Güntay Gəncalp

“Anti Axundov”çuluq nədir?*

                 Azərbaycan düşüncə həyatında Qərb mədəniyəti ilə ilgili üç axım mövcud olmuşdur. Birinci axım Qərbin elmi, fəlsəfi, insan haqları anlayışını, sekular və demokratik nailiyətlərini bütünü ilə qəbul etməni qaçınılmaz, zəruri hesab edirdi. Qərb metodologiyası insanı, varlığı, sosial ədaləti elmi şəkildə qavrama yolundadır. Şərqə düşən əsas görəv Qərbi öyrənmək və Şərqi qərbləşdirməkdən ibarətdir. Bütünüylə qərbçı axımın düşüncəsi bundan ibarət olmuşdur. Bu axım belə hesab edirdi ki, Şərqin qaranlıq dünyasını aydınladacaq işıq Qərbdədir. Insanın azad və tərəqqi yolunda yaşamasına xidmət edəcək sistem hardadırsa onu qəbul etmək lazımdır. Qərbdə bu azadlıq anlayışı yolunda bir çox düşüncə adamı din mərkəz məhkəmlər tərəfindən məhv edilmişlər, tamamıyla Şərqdə olduğu kimi. Ancaq Qərbdə sonunda bilim, fəlsəfə, ədalət, insan haqları və demokratiya anlayışları qalib gəlmişdir. Şərqdə isə din Orta Çağı bütün amansızlığı ilə davam etməkdədir. Qərb mədəniyəti azad yaşamaq istəyən insanların ortaq nailiyətləridir. Onu sırf Qərb məsələsi saymaq doğru deyildir. Bu axımın başında böyük düşünür M. F. Axundov durmaqdadır. Türkiyədə isə Türk aydınları qərbləşməklə adamlaşmaq terminini eş anlamda kullanırdılar.

                 Azərbaycanda ikinci düşüncə axımı belə hesab edirdi ki, öz kökümüz üstündə qərbləşməliyik. Öz dəyərlərimizin bütünüylə ortadan qalxmasını önləyib və Şərq-Qərb sintezi olaraq mədəni bir proje gəlişdirməliyik. Bu axımın ən bariz nümayəndəsi Ə. Ağaoğlu olaraq bilinməkdədir. Ancaq bu axım öz dəyərlərimiz dediklərində nəyi saxlayıb, nəyi buraxmalıyıq haqqında bilgi vermirdilər. Çünkü Şərqin insan haqlarını rəsmiyətə tanımayan dəyərləri bütün toplumların düşüncə və inanclarını sarıb-sarmışdır. Birey haqları yox, törələr, inanclar qorxunc şəkildə insan həyatına, xüsusən qadın həyatına qıymışdır. Bu üzdən də zaman axışı içində bu axımın modern qismi istər-istəməz Axundovçuluğa və mühafizəkar kəsimi isə dinçiliyə sövq edilmişlər.

                 Üçüncü axım isə bütünüylə Qərb dəyərlərini inkar edir, Qərbi imperialist və istilacı olaraq görürdü. İmperialist Qərbə qarşı isə yalnız və yalnız bir düşüncə tərzini önərirdilər: İslam dəyərləri. Bu axım din mərkəzli düşündükləri üçün Qərbin mesbət dəyərlərini də görə bilmirdilər. Çünkü ortada islam-xristianlıq təzaddı durmaqda idi. Bu şəkildə radikal davrandıqları üçün olsa gərək dərin dini dəyərlərə əsaslanırdılar. Qərb mədəniyəti qarşısında islam mədəniyətini qoyur, islam birliyindən yana idilər. Qərbdəki teknoloji gəlişmələr Qərbin imperialist niyyətlərinə xidmət etdiyi üçün onu da inkar edirdilər. Azərbaycanda bu axımın başında isə Seyid Cəmaləddin Əsədabadi (Əfqani) dururdu. (Cəmaləddin Əsədabadi Günüy Azərbaycanın Həmədən şəhərinin yaxınlığında olan Əsədabad qəsəbəsində doğmuşdur, ancaq məzarı Əfqanistanda olduğu üçün Əfqani adı ilə tanınmışdır.) Seyyid Cəmaləddin bu radikal görüşündən dolayı, radikal siyasi davranışları və terroru da öz məqsədinə çatmaq üçün istisna saymırdı. Bu üzdən də Seyyid Cəmaləddinin planlaması və sifarişi üzərinə Qərbə nisbətən yaxınlaşmaq istəyən Nasirəddin Şah Qacar terror edildi.

Bu üç cərəyanın özlərinə məxsus dəlilləri olmuşdur. Lakin bunların içində M. F. Axundov bir ayrıcalıq təşkil edər. Çünkü Axundov sadəcə Azərbaycanda deyil, bütün Şərqdə modernləşməni başladan ilk mütəfəkkirdir. Daha sonra gələnlər az-çox Axundovdan istər müsbət, istər mənfi anlamda təsirlənmişlər. Məslən Ziya Göyalpdan tutmuş İsmayıl bəy Qaspirallıya və Qacar ölkəsinin aydınlarına qədər böyük bir coğrafiyada Axundov öz təsirini buraxmışdır. İsmayıl bəy Qaspirallı N. Nərimanova və Nəcəf bəy Vəzirova yazırdı ki, Siz heç biriniz Axundov kimi yaza bilmir, Axundov kimi milləti aydınlada bilmirsiniz. Modern İran aydınları isə çox geniş şəkildə Axundovdan etkilənmişlər. İranda Axundovun yaradıcılığını, görüşlərini təqdir və tənqid edən  onlarca araşdırmalar aparılmış, bu haqda bir çox kitablar yayınlanmışdır. Qatı dinçi kəsim isə öz fanatik görüşlərini əsaslandırmaq üçün yenə də Axundovla qarşı-qarşıya gəlmişlər. Çünkü İlk öncə Axundov işığını boğmadan, onu söndürmədən dini cəhalətə yer vermək olmayacaqdır. Bu üzdən bütün Şərqdə demək olar ki, Axundov heç bir zaman əskiməyən ziyalı və ya islamçıların baxışı ilə söyləsək Qərbə hissən və fikrən satılmış bir şəxsiyət kimi daima gündəmdə olmuşdur.  Axundov öylə bir aydınlıq zirvəsidir ki, dünyanın hər tərəfindən görünməkdədir. Şərqin dinçi və heç bir düşüncə və din pluralizminə haq tanımayan qaranlıq kültüründə Axundov ilk dəfə olaraq sekularizm sözünü tələffüz etmiş, dinin siyasətdən ayrı olması zərurətini savunmuşdur. Daha sonra Axundovu tənqid edənlərin çox bəsit məntiqləri ilə rastlanırıq. Çünkü bu tənqidçilər Şərq dini ədəbiyatında Axundovun oxuduqlarını oxumadan tənqid metodu gəlişdirmişlər. Səfəvilər dönimində yazılan dini kitabların və dini təfsirlərin bir təki bu milləti əbədiyən qaranlıqda saxlamaq üçün kifayət edər. Axundovla eyni əsrdə İran məkanında Babilik, Bəhailik bir türlü dini reform olaraq ortaya çıxmışdı. Dini institutların fətvası üzərinə hamısının kökünü, rişəsini kəsdilər. Minlərcə insanı qətl etdilər. Eyni zamanda sekularimizi həm də dini pluralizm şəklində anlayan Axundovun necə bir cəsarət göstərdiyini bəlkə indiki zamanda çətin anlaya bilərik. Əlbəttə ki, Axundovun və axundovçuluğun oratay çıxışında iki əsas faktor olmuşdur: 1. Tarixi İran mühitindən qopuş. Hər bir qopuş daima bir yenilik gətirər. Min illik qaranlıq mühitdən qopuş fərqli düşünməyi sağladı. Böyük düşüncələr, millətlərin həyatındakı önəmli dəyişikliklər hər zaman tarixi, kültürəl dəyərlərin uçurulması və ya transformasiyaya uğraması ilə ortaya çıxır. O mühitdən qopuş, o mühitin təhlükələrindən qurtuluş axundovçulğu doğurdu. Azərbaycan aydınlarının fərqli düşünə bilmələri üçün uğun ictimai mühit yaranmışdı. 2. Rusiya təsiri. Rusiyanın XIX əsr mədəniyəti istilasında olan millətləri də təsirləndirirdi. Ayrıca, Rusiya vasitəsi ilə Qərb mədəniyəti ilə tanışlıq bir şans idi. Ən önəmlisi isə rus hüquq sisteminin din xadimlərinin ölüm fətvası çıxarmasını əngəlləməsi, yaşamaq və düşünmək üçün bir fürsət yaratdı. Rus hüquq anlayışı öz təbəələrinin şəriət yasaları ilə öldürülməsini önləmişdi. Yoxsa Osmanlıda və Qacariyədə olduğu kimi Axundovu da məhv edərdilər. İşin çox ilginc yanı budur ki, bu gün ərəb aydınları keçmişdəki Qərb istilasında yaşadıqları dönəmi altun çağ adlandırırlar. Çünkü məsələn Mərakeş kimi Fransa istilasında olmuş ölkələrdə bu gün dünyəvi dövlət sistemi hakimdir, qadınların da siyasətə qatılma haqları var. Ancaq məslən Ərəbistanda qadının araba sürmək haqqı belə, yoxdur. İştə bu kimi örnəklərdən yola çıxaraq Axundov və axundovçular belə gesab edirdilər ki, Şərqin orta çağ qaranlığından qurtuluş açarı özündə deyil, qərbdədir. Axundovçuluq bitməmiş aydınlanma projesidir. Çünkü aydınlıq yalnız dinin siyasi-ictimai mövzu deyil, fərdi mövzu olduğu sekular ortamda mümkündür. Axundovçuluq üzərinə daha sonra düşüncə sərmayəsi yatırılmadı və ya çox zəif şəkildə yatırıldı. Daha sonrakı dönəmdə kommunizm də bir din kimi qəbul edildiyi üçün hər türlü düşüncə pluralizmi yasaqlandı. Yenə dinçiliyin insanların sosial və fərdi həyatına müdaxiləsi baş qaldırdığı üçün Axundova ehtiyac hiss edilməkdədir. Yəni Axundovun ortaya qoyduğu projeni modern dünayada necə daha da gəlişdirmək mümkündür? Axundovun qarşı çıxdığı, yıxmaq və uçurmaq istədiyi irticai həyat və düşüncə tərzi hələ də davam edir. Hələ də insanlar öz ağıllarını, yaradıcılıq, kəşf edicilik enerjilərini məzara gömərək qurtarıcı “mehdi” bəkləməkdədirlər!

                 Heydər Camalın Axundovun antitezi olduğu söylənir. Öncə bu tez və antitez qavramları üzərində duralım. Hegelin dialektikasının əlləri üstə durduğunu iddia edən Marks və Engels onu ayaqları üstünə gətirdiklərini söylərlər. Hegel də ailə- tez, cəmiyət- antitez və dövlət- sintezdir. Dövlət, yəni bütün təzadların və enerjinin mərkəzləşdiyi siyasi, iqtisadi, mədəni, hərbi qurum. Bu üzdən də hər bir fərd öz ailəsinin güvənliyi səbəbi ilə dövlətin qurulmasına yardımçı olmalıdır. Çünkü dövlət sistemində mənfi enerji də müsbt enerjiyə, yaradıcı qüvvəyə dönüşür. Marks və Engels bunu tarix və sosial plana daşıyar və tarixdəki ictimai quruluşların bir-birinin antitezi olaraq yozumlarlar. Bu arada bunu da israrla qeyd etmək lazımdır ki, həm Hegel, həm də Marks və Engels Avropanın aydınlamasında təsirli olan olan böyük şəxsiyətlərdir. Dünyada Marksı və Engelsi ən pis anlayan birisi varsa o da Lenin olmuşdur. İştə tez və antitez qavramlarının sosial quruluş və ictimai həyat şərtləri, evrim (təkamül)lə ilgili olduğu bəllidir. Çünükü elmi bilginin heç bir zaman antitezi olmaz. Məslən 2.2=4. Bunun antitezi nədir? Bunun antitezi cəhalətdir. Çünkü alternativsiz elmi bilgidir. İnsan həyatında mövcud olan və təcrübədən keçmiş bir çox bilgilər də antitezsizdir. İnsan bilgiləri ümumən 3 bölümdən oluşar: Elmi bilgilər. 2. Elmi problemlər3. Mistik izahlar. İştə Axundovun da savunduğu modernizm antitezsiz bilgidir. Onun bir antitezi var: Xürafata inam, “mehdi”nin qurtarıcı şəklində gələcəyini qəbul etmək. Bu antitez deyildir. Bu inancdır və elmlə də heç bir əlaqəsi yoxdur. Yəni nə elmi bilgi ilə əlaqəsi var, nə də elmi problemlə. Mistik və mifik izahların nəticəsidir. Çünkü elmi baxımdan bir insan qeyb olub min illər boyunca yaşaması mümkün deyildir. İnsanın hüceyrələri, yaradılışı buna imkan verməz. İştə modernitənin necə önəmli bir konu olduğu bu ortamda ortaya çıxar. Modernitənin antitezi yoxdur. Çünkü o daimi hərəkətlilikdən ibarətdir. Modernitə yəni durmadan hərəkət etmək. Hərəkətin antitezi nədir? Durğunluq. Planetlər, həyat öz hərəkətliliyindən dura bilərmi? Dura bilməz. Demək ki, Axundovun savunduğu sekularizm həyatın və varlığın ruhuna uyğun bir görüşdür. Dinçilik isə durğunluqdan yanadır. Çünkü dinçilik bütün həqiqətlərin bir mərkəzdə birikdiyini və insan zehninin yalnız və yalnız onun üzərində çalışma yapmasını istər. Min ildən artıqdır ki, tərəqqi anlamında biz durmuşuq, Şərq durmuşdur. Şərqdə hərkət dinamik deyildir, mexanikdir. Heç bir düşüncə bə teknoloji istehsal edə bilmir. Qərbin istehsalatını maddi-mənəvi nə varsa istehlak edir. Bunu M.Ə. Sabir və digərləri rişxəndlə və bəzən də Şərqi təhqir edərək yazmışlar. Şərqdəki çalışmalar elmi çalışma deyil, inanc və ibadət çalışmasıdır. Bu üzdən də Şərqdə heç bir tərəqqi və gəlişmə mövcud deyildir. Çünkü Şərqin kültürü öz insanlarının zehnini inanc sahəsinə qapayıb, orada həbs etmişdir. Ancaq, hətta islam özü də etirazla başlayıb etirafa gəlməyi ön görməkdədir. İslam “La-yox”la başlar. Allah yaratdıqları ilə bağlı məsuliyət daşıyır, Allahı da sorqulamaq, sorqu-suala çəkmək mümkündür. Bu, Allaha heç bir zərər verməz. Zatən Allah özü də “Höccətimiz tamam olsun deyə peyqəmbərləri göndərdik” deyir. Yəni Allahın insana verdiyi ağıl Allahı da sorğu-suala çəkə bilər və Allah bunun fərqindədir. Çünkü insan beynini kainata və elmə açan fəlsəfi şübhədir. Bunu H. Cavid gözəl anladır:

“Şübhə artarsa həm yəqin artar

Mərifət nuru şübhədən parlar.”

                 Bəzi Batı bilim adamlarının avtoritetlərinə sığınaraq və ya onları yanlış anlayaraq xətalı görüşləri savunmaq xeyir verməz. Şpenqlerin “mədəniyətlərin doğuşu, yüksəlişi və çöküşü” formulu üzərində dartışılacaq bir mövzudur. O zaman öncə bu suala soralım? Mədəniyət nədir? Roma bir mədniyət sistemi idi, yoxsa bir siyasi quruluş idi. Çökən onun mədəniyəti idi, yoxsa onun dünya görüşü və siyasi sistemi? Nədən o zaman bu gün də Senekanın əsərləri oxunur? Nədən çökdüyü sanılan yunan mədəniyəti yenidən yüksəldi? Nədən renesas öz qaynağını və dayanağını əski yunan mədəniyəti olaraq duyurdu? O zaman demək ki, mədəniyətlər ölmür. Ölən başqa şeylərdir. Çökən mədəniyətin maddəsidir, onun mənəviyatı və ruhu ölməzdir. Günümüzdə də Sumerlərin zehni nailiyətləri həyatımızı etkiləməkdədir, bəlkə biz onun fərqində deyilik. O zaman mədəniyət qavramı tərif edilməlidir. Bilincli bir yüksəlişin və insan zehninin genişləməsini sağlayan, onu durğunluqdan çıxarıb devingənliyə (hərəkətliliyə) sövq edən və rahat həyat, özgürlük yaradan enerjinin adı mədəniyətdir. Mədəniyət hərəkətin nəticəsdir. Hərəkətin öz fərqinə, şüuruna varmasıdır. Riyazi qanunlar qədər insan həyatını və təbiəti etkiləyən heç bir şey yoxdur. Göyləri də riyazi qanunlarla kəşf edirlər. Bu qanuniliyin çökməsi mükünmü? Kimsə dumuşmu ki, məslən Pifaqorun dik üçbucaq qanunu keçərsiz olsun? Tam tərsinə, göylərə yüksəlmək üçün də bu gün o yasalardan faydalanırlar. Demək ki, bir imperatorluğun çöküşü bir mədəniyətin çöküşü anlamında deyildir. Osmanlının çöküşü ilə mədəni çöküşün nə əlaqəsi var? Zatən Osmanlıda mədəniyət yox idi, inanc var idi. Əhalisinin tam əksəriyətinin yazıb-oxuması olmayan bir imperatorluq necə mədəni ola bilərdi? Mədəniyətlər kitablarla, zehnin imkanlarının genişləməsi ilə inşa edilmişdir. Bu növ inşa edilən isə tarixdə qalmışdır, insanların həyatına, davranışlarına yansımışdır. Burada evrim sürci içərisində bəzi sosial dəyərlərin özünə məxsus dəyişim sürəcinə tanıq olmaqdayıq. Dəyərlərin üç növ evrimlə qarşı-qarşıya olduğu mümkündür: 1. Ölən dəyərlər. 2. Dəyişən dəyərlər. 3. Yaşayan dəyələr. Ölən dəyərləri və gələnəkləri mədəni çöküş kimi görmək doğru olmaz. Mədəniyət ölməyən dəyərlərdir. Ya da zaman axışı içərisində özünü onararaq dəyişdirib və yaşamasını sağlayan dəyələrdir. Örnəyin alman filosof  Yasper “tarixin başlanqıcı və sonu” kitabında Hindistan, Çin və Yunanistan olaraq insanlıq mədəniyətinin üç mehvərini qəbul etməkdədir. Dünyada daha sonrakı düşüncə həyatının bu üç mehvər üzərində gəlişdiyini savunar. Göründüyü kimi miladdan 8 əsr öncə üç fərqli məkanda gəlişən zehni çalışmalar bu günkü elmi həyatımızı da etkilər. Ancaq bu 2900 il içində nə qədər İmperatorluqlar doğdu, böyüdü və çökdü. Demək ki, Şpenqlerin görüşü haqqında düşündüyümüz zaman öncə “mədəniyət nədir?” sorusuna cavab vermək gərəkəcəkdir.

“Avropa mədəniyyətinin ölümə məhkum olduğu qənaətinə baş əyib pessimizmə yuvarlandı.” Bax bu cümləni də eyni məntiqlə təhlil etmək və yalanlamaq mükündür. Avropa mədəniyəti nədən çöksün ki? Avropa mədəniyəti elmi mədəniyətdir. Bunun içində olan sevimsizlikləri bu mədəniyətin çöküşü üçün səbəb olaraq göstərmək dinçi, durğun zehniyətlərə xasdır. Avropa mədəniyəti dini və inancı insanın sosial həyatından dışlayıb özəl həyata yerləşdirdiyi üçün ən böyük başarını sağlamışdır. Modern mədəniyətin ən böyük kəşfi də bundan ibarətdir. Avropa mədəniyətinin çökməsinə arzu edərək “fəlsəfə” oluşdurmaq başqa şeydir. İştə bu zehniyət Qərbin beyin jimnastiyinin nəticəsi olan bir çox dəyərləri boş-boğazlıq adlandırırlar. “Postmodernizm boşboğazlığı” söyləmək ilk öncə modern mədəniyətə qarşı savaş açmaqdır. Çünkü postmodernizm hər şeydən öncə modern qalmağa, modern olmağa israr edər. Habermasın da söylədiyi kimi hələ yarımçıq bir proje olan post modernizm ən çox dil və dilçilik elmi sahəsində yeniliklərə yol açmışdır. Bunu modernitənin antitezi olaraq görmək, böylə bəsit yanaşma ilə yozumlamaq doğru deyildir. 

Yenə də dönəlim Axundov məsləsinə.  “Boynumuza alaq, əgər Axundovun antitezisi bizlərdə yoxdursa, kül başımıza.” Axundovun antitezi (əgər bu qavramlarla olayı təhil etsək)   niyə yoxdur, var. Axundovun antitezi bu günkü Ərəbistandır, İrandır, Əfqanistandır və islam haqqını insan haqqının yerinə qoyan islam dünyası və islam “aydın”larıdır. Axundovun antitezi bütün Şərq tarixi, ictimai davranışları və fanatikliyidir. İnsan haqqını anlamaq istəmədikləri üçün islamı da siyasətə, sərməyəyə alət edən islam ölkələrinin əksəriyəti. Axundovun antitezi bütün Şərqin qaranlıq tarixidir. Çünkü Axundovun düşüncəsi Şərqin qaranlıq dünyasını tənqid edərək şəkillənmişdir. Axundovçuluğun təməl istəyi tarixi mif və inanc yatağından çıxarıb bilim sahəsinə də sövq etməkdən ibarətdir. Şərqdə şiddət enerjisi hələ də bilimsəl plana daşınmamaışdır. Çünkü Şərq kültürü insanın təbiətində mövcud enerjini elmi plana yönləndirməkdə istəkli deyildir, şiddət planına istiqamətləndirməkdə istəklidir. Nədən? Çünkü heç bir rasional və intellektual devrimi Şərq öz düşüncə həyatında ardıcıllığı ilə gerçəkləşdirmədi. 

“"Maarifçilik" dövrünü əslində qısa bir zamanda keçirib, məsəlçün, Baltikyanı ölkələr bu işə 30-40 il vaxt ayırıblar” Belə anlaşılır ki, bu sətərlərin yazarı Baltikyanı ölkələrlə müsəlman ölkələrinin sosial və tarixi statusları haqqında gərəkən bilgiyə sahib deyildir. Nədən? Çünkü Şərq ölkələrində çox güclü tarixi determinist basqı və determinist psixologiya mövcuddur. Bu determinizm dünəni bu günə daşımaq istər. Bu üzdən də bu günü anlamaq istəməz, keçmişə qapanıb qalar. İslam Şərqinin kültüründə öndən irəliyə doğru sövq edəcək finalist psixologiya və enerji mövcud deyildir. Oysa Baltikyanı ölkələrin finalist kimlikləri və kültürləri var. Yəni əski dəyərlərin günümüzə müdaxiləsi Baltikyanı ölkələrin dünyaya baxış tərzində, inanclarında daha zəifdir. Oysa Şərq dünənindən ayrılmaq istəməmişdir. Təkamül isə bu ayrılışın nəticəsidir. Maarifçilik deyilən anlayışın da gerçək fəlsəfəsi dünəni və onun gündəmini tarixə buraxıb, modern, həyat duyğuları ilə dop-dolu gündəm oluşdurmaqdan ibarətdir. Qərb insanı gələcəkdə nə olacağının həyəcanını yaşarkən, Şərq insanı əskimiş, qoxumuş, durğun keçmişin nostagiyası içində duyğulanıb durar. Zatən “Anti Axundov” məqaləsinin də müəllifi bəlkə də özəl həyatındakı sıxıntılar dolayısıyla indiki zamandan bütünü ilə qopub tarixə fərar edir və harada aydınlıq və düşüncə işığı görmüşsə dərhal söndürən Şah İsmayıllardan və onların qaranlıq dünyalarından qurtuluş bəkləməkdədir. Tarixin basqısından ayrıla bilməyən toplumların maariflənməsi çətin, çox çətin məsələdir. Tarixi bilgi sahəsi olmaqdan çıxarıb, onu inanc və şüur yatağı olaraq görən fanatik dinçilər və mühafizəkar mürtəce milliyətçilərin indiki zamanı anlamaları mümkün deyildir. Bizim tariximizdə sərmayə birikimi mövcud olmamışdır. Yaxşı yaşamaq və yeniliklər isə birikmiş sərmayənin nəticəsdir. Örnəyin “Anti Axundov” yazarının qürur duyduğu Səfəvilər zamanında oğu atanın yerinə keçdiyində daha əski ictimai sərmayə və ictimai şəbəkə nə varsa hamısını məhv edib yenidən öz zövqünə görə quraşdırırdı. Bu üzdən də bu gün məsələn Səfəvilərdən qalma heç bir Sərmayəyə, hətta İsfahan dışında heç bir doğru-dürüst memariyə rastlanmırıq. İsfahanın Ermənilər, Gürcülər tərəfindən yapılanması başqa bir konudur və bu haqda Nasir Purpirarın araşdırmalarını oxumaqda fayda var.

                 Şərqdə fəlsəfə olmamışdır. Şərqdə böyük şərhçilər, təfsirçilər olmuşdur. Dantenin və Bertrand Rasselin də bəlli etdikləri üzrə ən böyük şərhçi isə İbni-Rüşd olmuşdur. Nədən fəlsəfə olmamışdır? Fəlsəfənin doğuşu üçün 3 ünsür bir yerdə özgürlük ortamında ələ alınmalıdır. Yəni dil, düşüncə və varləq ünsürləri özgür bir ortamda zehnin yarğısına sunulmalıdır. Şərqdə isə təbiətində fəlsəfi dərinlik barındıracaq bir dil əsla doğmadı. Ərəb dili ən böyük təfisrlərin yazıldığı və antifəlsəfi yapıda gəlişmiş bir dil şəklini almışdır. Fars dilinin kəsinliklə fəlsəfi alana girməsi mümkün deyil. Çünükü zəngin və saxta bol bədiiyat bu dilin fəlsəfi dərinliyə girməsini əngəlləmişdir. Türk dili isə son 100 ildə şəhər həyatına girmiş, yazı dilinə dönüşmüşdür. Türkiyə türkcəsinin fəlsəfəyə girmə yolu son 80 ildə açılmışdır. Bu baxımdan Axundov bir filosof olmaqdan daha çox gerçək bir ziyalı idi. Yəni türkcənin də fəlsəfə sahəsinə giriş yolunu açmaq istəmişdir. Yəni Axundovun ziyalılıq missiyası çox geniş miqyslı olmuşdur. Ziyalılığının iki yönü mövcud idi 1. Qərb mədəniyətini Şərqdə yansıtmaq, əks etdirmək. 2. Şərqin fanatik və özəlliklə qurtarıcı “mehdi” bəkləmə xəstəliyini ifşa etmə. Bu iki istiqamətdə heç kimsə Axundov qədər Şərqin aydınlanmasına xidmət etməmişdir. Bu üzdən də həm qaranlıq sevərlər, həm də aydınlıq sevərlər daima Axundovla qarşı-qarşıya gələcəklər.

   “Rusiya fəlsəfi fikri məhz Heydər Camal sayəsində öz əhatə dairəsinə islamı qəbul edib, onun ən ülvi, mübariz cəhətlərini öz kontekstinə köçürüb, bu dəfə Qərbə deyil, məhz yaşıl bayraqlı islama üz tutub.” Çox ciddi məsuliyət gərəkdirən iddiadır. Yəni Rusiya fəlsəfi fikrinin dərinlikləri haqqında geniş araşdırma aparmadan Heydər Camalın belə etkiləyici rol oynamasını söyləmək nə inandırıcıdır, nə elmi. Bir dəfə qırmızı bayraqla devrim gerçəkləşdirərək Rusiyanın gəlişməsini əngəlləyən rus xalqı bu dəfə də yaşıl bayraqla devrim gerçəkləşdirəcək dərəcədə geri zəkalı olmamalıdır. Sınanmışı təkrara sınamaq mütləq cəhalətdir. İstər Heydər Camal olsun, istərsə bir başqası öz fəlsəfəsini yayqınlaşdırmaq üçün Qərb metodologiyasına hakim olmalıdır. Hələ məzmun bir yana dursun, məzmunun anlatım və tanıtımı üçün Qərbin fəlsəfi təcrübələrinə ehtiyac var. Sadəcə bir cümmlə ilə Rusiya aydınlarının yaşıl bayraqlı islama üz tutmasını söyləmək elmiliyə dayanmaz. İslamla bilgi olaraq ilgilənmə başqa şeydir, islamı bir yaşam biçimi olaraq qəbul etmək başqa şey. Siberiyanın soyuqlarında bədənin hərarətini qoruya bilmək, yaşaya bilmək üçün şərab içməyə ehtiyac var. İqlim islamın sərt disiplərini qəbul edə bilməz, Hindistan iqliminin etmədiyi kimi. Hindistanda həm ərəblər, həm farslar, həm də türklər saysız adam başı kəsdilər ki, islamı qəbul etdirsinlər. Hindistanın Türküstana və Ərəbistana bənzər xaos coğrafiyası Pakistan və Əfqanistanın böyük bir qismi həmən islamı qəbul edərkən, onun bolluq və ormanlıq iqlimi islamı qəbul etmədi. Çünük o coğrafiya üçün bu disiplinlər keçərli deyildir və bu disiplinlərlə oralarda yaşamaq olmaz. Bu arada bunu da qeyd edəlim ki, fəlsəfə islam coğrafiyasına bolluq coğrafiyasından gəlmişdir: Yunanistandan. VIII əsrin ikinci yarısı və XI əsrin birinci yarısına qədər Abbasi xilafətinin rəsmi dövlət ideologiyası Mötəzilə məzhəbi idi. Mötəzilə məzhəbi nisbətən rasional idi və bir çox hallarda açınım (vəhy) və əql qarşıdurmasında vəhyi bir yana buraxıb əqli tərcih edirdilər. Mötəziləyə görə həm vəhyin, həm də ağlın qaynağı Tanrıdırsa nədən bu ağıldan da istifadə edilməsin? Bu üzdən də bu dönəmdə yunan zehniyəti ərəb dilinə tərcümə edildi. Bu tərcümələr böyük zehni inqlaba səbəb oldu. Farabi və İbni Sina kimi mütəfəkkirlər də bu dalğanın nəticəsi idi. Bu dönəmi Əbureyhan Biruni yaxşı dəyərləndirmişdir. Biruniyə görə Şərq mədəniyəti Hindistana və Çinə məxsusdur, islam şərqinə deyil. İslam şərqindəki mədəniyət Yunan mədəniyətinin kopisidir. Əbureyhan Biruninin bu təsbitini Zəki Vəlidi Tuqan da öz əsərlərində kullanmışdır. Daha sonra Mötəzilənin dönəmi qapandı, özəlliklə Məhəmməd Qəzzali Şərqin zehnini təqlidçilik qaranlığına gömdü. Riyaziyat və fəlsəfə yasaqlandı. Fəlsəfə ilə uğraşanlar mülhid və mürtəd adlandırıldı. Qəzzali ünlü “Tühafət-ül fəlasifə” (Filosofların eybəcərlikləri) adlı əsərində fəlsəfəni boş bir şey adlandırdı. Qəzzalinin bu dəyərləndirməsini bir əsr sonra İbni Rüşd tənqid etdi və “Tühafət-ül Tühafə” (Eybəcərliklərin eybəcərlikləri) adlı kitabını Qəzzalinin tənqidinə həsr etdi. İbni-Rüşdü məhkəməlik edib əsərlərini yaxdılar. Yəni Mötəzilə zamanında başlayan nisbi gəlişmələr də bu şəkildə söndürüldü. Daha sonra təssəvvüf cərəyanları ortaya çıxdı ki, onlar da güclü fərdlər yetişdirdilər, ancaq toplumların azad və demokratik ortamda yaşa bilmələri üçün heç bir siyasi fəlsəfə ortaya qoymadılar. Bu yolda onlar çox istəksiz idilər.

“Mirzə Fətəli üçün axundlar islamın, küllən qoca Şərqin simasıdırsa, Heydər Camal üçün axundların, klerikalların ibrahimi dinlərinə qəti dəxli yoxdur.„ Bu cümlələrin içində bir neçə çəlişki (təzad) mövcuddur. Axundov islamı axundlarda xülasə etmirdi. Axundov ümumiyətlə dinlərin tərəqqiyə əngəl olduğunu savunurdu. O, sadəcə islam dinini deyil, bütün dinləri tənqid edirdi. Marksın “din toplumun uyuşdurucusudur“ kimi bir tutum içində idi. Tarixə baxıldığında ən qorxunc və qanlı savaşların dinlər, məzhəblər arasında getməsi hardasa bu söyləmi məntiqli olaraq göstərməkdədir. Şah İsmayıl, yalnız Təbrizdə 12 min sünni adam başı kəsdi. Suçları isə sadəcə sünni olmaq idi! O zamanlı Təbrizin nüfusunu 80 min olaraq qəbul etsək, təqribən şəhərin dörddə birini məhv etmişdir. Digər tərəfdən, bu cümlələrin yazarı axundçuluğun nə olduğu, hansı tarixi-ictimai şəraitdə ortaya çıxması ilə bağlı bilgi vermir. Axundçuluq zatən yazarın həsrətini çəkdiyi Səfəviliyin nəticəsidir. Necə? Qızılbaşlıq Anadolu Ələviliyinin siyasiləşmiş şəklidir. Ələvilərin islam hüquq sistemini anladacaq kitabları yox idi. Yəni Ələvilikdə fiqh elmi mövcud olmamışdır. Klassik dövlətlər isə din mərkəzli qurulduğu üçün dinin siyasi fəlsəfəsini oluşduran sistem lazım idi. Bu sistem sünnilikdə var idi, ancaq Ələvilikdə yox idi. Bu üzdən də Səfəvi dövləti qurulduqdan sonra fars milliyətçiliyi mərkəzli şiə fiqhi tərəfindən həzm edildi. Şəhər həyatının nə olduğunu bilməyən köçəri Qızılbaşlar mürşidi kamillərinin əmri üzərinə Azərbaycanda şəhər həyatını məhv etdilər. Daha sonra da bəyliklərin idarə heyəti olan Lalalıq qurulu 1508- ci ildə Şah İmayılın əmri üzərinə ləğv edildi. Onun yerinə “Vəkili nəfsi hümayuni“ oturduldu. Qızlıbaşlar Şah İsmayılın bu davranışlarına etiraz olaraq şah tərəfindən təyin edilmiş 5 fars valini terror etdilər. Bu dəfə də türklər Səfəvilik adı altında və Şah İsmayılın “mehdiliyi“ sayəsində farslara yem edildirlər. Şah İsmayıl dövlət fəlsəfəsini şiə mərkəzli oluşdura bilməsi üçün Livanın küçələrində sülənib dərvişlik edən şiə axundlları Tebrizə dəvət etdi. Bunların başında Məclisi ailəsi dururdu. Məclisi ailəsi Səfəviliyin siyasi fəlsəfəsini tam şiə kimliyi üzərinə oturtdu. Beləliklə Səfəvi aristokrasisi 4 mərhələdən olşudu: 1. Saray. 2. Ordu. 3. Axundlar (ilk dəfə olaraq islam tarixində). 4 Rəiyyət (kütlə). Lakin zaman axışı içində feodallara dönüşən axundluq institutu ordudan da daha irəli keçib və sarayla eyni statusa sahib oldu. Artıq savaşların baş verməsində ruhanilər də söz sahibi olmuşdu. Feodallaşan axundizm öz mənafesi uğruna savaş və ya barış üçün dini fətva çıxarırdı. Bu şəkildə Azərbaycan Şah İsmayılın zühuru ilə qaranlığa gömüləcək və islamın mahiyəti ilə heç əlaqəsi olmayan feodal axundizm insititutu oluşacaqdı. Anlaşıldığı kimi „Antiaxundov“ məqaləsinin müəllifi fərqində deyil ki, həsrətini çəkdiyi Səfəvilik və „mehdilik“ anlayışı axundçuluq kimliyini islam kültür sistemi içinə soxmuşdur. Rus stratejistlər bunu çox gözəl bildikləri üçün Azərbaycanda Şah İsmayılçılğın yüksəlişinə imkan yaratdılar. Çünkü Şah İsmayılçılıqla eyni zamanda həm islam dünyası, həm də türk dünyası parçalanmış oldu. Ruslara və farslara lazım olan da bu idi. Əgər bu gün İran şovinizmin beyni olan Rəfsəncani ölkədəki milli hərəkətləri boğmaq üçün şah ismayılçılığa və səfəviyətə sığınırsa heç də təsadüfi deyildir. Çünkü bugünkü fars milliyətçiliyi mərkəzli şiə dövlətinin ilk qurucusu Şah İsmayıl olmuşdur. Bu səadəti bugünkü İran dövlətinin yönəticilərinə Şah ismayıl bəxş etmişdir. Bugünkü 30 milyon türkü fars şovinizminə təslim edən ilk zehniyət Şah İsmayıl olmuşdur. Bu gün Azərbaycan türkçəsinin digər türkcələrdən təcrid edilib fasr dili qarşısında savunmasız qalmasını sağlayan Şah İsmayıl olmuşdur.

Hər bir fenomen tarixi sürəc içində kəndi yazqısını, kəndi büzülmə və və böyümə sürəcini yaşar. Öncə bunu bəlirtəlim ki, bir islam kültürü var, bir də islamın zatı var. Məslən həcc, namaz, qiblə kimi hadisələr islam kültürüdür. Örnəyin qiblənin Hz. Məhəmməd tərəfindən Beyt-ül müqəddəsdən Kəbəyə tərəf çevrilməsi islamın cövhərində heç bir şeyi dəyişdirmədi. İslam kültürü ümumən kütlə davranışlarını əyarlayan etkənlər (amillər) kimi görünməkdədir. Məslən bir çox təssəvvüf cərəyanları islam kültürünü qəbul etməmişdir. Bu kültür tarixi sürəc içində isə özünü dəyişik şəkillərə dönüşdürmüşdür. Istər coğrafi, milli fərqliliklərdən qaynaqlanan, istərsə məzhəblərin təsisçilərinin özəl görüşləri fərqli kültür ortaya qoymuşdur. Bunun ən açıq örnəklərini şiə-sünni fərqliliklərində görməkdəyik. Səfəviliklə eyni zamanda fərqli islam anlayşı ortaya çıxdı. Bir şəhər dövləti olan Qaraqoyunlular islam dünyasında yayqın olan islam anlayışı ilə dünyanı görürdülər. Anadolunun susuz bozqırlarından gəlib Təbriz şəhərinə soxulan köçəri Qızılbaşlar islamın şəhər anlayışını dəyişdirdilər. Məsələn Hz. Məhəmmdin ən çox sevdiyi Hz. Ayişə Səfəvilərdən etibarən əxlaqsızlığı rəmzi kimi göründü. Təbrizdə bələkdə olan Ayişə adlı qız uşaqlarının da başını kədilər. Ayişə sözü Səfəvilər tərəfindən fahişəlik səviyəsinə qədər endirildi. Əslində isə islamın ən düşünən, savaş meydanlarında peyqəmbərlə bir yerdə olan qadını Ayişə idi. Hətta Quranın mətləşməsində də Ayişənin zehni istedadının böyük rolu olmuşdur. Bir sözlə Səfəvilik nifrətin, kinin, qatilliyin, sadizmin örnəyi kimi tarix səhnəsinə girdi.

                 ”Anti Axundov” yazısında Heydər Camalın ”Yeni siyasi teologiya” yaratması konusunda xəbər verilir, ancaq bu yeni siyasi teologiyanin nə olduğu açılmır. İslamda hər cür ”yeni”lik bidət sayılmışdır. Çünkü islam özünü heç bir zaman əskimiyən və daima yeni olan, daima yeni qalacaq inanış və yönətim şəkli kimi tanımlamışdır. Hətta islam dünyasında rəsmən sekular dövlət olan Türkiyə cümhuriyətinin də sıxıntıları buradan qaynaqlanmaqdadır. Çünkü rəsmi dövlət ideologiyası ilə toplumun inanc sistemi tam bir təzad içindədir. Heydər Camalın islamın yeni teologiyası haqqında düşünməsinin səbəbi xristian ölkəsində, dinin siyasətdən ayrı olduğu bir ölkədə yaşamasıdır. Yoxsa təsəvvür edin Ərəbistan, İran, Əfqanistan kimi bir islam ölkəsində yaşasaydı islama bidət gətirdiyi üçün dərhal onun qətlinə fətva verilərdi.

"İslamın başlıca hədəfi məhşər günü, dəqiq desək axirət sevdasıdır. Yəni adı böyük hərflə yazılacaq "Futuroloji gələcək." Bu cümləyə də tənqidi yanaşalım. İslamın kitabı Qurandır və bir də peyqəmbərin davranışı. Peyqəmbər isə demiş ki, əgər mənim dediklərim bir zaman Quranla tərs düşsə, mənim dediklərimi unudun. Əsas bu iki qaynaqdır. Daha sonra şiə digər 12 qaynaq da uydurmuşdur və şiənin inancına görə bu 12 qaynaq da səhv etməzmiş. Ancaq Quranda Allah Tövbə surəsinin 43.cü ayəsində peyqəmbərin xəta etdiyini söyləyir və deyir ki, Tanrı səni bu xətana görə əfv etsin. Peyqəmbərin xəta etməsi mümkünmüş, 12 imamınkı mümkün deyilmiş! Ən yayqın və məqbul olan Quran və sünnətdir. Quranın heç bir yerində ”axirət” sözü ”bu dünya” sözündən öncə gəlməmişdir. ”Bu dünya”da bəlirlənmiş hədəflər mövcuddur. Bu hədəflər ancaq və ancaq insanın özünün öz iradəsi ilə çata biləcəyi hədəflərdir. İnsan bu hədəflər haqqında bilgi də əldə edə bilər. Ancaq ”o dünya” haqqında və ruhların dirilişi ilə bağlı hətta peyqəmbərə belə təcrübi bilgi verilməmişdir. Çünkü Quranda peyqəmbərə ”Səndən ruh haqqında soruşsalar, de ki, bu haqda mənə bilgi verilməmişdir”- deyilməkdədir. ”O dünya” haqqındakı təsvirlər insanın utopik şüurunu bir tür minyatürləşdirsə də gerçək hədəfin ”bu dünyada” olduğu vurğulanır. Əslində axirət bu dünyada varılmış hədəflərdən təcrid edilmiş deyildir, bu hədəflərin uzantısı və bir parçasıdır. Volter ”Cəhənnəm ola bilməz, çünkü Tanrı bu qədər qəddar və zalim ola bilməz, cənnət isə tənbəllərin yatağıdır.” deyir. İslamı kültür olaraq deyil, cövhər olaraq qəbul edən təsəvvüfün bir çox təriqətləri də cənnət-cəhənnəmə inanmaz. Oranı ən son hədəf olaraq göstərməzlər. Ən son hədəf Tanrının kəndisidir, cənnət deyildir. Quranda ”Tanrıdansınız, Tanrıya dönərsiniz.” ayəsi də buna işarətdir. Ancaq təsəvvüf də siyasi məsələlərdə fiqhin qucağına yuvarlandı. Sadəcə diktator mürşüdlərin mazoxist müridlər üzərinə hakimiyət və kontrol kültürünü gəlişdirdi.

                 İslamın ana qaynaqlarında ”mehdi” anlayışına rast gəlinməməkdədir. Bu, daha sonra uydurulmuşdur. Çünkü peyqəmbər israrla demiş ki, mənim möcüzəm Qurandır. Quranda da ”mehdi” anlayışı haqqında heç bir açıq mesaj mövcud deyildir. Belə önəmli bir mövzunu nədən tanrı bir xəbər şəklində Qurana yerləşdirməmişdir? Çünkü gərək duymamışdır. Əgər ”mehdi”çilik doğru isə o zaman Quran öz təsirini itirər, onun önəmi qalmaz. Əslində qurtarıcı bəkləmək bütün miflərdə və din kültürlərində olmuşdur. İsa öldürüldükdən sonra onun 1000 ildən sonra dünyaya təkrar dönəcəyinə inanırdılar. 999, 1000, 1001, 1002-ci illərdə xristian dünyası səbirsizliklə İsanın zühurunu bəkləyirdi. Ancaq İsa gəlməz oldu. İştə bu dönəmdən sonra Avropada insan ağlının həyata güclü müdaxiləsi başladı. Çünkü gördülər İsa gələnə oxşamır, öz işlərini öz ağılları ilə etməyə başladılar yavaş-yavaş. Yəni qurtarıcı enerjini insan ağlında aramağa başladılar. Göründüyü kimi qurtarıcı bəkləmənin sona çatdığı bir dönəmdən başlayaraq insan haqları, bir çox fələsfi cərəyanlar, iqtisadi inkişaf, demokratiya kimi qavramlar insanın gündəlik həyatına oturmuşdur. Qurtarıcı gəlib nə edəcək? Gələcəksə, gəlsin bir zavod açsın, bir fabrika açsın ki, işsiz adamlar orada çalışsınlar. İslam dünyasının da iqtisadi, siyasi bədbəxtlik içində yaşamasının səbəbi elə bu qurtarıcı ”mehdi” gözləməkdən vaz keçə bilməməsidir. İnsanlar onun ağlının dünyaya hakim olacağını bəklədikləri üçün öz ağıllarını məzara aparırlar. Oysa məzara gömülən bu saysız ağıllar bu dünayada təcrübəyə dönüşsə idi, bu gün bu qədər zülm və ədalətsizlik islam dünyasını sarmazdı. Ayrıca, ”mehdi”nin zühuru o zaman gerçəkləşəcəkmiş ki, zülm dünyada aşıb-daşsın. Ona görə də məsələn Xumeynizm bu ilahi iradəni gerçəkləşdirmək üçün olmazın zülmlər etdi. Onminlərcə insanları dəstə-dəstə güllələdilər. ”Mehdiçilik” ortaya atıldığı gündən itibarən, insanlıq bədbəxtliyə məhkum edilmişdir. Atatürk, cümhuriyəti qurduqdan sonra dünyəvi dövlət sisteminə qarşı özünü ”mehdi” olaraq duyuran bir neçə adam orataya çıxıb Osmanlı cəhalətini hələ öz ruhunda daşıyan toplumu dövlətə qarşı təşkilatlandırmaq istədilər. Atatürk onları yaxalayıb dedi: ”Sizi qoyacağam divarın önünə. Beyninizə güllə sıxacağam. Əgər ölməsəniz sizə iman gətirib ölkənin yönətimini sizə tapşıracağam.” ”Mehdi”lər qapandılar Atatürkün ayaqlarına və Atatürk onları ”dar-ul məcnun”a, yəni dəlixanaya göndərdi. Əslində bu gün ”mehdi” bəkləyən insanların hamısının yeri dəlixana olmalıdır.

„Şiə məzhəbi təkcə dekadans ruhlu mərsiyəxanlıq deyil, onun canlı cövhəri gələcəyi səsləyən mehdiçilikdir, yəni İmam Mehdi intizarı! Yəni, sözün əsl mənasında "inqilab".“ Bu sətirlərin müəllifi tarixdə ”mehdi” intizarçılığının nə qədər qətllər törədib bu gözəl dünyanı cəhənnəmə çevirməsi haqqında xəbərsizdir. Sətirlərdən də anlaşıldığı kimi, gələcək ”mehdi” tərəfindən gətiriləcəkmiş, toplumun intellektual, tekniksəl, əqli çalışmaları nəticəsində gətirilməyəcəkmiş. Yəni bir sözlə mutlu gələcək toplumsal, bireysəl çalışmaların nəticəsində gətirilməyəcəkmiş, ”Mehdi” onu gətirəcəkmiş. O zaman bu ağıl bizə niyə verilmiş? Mehdiçilk fəlsəfəsinə görə ağıl ona görə bizə verilmiş ki, yalnız qurtarıcı bəkləmənin əsaslarını, məntiqini oluşdursun, vəssalam. Bu inanış tərzi ən son olaraq Xumeyni kimi bir diktatoru yetişdirdi. Xumeynizm toplumun inanc cəhalətindən yoğrulan xəstəlikdən başqa bir şey olmamışdır. Sosial psixologiyadakı xəstəlik və qurtarıcı bəkləmə xumeynizm şəklində ortaya çıxdı. İlk öncə Şah İmsayıl şəklində zühur edən ”Mehdi” insanların göyləri fəth etdiyi bir dönəmdə xumeynizm şəklində doğdu. Bu arada bu mehdiçilər görəsən bu suala da cavab verə bilirlər mi ki, Mehdi gəldiyində göyə getmiş insanların təklifi necə olacaq? Çünkü Mehdi bu tezliyə gələnə bənzəmir və o gələnə qədər insanların çoxu ola bilsin göyə getsin. Çingizxan öldükdən və sonra da Monqulların Çin istilasına uğramasından sonra onlarda da Çigizxanın yenidən dirilib, geri dönüb onları qurtaracağı inancı yarandı. Bu inanc ortaya çıxdığı gündən etibarən, monqullar çökdü, əsarətə məhkum edildilər. Bu mif harda ortaya çıxmışsa fəlakət, bədbəxtlik yaratmışdır. Modern sosiologiyanın karizmatik lider anlayışı miflərdə və dinlərdə qeybdən gələcək olan qurtarıcı kimi anladılmışdır. 

                 Qurtarıcı bəkləmənin modernizmin istəkləri ilə örtüşməsini söyləmək, kəsinliklə məntiqsizdir. Zatən modernizm bu inanışa qarşı düşüncə planında savaş açdığı üçün tarixdə ərzi-əndam etmişdir. Modernizmin kəşflərindən ən əsası insan ağlında və dünya görüşündə həyat duyğularını oluşdurmaq olmuşdur. Yəni o dünyada yaşamaq xəyallarının yerinə bu dünyanı yaşanılır duruma gətirmək. İnsan öz azadlıq anlayışını bu dünyada oluşdurmalıdır. Bu dünyada kölə olub o dünyanın mifik azadlığı xəyalı ilə yaşamaq modernitənin fəlsəfəsi ilə bağdaşmaz.  „Mehdi“ bəkləmək insanın köləliyə təslim olmasından, ağlını kullanılmaz hala gətirməsindən başqa bir şey deyidlir. Zatən bizim tariximix bir şəkildə mənəvi köləlik tarixidir, yəni həp qurtarıcı bəklənərək məzarlara gömüllən insan ağlı. Modernizm buna son vermək istəmişdir. Mehdiçilik insanın özünü zəif görmə psixologiyasından qaynaqlanmışdır. Çarəsiz, bədbəxt durumda insanın ağıl sistemi normal işləyiş mexanizmini itirdiyi üçün, həyatda qalma, yaşa bilmə instinkti istər-istəməz bir çarə aramağa başlar. Bu üzdən də yoxsul ölkələr, yoxsul insanlar qurtarıcı bəkləmək üçün çox yatqın psixologiyaya sahibdirlər. İş həyatı, ailə həyatı, sosial həyatı qaydasında olan insanın bu xəstəliyə qapılması mümkün deyildir. Əqli, mənəvi və iqtisadi baxımdan yoxsul olan bireylərin və ölkələrin həyat şəkillərinin təlqin etdiyi xəstəlik durumdur qurtarıcı bəkləmə.

                 Yeri gəlmişkən, ”Mehdi” qavramının necə ortaya çıxdığı ilə bağlı tarixi verilərə baxalım. Şiəyə görə, 11-ci imamın oğlu öncə ”qeybəti soğra” (kiçik müddətli qeyb), daha sonra ”qeybəti kobra”ya (uzun zamanlı qeybə) çəkilmişdir. Sünnilər də „Mehdi“ qavramına inanarlar, ancaq onlara görə, Mehdi dünyaya gəlib qeybə çəkilməmişdir, o doğulacaq. Ancaq ”Anti Axundov” məqaləsində mehdiçiliyin şiə variantı ələ alındığı üçün bu növünə bir nəzər salalım. “11-ci imam Samirədə yaşayırdı. Samirə o zaman əsgəri mərkəz olduğu üçün 11-ci imama Həsən Əsgəri deyirdilər. Onun 3 qardaşı və 1 bacısı var idi. „Ayişə“ adının Səfəvilər zamanında yasaqlanmasına baxmayaraq, onun bacısının adı Ayişə idi. Onun qardaşının birinin adı Cəfər idi. O zaman şiə əhli imam Həsən Əsgərinin qardaşına „Cəfər kəzzab“  („yalancı Cəfər“) deyirdilər, çünkü imam Həsən Əsgəri öldükdən sonra varisini bəlli etmək üçün onun evladları haqqında araşdırma gedirdi. Bu araşdırma üçün Abbasi dövləti tərəfindən rəsmi bir məclis düzənlənmişdi. Bu məclisdə 11-ci imamın qardaşı Cəfər Allahın birliyinə and içdi ki, onun qardaşının (yəni 11-ci imamın) heç bir zaman evladı olmamışdır.“ (Bax: Şücaəddin Şəfa „Pəs əz hezaro çharsəd sal, s. 949.) Göründüyü kimi, ümumiyətlə „Mehdi“ adında bir çocuğu olmamışdır 11-ci imamın. Sadəcə mifik ehtiyac olmayanı da olmuş kimi göstərmişdir. Özəlliklə şiədə „Mehdi“ qavramının doğuşunda Nəsrəddin Tusinin böyük rolu olmuşdur. Nəsrəddin Tusi hətta „Mehdi“nin son məktubunu ”Əl- Tibyan“ adlı kitabında vermişdir. Həm də „Mehdi“ bu məktubu bir farsa yazmışdır, ərəbə deyil.

        Şiəliyin müxtəlif məzhəblərində „mehdi“ anlayışı da fərqlidir. Çünkü şiəlik bu günə qədər isbat edə bilməmişdir ki, məsələn, imamlıq niyə Həsənin soyundan deyil, Hüseynin soyundandır və ya nədən İmam Hüseynin Əliəkbər oğlu tərəfindən deyil, xəstə oğlu Zeynəlabidin tərəfindən davam etmişdir. Bu gün Yəmən ölkəsinin rəsmi məzhəbi olan Zeydiyə şiəsi „mehdi“ qavramını 12-ci imam timsalında deyil, 6-ci imam Cəfər Sadiqin oğlu olan İsmayılın yenidən diriləcəyi timsalında inanclaşdırmışdır. Kütlə zəkasını mifik ehtiyac dinlər öncəsi başqa cür yönləndirmiş, din sonrası isə yaranan miflərdə dinin də təsiri olmuşdur. Bunu gerçək kimi görmək ağla ziddir. Fars milliyətçiliyi mərkəzli şiə anlayışı Səfəvilər zamanında, hətta İmam Hüseynin arvadını da fars etdi. Güya Zeynəlabdin bir fars qızından dünyaya gəlmişdir. Yəni Sasanilər çökdükdən sonra özünü toparlamaya başlayan və islami kimliklə yenidən səhnəyə çıxan farsların Rafizi, Şüubiyə hərəkəti ilə başlayıb, İsmaililərlə davam edən fars milliyətçilik macəraları Şah İsmayıl zamanında imperatorluq ideologiyası oldu. Bunlar islamın zaatı ilə əlaqəsi olmayan olayların tarixidir. 1501-ci ildə şah İsmayıl tac qoyma mərasimində 12 cümlədən ibarət bir mətni „Sogəndnamə“ (andiçmə) olaraq oxumuşdur. Güya bu mətn 12 imam adına 12 cümlədən oluşmuşdu. Ancaq bu mətndə 12 imamçılıqdan da heç bir əsər-əlamət yoxdur. Bu mətn fars milliyətçiliyinin Firdovsidən başlayıb Nasir Xosrovlar tərəfindən davam edən fars tarix anlayışından başqa bir şey deyildir. Bəllidir ki, 13-14 yaşında bir uşaq (şah İsmayıl) fars tarixi haqqında bu qədər bilgiyə sahib ola bilməz idi. Bəllidir ki, bu mətni yazıb onun əlinə vermişlər ki, oxusun. Gəlin bu mətnə nəzər salalım: “1. Mən bu gün yerə endim. 2. Sərvər və şahənşah mənəm. 3. Əmin ol ki, Heydərin oğlu mənəm. 4. Mənəm Firudun. 5. Mənəm Xosrov. 6. Mənəm Cəmşid. 7. Mənəm Zəhhak. 8. Mənəm Rüstəmi-zal. 9. Mənəm İskəndər. 10. Ənəl-həq sirri mənim bağrımda gizlidir. 11. Çünkü mənəm mütləq həqiqət. 12. Həqiqət mənim sona çatdırdığım işlərdir.„ (Bax: Ettelaate siyasi-iqtisadi, 1378-ci il, sayı 147-148, s. 23.)

 O zaman Şah İsmayılın Şeyx Heydərin oğlu olmaması ilə bağlı geniş şayiələr yayıldığı üçün Şah İsmayıl sadəcə şeirlərində tez-tez „Heydər oğluyam“ deməmiş, andiçmə mətninə də Heydərin oğlu olduğunu yerləşdirmişdir.

Yeri gəlmişkən Çaldıran savaşına da burada işarə etmək tam yerinə düşər. Çaldıran savaşında Şah İsmayıl qalib olsaydı, dünyada bir tək azad türk dövləti olmayacaqdı. Çünkü Avropa orduları bu savaşın sonucunu bəkləyirdilər. Osmanlının məğlub olması halında İstanbulu, Trabzonu geri almağı planlamışdılar. Yəni Anadolunun dərinliklərinə qədər olacaqdı İran və digər torpaqları da avropalılar geri alacaqdılar. Zatən şah İsmayıla tekniki dəstək verən avropalıların əsas hədəfləri bu idi. Bu səbəblə də Çaldıranda Şah İsmayılın məğlub olub yerində oturması türklüyün yazqısı baxımından xeyirli olmuşdur.

„Heydər Camal öz fəlsəfi dayaqlarıyla Şah İsmayılı xatırladır.“ Əgər Heydər Camal öz fəlsəfi dayaqları ilə şah İsmayılı xatırladırsa, demək onun fəlsəfəsi insani deyildir, insanlığa bir yararı ola bilməz. Çünkü şah ismayılçılıq qan, nifrət, kin və qatillik üzərində qurulmuşdur. Çünkü şah ismayılçılığın islamiyətlə də ilgisi zəif olmuşdur. Bəlli səbəblər üzündən şah İsmayıl Quzey Azərbaycanda həddindən artıq idealizə edilmişdir. Baxalım tarixi qaynaqlar onun haqqında nə deyir: “914-cü hicri şəmsi ilində şah İsmayıl Bağdadı aldıqdan sonra əmr etdi ki, sünnilərin ziyarətgahı olan hənəfi məzhəbinin qurucusu Əbuhənifənin məzarını söküb məzarın üzərində tualet tiksinlər. Şiə əhli Əbuhənifənin məzarı üzərində yapılan tualetə getmənin ləzzətini yaşayırdı. Bu şeiri yazıb Əbuhənifənin məzarı üstündə yapılan tualetin qapısına yazıb yapışdırdılar:

شیعه بر گور خلیفه رید و سنی سجده کرد

هست ریدشگاه شیعه سجده گاه سنیان.

(Əbuhənifənin məzarına ş iə sıçdı, sünnilər bu poxa səcdə etdilər. Şiənin sıçdığı yer sünninin ibadətgahı oldu.) (Bax: Əsnad və namehaye doreye Səfəviyə, gerdavəri A Sabityan, s. 99.)

 Göründüyü kimi, səfəviyət əxlaqsızlığın, ədəbsizliyin və nifrətin timsalı kimi tarixə girmişdir.  Şah İsmayılın qanlı eyləmlərindən digər örnəklər: “Fəridəddin Təftani Heratın Şafei din adamı idi. 30 ildən artıq bu görəvdə idi. Şah İsmayılın əmri üzərinə onu şəhərin mərkəzində öncə öldürüb sonra dardan asdılar. Daha sonra da cəsədini yandırdılar. (bax: نقل از نسخه خطی کتابخانه ملک در کتاب تصیع و سیاست در ایران، نوشته بهرام چوبک دوسلدرف، جلد 2، س 35.)

Şah İsmayılın Livandan gətirdikləri şiə alimləri bu şəkildə fətva verdilər: “Bir sünnini öldürmənin 5 kafiri öldürmək qədər savabı var. Sünni ilə evlənmək haramdır. Sünnilərin qanları, malları və namusları halaldır. Onları kölə kimi də satmaq mübahdır. Hamilə sünni qadınların qarnını söküb qarnındakı balasını da öldürmənin imtiyazları var. Çünkü onlar islamın dışındadırlar.” (Bax: “Səlimnamə”,Sultan Səlimin rəsmi tarixçisi.)

Bu tarixi bəlgələrdən bir başqası: Səfəvi dönəminin ən mötəbər qaynaqlarından biri “Əhsən-ül təvarix” kitabıdır. Bu kitabda yazılır: “Qızılbaşlar Şirvanda minlərcə insanı qətl etdilər. Mürşüdləri şah İsmayılın əmri üzərinə kəsilmiş başlardan minarə düzəltdilər. Hamilə qadınların qarnını söküb çocuqlarını da qətl etdilər. Ancaq yenə də mürşidi kamilin nifrəti sönmək bilmədi və Sultan Yəqubun məzarının sökülməsinə əmr verdi. Şirvanlıların namuslarını qızılbaşlara halal etdi. Bir sözlə mürşidi kamil diriləri məzara gömdü, məzardakılarıın sümüklərini söküb çıxardı.” Və şah İsmayıl bütün bu cinayətləri qeybə çəkilmiş “Mehdi”nin əmrləri üzərinə etdiyini iddia edirdi. Özünü “Mehdi”nin kəsərli qılıncı sayırdı. Hürufilərdən gələn bir inanış əsasında “Mehdi”nin onun ruhuna hilul etdiyini (girdiyini) və onu yönləndirdiyini iddia edirdi. Yəni bütün bu qatilliklərin arxasında duran “mehdi” inanışı idi.

Şah İsmayılın digər bir cinayəti : “Özbəklər məğlub edildikdən sonra qızılbaşlar Sultan Şeybəkin cəsədini cənazələrin içindən tapdılar. Başını kəsib, dərisini soydular. Başının dərisinə saman təpərək Sultan Səlimə göndərdilər. Başının sümükləri ilə də şərab piyaləsi düzəltdilər ki, şah İsmayıl öz sarayında bu piyalə ilə şərab içsin. Ayrıca, şah İsmayılın buyuruğu üzərinə Sultan Şeybəkin cəsədinin əl-ayaqlarını da kəsdilər. Sonra da kəsilmiş əl-ayaqları Sultan Şeybəkə qarşı savaşmağı qəbul etməyən Mazəndəran sultanı Rüstəmə göndərdilər.” (bax: Əhsən-ul təvarix, s. 84.)    “Şah İsmayıl dedi: “Hər kəs məni mürşidi-kamil olaraq qəbul edirsə, bu düşmənin ətini yesin.” Bu hadisəyə şahid olan Xacə Mahmud Sağərci yazır ki, Şah İsmayılın bu əmrindən sonra sufilər cənazənin ətini yeməyə başladılar. Hətta ölünün ətini yemək üçün bir-birinə qılınc çəkdilər. Leşxorlar kimi, cənazəni yemək üçün hər kəs bir tərəfə dartırdı. (Eyni qaynaq, s. 85.)

Bu kimi örnəkləri daha da saymaq mümkündür, ancaq bu qədəriylə də yetər. Yəni “Mehdi” bəkləmənin şah İsmayıl, Xumeyni kimi canavarların zühuruna şərait yaratmasını bu şəkildə görmüş oluruq. Böylə bir durumu modernitənin ruhu ilə necə əlaqələndirmək olar? Zatən modernitə bu fəlakətləri ortadan qaldırmaq və insana inanc, vicdan özgürlükləri tanımaq üçün meydana gəlmişdir. Məhəmməd Hadinin bu qorxunc tarixi tarixə gömüb, modern dünyaya keçiş üçün yazdığı bir neçə misrasını vermək yerinə düşər:

“Bu adəm oğlu qatildir, işi hərb ilə qandır həp

Əzəl gündən bəri torpaq pərişan bir cahandır həp

Bəşər tarixi qanlı sərgüzəşti adəmiyətdir

Bəşər tarixi dəhşətdir, bəşər tarixi vəhşətdir.”

Görün “Anti Axundov” məqaləsi yazarının şüuraltında necə qanlı istəklər durmaqdadır. Tamamıyla bir az öncə tarixdən örnəklərini verdiyimiz kimi: “Axundov kimi maarifçilərin üzərindən adlayıb yenidən xalqımızı qanlı fəlsəfi döyüşlərə dəvət edir.” Yəni M.F. Axundov görüşünə qarşı sonunda qılınclarını çəkirlər. Dialoq və toleransa imkan yoxdur, ola bilməz, Çünkü “Mehdi”ni mütləq haqlı və Tanrı iradəsini uyqulayan faktor kimi görənin toleransı olmaz, çünkü o artıq özünü mütləq haqlı olaraq görür. Volter tolerans qavramının 3 ünsürü olduğunu savunar: 1. “Mən” mütləq haqlı deyiləm. 2. “Sən” mütləq haqsız deyilsən. 3. “Mən” və “sən” arasındakı anlaşılmazlıq savaşla deyil, müzakirə və dialoqla çözülməlidir. Ancaq “mehdilik” öz leqallığını Tanrı qaynaqlı olaraq bildiyi üçün, yalnız cihad və savaşla sorunu çözmək istər. Bu istiqamətdə də öz məntiqini bu şəkildə ortaya qoyar: “Öldürsən qazisən (qəhrəmansan), ölsən şəhid!” Bu sloqanda heç bir tərəqqiyə, heç bir xoşgörüyə yer ola bilməz. Bu cihad şüarı, yalnız qan və qatillik doğurar. Bu anlayış içində insan haqlarına yer ola bilməz. Burada mücahidləri “aşiq”lər olaraq adlandırma isə əskimiş və xumeynizmin fətvalarından başqa bir şey deyildir. Bu bir xəstəlik halıdır. Bu xəstəliyi dərinləşdirən bu görüşün nominalizmi sərt qavramlar ürətmişdir.

         “Anti Axundov” yazısında keçən “tağut” qavramı nə deməkdir? Bu anlayış hər hansı bir hadisəyə fanatizmin məntiqi ilə yanaşmaqdan başqa bir şey deyildir. “Tağut” yəni islamdan çıxmış, yəni islama qarşı “yağı” olmuş. Bu səbəbdən də onun məhv olması vacibdir. Bunun da adına inqilab deyilir. İştə daima inqilab, daima savaş demək, yəni kiminsə islam anlayışının digərlərini tağut qəbul edib məhv etməsi kimi ortaya çıxır. Məsələn, şah rejimini Xumeyni “tağut” olaraq tanımlayırdı. “Ölüm aşiqləri” olaraq tanımlanan mücahidlər əslində öz ölumlərinə deyil, öldürməyə aşiq olmuşlar. Həm Xumeyni,  həm də Səddam 8 il bu şüar adı altında ortada məsum gəncləri ölümə verdilər. Fəlsəfəsi yaşamaq və yaşatmaq deyil, ölmək və öldürmək olan bir zehniyət heç bir zaman insani ola bilməz. Mədəniyət ölüm duyğularını deyil, həyat duyğularını çağrışdırar. Ənvər Sadatı da elə bu “tağutçuluq” fəlsəfəsi əsasında terror etdilər. Daha sonra zaman göstərdi ki, İsrail-Ərəb ilişkilərində Ənvər Sadatın politikası daha doğru imiş.

         Heydər Camalın ölkə idarəetmə üsuluna yeni çalarlar gətirdiyi iddia edilir. Əslində insan daha əskidən var olanı bilmədiyi zaman onu ilk dəfə duyduğunda yeni olduğunu hiss edər. “Mehdi” mərkəzli politik anlayış islam tarixində bir çox kərə denənmişdir. Hər dəfəsində də qan, cəladlıq, qatillik və fəlakət ortaya çıxmışdır. Burada XVIII əsr aydınlanma hərəkətinin öndərlərindən biri olan Volterin bu düşüncəsini vermək yerinə düşər. Volter deyir: “Bəlkə dində bəzi yaxşı və müsbət cəhətlər də ola bilər. Ancaq ağlı olan birinin təmiz adam olması üçün dinə ehtiyacı yoxdur. Tarix boyunca din toplumları istismar etmək, onları yanlış yola sürükləmək üçün vasitə olmuşdur. Din sayəsində din xadimləri və şahlar daima millətləri sömürmüşlər.” (Bax: Vil Durant, “Mədəniyət tarixi XI kitab, Volter çağı, s. 794, farsca tərcüməsi.) Tarixi təcrübələrin də göstərdiyi üzrə subyektiv və obyektiv planda sekularizasion insana rahatlıq, barış və tərəqqi gətirmişdir. Dinin insanın politik və sosial həyatından dışlanması dünyanı yaşanılır hala gətirmişdir. “İslam cümhuriyəti” kimi politik anlayış dünyada bütün insanların deyil, yalnız müsəlmanların yaşamaq haqlarının olduğunu tarix boyu və ən son da İran, taliban Əfqanıstanı, Səuduyə Ərəbistan və digər islam ölkələri timsalında isbat etmişdir. İslam cümhuriyəti bir siyasi teori və davranış şəkli olaraq insan haqlarını deyil, islam haqlarını tanıyar. İlk 4 xəlifə zamanında belə, müsəlman olmayanlar daha çox vergi ödəyərək müsəlman olmamanın cəzasını ödəyirdilər. Yəni bu zeniyətə görə, müsəlman olmamaq suç sayılmışdır. İnsan nə qədər geri qalmış olmalıdır ki, “islamın dışında yaxşılıq, gözəllik, insanlıq və ədalət yoxdur” ideyasına inansın. İslam dünyası bir tək Mahatma Qandi kimi lider yetişdirə bilmədi. Qandi isə müsəlman deyildi. Gerçəklik isə göstərir ki, insan haqları, ədalət, qadın haqları, hüquq anlayışı yalnız müsəlman ölkələrdə yoxdur, müsəlman ölkələrin dışında ədalət və tərəqqi var. Hətta islam ölkələrində edamdan, zülmdən, ədalətsizlikdən qaçan insanlara da modern mədəniyət sahib çıxır. Çünkü “Anti Axundov” məqaləsi yazarının anlatdığının tam tərsinə olaraq din mərkəzli politikanın modernitə ilə bir əlaqəsi yoxdur və “Mehdi” bəkləmənin kəsinliklə modernitə qarşıtı bir gericilik olduğu ortadadır. 

“Anti Axundov” yazısında verilən bilgilərə görə, əslində Heydər Camal heç də yeni bir şey söyləmir, islam ölkələrinin başına dərd olan, gəlişmələrini əngəlləyən, onları islam orta çağında saxlayan din mərkəzli siyasi fanatizmi yeni metodla anlatmaq istəmişdir. Burada yeni olaraq görünən onun Qərbdən aldığı anlatma metodudur, məzmun yeni deyildir.

Son söz

Cəhalətlə amansızca savaşan alman filosof Nitşe deyir: “Ey insanlar, mən sizin yolunuzda duran ən böyük əngəli ortadan qaldırdım. Allahın öldüyü xəbərini sizə çatdırıram. Allah öldü! Artıq rahat yaşaya bilər, böyük hədəflərin arxasınca cəsarətlə gedə bilərsiniz. Sizin hərəkətinizi əngəlləyəcək heç bir şey qalmadı.”

Nitşenin bu mesajını islam şərqinə bu şəkildə çatdırmaq olar: “Ey müsəlmanlar, bilmiş olun ki, “Mehdi” gəlməyəcək. O bir mif idi. Bu mifin ömrü sona çatmışdır. Artıq Mehdidən yardım və qurtuluş ümidini bəkləməyin. Öz işlərinizi öz ağlınızla edin. Mehdi heç bir zaman gəlməyəcəkdir. Mehdi əngəli artıq qarşınızdan götürülmüşdür. Uzaq diyarlara səfər edin! Planetlərə yüksəlin! Elmlə uğraşın! Çünkü Mehdi gəlməyəcək. O heç əvvəldən də yox idi. Sizin cəhalətiniz onu var etmişdi. Aydınlıqlar sizi bəkləyir.”

07.04.08



* Quzey Azərbaycanda baş qaldıran dini fanatizm Azərbaycan tarixində sekular aydınları hədəf almağa başlamışdır. Bakıda Alma qəzetinin keçən sayında “Anti Axundov” adlı bir yazı yayınlanmışdır: http://almaqezeti.com/?mod=view&id=2686. Azərbaycan düşüncə həyatında bu kimi baxışların önəmi dolayısıyla bu mözuyla ilgili dəyərələndirməmi oxucuların hüzurlarına təqdim edirəm.