu toplumun iç savaşdan uzaq olması və inkişafının davam tapması üçün qaçınmazdır. [1]

Elə bu düşüncədə olan qadınlar günü hər il 8 Mart da kutlanır və cinsi ayrı seçkilik  silməyə yönəlmişdir. [2]

 

OSCE–nin ODIHR ofisinin “nifrət” adlı cinayətlərlə uğraşdığı çox maraqlıdır.  Belə anlaşılır ki “Hate Crime” və ya Nifrət cinayəti o zaman baş tutur ki insanların toplumda yaşamaqda olan çeşidliliyə dözümləri olmur. Bunu yaratdığı əngəli aradan qaldırmaq üçün ODİHR qanunverici direktivlər layihələndirir ki bu tip cinayət başqa cürələrdən ayrılsın.[3]

 

Bu konuda belə yekunlaşdırmaq olur ki bu əsrin insanı özünü keçmişin köhnə fikirlərindən qurtarıb və toplumların yeni və dirçəlmiş düşüncəyə uymasını ilə bəşəriyyətin inkişafını gerçəkləşdirmək üçün hətta uluslararası təşkilatlarla işbirliyinə dayanmaz davam verməyi labüd görür.

 

Amma sanki bu təkcə qərbdə yaşamaqda olan olaydır və şərq, özəlliklə orta-doğuda bu gerçək xəyal kimi görünür. örnək üçün İran İslam Respublikasında “hayiim” adında bir sözlüyün basılması ki Türk sözünü bu ifadələrlə izahladır: [4]

1-     Türk adamı

2-     Otoriter

3-     Müstəbid

4-     Pis uşaq – Şeytan sifət uşaq

5-     Türk atı.

 

Bir milləti yəni bir xalqın kimliyini, tarixini və ürdəmini bu tip sayğısız və məhvedici sözlərlə ifadə etmək, İran adlanan kimi bir ölkədə ki Azərbaycan Türkləri, Ərəblər, Baluçlar və başqa xalqlar özlərini vətəndaş saymırlar, şübhəsiz Zenafobiya xəstəliyindən qaynaqlanır. Qacar dövlətinin getməsi ilə Türk Azərbaycan xalqına beləcə sayğısız yanaşmaq bu iddianın danılmaz isbatıdır. Yeri gəlmişkən, 12 May 2006-ci il İran adında dövləti gündəlik Azərbaycan Türklərini böcək adlandırmaqla minlərcə Güney Azərbaycanlının etirazına səbəb oldu ki bu dinc aksiya dövlətin tərəfindən qəddarca susduruldu. Xanım Faxtə Zəmaninin ABD konqresinə sunduğu raporta dayanaraq, 27 nəfər şəhid oldu, yüzlərcə yaralandı və məhkəməyə cəlb olundu. [5]

 

Önəmli səbəblərdən ki İran adlanan və ona oxşar ölkələrin toplumsal və siyasi baxımdan möhkəm bir durumda olmamağı budur ki onların keçmişdən miras apardıqları qeyri-insani ənənələr hələ yaşamaqda və bitməyinə heç bir iz yoxdur.

 

 

Qaynaqlar:

 [1]- International Woman’s Day

[2]- International Year of Languages  

[3]- ODIHR helps states to tackle hate crime with new legal guidelines

[4]- Hayiim dictionary scandal

[5]- Southern Azerbaijanis issues discussed in US congress by Fakhteh Zamani

 

   

Sinav Azerbaycanli

2008-05-03